Məhkəmə qərarları › İş №2(009)-607/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-607/2022

29.04.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-607/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X17 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabehlər “Cavabdeh1” şirkəti, Cavabdeh2 və Cavabdeh3 (“X7 Limited” MMC 3-cü şəxs qismində) qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə 29 aprel 2022-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabehlər “Cavabdeh1” şirkəti, Cavabdeh2 və Cavabdeh3 (“X7 Limited” MMC 3-cü şəxs qismində) qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7 Limited” MMCnin Cavabdeh2 tərəfindən “Cavabdeh1” şirkətinin digər cavabdeh X1 dair xx.xx.2004-cü il tarixli 3M-1/178 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “X7 Limited" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - MMC) xx.xx.1994-cü il tarixdə 1357 saylı qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir. MMC-nin ilkin təsisçiləri 14 nəfər fiziki şəxs, o cümlədən X13 (18 % payla) və X12 (7% payla) olmuşdur. Vaqif Həsənov xx.xx.1996-cı ilə tarixdə digər təsisçilərin paylarını notarial təsdiqli müqavilə ilə satın alaraq MMC-də 100 % paym sahibi olmuşdur. Britaniyanın Virciniya adalarında xx.xx.1996-cı il tarixdə qeydə alınmış "Cavabdeh1" şirkəti xx.xx.1996-cı il tarixdə Bakı şəhərində öz nümayəndəliyini təsis etmiş və xx.xx.1997-ci il tarixdə Vaqif Həsənovdan MMC-dəki təsis payını notarial təsdiqli müqavilə ilə satın alaraq 100 % payla MMC-nin təsisçisi olmuşdur. "Cavabdeh1" şirkətinin direktorlarının (Cavabdeh2, Vaqif Həsənov və X26) xx.xx.1999-cu il tarixli qərarı ilə Vaqif Həsənovun MMC-nin prezidenti vəzifəsindən istefası qəbul olunaraq, Cavabdeh2 MMCnin yeni prezidenti təyin edilmiş və ona MMC-nin əsas vəsaitlərinin satışı üçün bütün hərəkətləri etmək və zəruri sənədləri imzalamaq səlahiyyəti həvalə olunmuşdur. "Cavabdeh1" şirkətinin direktorlarının (Cavabdeh2, Vaqif Həsənov və X26) xx.xx.1999-cu il tarixli qərarı ilə MMC-ni və/və ya onun əsas vəsaitlərini təxirəsalmmadan satmaq və bu məqsədlə bütün zəruri hərəkətləri etməyi MMC-nin prezidenti Cavabdeh2 həvalə etmək qərara alınmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsnin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddiaçılar Akif Həsənəv və Vaqif Həsənovun MMC-yə, "xxxx" şirkətinə və Cavabdeh2 qarşı iddiası təmin olunaraq, MMC-nin ləğvinə dair xx.xx.2000-ci il tarixli məktubla yaradılmış ləğvetmə komissiyası, komissiya tərəfindən həyata keçirilmiş tədbirlər, o cümlədən bağlanmış müqavilələr, yazışmalar etibarsız sayılmış, səhmdarlar arasında xx.xx.1999-cu il tarixə olan ilkin vəziyyət bərpa edilmiş, iddiaçıların "Cavabdeh1" şirkətinin səhmdarları kimi MMC-yə dair mülkiyyət hüquqları tanınmışdır. Bu qətnamə Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə, sonuncu qətnamə isə Ali Məhkəmənin xx.xx.2005-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Qərardan görünür ki, iddiaçıların "xxxx" şirkətində hər birinin 20 % payçı olmaları şirkətin işdəki nizamnamə və memorandumu, xx.xx.1999-cu il tarixli qərarı və s. sənədlərlə təsdiq edilmiş, buna baxmayaraq, qanunvericiliyin tələblərinə zidd olaraq MMC-nin prezidenti Goh X24rın razılığı olmadan xx.xx.2000-ci il tarixli əmri ilə X4 MMC-nin ləğvetmə komissiyasına sədr təyin etmiş və o, MMC-nin əmlakını dağıtmış, bununla əlaqədar cinayət işi başlanaraq istintaq aparılmışdır. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı ilə tarixli hökmü ilə Fikrət Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş; F.H.Səfərovdan vurulmuş maddi ziyana görə 102.217,20 manat pulun alınaraq zərəçəkmiş şəxslər Vaqif və İddiaçı1lara verilməsi, MMC-nin balansında olan ofis, qeyri-yaşayış və torpaq sahələrinin üzərinə qoyulmuş həbsin götürülərək, həmin əmlakların MMC-nin balansında saxlanılması qərara alınmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2010-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən, Akif Həsənəv və Vaqif Həsənovun varisi olan İddiaçı2 Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi və Fikrət Səfərovdan məhkəmə hökmü ilə onların xeyrinə tutulmuş maddi ziyan tələblərindən imtina etmişlər; bunun müqabilində Cavabdeh2 "xxxx" şirkətinin ona məxsus səhmlərindən, o cümlədən MMC-nin bütün əmlakından Akif Həsənəv və İddiaçı2 xeyrinə, həmçinin "xxxx" şirkətinin təsisçilərinin xx.xx.1999-cu il tarixli qərarı ilə MMC-nin əmlakının satılmasına sərəncam verilməsi səlahiyyətindən Akif Həsənəvun xeyrinə imtina etmişdir. Bundan sonra İddiaçı2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli ərizələrlə müraciət edərək, MMC-nin təsisçisi kimi qeydə alınmağını və dəyişdirilmiş reyestr məlumatlarına dair çıxarış verilməsini xahiş etmişdir. Həmin müraciətlərə cavab olaraq verilmiş xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarda cəmiyyətin nizamnaməsini dəyişdirməyin onun iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olması və Səbail rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsində tələbin icrasının Dövlət Vergi Xidmətinin üzərinə qoyulmadığı göstərilmiş, eyni zamanda cavab məktubunu götürərkən şifahi şəkildə bildirilmişdir ki, Bakı şəhəri 9 saylı Notariat Ofisində MMC ilə bağlı təsis payının alqı-satqısma dair sənədlər rəsmiləşdirilmişdir. Bu məlumata əsasən İddiaçı2 xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət edərək, MMC ilə bağlı həmin notariat ofisində hər hansı rəsmiləşdirmə aparılmasına dair ona ətraflı məlumat verilməsini və müsbət halda, bu rəsmiləşdirməyə aid sənədlərin təsdiq olunmuş surətinin təqdim olunmasını xahiş etmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 2423 saylı məktubu ilə xx.xx.2004-cü il tarixli 3M-1/178 reyestr saylı təsis payının alqı-satqı müqaviləsinin və müqaviləyə əlavə edilmiş sənədlərin surəti təqdim olunmuşdur. Bu sənədlərdən məlum olmuşdur ki, "Cavabdeh1" şirkəti (Cavabdeh2) "X7 Limited" MMC-ni xx.xx.2004-cü il tarixdə notarial təsdiqli müqavilə ilə 50 milyon manata X11ma satmış və bu hal iddiaçıların mülkiyyət hüquqlarının faktiki olaraq pozulmasına səbəb olmuşdur. Ona görə də, İddiaçı1 və İddiaçı2 (Vaqif Həsənovun varisi kimi) həmin müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmiş, lakin o məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 01 sentyabr 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə “X7 Limited” MMC Cavabdeh2 tərəfindən 50.000.000 manat pul müqabilində Cavabdeh3 satılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K-1923/05 saylı, 27 oktyabr 2005-ci il tarixli qərarından görünür ki, Səbail rayon Məhkəməsinin 30 mart 2004-cü il tarixli qətnaməsi ilə X12 və İddiaçı1 Cavabdeh2 qarşı ləğv etmə komissiyasının etibarsız sayılması tələbinə dair iddiası təmin edilmiş, “X16 LTD” şirkətinin ləğvinə dair 10 mart 2000-ci il tarixli məktubla yaradılmış ləğvetmə komissiyası, komissiya tərəfindən həyata keçirilmiş tədbirlər, o cümlədən bağlanmış müqavilələr, yazışmalar etibarsız hesab edilmiş, aksionerlər arasında 28 oktyabr 1999-cu il tarixə olan ilkin vəziyyət bərpa olunmuş, iddiaçıların “X8” Komissiyasında aksionerləri kimi “X16 LTD” şirkətinə dair mülkiyyət hüquqları tanınmışdır. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, iddiaçıların kompaniyada payçı olmaları işdəki Nizamnamə, momerandum, şirkətdə görüləcək tədbirlərlə əlaqədar 28 oktyabr 1999-cu il tarixli iclas protokolu ilə təsdiq edilir. Səbail rayon Məhkəməsinin 2(009)-15/2010 saylı, 18 iyun 2010-cu il tarixli qərardadının surətindən görünür ki, İddiaçı1, İddiaçı2 və Cavabdeh2 təqdim etdikləri barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişinin 2.4-cü bəndinə əsasən X27 Poh öz öhdəsinə götürür ki, İddiaçı1, məhkəmə tərəfindən X6 varisi sayılmış İddiaçı2 bütün iddia və məkəmə qərarlarından, Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizələrindən imtina edilməsi və bu sazişin 2.2-ci bəndi ilə müəyyən edilmiş hərəkətlərin əvəzi olaraq, o, “X10” firmasının ona məxsus səhmlərindən, o cümlədən “X7 Ltd” Firmasında bütün əmlakından İddiaçı1, məhkəmə tərəfindən X6 varisi sayılmış İddiaçı2 xeyrinə imtina edir. Habelə barışıq sazişinin 2.5-ci bəndinə əsasən X27 Poh “X7 Ltd” firmasının təsisçisi olan “X10” firması təsisçilərin 28 oktyabr 1999-cu il tarixli ümumi iclasının qərarı əsasına, “X7 Ltd” firmasının əmlakının satılmasına sərəncam verilməsinə səlahiyyətindən İddiaçı1 xeyrinə imtina edir. Məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlar ilə müəyyən olunmuşdur ki, “Cavabdeh1” şirkəti “X16 Ltd” şirkətinin təsis payını Vaqif Həsənovdan satın alaraq MMC-nin təsisçisi olmuşdur. Daha sonra şirkətin direktorlarının xx.xx.1999-cu il tarixli qərarı ilə MMC-ni və ona məxsus vəsaitləri satmaq səlahiyyəti MMC-nin prezidenti Cavabdeh2 həvalə edilmişdir. Bundan sonra hazırki iş üzrə iddiaçıların iddia tələbinə əsasən Səbail rayon Məhkəməsinin 30 mart 2004-cü il tarixli qətnaməsi ilə Poh Paula qarşı ləğv etmə komissiyasının etibarsız sayılması tələbinə dair iddiası təmin edilmiş, “X16 LTD” şirkətinin ləğvinə dair 10 mart 2000-ci il tarixli məktubla yaradılmış ləğvetmə komissiyası, komissiya tərəfindən həyata keçirilmiş tədbirlər, o cümlədən bağlanmış müqavilələr, yazışmalar etibarsız hesab edilmiş, aksionerlər arasında 28 oktyabr 1999-cu il tarixə olan ilkin vəziyyət bərpa olunmuş, iddiaçıların “X8” Komissiyasında aksionerləri kimi “X16 LTD” şirkətinə dair mülkiyyət hüquqları tanınmışdır. xx.xx.2004-cü il tarixdə Cavabdeh2 “X16 Ltd” MMC 50.000.000 manat pul müqabilində X3. AR Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 91.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 92.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Eyni Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına istinad edərək qeyd edir ki, Cavabdeh2 tərəfindən “X16 Ltd” MMC 50.000.000 manat pul müqabilində X2 artıq məhkəmə qətnaməsi ilə hazırki iş üzrə iddiaçıların “X20” şirkətinin təsisçiləri kimi həmin şirkətə mülkiyyət hüquqları tanınmış, eyni zamanda səhmdarlar arasında xx.xx.1999-cu il tarixə olan ilkin vəziyyət bərpa edilmişdir. Həmin tarixdə (xx.xx.1999) isə “X20” şirkətinin səhmdarları qismində Cavabdeh2 başqa eyni zamanda Vaqif Həsənov da iştirak etmişdir. Lakin buna baxmayaraq, Goh X23vericiliyin tələblərinə zidd olaraq digər təsisçilərin razılığı və məlumatı olmadan MMC-ni başqa bir şəxsə sataraq iddiaçıların mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Belə olan halda “X20” şirkətinin səhmdarı qismində Cavabdeh2 ilə X9 arasında “X16 Ltd” MMC-nin alqı-satqısına dair bağlanmış xx.xx.2004-cü il tarixli müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanıldığından etibarsız hesab edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi təmin olunduğundan, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub iddiaçılara ödənilməlidir Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X7 Limited” MMC-nin Cavabdeh2 tərəfindən “Cavabdeh1” şirkətinin X1 dair xx.xx.2004-cü il tarixli 3M-1/178 reyestr saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ödənilən 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar