Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-602/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi və onun vəkili X11 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1, Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Qaçqınlar və X10 üzrə Dövlət komitəsi və Azərbaycan Respublikası Mikrasiya Xidməti cəlb edilməklə hüquqi əhəmiyyətli olan doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli olan doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Qərbi Azərbaycan (Ermənistan), Amasiya şəhərində doğulmuşdur və orada 1989-cu ilə kimi yaşamışdır. 1988-1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloji terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. 1988-1989-cu illərdə azərbaycanlıların deportasiyası vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər və heç bir sənəd özləri ilə götürülməsi şərait yaratmamışdırlar". Bu vəhşiliyin bir qurbanı da o olub, o öz yurdundan köçürülüb Azərbaycanın Bakı şəhərinə köçüb, lakin özü ilə heç bir rəsmi sənədi üstündə olmayıb. Onun milliyyəti Azərbaycanlı, X1 milliyyəti Azərbaycanlı, anası Şahid1 milliyyəti Azərbaycanlı. X1 07.07.1995-ci ildə Azərbaycan Respublikasında vəfat etmişdir. O, 10.03.1986-cı il tarixdə X7 ilə 10.03.1986-cı il tarixdə rəsmi nikaha girmişdi. X3 hal-hazırda Azərbaycan Respublikasının vətəndaşıdır və şəxsiyyət vəsiqəsi vardır. X5 26 Bakı Komissarlı adına Rayon İcra Komitəsinin 15 sentyabr 1989-cu il tarixli 29/3030 Qərarı ilə X7, 6 nəfərlik ailəsi ilə birgə, ünvan 1 ünvana qeydiyyata alınmışdır. Çox təəssüf ki, bu günə kimi o, Azərbaycan Respublikasının Şəxsiyyəti təsdiq edən və yaxud doğum şəhadətnaməsinin sənədin alınması üçün yuxarıda maraqlı şəxs kimi sadaladığı dövlət qurumları heç bir köməklik göstərmiyiblər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 08.12.2021-ci il tarixli № 05/Q-1627/15 saylı cavab məktubuna əsasən itmiş doğum haqqında akt qeydinin, qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi qeyd etmişdirlər. O, dəfələrlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə, Azərbaycan Respublikası Qaçqınların və X10 Üzrə Dövlət Komitəsinə, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinə və Maraqlı şəxs1nə bu barədə müraciət etsə də, ona şəxsiyyət vəsiqəni verməmişlər və bu barədə imtina məktubunu təqdim etmirlər, bundan əlavə hər bir dövlət qurumu, öhdəliyi digər dövlət qurumun üstünə atır. Bu barədə rəsmi sənədlər qoşmaya əlavə olunub. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 149 saylı Mənzil Kommunal İstismar sahəsinin 16.11.2012-ci il tarixli Arayışına əsasən o, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi 57 nömrəli mənzilində yaşaması ilə bağlı sənəd verilmişdir. Qeyd etmək istəyir ki, Qərbi Azərbaycandan (Ermənistan SSR-dən) Azərbaycan Respublikasına gəldikdən sonra o, Qərbi Azərbaycanda (Ermənistanda) verilmiş SSR pasportu itirmişdir və onu bərpa edilməsi mümkün deyil. Əlavə bildirmək istəyir ki, o, Azərbaycanda əmək fəaliyyəti olmuşdur və onun Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsi və Əmək kitabçası mövcuddur və həmin sənədlərdə doğulduğu tarix və yer öz əksini tapıb. 02 mart 2022-ci il tarixdə ərizəçi məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, onun xx.xx.1965-ci il tarixdə Qərbi Azərbaycan (Ermənistan), Amasiya şəhərində doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Qaçqınlar və X10 üzrə Dövlət komitəsi və Azərbaycan Respublikası Mikrasiya Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxslərin nümayəndələrinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 bildirdi ki, o, X6 ilə 10 mart 1986-cı il tarixdə Ermənistanın Amasiya rayonunda rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və həmin nikahdan xx.xx.1965-ci ildə qızı, iş üzrə Ərizəçi doğulmuşdur. Onun həyat yoldaşı X6 07.07.1995-ci ildə Azərbaycan Respublikasında vəfat etmişdir. X20 rayonunda X8 ilə ailə qurmuşdur və nikahdan bir oğlu vardır. Ermənistandan qaçqın düşəndə qızı özünə məxsus sənədlərini itirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 bildirdi ki, Ərizəçi həm onun əmisi qızıdır, həm də qardaşı X4 həyat yoldaşıdır. Onun qardaşı Binəli və Məhəbbət Ermənistanda yaşayanda ailə həyatı qurmuşlar və onların birgə nikahlarında Rövşən adlı bir övladları var. Ona məlumdur ki, Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İV-JQ 438978 nömrəli ölüm haqqında şəhadətnamənin surtəindən görünür ki, X6 07 iyul 1995-ci ildə kəskin ürək-damar çatmamazlığından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995 ilin iyul ayının 19 günündə 82 № ilə qeyd edilmişdir. İş materiallarında olan 08.12.2021-ci il tarixli, 05/Q-1627/15 nömrəli Maraqlı şəxs1 Ərizəçi ünvanladığı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 01.03.2001 il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan 15 sentyabr 1989-cu il tarixli, 29/3030 nömrəli qərardan görünür ki, X5 26 Bakı Komissarlığı ad. Rayon İcra Komitəsinin 15 sentyabr 1989-cu il tarixli 29/3030 Qərarı ilə X7, 6 nəfərlik ailəsi (o cümlədən həyat yoldaşı Ərizəçi) ilə birgə ünvan 1 ünvana qeydiyyata alınmışdır. İş materiallarında olan OT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, 17.06.1986-cı il təvəllüdlü Ərizəçi adına 06 yanvar 1986-cı il tarixdə əmək kitabçası açılmışdır. İş materiallarında olan **********261 nömrəli Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1965-ci ildə Ermənsitanda anadan olmuş Ərizəçi məxsusdur. İş materiallarında olan 22 may 1991-ci il tarixli, XİV-JQ 484643 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15.04.1991-ci ildə Bakı şəhərində doğulmuşdur, atası X9, anası isə X2r. İş materiallarında olan İİ-CL 345376 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və Ərizəçi 10 mart 1986-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Ermənistanın Amasiya rayonunda 8 sayısı ilə qeydə alınmışdır. İş materiallarında olan 03.11.2020-ci il tarixli, ******* nömrəli Vətəndaşlıq məsələləri baş idarəsinin Ərizəçi ünvanladığı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015 il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.7-ci yarımbəndinə əsasən 1988-ci il yanvarın 1dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunuz halda, bu barədə müvafiq təsdiqedici (bu sənəd olmağı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənədlə qaçqın düşərək məskunlaşdığı rayonun icra hakimiyyəti başçısının qaçqınların və X10 üzrə səlahiyyətli nümayəndəsi tərəfindən verilən) sənədi ünvanlarına təqdim etdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırma aparıla bilər. İş materiallarında olan Miqrasiya, məşğulluq və status şöbəsinin Ərizəçi ünvanladığı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının icrası Ermənistan Respublikasından olan daimi məskunlaşmamış qaçqın ailələrinin qeydiyyatda olduqları rayon (şəhər) icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə təqdim olunmuş siyahı əsasında həyata keçirilmiş və Ermənistan Respublikasından olan qaçqın ailələri məskunlaşdığı rayonlar üzrə qeydiyyata götürülərək daimi məskunlaşdırılmış və bu barədə qəbul olunmuş Fərmanın icrası başa çatmışdır. Daimi qeydiyyatda olduqları rayon icra hakimiyyətinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AZE 16916966 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12, 15.04.1991-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İ-ZJ 134252 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X13 15 oktyabr 1960-cı ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyldirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən də, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin normativ-hüquqi aktın 15-16-cı bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Adı çəkilən “Əsas müddəlar”ın 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu ”Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarında məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi Ermənistan Respublikasının Amasiya rayonunda xx xxxx 1965-ci il tarixində doğulmuşdur və bu xüsusat iş materiallarında olan sənədlər və şahid ifadələri ilə təsdiq olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçinin doğumun qeyd edilməsi faktı müəyyən olunmalı, ona doğum haqqında şəhadətnamə verilərək, həmin şəhadətnamədə ata qrafasında X6 (milliyyəti azərbaycanlı), ana qrafasında Şahid1 (milliyyəti azərbaycanlı) qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1965-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X6 (milliyyəti azərbaycanlı), ana qrafasında Şahid1 (milliyyəti azərbaycanlı) göstərilsin. Həmin qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-602/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-602/2022
16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver