Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-626/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və övladı X5 ilə birlikdə mənzildən istifadə hüquqları tanınaraq, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 iyun 2004-cü il tarixdə rəsmi nikahları bağlanmış, bu barədə Bakı şəhəri, Səbail rayonu, VVADQ şöbəsində akt qeydləri kitabında 2004-cü ilin 29 iyun tarixində 147 № ilə qeyd edilmişdir. El adəti ilə ailə qurmuşlar. Bu evlilikdən 3 sentyabr 2005-ci il tarixdə X5, 27 sentyabr 2013-cü il tarixdə X6 doğulmuşdur. İlk əvvəllər münasibətləri normal olsa da, sonradan cavabdehin ona qarşı münasibəti soyuq olmuşdur. Bu səbəblərdən nikahın pozulması, uşaqların ananın yanında və himayəsində saxlanılması, alimentin tutulması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda məcburiyyətdən boş, əşyasız evdə qızı kirayədə qalır. Ona görə ki, cavabdeh boşanır deyə onu və qızı X4 birgə yaşadığı evə buraxmır, kirayədə qaldığı evə geyim əşyalarını və cehizlərini evdən daşımamışdır. Kirayə pulu verməyə, ehtiyacları ödəməyə aldığı maaş yetmir. Özü müəllimədir, qızları Əsədullayeva Jalə isə birinci kurs tələbəsidir. 12 noyabr 2007-ci il tarixdən cavabdehə məxsus ünvan 2 ünvandakı mənzildə qeydiyyatdadır və 15 il, yəni 2022-ci ilin may ayına qədər övladları və cavabdehlə birlikdə qeyd olunan mənzildə yaşayıblar. Cavabdehin özü də həmin ünvanda qeydiyyatdadır. Cavabdehlə birgə yaşadığı müddətdə yaşadığı mənzili hər ikisinin vəsaiti ilə təmir etmişlər. Yetərli qədər cehiz əşyaları olsa da, aylıq maaşından evə elektron avadanlıqlar və s. məişət əşyaları alaraq evdə özünün və uşaqların rahatlığını təmin etmişlər. 2022-ci ilin may ayından cavabdeh qızı ilə ona qeyd olunan ünvanda yerləşən mənzildə yaşamağa imkan vermir. Cavabdeh evin qapısının qıfıllarını dəyişdirmiş, qızı ilə o paltarsız çöldə qalıblar. Bununla əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı ilə 29 iyun 2004-cü il tarixində rəsmi nikahları bağlanmışdır. Evlilikdən 3 sentyabr 2005-ci il tarixdə X5 və 27 sentyabr 2013-cü ildə X6 dünyaya gəlib. Ev Atasının evidir. Ev ona bu yaxında atası tərəfindən bağışlanılıb. Evi bağışlayandan sonra bu hadisələr baş verib. Hal-hazırda atası, anası onunla birlikdə yaşayırlar. Olan hadisələrə görə, Sevdanın bir mənzildə atası, anası, oğlu Cavid və onunla yaşaması etdiyi hərəkətlərə görə praktiki mümkün deyil. Çünki, sabah digər hadisələr də yarana bilər. Mənzildə atası və anası bir otaqda qalır, o və Cavid digər otaqda qalır. Yaşadığı ikinci mərtəbəsində cəmi 2 otaq var. İddiaçının onlarla birlikdə eyni mərtəbədə yaşaması mümkün deyil. Evin birinci mərtəbəsində 11 kv. təmiz, remontlu, s/u otağı var. Lazımdırsa, boşanma başa çatandan 3 ay sonra 11 kvadratlıq otağı ona təqdim edə bilər, bu şərtlə ki, istədiyi zaman otağa nəzarət edib, artıq adamların ora gəlməsinə icazə verməyəcək. Məhkəmə iclasında izahatı alınmış İddiaçı bildirmişdir ki, 17 il o evdə yaşayıb. Halhazırda kirayədə yaşayır. Həmin evdə onun çox əziyyəti keçib. Uşaqlarının və özünün əşyaları o evdədir. İddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında atasının yaşlı, həmçinin xəstə olduğunu bildirmişdir. İstəyirsə gəlsin evin bir otağında məskunlaşsın. Evdə hər hansı bir əşyası yoxdur. Əşyalarını özü ilə aparıb. Tələb etdiyi əşyalar isə anasına məxsusdur. İddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 057428 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 29 iyun 2004-cü il tarixdə bağlanmış və akt qeydləri kitabında 147 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Əsədullayev”, arvada “Qurbanzadə” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 647663 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 sentyabr 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “Cavabdeh”, ana qrafasında “İddiaçı” qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 192652 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 sentyabr 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “Cavabdeh”, ana qrafasında “İddiaçı” qeyd edilmişdir. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ünvan 2 ünvanında xx.xx.2007-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixdə X1 adına dövlət qeydiyyatından keçmiş ünvan 2 X2 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmışdır. İş materiallarında olan ƏMDX DƏDK və RPHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 2/6 hissədən qalan hissəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 29 iyun 2004-cü il tarixdə bağlanmış nikah pozulmuş, 27 sentyabr 2013-cü il təvəllüdlü X6 və 03 sentyabr 2005-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 29 iyun 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və iddiaçı gəlin köçərək orada yaşamışdır. Mübahisəli ev xx.xx.2013-cü il tarixdə tarixdə dövlət reyestrində mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixdə X2 həmin evi Cavabdeh bağışlamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə gəlin köçərkən mənzil qaynatasının adına dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, iddiaçı 29 iyun 2004-cü il tarixdə gəlin köçüb (xx.xx.2007-ci il tarixdən qeydiyyatda olmaqla) yaşamışdır. Odur ki, iddiaçının istifadə hüququnun olmasının müəyyən edilməsi üçün 2004-cü il əsas götürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçının istifadə hüququ yarandığından, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Belə ki, iddiaçı cavabdeh ilə 29 iyun 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə mübahisəli evə gəlin köçüb orada yaşamağa başlamışdır. Bu faktı iddiaçı və cavabdeh özləri də, təsdiq edərək nikahın pozulmasınadək yaşamasını göstərmişlər. İddiaçı qaynatasının adına qeydiyyatdan keçməmiş evdə yaşamış birlikdə təsərrüfatı idarə etmiş və əmlakın idarə olunmasında iştirak etmişdir. Mülki Məcəllənin 139.1 və 178.1-ci maddələrinin tələblərinə görə mübahisəli mənzil üzərində mülkiyyət hüququnun mövcudluğundan bəhs etmək üçün həmin mənzil üzərində hüquqların dövlət qeydiyyatından keçməsi zəruridir. Tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu ilə kimi yarandığına və həmin vaxt tərəflərin yaşadığı ev dövlət qeydiyyatından keçmədiyinə görə tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbinə əsasən yaşayış evinin tərkib hissəsindən istifadə hüququna dair tərəflər arasında notariat qaydada təsdiq edilmiş razılığı alınmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmayan uşağının mübahisəli mənzilə istifadə hüququ yaranmış və hazırda 03 sentyabr 2005-ci il təvəllüdlü X5 anası İddiaçı faktiki olaraq himayəsində olmaqla onunla birlikdə yaşayır və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 27 sentyabr 2013-cü il təvəllüdlü X6 və 03 sentyabr 2005-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (27.2) Məhkəmə, qanunvericiliyin tələbini və 03 sentyabr 2005-ci il təvəllüdlü X5 anası İddiaçı himayəsində olmasını, hazırki qətnamə ilə iddiaçının mübahisəli mənzilə köçürülməsi tələbinə dair iddiasının əsaslı olması nəticəsinə gəlindiyini nəzərə alaraq, iddiaçının bununla bağlı dəlillərini də əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və övladı X3 ünvan 1 ünvanında yerləşən mənzildən 2/6 hissədən qalan hissə, ********** qeydiyyat nömrəsi) istifadə hüquqları tanınsın və həmin mənzilə köçürülsünlər. İddia üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-626/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-626/2023
27.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver