Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-610/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, cavabdehlə onun arasında “xidmət müqaviləsi” adlı müqavilə bağlanılmış, həmin müqavilə şərtinə uyğun olaraq, sifarişçinin obyektlərində kondisionerlərin və vitrin soyuducularının mantajı, təmiri və yoxlanılması işlərini yerinə yetirsə də, xidmət haqqı kimi ona ödənilməli olan 3531 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmamışdır. Belə ki, iddiaçı və cavabdeh arasında əmək müqaviləsi deyil, “xidmət müqaviləsi” adlı müqavilə bağlanılmışdır. Faktiki olaraq həmin müqavilə mülki qanunvericilikdə podrat müqaviləsi kimi tərəflər arasında yaranan münasibətləri tənzimləyir ki, həmin müqaviləyə uyğun podratçı (tərəflər arasında bağlanmış müqavilədə “icraçı”) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Yəni tərəflər arasında müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 5-ci bəndinin 3-cü yarımbəndində müqavilənin icrası prosesində yaranan bütün mübahisələri danışıqlar yolu ilə həll edilməsinə üstünlük verilməsi, bu mümkün olmadıqda bütün mübahisə və iddialara Azərbaycan Respublikasının müvafiq qanunları əsasında həll olunması nəzərdə tutulmuşdur. Yəni müqavilənin özündə mübahisənin məhkəməyə qədər nizama salınması nəzərdə tutulmuşdur. Lakin iddiaçı göründüyü kimi məhkəməyə qədər mübahisənin nizama salınması ilə bağlı tədbirlərin görülməsinə dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Yəni onun tərəfindən müqavilə tərəfi kimi cavabdehə rəsmi qaydada müraciət etməsi və onun müraciətinə cavabdeh tərəfindən hər hansı münasibət bildirməsini (və ya bildirməməsini) təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından, iddia ərizəsinin məhkəmə icraatı mümkünsüzdür və iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-610/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-610/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver