Məhkəmə qərarları › İş №2(009)-627/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-627/2020

21.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-627/2020 21.02.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı Kəngərli Şəmsı̇ nur Əqı̇ l qızının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, (indiki Zərifə Əliyeva) 24 saylı evin 8 saylı mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 24 saylı evin 8 saylı mənzili Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı tam mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 24 saylı evin 8 saylı mənzilini İddiaçı xx xxxx 2004-cü il tarixində daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında X5 almışdır. Alğısatqı müqaviləsi Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir. Alğısatqı müqaviləsi rasmiləşdirildikdən sonra ev boşaldılaraq, İddiaçı təhvil verilmişdir. Lakin, mənzilin keçmiş sahibinin qohumu olan Cavabdeh adlı şəxs həmin mənzildə formal olaraq pasport qeydiyyatında qalmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 31095987 nömrəli arayışdan məlum olur ki, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Səbail rayonu, Azərbaycan prospektində yerləşən 24 saylı evin 8 saylı mənzilində pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, Cavabdeh adlı şəxs həmin mənzildə qeydiyyatdadır. Lakin, həmin şəxs heç vaxt Səbail rayonu, Azərbaycan prospektində yerləşən 24 saylı evin 8 saylı mənzilində yaşamamışdır. Həmin şəxsin mənzildən qeydiyyatdan çıxarılması tələbi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis idarəsinə müraciət etsə də, Səbail RPİ tərəfindən yaşayış sahəsi üzrə istifadəyə xitam verilməsinin yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirildiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Səbail rayon 5 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli, 322 nömrəli arayışında Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva (keçmiş Azərbaycan prospekti), 24 saylı evin 8 saylı mənzilində İddiaçı qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ÖM seriyalı, 191523 nömrəli, xx.xx.2004-cü il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan küçəsi, 24 saylı evin 8 saylı mənzili X3 mülkiyyətindədir. İş materiallarında olan xx xxxx 2004-cü il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsinə əsasən satıcı X9 ünvan 1 mənzil 8 ünvanında yerləşən, ümumi sahəsi 112,5 kv/m olan 4 otaqlı mənzili tam mülkiyyət üzrə alıcı İddiaçı mülkiyyətinə verir. Satıcı mənzili 346.500.000 manata satdı, alıcı isə həmin qiymətə aldı. Müqavilənin 3-cü bəndinə əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Müqavilənin 6-cı bəndinə əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüquq onun barəsində alqı-satqı müqaviləsi notarial qaydada təstiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxsin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işinin surətindən görünür ki, Cavabdeh X1 məxsus olan ünvan 1 mənzil 8 ünvanında yerləşən, ümumi sahəsi 112,5 kv/m olan 4 otaqlı mənzilin satılmasına etirazının olmadığı barədə ərizə təqdim etmişdir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, cavabdehlərə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehlərin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, qeydiyyatdan çıxarılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə olan halda, məhkəmə, cavabdehlərin adı çəkilən evə hər hansı əşya hüququnun olmadığını, eləcə də onun faktiki olaraq həmin ünvanda yaşamamasını nəzərə alaraq hesab edir ki, cavabdehin qeydiyyatı formal xarakter daşıyır, onun həmin yaşayış evindən istifadə hüququ yoxdur. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin mənzilə qeydiyyatı notarial əməliyyatları ilə bağlı formalaşmış mövcud təcrübəyə əsasən iddiaçının öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququnu məhdudlaşdırılmasına səbəb ola bilər. Avropa Məhkəməsinin mövqeyini də nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş mülkiyyət hüququnun tərkibinə daxil olan sərəncam hüququnun müəyyən məhdudiyyətlərlə həyata keçirməsi həmin hüququn “nəzəri və xəyali” xarakter daşımasına səbəb olacaqdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələri məhz “səmərəli və praktiki” xarakter daşıyan mülkiyyət hüququna təminat verir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyatdan çıxarılma əsasları müəyyən edilmiş, həmin əsaslardan biri kimi isə şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin olması halı göstərilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh ünvan 2 mənzil 8 ünvanında yerləşən, ümumi sahəsi 112,5 kv/m olan 4 otaqlı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 mənzil 8 ünvanında yerləşən, ümumi sahəsi 112,5 kv/m olan 4 otaqlı mənzilə istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh ünvan 2 mənzil 8 ünvanında yerləşən, ümumi sahəsi 112,5 kv/m olan 4 otaqlımənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar