Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-621/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı – cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – cavabdeh Azərbaycan Milli Elmlər X1rşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı barədə AMEA Prezidentinin 04 noyabr 2022ci il tarixli 574 nömrəli sərəncamının ləğv edilməsi və AMEA X19 baş mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının birdəfəlik ödənilməsi, habelə qanuni hüquqlarının pozulduğuna və ona dəymiş mənəvi ziyana görə 30 000 (otuz min) manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X20 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o xx xxxxxx 1958-ci ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun “Sosial sistemdə hüquqşünaslıq və uçot” fakültəsini, 1993cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1975-ci ildən əmək fəaliyyətinə başlamışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1985-ci ildən 2014-cü ilədək gənc mütəxəssis kimi təyinat üzrə Azərbaycan SSR Sosial Təminat Nazirliyi sistemində müfəttiş, baş müfəttiş, Əməyin təşkili və hüquq təminatı şöbəsinin rəisi, Nəsimi rayon Sosial təminat şöbəsinin müdiri, “Azneftmaş” X15 Hüquq və müqavilə şöbəsinin rəisi, Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında baş məsləhətçihüquqşünas, Normativ hüquqi aktlar sektorunun müdiri, Ərizə və müraciətlərə baxılması şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri görülməyib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə layiq görülmüşdür və dövlət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. 28 noyabr 2014-cü ildə Azərbaycan Milli Elmlər X7 aparatında yeni yaradılmış Hüquq və kadrlar idarəsinə işə dəvət olunmuşdur. Həmin tarixdən 13 mart 2020-ci ilədək AMEA-nın X28ınin Hüquq və kadrlar idarəsində baş mütəxəssis-hüquqşünas, idarə rəisinin müavini və sentyabr 2018-ci ildən həmin idarənin bazasında yaradılmış Kadrlar və hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 13 mart 2020-ci ildə AMEA-nin sabiq prezidenti Ramiz Mehdiyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilərək AMEA-nın Dendralogiya İnstitutuna baş mütəxəssis-hüquqşünas vəzifəsinə təyin olunmuşdur. 28 aprel 2021-ci ildən yenidən AMEA Rəyasət Heyətinə dəvət olunaraq müddətsiz əmək müqaviləsinə əsasən aparat xidmətinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul tarixli 1769 nömrəli Fərman imzalamış və həmin fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 avqust 2022-ci il tarixli 470S-nömrəli Sərəncamı qəbul edilmişdir. Həmin fərman və sərəncamın icrasının təmin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti 29 iyul 2022-ci il tarixli 14/1 nömrəli və 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarlar qəbul etmişdir. Məhz həmin adıçəkilən hüquqi aktlara istinad edərək AMEA Prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndinə əsasən tutduğu vəzifədən qanunsuz olaraq işdən azad edilmişdir. Onun işdən azad olunmağı barədə AMEA prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərancamını aşağıda qeyd etdiyi hallar üzrə qanunsuz hesab edir 1.Sərancamın giriş hissəsinin 1-ci cümləsində istinad edilərək qeyd edilən AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarında onun işlədiyi Aparat rəhbərinin xidmətində baş mütəxəsis vəzifəsinin ləğv edilməsi nəzərdə tutulmamışdır. 2. Həmin sərəncamın 2-ci cümləsində adıçəkilən və güya ona təqdim edilən Xəbərdarlıqda AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə AMEA X28 rəhbərinin xidmətinin baş mütəxəssisi vəzifəsinin ləğv edildiyi göstərilmişdir. Həmin qərarı görməmişdir və onun məzmunu ona məlum deyil. Hətta bu qərar olsa belə, həmin qərarın ona münasibətdə hüquqi qüvvəsi yoxdur. Çünki Xəbərdarlıqda qeyd olunan xx.xx.2022-ci il tarixindən sonra ona AMEA Prezidentinin 08 iyul 2022-ci il tarixli 328 nömrəli sərəncamı ilə 01 avqust 2022-ci ildən 06 sentyabr 2022-ci ilədək 36 gün əmək məzuniyyəti verilmişdir. 3. Adıçəkilən Xəbərdarlıqda qeydiyyat tarixi və nömrəsi qeyd edilmədiyi, habelə əmək müqaviləsinə xitam veriləcəyi gün dəqiq göstərilmədiyi üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimafa əsasən həmin sənəd rəsmi sənəd kimi qəbul edilə bilməz. Məhz bu səbəbdən həmin Xəbərdarlığın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən ona şamil edilmədiyi üçün 19 avqust 2022-ci il tarixdə xüsusi qeyd etməklə onu geri qaytarmışdır. 4.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 80ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin üzvü olduğu Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmalıdır. Lakin onun üzv olduğu Həmkarlar Təşkilatının bu barədə heç bir yığıncağı, müzakirəsi və razılığı olmamışdır. 5.Onun işdən azad olmağı barədə sərəncamın başlığında Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti yazıldığı halda, həmin sərəncama qanunsuz olaraq AMEA-nın 1-ci vitse prezidenti vəzifəsini icra edən akademik-katib Arif Həşimov imza etmişdir. Hansı ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 25 oktyabr 2022-ci il tarixdən AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəyli təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə elektron imza vasitəsilə işəgötürən tərəfindən elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Həmin elektron imza isə qanunla işəgötürənə - AMEA prezidentinə məxsusdur və digərləri tərəfindən mənimsənilməsi qanunla məsuliyyət yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən yalnız intizam tənbeh tədbiri vermək barədə səlahiyyətlərini öz əmri ilə müavinlərin birinə verə bilər. Bu zaman isə işəgötürən öz səlahiyyətlərini başqa vəzifəli şəxsə həvalə edərkən əsaslandırmalı və onun səlahiyyət dairəsi dəqiq müəyyən edilməlidir. AMEA prezidenti iş başında olduğu halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi ilə dəqiq müəyyən edilmiş və qanunla birbaşa işəgötürənə aid olan əmək müqaviləsinin bağlanılması və ya ləğv edilməsi kimi səlahiyyətlərin öz vəzifəsini icra edən digər şəxs tərəfindən həyata keçirilməsi kobud qanun pozuntusu hesab olunur. 6. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar edildikdə müəyyən vəzifələr üzrə əmək funksiyalarının icrası üçün tələb olunan ixtisas və peşəkarlıq səviyyəsi olan işçilər işdə saxlanılmalıdır. Dövlət orqanlarında 35 ildən artıq peşəkar hüquqşünas kimi məsul vəzifələrdə çalışmışdır. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. Dövlət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. Heç zaman barəsində intizam tənbeh tədbiri olmayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən verilmiş Əmək, Ailə, Komersiya münasibətləri, İstehlakçı hüquqlarının qorunması və Uşaqların hüquqlarının qorunması üzrə müvafiq Sertifikatlara layiq görülmüş aktiv Mediatordur. 16 iyun 2021-ci il tarixdən Mediasiya Şurasının üzvüdür. Pensiya yaşına 1 il bir ay qalıb. Bütün bunlar nəzərə alınmaqla işçilərin sayının azaldılması və ya ştatların ləğv edilməsi səbəbi ilə onun işdən azad edilməyini həm qanuna, həm dövlətçiliyə, həm də insanlığa zidd hesab edir. 7.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. O, 02 noyabr 2022-ci il tarixdən 06 noyabr 2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu 04 noyabr 2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər. Sonradan iddiaçı ərizə verərək, 2(009)-621/2023 saylı mülki iş üzrə cavabdehin Azərbaycan Milli Elmlər Akademiyası olması barədə dəqiqləşdirməni qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun işdən azad olunmağı barədə AMEA Prezidentinin 04 noyabr 2022- ci il tarixli 574 nömrəli sərəncamının ləğv edilməsi və AMEA X19 baş mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının birdəfəlik ödənilməsi, habelə qanuni hüquqlarının pozulduğuna və ona dəymiş mənəvi ziyana görə 30 000 (otuz min) manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X20 üzərinə qoyulması tələbi ilə bağlı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2-(009)-621/2023 saylı 14 fevral tarixli mülki iş üzrə cavabdeh Azərbaycan Milli Elmlər X7 Aparatı göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizə verərək bildirmişdir ki, cavabdeh AMEA-nın nümayəndəsi Nümayəndə qeyd edilən mülki iş üzrə xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında bu iş üzrə iddiaçının iddiasından imtina barədə qərar qəbul edilməsi ilə bağlı Məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar aşağıdakıları bildirir. Cavabdehin ərizəsində özünün istinad etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinn 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmçinin cavabdehin istinad etdiyi həmin məcəllənin 296-cı maddəsinin 1-ci hissəsində: “Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər”; 3-cü hissəsində: “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.”; 7-ci hissəsində isə: “Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir ” kimi təsbit edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən: “Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur”. Məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kımı, o 2-6 noyabr 2022-ci il tarixlərində xəstə olmuşdur. 7-9 noyabr 2022-ci il tarixləri isə iş günü olmayıb. 10 noyabr 2022-ci il tarixdə o işə çıxanda qanunsuz olaraq işdən azad olunduğunu bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu müddəaya uyğun o ilk növbədə mediasiya təşkilatına müraciət etmiş və cavabdeh özü də mediasiya prosesində tərəf kimi iştirak etmişdir. Göründüyü kimi, o, AMEA tərəfindən pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin bütün tələblərinə riayət etmiş və iddia müddətini ötürməmişdir. Cavabdeh AMEA-nın nümayəndəsi Nümayəndə 2(009)- 621/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, 1. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə tanış deyildir. Lakin 19 sentyabr 2022-ci il tarixli ona həmin tarixdə elan olunmuş xəbərdarlıqdan görünür ki, 19 sentyabr 2022-ci il tarixində İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə tanış edilmiş və ona əmək müqaviləsinin 31 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunacağı barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, azı 6 (altı) təqvim həftəsi qabaqcadan xəbərdar edilmişdir. İddia ərizəsində özü etiraf edir ki, xəbərdarlığı imzaladıqdan, orada qeydlərini apardıqdan sonra onu geri qaytarmışdır. 2.İddiaçı öz çıxışlarında dəfələrlə bildirir ki, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam verilməli idi, lakin iddiaçı nəzərə almır ki, baxılan halda əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisə ləğv edildikdə) xitam verilə bilməzdi, çünki baxılan halda Azərbaycan Milli Elmlər Akademiyasında işçilərin sayı və ştatlar ixtisar olunmuşlar, Azərbaycan Milli Elmlər Akademiyasının özünün ləğvindən söhbət belə getmir. 3. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, AMEA X28ı Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmamışdır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun 27 iyul 2022-ci il tarixli təqdimatı və eyni zamanda, AMEA X28ı Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyevin AMEA X20 bir sıra struktur vahidlərinin ləğv edilməsi ilə əlaqədar həmin struktur vahidlərində işləyən işçilərin əmək müqavilələrinin ləğv edilmələri məsələlərinə baxılması barədə 28 iyul 2022-ci il tarixli 04-62 nömrəli müraciəti AMEA X28ı Həmkarlar Təşkilatının iclasında müzakirəyə çıxarılmışdır. Müraciət AMEA X28ı Həmkarlar Təşkilatının 29 iyul 2022-ci il tarixli iclasında müzakirə olunaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, AMEA X20 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78ci və 79-cu maddələrinə uyğun olaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək müqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilmişdir. 4.İddiaçı iddia ərizəsində iddia edir ki, onun işdən azad olunması haqqındakı sərəncamı AMEA-nın prezidenti deyil, buna səlahiyyəti olmayan birinci vitse-prezident vəzifəsini icra edən akademik-katib Arif Həşimovun imza etməsi qeyri-qanuni olmuşdur. Lakin iddiaçı nəzərə almamışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin “Azərbaycan Milli Elmlər X16 aparatında həyata keçirilən islahatlar barədə” 27 oktyabr 2022-ci il tarixli 557 nömrəli Sərəncamı ilə Azərbaycan Milli Elmlər X16 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli 13/1 nömrəli və 19 avqust 2022ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin 05 noyabr 2022-ci il tarixinədək imzalanması səlahiyyətləri AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X21 həvalə edilmişdir. Bu hal Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə və Həmin Məcəllənin 49-cu və 188-ci maddələrinə zidd deyildir, çünki həmin vaxt Azərbaycan Milli Elmlər X16 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli 13/1 nömrəli və 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin 05 noyabr 2022-ci il tarixinədək imzalanması səlahiyyətləri AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X17 həvalə edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 9.6-cı bəndinə əsasən Akademiyanın prezidenti səlahiyyətlərinin müvəqqəti icrasını birinci vitse-prezidentlərinə tapşıra bilər. 5.İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar edildikdə müəyyən vəzifələr üzrə əmək funksiyalarının icrası üçün tələb olunan ixtisas və peşəkarlıq səviyyəsi olan işçilər işdə saxlanılmalıdır. Nəzərə alsaq ki, Azərbaycan Milli Elmlər X5 “AMEA X20 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında” 07 iyul 2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə “AMEA X20 rəhbərinin xidməti” struktur vahidinin işçilərinin sayı azaldılmamış və ya ştatları ixtisar edilməmişdir, struktur vahidi tamamilə ləğv edilmişdir, yəni işdə saxlanılmalı işçilər olmadığı üçün işçilər arasından peşəkarlıq səviyyəsinə görə seçim etmək zərurəti yaranmamışdır. 6.İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır və onun 02 noyabr 2022-ci il tarixdən 06 noyabr 2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu 04 noyabr 2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər. Bildirilir ki, Azərbaycan Milli Elmlər X16 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayının 1-dən 4-ə kimi hər gün işdə olmuşdur. Həmçinin AMEA X20 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bir müvafiq sənəd təqdim etmədiyi bildirilir. 7.Əlavə olaraq əmək müqavilələrinin qeydiyyatları aparılan məlumat bazasından çıxarışdan görünür ki, iddiaçı 18 oktyabr 2022ci il tarixindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda baş mütəxəssis (əlavə) vəzifəsində, 31 yanvar 2023-cü il tarixindən isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda baş mütəxəssis (əsas) vəzifəsində işləyir. Bu isə o deməkdir ki, bir çox ixtisara düşmüş əməkdaşlardan fərqli olaraq, iddiaçı nəinki əlavə, hətta əsas iş yeri ilə təmin olunmuşdur. Cavabdeh tərəf iddiaçının iddialarını tamamilə əsassız hesab edərək onların təmin olunmayaraq, rədd olunması barədə yekun məhkəmə qərarının qəbul olunmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə verərək, 13 iyun 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Səbail rayon Məhkəməsinin inzibati binasında İddiaçı cavabdeh: Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı iddia ərizəsinə görə 2(009)-621/2023 saylı mülki işə baxılması davam etdiriləcəkdir. İddia ərizəsindən görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin “İddiaçı işdən azad edilməsi haqqında” 04 noyabr 2022-ci il tarixli 574 nömrəli Sərəncamı ilə AMEA X28ı rəhbərinin xidmətinin baş mütəxəssisi İddiaçı əmək müqaviləsinə 04 noyabr 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 2(009)-621/2023 saylı mülki işin sənədlərindən də göründüyü kimi İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamına əsasən 04 noyabr 2022-ci il tarixindən işdən azad edilməsinə baxmayaraq, “işə bərpa” tələbi ilə Məhkəməyə yalnız 30 dekabr 2022-ci il tarixdə müraciət etmişdir, yəni 04 noyabr 2022-ci il tarixli Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinin 574 nömrəli sərəncamı verildikdən 1 ay 26 gündən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cu maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işə götürəni qane etməzsə həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2- ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bununla da, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinin tələblərini pozaraq, əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, “375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərar”ına əsasən, əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinə (bundan sonra - X23 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X23 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 2(009)-621/2023 saylı mülki iş üzrə iddiaçı tərəf iddia ərizəsini iddia müddətləri keçdikdən sonra verdiyindən iddiaçının iddiasından imtina barəsində müvafiq məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - Azərbaycan Milli Elmlər X5 9733 nömrəli, 15 aprel 2015-ci il tarixli İddiaçı AMEA X20 Hüquq və kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Milli Elmlər X8 “AMEA üzrə vəzifələr nomenklaturası haqqında” 02 oktyabr 2013-cü il tarixli, 20/8 nömrəli qərarını, əsas tutaraq, Azərbaycan Milli Elmlər X7 qərara alər: 1.İddiaçı AMEA X20 Hüquq və kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyin edilsin. 2.AMEA X20 Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyevə tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələləri həll etsin. - Azərbaycan Milli Elmlər X5 17/7 nömrəli, 14 dekabr 2018-ci il tarixli İddiaçı AMEA X20 kadrlar şöbəsinin müdiri vəzifəsinə vəzifəsinə təyin edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Milli Elmlər X8 “AMEA üzrə vəzifələr nomenklaturası haqqında” 02 oktyabr 2013-cü il tarixli 20/8 nömrəli qərarını və AMEA prezidentinin xx.xx.2018-ci il tarixli 598 nömrəli sərəncamını əsas tutaraq, Azərbaycan Milli Elmlər X7 Qərar alır: 1.İddiaçı AMEA X20 Kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin edilsin. 2.AMEA-nın İşlər idarəsinə (siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev) və AMEA X20 Kadrlar şöbəsinə tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələləri həll etsinlər. - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 63 nömrəli, 28 aprel 2021-ci il tarixli İddiaçı baş mütəxəssis vəzifəsinə işə qəbul edilməsi haqqında sərəncamından görünür ki, AMEA X20 rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənovun xx.xx.2021-ci il tarixli 01-H-398 nömrəli təqdimatına və İddiaçı ərizəsinə əsasən:1.İddiaçı 30 aprel 2021-ci il tarixindən AMEA Rəyasət Heyət aparatının rəhbərinin xidmətinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş və əməkhaqqı ştat cədvəlinə uyğun ödənilmiş. 2.AMEA X20 rəhbərinə (filologiya üzrə fəlsəfə doktoru, doseni Seyfəl Həsənov), AMEA X20 Kadrlar şöbəsinə və Maliyyə şöbəsinə (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) tapşırılsın ki, sərəncamın icrasından irəli gələn məsələləri həll etsinlər. - İddiaçı ünvanlandığı 19 sentyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə AMEA X20 strukturunda dəyişiklik edilmişdir. Həmin qərarın 1-ci bəndi ilə hazırda işlədiyiniz AMEA X20 rəhbərinin xidməti ləğv edilmişdir. Bununla əlaqədar olaraq əmək müqavilənizin 31 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunacağı barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, azı 6 (altı) təqvim həftəsi qabaqcadan xəbərdar edilirsiniz. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Xəbərdarlıq müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlarla təmin edilib və həmin maddənin 4-cü hissəsinə uyğun olaraq, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxma müavinəti bir dəfəyə ödənməklə müvafiq əsasla əmək müqaviləyə xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır. - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 574 nömrəli, 04 noyabr 2022-ci il tarixli İddiaçı işdən azad edilməsi haqqında sərəncamından görünür ki, AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarı ilə AMEA X20 bir sıra struktur vahidləri ləğv edilmişdir. Bununla əlaqədar olaraq, AMEA X20 ləğv edilmiş Aparatı rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsini tutmuş İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, xx.xx.2022-ci il tarixində xəbərdarlıq edilmiş və həmin maddənin 2-ci bəndinə uyğun olaraq ona hüquqları izah edilmişdir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq, AMEA X28ı Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli 01-H- 1481 nömrəli məktubu ilə AMEA X20 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsinə razılıq verdiyini nəzərə alaraq: 1. AMEA X28ı rəhbərinin xidmətinin baş mütəxəssisi İddiaçı əmək müqaviləsinə 4 noyabr 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş. 2. Azerbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlara uyğun olaraq, İddiaçı AMEA X19 beş ildən on ilədək əmək stajı nəzərə alınmaqla orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmiş. 3.AMEA X28ı Kadr potensialı və təhsil şöbəsi (Natiq Mehdiyev), Hüquqi təminat şöbəsi (Nümayəndə) və Maliyyə şöbəsi (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) sərəncamın icrasından irəli gələn məsələləri həll etsinlər. - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 328 nömrəli, 08 iyul 2022-ci il tarixli İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında sərəncamından görünür ki, AMEA X28ı rəhbərinin xidmətinin baş mütəxəssisi İddiaçı 1 avqust 2022-ci il tarixindən xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün 36 təqvim günü əmək məzuniyyəti (əsas məzuniyyət 30 təqvim günü, əlavə məzuniyyət — staja görə 6 təqvim günü) verilmişdir. - Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əmək qabiliyyətinin olmaması ******* nömrəli vərəqəsindən görünür ki, İddiaçı 02 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək əmək qabiliyyətini itirilməsi diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Azərbaycan Milli Elmlər Akademiyasının strukturu” təsdiq edilsin.2.Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən işçilərinin say həddi 3510 ştat vahidi olaraq təsdiq edilsin. 3. “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, Ns 11, maddə 1426; 2016, Na 7, maddələr 1356,1359; 2017, N 1 maddə 127; 2020, N 10, maddə 1263; 2021, N 9, maddə 1076) ləğv edilsin. Azərbaycan Milli Elmlər Akademiyasının strukturu: 1. Azərbaycan Milli Elmlər X8 aparatı. 2.Azerbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri: 2.1.Respublika Seysmoioji Xidmət Mərkəzi; 2.2.Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu; 2.3.Arxeologiya, Etnoqrafiya və Antropologiya institutu; 2.4.X24 adına Şərqşünaslıq İnstitutu; 2.5.Fəlsəfə və Sosiologiya institutu; 2.6.Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; 2.7.Nəsimi adına Dilçilik İnstitutu; 2.8.Memarlıq və İncəsənət İnstitutu; 2.9.Məhəmməd Füzuli adına Əlyazmalar institutu; 2.10.Folklor İnstitutu; 2.11.Qafqazşünaslıq İnstitutu; 2.12.“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; 2.13.X25 Mərkəzi; 2.14.X29 Mərkəzi; 2.15.X26; 2.16.“Elm" Nəşriyyatı. 3.Naxçıvan bölməsinin Aparatı. 4.Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr: 4.1.Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; 4.2.İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; 4.3 Əlyazmalar Fondu. 5.Gəncə bölməsinin Aparatı. 6.Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr: 6.1.Humanitar Tədqiqatlar institutu; 6.2.Diyarşünaslıq institutu; 6.3.X27. - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 27 oktyabr 2022-ci il tarixli, 557 nömrəli sərəncamından görünür ki, Azərbaycan Milli Elmlər X16 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin 7 iyul 2022-ci il tarixli 13/1 nömrəli və 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlər xx.xx.2022-ci il tarixinədək AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X21 tərəfindən imzalanması tapşırılmışdır. - Azərbaycan Milli Elmlər X7 X3 iclasının 13 nömrəli 29 iyul 2022-ci il tarixli protokol çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci naddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, AMEA X20 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin (siyahı əlavə olunur) Azərbaycan Respublikasının Əmək məcəlləsinin 78-ci və 79-cu maddəsinə uyğun ılaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək nüqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 376 nömrəli, 20 iyul 2022-ci il tarixli AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli 13/1 nömrəli qərarının icrasının təmin edilməsi haqqında sərəncamından görünür ki, “AMEA X20 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında" AMEA Rəyasət Heyətinin 7 iyul 2022-ci il tarixli 13/1 nömrəli qərarının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə: 1.“AMEA X20 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında" AMEA Rəyasət Heyətinin 7 iyul 2022-ci il tarixli 13/1 nömrəli qərarı AMEA X20 ləğv edilmiş struktur vahidlərinin işçilərinə elan edilsin. 2.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq, işlədiyi struktur vahidi ləğv edilmiş işçilərə rəsmi xəbərdarlıq edilsin. 3.İşlədiyi struktur vahidi ləğv edilmiş, lakin AMEA prezidentinin sərəncamı ilə əmək məzuniyyəti verilmiş işçilərə rəsmi xəbərdarlığın onların əmək məzuniyyətinin bitdiyi tarixdə elan edilməsi təmin edilsin. 4.AMEA X20 ləğv edilmiş struktur vahidlərinin işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq xitam verilməsi təmin edilsin. 5.AMEA X28ı İşlər idarəsi (texnika elmləri doktoru Elton Məmmədov), Kadrlar şöbəsi (Natiq Mehdiyev), Maliyyə şöbəsi (texnika üzrə fəlsəfə doktoru ilqar Quliyev) və Hüquq şöbəsi (Nümayəndə) sərəncamın icrasından irəli gələn məsələləri həll etsinlər. Azərbaycan Milli Elmlər X5 AMEA X20 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında 13/1 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli 5 nömrəli qərarının 6.1. bəndi ilə Azərbaycan Milli Elmlər Akademiyasına Akademiyanın strukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqla bağlı qarşıda duran vəzifələrin icrası Azərbaycan Milli Elmlər Akademiyası Ümumi yığıncağının 27 aprel 2022-ci il tarixli 2/1 nömrəli qərarının 3.1.4-cü bəndi ilə AMEA Rəyasət Heyətinə həvalə edilmişdir. Bundan əlavə, AMEA X19 idarəetmə sisteminin və strukturun optimallaşdırılması, struktur bölmələrin və işçilərin funksiyalarına uyğun komplektləşdirilməsi ilə əlaqədar “AMEA-nın elmi bölmələrinin və X20 strukturunun təkmilləşdirilməsi haqqında” AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/2 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərardan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 13 may 2022-ci il tarixli 10/2 nömrəli qərarı ilə AMEA X20 strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə Komissiya yaradılmış və Komissiyaya AMEA X20 yeni strukturunun layihəsinin və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq, həmçinin AMEA X20 strukturunun müasir innovativ və çevik idarəetmə meyarlarının tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Milli Elmlər X7: 1. AMEA X20 “AMEA X20 rəhbərinin xidməti”, “AMEA prezidentinin katibliyi”, “Daxili audit və nəzarət şöbəsi”, İşlər idarəsinin “Sosial xidmətlər şöbəsi” və İşlər idarəsinin tabeliyində “Təmir-tikinti şöbəsi” struktur vahidləri ləğv edilməsi, 2.AMEA X20 ləğv edilmiş “AMEA X20 rəhbərinin xidməti”, “AMEA prezidentinin katibliyi”, “Daxili audit və nəzarət şöbəsi", İşlər idarəsinin “Sosial xidmətlər şöbəsi” və İşlər idarəsinin tabeliyində “Təmir-tikinti şöbəsi” struktur vahidlərinin işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq xitam verilməsi təmin edilməsi, 3.AMEA X28ı İşlər idarəsi (texnika elmləri doktoru Elton Məmmədov), Kadrlar şöbəsi (Natiq Mehdiyev), Maliyyə şöbəsi (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) və Hüquq şöbəsi (Nümayəndə) qərarın icrasından irəli gələn məsələləri həll edilməsi, 4.Qərarın icrasına nəzarət AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova həvalə edilməsi qərara alınmışdır. - AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli qərarı ilə AMEA X20 bir sıra struktur vahidləri ləğv edilmişdir. - AMEA X20 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixində AMEA X28ı rəhbərinin xidmətinə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinə AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat verməmiş və bu haqda heç bir müvafiq sənəd təqdim etməmişdir. - Turniket çıxarışından görünür ki, İddiaçı 01 noyabr 2022-ci il tarixində saat 09:02 radələrindən daxil olmuş, saat 17:46-da çıxmışdır idarədən. 02 noyabr 2022-ci il tarixində saat 17:47-də daxil olmuşdur. 03 noyabr 2022-ci il tarixində 08:46-da daxil olmuş, 17:45də çıxmışdır. 04 noyabr 2022-ci il tarixində 08:54-də daxil olmuşdur. - Əmək müqaviləsi çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya institunda baş mütəxəssis vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixində Azərbaycan Milli Elmlər X2 İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində çalışmışdır. - AMEA X20 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli və xx.xx.2022- ci il tarixli 15/1 nömrəli qərarları ilə AMEA X20 bir sıra struktur vahidləri ləğv edilmişdir. Struktur dəyişikliyi zamanı AMEA X20 işçiləri qanunvericiliyin tələbləri gözlənilməklə, AMEA-nın tabeliyində olan strukturlarda işlə təmin olunmuş, bəzi əməkdaşlar isə təklif olunmuş vəzifələrə təyin olunmalarını istəmədikləri təqdirdə, müvafiq vakant yer olmaması səbəbindən onların əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bildirikbh ki, yuxanda qeyd edilən struktur dəyişikliklərindən sonra və hazırda AMEA X19 baş mütəxəssis, aparıcı mütəxəssis və mütəxəssis ştat vahidləri üzrə vakant yer yoxdur. - Azərbaycan Milli Elmlər X5 AMEA X20 strukturunda bir sıra dəyişiklik edilməsi haqqında 2/8 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərar qəbul edilmişdir. Qərarın 2ci bəndinə əsasən, AMEA X20 mövcud strukturunun AMEA-nın yeni strukturuna və işçilərin yeni say həddinə uyğunlaşdırılınası zərurəti nəzərə alınaraq, AMEA X20 yeni strukturu yaradılmışdır. Bundan əlavə, AMEA Rəyasət Heyətinin 31 oktyabr 2022-ci il tarixli 20/11 nömrəli qərarı ilə Akademiya şəhərciyi şöbəsi yaradılmış və şöbə AMEA X20 strukturuna daxil edilmişdir. Hazırda beynəlxalq təcrübədə elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə mexanizmlərinin tətbiqi, kadrların potensialından daha səmərəli istifadəyə imkan verən optimal struktur modellərinin təşkili təcrübəsi AMEA X20 strukturuna, onun şöbələrinin fəaliyyət istiqamətlərinə və bundan irəli gələrək həmin şöbələrin adlandırılmasına yenidən baxılması zərurəti yaratmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər X7 1.AMEA X20 Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsi Elm və təhsil şöbəsi adlandırılması. 2.AMEA X20 Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr şöbəsi adlandırılması. 3.AMEA X20 Media və informasiya şöbəsi İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi adlandırılması. 4.AMEA X20 Kadr potensialı və təhsil şöbəsi İnsan resursları şöbəsi adlandırılması. 5.AMEA X20 Hüquqi təminat şöbəsi Hüquq şöbəsi adlandırılması. 6.AMEA X20 Ümumi şöbəsi Sənədlərlə iş şöbəsi adlandırılması. 7. AMEA X20 Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi Elmi irs şöbəsi adlandırılması. 8.AMEA X20 Maliyyə şöbəsi ləğv edilməsi. 9.AMEA X20 ləğv edilmiş Maliyyə şöbəsinin bazasında AMEA X20 Maliyyə və mühasibat şöbəsi yaradılması. 10.AMEA X20 yeni yaradılmış Maliyyə və mühasibat şöbəsi formalaşdırılanadək ləğv edilmiş Maliyyə şöbəsi öz funksiyalarının icrasını davam etdirməsi. 11.Əmək qanunvericiliyinə uyğun olaraq, AMEA X20 ləğv edilmiş Maliyyə şöbəsinin işçilərinə ştatların ixtisarı ilə əlaqədar olaraq xəbərdarlıq edilməsi, onların əmək müqavilələrinə bu əsasla xitam verilməsi və digər məsələlərin həlli təmin edilməsi. 12.AMEA X20 yeni strukturu təsdiq edilməsi 13.AMEA-nın elmi müəssisə və təşkilatlarının strukturuna daxil olan kadrlar şöbələri İnsan resursları şöbəsi adlandırılması. 14.AMEA X20 müvafiq struktur bölmələrinə tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələlərin həllini təmin edilməsi. 15.Qərarın icrasına nəzarət AMEA-nın birinci vitseprezidenti vəzifəsini icra edən, akademik-katib, akademik Arif Həşimova həvalə edilməsi qərara alınmışdır. - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin AMEA X20 işçilərinin AMEA X28ı Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinə keçirilməsi barədə 601 nömrəli, 25 noyabr 2022-ci il tarixli sərəncamından görünür ki, AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarı ilə AMEA X20 yeni strukturu yaradılmışdır. Bu qərarın icrasını təmin etmək, eləcə də mövcud strukturun AMEA-nın yeni strukturuna və işçilərin yeni say həddinə uyğunlaşdırılması zərurəti ilə bağlı işçilərə ştatların ixtisarı ilə əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq xəbərdarlıq edilmişdir. Müvafiq struktur bölməsində işləyən işçilərin yeni strukturda nəzərdə tutulan vəzifələrə keçirilmələri ilə bağlı AMEA X28ı Elmi, texniki və innovativ fəaiiyyətin təşkili şöbəsinin müdiri texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynovun xx.xx.2022-ci il tarixli 01-H-1818 nömrəli təqdimatını və işçilərin ərizələrini nəzərə alaraq: 1. Aşağıda adları qeyd olunan işçilər 25 noyabr 2022ci il tarixindən AMEA X28ı Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinə göstərilən vəzifələrə keçirilmişdir: 1.1.Fəlsəfə üzrə fəlsəfə doktoru X9 şöbə müdirinin müavini vəzifəsinə; 1.2.Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz Beykəs oğlu imranov baş mütəxəssis vəzifəsinə; 1.3.Texnika üzrə fəlsəfə doktoru X22 baş mütəxəssis vəzifəsinə: 1.4.X4 baş mütəxəssis vəzifəsinə; 1.5.X14 aparıcı mütəxəssis vəzifəsinə; 1.6.X18 aparıcı mütəxəssis vəzifəsinə; 1.7.X11 aparıcı mütəxəssis vəzifəsinə; 1.8.X12 mütəxəssis vəzifəsinə. AMEA X20 Kadr potensialı və təhsil şöbəsi (Natiq Mehdiyev) və Maliyyə şöbəsi (İlqar Quliyev) sərəncamın icrasından irəli gələn məsələləri həll edilməsi tapşırılmışdır. - Azərbaycan Milli Elmlər X16 Aparatının əmək kitabçalarının qeydiyyat kitabından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində əmək kitabçasını götürmüşdür. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli qərarı ilə AMEA X20 bir sıra struktur vahidləri ləğv edilmişdir. Bununla əlaqədar olaraq, AMEA X20 ləğv edilmiş Aparatı rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsini tutmuş İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, xx.xx.2022-ci il tarixində xəbərdarlıq edilmiş və Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 574 nömrəli, 04 noyabr 2022-ci il tarixli işdən azad edilməsi haqqında sərəncamı ilə AMEA X28ı rəhbərinin xidmətinin baş mütəxəssisi İddiaçı əmək müqaviləsinə 4 noyabr 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əmək qabiliyyətinin olmaması ******* nömrəli vərəqəsinə əsasən İddiaçı 02 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək əmək qabiliyyətini itirilməsi diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X10 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə, müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. İşin materiallarından görünür ki, İddiaçı əmək müqaviləsinə AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşin materiallarından görünür ki, cavabdeh tərəfindən qeyd edilən normaların tələbləri baxımından Azərbaycan Milli Elmlər Akademiyasında işçilərin sayı və ştatlar ixtisar olunması, o cümlədən də iddiaçı ilə əmək müqaviləsinin xitamı ilə bağlı bir sıra rəsmiləşdirmə işləri aparılsa da, iddiaçı sonunda AMEA Prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndinə əsasən tutduğu vəzifədən işdən azad edilməsi ilə razılaşmayaraq bu sərəncamın və onun verilməsinə əsas olmuş halların qanunsuz olmasının bir sıra səbəblərini iddia ərizəsində sadalamışdır. Məhkəmə ilk əvvəl tələbin mühüm və diqqətəlayiq məqamı olan iddiaçının 02 noyabr 2022-ci il tarixdən 06 noyabr 2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu 04 noyabr 2022-ci il tarixindən işdən azad edilməsi hissəsinin qanuniliyinə qiymət verilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar» adlanan 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi, qeyd edilən norma imperativdir və burada digər qeyd şərt göstərilməmişdir. Qanunverici yalnız bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallar istisna olmaqla (79-cu maddənin İİ hissəsi) əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsini işəgtürənə qadağan etmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X7 X3 iclasının 13 nömrəli 29 iyul 2022-ci il tarixli protokol çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, AMEA X20 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin Azərbaycan Respublikasının Əmək məcəlləsinin 78-ci və 79-cu maddəsinə uyğun olaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək nüqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Başqa sözlə, həmkarlar təşkilatı da AMEA X20 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin ixtisarı zamanı əmək müqaviləsinə xitam verilən zaman qadağan edilən halların nəzərə alınmalı olmasını xüsusilə vurğulamışdır. İşin materiallarında İddiaçı 02 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək əmək qabiliyyətini itirilməsinə dair Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əmək qabiliyyətinin olmamasına dair ******* nömrəli vərəqəsi mövcuddur. Cavabdeh tərəf qeyd edilən dəlillə bağlı İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat verməməsinə və bu haqda heç bir müvafiq sənəd təqdim etməməsinə, həmçinin iddiaçının Turniket çıxarışına əsasən 01-04 noyabr 2022-ci il tarixlərdə işə gəlməsinə istinad etmişdir. İş materiallarında olan iddiaçının adına olan əmək qabiliyyətinin olmamasına dair ******* nömrəli vərəqəsindən görünür ki, ona aritmiya və hiporteniya diaqnozu qoyulmuş və ambulator qaydada müalicədə olmuşdur. Məhkəmə, cavabdeh tərəfin bu dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçının əmək qabiliyyətinin olmadığı dövrdə iş yerinə müəyyən səbəblərdən (məsələn şəxsi əşya götürmək və s.) gəlməsi onun iş yerində olması kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə bir daha vurğuayır ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar» adlanan 79-cu maddəsi imperativ xarakter daşıyır və işəgötürənin bu barədə məlumatlı olmaması onun iddiaçı barədə qəbul etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 574 nömrəli, 04 noyabr 2022-ci il tarixli sərəncamının qanuni olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə, qeyd edilən qanun normasının tələbinin kobud surətdə pozulması ilə iddiaçının əmək müqaviləsinin xitam verilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 574 nömrəli, 04 noyabr 2022-ci il tarixli sərəncamının qanunsuz sayılması üçün kifayət qədər hüquqi əsas yaratdığından prosessual qənaət prinsipindən irəli gələrək həmin sərəncamın qanunsuzluğuna dair iddiaçının digər dəlillərinin əsaslı olub-olmamasına qiymət verilməsini zəruri saymır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarmı araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfındən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfındən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Beləliklə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, AMEA Prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamı ləğv edilməli və iddiaçı AMEA X19 baş mütəxəssis vəzifəsinə bərpa edilməli, xx.xx.2022-cü il il tarixdən qətnamə icra edilən müddətə iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə iddianın digər, yəni, mənəvi ziyana görə 30.000 (otuz min) manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X20 üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasg Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən: “Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur”. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə qeyd edir ki, işin materiallarından görünür ki, iddiaçı sadalanan normaların tələblərinə uyğun olaraq ilk növbədə mediasiya təşkilatına müraciət etmiş və cavabdeh özü də mediasiya prosesində tərəf kimi iştirak etmişdir. Başqa sözlə, iddiaçı AMEA tərəfindən pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələblərinə riayət etmiş və iddia müddətini ötürməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia AMEA Prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamı ləğv edilməli və iddiaçının AMEA X19 baş mütəxəssis vəzifəsinə bərpa olunmaqla ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli hissəsi təmin edilməli, qalan hissələrdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamı ləğv edilsin. İddiaçı AMEA X19 baş mütəxəssis vəzifəsinə bərpa edilsin. İddiaçı 04 noyabr 2022-ci il tarixindən qətnamə icra edilən müddətədək iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova