Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-63/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Aygün Həsən qızı Əliyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndələri X5, X1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “hesablanmış əsassız cərimə faizlərinin və gecikmə borclarının silinməsi, müqaviləyə uyğun əsas borcun və cərimə faizlərinin hesablanmaqla qəbul edilməsi və mənzilin girovdan azad olunması öhdəliklərinin hüquqi şəxsin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə, eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinə xitam verilməsi, mənzilin geri qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MTK-ya qarşı “hesablanmış əsassız cərimə faizlərinin və gecikmə borclarının silinməsi, müqaviləyə uyğun əsas borcun və cərimə faizlərinin hesablanmaqla qəbul edilməsi və mənzilin girovdan azad olunması öhdəliklərinin hüquqi şəxsin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə 2020-ci ilin əvvəlindən başlayaraq mövcud pandemiya dövründə hesablanmış əsassız cərimə faizlərinin və gecikmə borclarının tətbiq olunan karantin məhdudiyyətlərinin və qadağalarının nəzərə alınaraq silinməsi, bunlara əsasən 3 il əvvəlki vəziyyətdə karantin qapanmalarına qədər müqaviləyə uyğun mənzilə görə qalmış 482.609 manat əsas borcun və əsas borca ekvivalent ədalətli cərimə faizlərinin hesablanmaqla qəbul edilməsi və mənzilin girovdan azad olunması öhdəliklərinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddianın dəlilləri: hazırkı iş üzrə Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə aralarında 10 sentyabr 2015-ci il tarixdə kooperativ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanında inşa olunmuş “X8” binasının 1903B saylı mənzilinin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən mənzilin qiyməti 1.166.131 manat təşkil etmiş və 99 ay müddətinə (2015-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına kimi) tərtib olunan qrafikə uyğun şəkildə ödənilməli olmuşdur (müqavilə № PBR 1004 - əlavə olunur). Eyni tarixdə həmin müqavilənin əlavəsi kimi tərəflər arasında dayanacağın alqı-satqısı barədə müqavilə də bağlanmış, satılan avtomobil dayanacağının qiyməti 85.170 manat təşkil etmiş və 120 ay müddətinə (2015-ci ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayına kimi) tərtib olunan qrafikə uyğun şəkildə ödənilməli olmuşdur. İlkin olaraq, tərəfindən xx.xx.2015-ci il tarixdən başlayaraq 2020-ci ildə baş vermiş məlum karantin qapanmalarına qədər 10 sentyabr 2015-ci il tarixli, PBR 1004 nömrəli müqaviləyə edilmiş əlavə 5-dəki ödəniş cədvəlinə uyğun olaraq mütəmadi ödənişlər edilmiş və şirkətlə aralarında heç bir problem yaranmamışdır. Lakin karantin qapanmaları ilə əlaqədar iqtisadiyyatda və insanların gündəlik həyatında baş verən arzu olunmaz hadisələr, həmçinin bütün sahələr üzrə tətbiq olunan məhdudiyyətlər onun ödəniş qabiliyyətində uzun müddət ərzində durğunluq yaratmalı olmuşdur. 2022-ci ilin aprel-may aylarında maddi rifah halı bərpa olunduqdan sonra şirkətə müraciət edərək ödəniş qrafiki üzrə ödənişləri etmək niyyətində olduğunu bəyan etdi. Lakin MTK əsas borcu kənara qoymaqla ilk olaraq 2 il yarım ərzində toplanmış iri məbləğdə əsassız faizləri və cərimələri ödəməyini, yalnız bundan sonra qrafik üzrə ödənişləri bərpa edəcəyini bildirdi. Şirkətlə 2022-ci ilin sonuna qədər şifahi mübahisə və məsləhətləşmələr apardıqdan sonra onlar dekabr ayında ona yazılı bildiriş göndərdilər. Cavabdeh MTK ona ünvanlandığı xx.xx.2022-ci il tarixli, 690 nömrəli bildirişində onun tərəfindən sonuncu ödəmənin xx.xx.2019-cu il tarixdə (4500 manat) edilməsi, ümumilikdə isə mənzil və dayanacaq üzrə ümumi kredit müddəti ərzində 675.783 manat, cərimə faizəri üzrə isə 32.565 manat məbləğində vəsaitin ödənilməsi, hazırda onun hərəkətsizliyi nəticəsində kredit cədvəli üzrə mənzil və dayanacağa görə gecikmə borcunun 711.958 manat (əsas borc üzrə 482.609 manat, cərimə faiz borcu üzrə isə 229.349 manat), ümumilikdə isə kredit üzrə ümumi borcun 829.964 manat təşkil etməsi barədə məlumat vermişdir. Barəsində söz açılan müqavilənin 10.1-ci maddəsində “tərəflərin hər hansı birinin bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin hər hansı birini Fors-Major hadisəsi nəticəsində icra edə bilməməsi (bu müqaviləyə uyğun olaraq ödənilməli pulun ödənişinin gecikdirilməsindən başqa) bu müqavilənin pozulması hesab olunmur” müddəası öz əksini tapmışdır. Müqavilədə fiziki şəxsin hüququnu məhdudlaşdıran bu müddəanın-bu müqaviləyə uyğun olaraq ödənilməli pulun ödənişinin gecikdirilməsindən başqa yazılmasına baxmayaraq Azərbaycan Respublikasının mülki qanunvericiliyi fövqəladə vəziyyətlər, o cümlədən təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar və bu kimi qarşısıalınmaz hadisələr öhdəliyin icrasına mane olduqda onun icrasına görə məsuliyyət daşıyan tərəfi həmin vəziyyət aradan qalxana qədər məsuliyyətdən, həmçinin ödəniş məsuliyyətindən müvəqqəti azad edir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu əhalinin vəziyyətini, karantin dövründəki məhdud gəlirlərini və koronavirus infeksiyasının əmələ gətirdiyi digər fəsadları nəzərə alaraq əhalinin hər bir fərdinə kredit müqavilələri üzrə müəyyən güzəştlərin tətbiq edilməsini qərara almışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin mart ayından başlayaraq qəbul etdiyi 120, 122, 124, 125, 126 və digər, 2021 -ci ildə qəbul etdiyi 2, 9, 12, 23, 48, 94, 100 və digər, həmçinin 2022-ci ildə qəbul etdiyi müvafiq qərarlarla pandemiyanın respublika ərazisində mövcud olduğu 3 il ərzində koronavirus (covıd-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə bütün fəaliyyət uzun müddət ərzində dayandırılmış, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın surətinin azaldıması məqsədilə bir çox iş və xidmət sahələri üzrə fəaliyyət qadağan edilmişdir. Yalnız 2021-ci ilin sonu - 2022-ci ilin əvvəllərində Nazirlər Kabinetinin qəbul etdiyi “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarları ilə əhali yavaş-yavaş normal həyata geri dönməyə başlamışdır. Şirkət tərəfindən bu günə olan kredit üzrə ümumi borcun 829.964 manat göstərilməsi həddindən artıq iri məbləğdir. Əvvəla ona görə ki, bildirişin özündə ümümi məbləğ 711.958 manat, o cümlədən əsas borc üzrə 482.609 manat, cərimə faiz borcu üzrə isə 229.349 manat kimi qeyd olunsa da, ardınca nədənsə 118.006 manat artıq borc göstərilir. Digər tərəfdən şirkət koronavirus infeksiyası ilə əlaqədar nə ölkədə mövcud olmuş faktiki vəziyyəti, nə qanunla insanların gündəlik həyatına tətbiq olunan məhdudiyyətləri, nə də ki, bunlarla əlaqədar müəyyən olunan güzəştləri nəzərə almadan müqavilə üzrə rəqəmləri amansızcasına şişirtməklə onun aldığı mənzilə görə MTK-ya borclu qaldığı ana olan məbləğdən də artıq ədalətsiz faizlər hesablamışdır. Bununla yanaşı, 2022-ci ilin yaz aylarında onun ödəmə qabiliyyəti normallaşandan sonra həmin ana kreditin vəziyyəti ilə bağlı şirkətə müraciət edib məlumat almaq istədikdə aydın olmuşdur ki, 2019-cu ilin sonuna qədər onun mənzilə görə mütəmadi şəkildə şirkətə ödədiyi pullardan 30.000 manat pandemiya dövründə hesablanmış haqqında danışılan şişirdilmiş cərimə məbləğlərinin ödənilməsinə silinmişdir. Bu isə açıq aşkar ədalətsizlikdir və ana borcun süni şəkildə artırılmasıdır. Məhz buna görə tərəfindən ödəmə edilməmiş, bu məsələyə aydınlıq gətirilməyə çalışılmış və bu günə qədər də şirkətdən adekvat cavab alınmamışdır. Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin birbaşa müəyyən etdiyi tələblərə görə tərəflər arasında bağlanmış mülki müqavilə Konstitusiyaya, Mülki Məcəlləyə, digər qanunlara və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlara, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarına zidd ola bilməz. Amma Cavabdeh MTK 10 sentyabr 2015-ci il tarixli müqaviləyə istinad edərək karantin qaydalarına və pandemiya dövründə tətbiq olunan qadağalara məhəl qoymadan onun vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirməklə heç bir güzəşti nəzərə almadan müqavilə üzrə süni surətdə şişirdilmiş 3 illik cərimələr və iri məbləğdə faiz borcları hesablamışdır. Odur ki, 2020-ci ilin əvvəlindən başlayaraq mövcud pandemiya dövründə hesablanmış əsassız cərimə faizlərinin və gecikmə borclarının tətbiq olunan karantin məhdudiyyətlərinin və qadağalarının nəzərə alınaraq silinməsi, bunlara əsasən 3 il əvvəlki vəziyyətdə karantin qapanmalarına qədər müqaviləyə uyğun mənzilə görə qalmış 482.609 manat əsas borcun və əsas borca ekvivalent ədalətli cərimə faizlərinin hesablanmaqla qəbul edilməsi və mənzilin girovdan azad olunması öhdəliklərinin hüquqi şəxsin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edilməlidir. Eyni zamanda, iddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinə xitam verilməsi, mənzilin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh MTK ilə cavabdeh İddiaçı arasında ünvan 2 ünvanında yerləşən “X8" X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı Müqavilə, eyni ünvanda yerləşən 1 (bir) qoşa avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı müqaviləyə (bundan sonra “Müqavilələr”) edilmiş Əlavə № 1-ə vaxtından əvvəl xitam verilməsi; qeyd edilən 1903 B saylı mənzilin və giriş qapısının açarlarının, o cümlədən № 54 (6A) saylı avtomobil dayancaqlarının İddiaçı alınaraq Cavabdeh MTK-ya geri qaytarılması; xx.xx.2015-ci il tarixli PBR 1004 saylı alqısatqı müqaviləsinin 7-ci bəndinə əsasən, 1903 B saylı mənzilin, o cümlədən Əlavə № 1-də qeyd edilən avtomobil dayancağının üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən mənzil və avtodayanacağın qiymətinin 20% həcmində vurulmuş ziyanın MTK-nın xeyrinə tutulması və bundan sonra qalan vəsaitin İddiaçı qaytarılması; qarşılıqlı iddianın təmin olunaraq İddiaçı dövlət rüsumu olaraq 1,415.66 AZN (min dörd yüz on beş manat, 66 qəpik) pul məbləğinin Cavabdeh MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: Cavabdeh “Abşeron" MTK ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən “X8” X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli PBR 1004 saylı Müqavilə, eyni ünvanda yerləşən binanın zirzəmisinin 3-cü mərtəbəsində 54 (6A) saylı 1 (bir) qoşa avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2015-ci il tarixli PBR 1004 saylı müqaviləyə (bundan sonra “Müqavilələr”) edilmiş Əlavə №1-ə (birlikdə “Əmlaklar”) imzalanmışdır. xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsinin: 4.1-ci bəndinə əsasən, əmlak üçün, ödəniləcək ümumi qiymət bu müqaviləyə əsasən 1,166.131 AZN ( bir milyon yüz altmış altı min yüz otuz bir manat) təşkil edir. 4.4-cü bəndinə əsasən, bu müqavilə çərçivəsində ödənilməli qiymətin hər hansı hissəsinin ödənişinin gecikdirildiyi halda İnvestor ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər (hər iki tarix daxil olmaqla) ödənilməmiş məbləğin hər gecikdirilmiş günü üçün gündəlik əsasda hesablanan illik 24% cərimə ödəməlidir. 4.5-ci bəndinə əsasən, bu Müqaviləyə uyğun olaraq bütün ödənişlər nağd şəkildə Əlavə 5-də göstərilən tarixdə və ya tarixdən əvvəl ödənilməlidir. Tərəflər ödənişin digər qaydada aparılmasına dair əlavə razılığa gələ bilərlər. 7.1-ci bəndinə əsasən, investor 4.4-cü bənddə nəzərdə tutulmuş müddəalara baxmayaraq, İnvestor Əlavə 5-də nəzərdə tutulan ödənişi müəyyənləşdirilmiş müvafiq son tarixdən 6 (altı) aydan çox gecikdirildiyi halda və ya investor Əmlakı almaqdan imtina etdikdə Şirkəti hüququ var ki, qanunvericiliklə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu müqaviləyə xitam versin və Qiymətin 20%-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda İnvestor xüsusi olaraq razılaşır ki, bu məbləğ investorun öhdəliyinin yerinə yetirməməsi nəticəsində Şirkətin məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. Müqavilənin 5.2.1-ci bəndinə əsasən cavabdehin Qiyməti bu Müqavilənin Əlavə 5-də müəyyənləşdirilmiş qrafikə əsasən vaxtında hissə-hissə ödəmək öhdəliyi vardır. Müqavilənin 4.1 və 4.5-ci bəndlərinə əsasən, cavabdeh sözügedən mənzilin dəyərini müqaviləyə əlavə olunmuş Ödəniş Cədvəlində göstərildiyi kimi müəyyənləşdirilmiş qrafik əsasında nağd şəkildə ödəməli idi. xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı müqaviləyə edilmiş Əlavə № 1-in 2-ci bəndinə əsasən cavabdeh 1 (bir) qoşa avtomobil dayanacağı üçün 85,170 AZN (səksən beş min yüz yetmiş manat) ödəməlidir. Müqavilənin 11.2-ci bəndinə əsasən, bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və Tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Beləliklə, xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı mənzilin və avtomobil dayanacaqlarının alqı-satqı müqaviləsi üzrə mənzilin qiyməti 1,166.131 AZN (bir milyon yüz altmış altı min yüz otuz bir manat) və 1 (bir) qoşa avtomobil dayanacağı üçün 85,170 AZN (səksən beş min yüz yetmiş manat) təşkil edir. PBR 1004 saylı müqavilə üzrə 10 sentyabr 2015-ci il tarixindən 8 avqust 2023-cü il tarixinədək 1903B saylı mənzil üçün toplam olaraq 666,966.43 AZN (altı yüz altmış altı min doqquz yüz altmış altı manat, 43 qəpik) (613,787.00 AZN əsas borc, 53,179.43 AZN cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. 8 avqust 2023-cü il tarixə mənzil üzrə ümumi qalıq borc 552,344.00 AZN (beş yüz əlli iki min üç yüz qırx dörd manat), həmin tarixə gecikmiş borc 517 516.00 AZN, cərimə üzrə qalıq borc 284 505.78 AZN təşkil edir. Göstərilən müqaviləyə xx.xx.2015 tarixli, 1 saylı düzəliş üzrə 10 Sentyabr 2015-ci il tarixdən 8 avqust 2023-cü il tarixədək B 3 54 (6A) avtodayanacağı üçün toplam olaraq 31,292.87 AZN (otuz bir min iki yüz doxsan iki manat, 87 qəpik) (29 428.30 AZN əsas borc, 1,864.57 AZN cərimə ödənişi) məbləğinde vəsait ödənilmişdir. 8 avqust 2023-cü il tarixə avtodayanacaq üzrə ümumi qalıq borc 55,741.70 AZN (əlli beş min yeddi yüz qırx bir manat, 70 qəpik), həmin tarixə gecikmiş borc 39 205.70 AZN (otuz doqquz min iki yüz beş manat, 70 qəpik), cərimə üzrə 23 018.10 AZN (iyirmi üç min on səkkiz manat, 10 qəpik) təşkil edir. (Qeyd: Hesablanan məbləğlər xx.xx.2023-cü il tarixinədək olan dövrü əhatə edir və sonuncu mənzil üzrə əsas məbləğdən ödəniş (2714.00 AZN) xx.xx.2019-cu il tarixində edilmiş, ümumilikdə isə mənzil üzrə ən son ödəniş xx.xx.2019-cu il tarixində edilmiş cərimə ödənişi (4500.00 AZN) olmuşdur və ödəniş cədvəli üzrə ümumilikdə 60 ay, yaxud 1824 gün ərzində əsas məbləğdən heç bir ödəniş edilməmişdir. Sonuncu avtodayanacaq üzrə əsas məbləğdən ödəniş (687.00 AZN) xx.xx.2018-ci il tarixində edilmiş və ümumilikdə isə avtodayanacaq üzrə ən son ödəniş xx.xx.2019-cu il tarixində cərimə ödənişi olmuşdur (181 AZN) və ödəniş cədvəli üzrə ümumilikdə 62 ay, yaxud 1885 gün ərzində əsas məbləğdən heç bir ödəniş edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqısatqı müqaviləsi üzrə xx.xx.2023 tarixinə mənzil üçün 802 021.78 AZN (səkkiz yüz iki min iyirmi bir manat, 78 qəpik ) və xx.xx.2023 tarixinə 1 (bir) qoşa avtomobil dayanacağı sahəsi üçün 62 223.80 AZN (altmış iki min iki yüz iyirmi üç manat, 80 qəpik) olmaqla, ümumilikdə 864 245.58 AZN (səkkiz yüz altmış dörd min iki yüz qırx beş manat, 58 qəpik) məbləğində borc yaranmışdır. İddiaçı (MTK) yuxarıda qeyd edilən müqavilələr üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və hazırda da icra etməkdə davam edir. Bildirir ki, cavabdeh tərəfindən Müqavilə üzrə nəzərdə tutulmuş ödənişlər xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 46 (qıtx altı) ay ərzində aparılmışdır. Ödənişlər müəyyənləşdirilmiş son tarixdən sonra 6 (altı) aydan çox gecikdirildiyindən, iddiaçı Müqaviləyə xitam verilməsi hüququndan istifadə edərək xx.xx.2015-ci il tarixli PBR 1004 saylı Müqavilə və ona əlavə edilmiş Əlavə №1 xitam veriləcəyi cavabdehin nəzərinə çatdırılmış və bu barədə cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlamışdır. Cavabdeh məktubları təhvil almasına baxmayaraq, pretenziyada qeyd edilənlərə şifahi və ya yazılı şəkildə heç bir cavab verməmiş, eyni zamanda yaranmış borcların ödənilməsi ilə bağlı konkret addımlar atmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli iddia ərizəsində koronavirusun gətirdiyi karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin tətbiq bu barədə kredit müqavilələri üzrə müəyyən güzəştlərin tətbiq edilməsinə və maddi rifah halının pisləşməsinə istinad etmişdir ki. burada iddiaçının özünün də qeyd etdiyi kimi alqı-satqı müqaviləsindən deyil, kredit müqavilələri qeyd edilmişdir, halbuki iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağlanmışdır, digər tərəfdən isə bu məsələ ilə bağlı həmin Nazirlər Kabinetinin qərarının (əgər belə bir qərar mövcuddursa) tarix və nömrəsinə istinad edilməmiş və səthi olaraq ifadə edilmişdir ki, bu da əhəmiyyətsiz faktdır. İddiaçı tərəfindən yalnız Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə qəbul etdiyi məhdudiyyətlərlə bağlı qərarları sadalanmışdır. Həmçinin, xx.xx.2015-ci il tarixli PBR 1004 saylı Müqavilənin 10.2-ci maddəsinə əsasən, fors-major hallar dedikdə, təbiət hadisələri, yanğın və ya təbii fəlakət və dövlət orqanlarının qərarları daxildir. Göründüyü kimi tərəflər arasında olan razılaşmada belə bir hala ümumiyyətlə istinad edilməmişdir. Qarşılıqlı iddia üzrə sözü gedən daşınmaz əmlakların müqavilə dəyərinə əsasən dövlət rüsumunun məbləği hesablanmış və 1415.66 AZN (bir min dörd yüz on beş manat, 66 qəpik) dövlət rüsumu ödənilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçı Cavabdeh MTK ilə cavabdeh İddiaçı arasında ünvan 2 ünvanında yerləşən “X8" X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı Müqavilə, eyni ünvanda yerləşən 1 (bir) qoşa avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı müqaviləyə (bundan sonra “Müqavilələr”) edilmiş Əlavə №1-ə vaxtından əvvəl xitam verilməsi; qeyd edilən 1903 B saylı mənzilin və giriş qapısının açarlarının, o cümlədən № 54 (6A) saylı avtomobil dayancaqlarının İddiaçı alınaraq Cavabdeh MTK-ya geri qaytarılması; xx.xx.2015-ci il tarixli PBR 1004 saylı alqı-satqı müqaviləsinin 7-ci bəndinə əsasən, 1903 B saylı mənzilin, o cümlədən Əlavə № 1-də qeyd edilən avtomobil dayancağının üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, müqavilənin 7.2-ci bəndinə əsasən, mənzil və avtodayanacağın qiymətinin 20% həcmində vurulmuş ziyanın tutulması və bundan sonra qalan vəsaitin Müqavilənin 7-ci bəndinə əsasən İddiaçı qaytarılması; qarşılıqlı iddianın təmin olunaraq İddiaçı dövlət rüsumu olaraq 1,415.66 AZN (min dörd yüz on beş manat, 66 qəpik) pul məbləğinin Cavabdeh MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianın dəqiqləşdirilməsinin dəlilləri: Cavabdeh “Abşeron" MTK ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən “X8” X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli PBR 1004 saylı Müqavilə, eyni ünvanda yerləşən binanın zirzəmisinin 3-cü mərtəbəsində 54 (6A) saylı 1 (bir) qoşa avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2015-ci il tarixli PBR 1004 saylı müqaviləyə (bundan sonra “Müqavilələr”) edilmiş Əlavə №1-ə (birlikdə “Əmlaklar”) imzalanmışdır. xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsinin: 7.1.İnvestor 4.4-cü bənddə nəzərdə tutulmuş müddəalara baxmayaraq, İnvestor Əlavə 5-də nəzərdə tutulan ödənişi müəyyənləşdirilmiş müvafiq son tarixdən 6 (altı) aydan çox gecikdirildiyi halda və ya İnvestor Əmlakı almaqdan imtina etdikdə Şirkəti hüququ var ki, qanunvericiliklə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu müqaviləyə xitam versin və Qiymətin 20%-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda İnvestor xüsusi olaraq razılaşır ki, bu məbləğ İnvestorun öhdəliyinin yerinə yetirməməsi nəticəsində Şirkətin məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. 7.2. 7.1-ci bənddə nəzərdə tutulmuş Qiymətin 20%-i çıxmaq şərtilə İnvestora qaytarılması, Şirkət tərəfindən Əmlakı göstərilən Qiymətə bərabər və ya daha artıq qiymətə digər investora satdıqdan sonra baş verəcək və Qiymətin qaytarılması yalnız digər İnvestor tərəfindən bu Mülkiyyətlə bağlı ödənişi tam şəkildə Şirkətə ödənildikdən sonra həyata keçiriləcək. Əmlak Qiymətdən aşağı qiymətlə digər investora satıldığı təqdirdə, İnvestora qaytarılmalı olan məbləğ digər investora təqdim olunduğu faktiki qiymətlə Qiymət arasında müvafiq nisbətə və 7.1-ci bənddə nəzərdə tutulmuş 20% tutulması şərtilə azaldılacaq. 7.3. Əgər xitam tarixənədək İnvestor tərəfindən ödənilmiş Qiymət məbləği Şirkətin ziyanları almaq hüququ ilə bağlı tələblərə cavab vermək üçün yetərli olmazsa, onda İnvestor çatışmayan məbləğin ödənilməsinə görə məsuliyət daşımaqda davam edir və o, bu məbləği tələb əsasında Şirkətə ödəməlidir. 7.4. Hər hansı anlaşılmazlığı aradan qaldırılması üçün bu Müqavilənin 4.4-cü bəndinə uyğun olaraq hesablanmış hər hansı cərimə İnvestor tərəfindən ödənilməlidir və ödəniləcək. xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı müqaviləyə edilmiş Əlavə № 1-in 2-ci bəndinə əsasən cavabdeh 1 (bir) qoşa avtomobil dayanacağı üçün 85,170 AZN (səksən beş min yüz yetmiş manat) ödəməli idi. Beləliklə, xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı mənzilin və avtomobil dayanacaqlarının alqı-satqı müqaviləsi üzrə mənzilin qiyməti 1,166.131 AZN ( bir milyon yüz altmış altı min yüz otuz bir manat) və 1 (bir) qoşa avtomobil dayanacağı üçün 85,170 AZN (səksən beş min yüz yetmiş manat) təşkil edir. PBR 1004 saylı müqavilə üzrə 10 sentyabr 2015-ci il tarixindən 08 avqust 2023-cü il tarixinədək 1903B saylı mənzil üçün toplam olaraq 666,966.43 AZN (altı yüz altmış altı min doqquz yüz altmış altı manat, 43 qəpik) (613,787.00 AZN əsas borc, 53,179.43 AZN cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. 08 avqust 2023-cü il tarixə mənzil üzrə ümumi qalıq borc 552,344.00 AZN (beş yüz əlli iki min üç yüz qırx dörd manat), həmin tarixə gecikmiş borc 517 516.00 AZN, cərimə üzrə qalıq borc 284 505.78 AZN təşkil edir. Göstərilən müqaviləyə xx.xx.2015 tarixli, 1 saylı düzəliş üzrə 10 Sentyabr 2015-ci il tarixdən 08 avqust 2023-cü il tarixədək B 3 54 (6A) avtodayanacağı üçün toplam olaraq 31,292.87 AZN (otuz bir min iki yüz doxsan iki manat, 87 qəpik) (29 428.30 AZN əsas borc, 1,864.57 AZN cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. 08 avqust 2023-cü il tarixə avtodayanacaq üzrə ümumi qalıq borc 55,741.70 AZN (əlli beş min yeddi yüz qırx bir manat, 70 qəpik), həmin tarixə gecikmiş borc 39 205.70 AZN (otuz doqquz min iki yüz beş manat, 70 qəpik), cərimə üzrə 23 018.10 AZN (iyirmi üç min on səkkiz manat, 10 qəpik) təşkil edir. (Qeyd: Hesablanan məbləğlər xx.xx.2023-cü il tarixinədək olan dövrü əhatə edir və sonuncu mənzil üzrə əsas məbləğdən ödəniş (2714.00 AZN) xx.xx.2019-cu il tarixində edilmiş, ümumilikdə isə mənzil üzrə ən son ödəniş xx.xx.2019-cu il tarixində edilmiş cərimə ödənişi (4500.00 AZN) olmuşdur və ödəniş cədvəli üzrə ümumilikdə 60 ay, yaxud 1824 gün ərzində əsas məbləğdən heç bir ödəniş edilməmişdir. Sonuncu avtodayanacaq üzrə əsas məbləğdən ödəniş (687.00 AZN) xx.xx.2018-ci il tarixində edilmiş və ümumilikdə isə avtodayanacaq üzrə ən son ödəniş xx.xx.2019-cu il tarixində cərimə ödənişi olmuşdur (181 AZN) və ödəniş cədvəli üzrə ümumilikdə 62 ay, yaxud 1885 gün ərzində əsas məbləğdən heç bir ödəniş edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2023 tarixinə mənzil üçün 802.021.78 AZN (səkkiz yüz iki min iyirmi bir manat, 78 qəpik) və xx.xx.2023 tarixinə 1 (bir) qoşa avtomobil dayanacağı sahəsi üçün 62.223.80 AZN (altmış iki min iki yüz iyirmi üç manat, 80 qəpik) olmaqla, ümumilikdə 864 245.58 AZN (səkkiz yüz altmış dörd min iki yüz qırx beş manat, 58 qəpik) məbləğində borc yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı (MTK) yuxarıda qeyd edilən müqavilələr üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və hazırda da icra etməkdə davam edir. Cavabdeh tərəfindən Müqavilə üzrə nəzərdə tutulmuş ödənişlər xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 46 (qırx altı) ay ərzində aparılmamışdır. Ödənişlər müəyyənləşdirilmiş son tarixdən sonra 6 (altı) aydan çox gecikdirildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Müqaviləyə xitam verilməsi hüququndan istifadə edərək xx.xx.2015-ci il tarixli PBR 1004 saylı Müqavilə və ona əlavə edilmiş Əlavə № 1 xitam veriləcəyi cavabdehin nəzərinə çatdırılmış və bu barədə cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlamışdır. Cavabdeh məktubları təhvil almasına baxmayaraq, pretenziyada qeyd edilənlərə şifahi və ya yazılı şəkildə heç bir cavab verməmiş, eyni zamanda yaranmış borcların ödənilməsi ilə bağlı konkret addımlar atmamışdır. Qarşılıqlı iddia üzrə sözü gedən daşınmaz əmlakların müqavilə dəyərinə əsasən dövlət rüsumunun məbləği hesablanmış və 1415.66 AZN (bir min dörd yüz on beş manat, 66 qəpik) dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, əsas borcun məbləği ilə bağlı heç bir mübahisə olmadığını, yalnız cərimə məbləğindən ədalətli güzəşt edilməsini xahiş etdiklərini, əsas borcun ödənilməməsinin səbəbinin isə edilmiş ödənişlərin faiz və cərimələrə çıxıldığını ona görə də məhkəmə araşdırmasının nəticəsini gözlədiklərini bildirmişdir. Odur ki, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi X3 qarşılıqlı iddia ərizəni müdafiə edərək MTK-nın sonuncu təklifinin qarşı tərəfə göndərildiyini lakin tərəflər arasında heç bir razılaşma olmadığını bildirərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi X7 qarşılıqlı iddia ərizəni müdafiə edərək ekspet rəyini nəzərə alaraq cərimənin tutulması hissəsinə qiymət verilməsini bildirərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-63/2024 saylı 16 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “hesablanmış əsassız cərimə faizlərinin və gecikmə borclarının silinməsi, müqaviləyə uyğun əsas borcun və cərimə faizlərinin hesablanmaqla qəbul edilməsi və mənzilin girovdan azad olunması öhdəliklərinin hüquqi şəxsin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli PBR 1004 saylı müqavilənin: -1.1-ci bəndindən görünür ki, bu Müqavilənin şərt və müddəalarına uyğun olaraq, Şirkət bu Müqavilənin Əlavə 2-də daha geniş təsvir olunan Binada yerləşən 1903B saylı mənzili ("Əmlak”) tikməyə və yaşayış məqsədləri üçün İnvestora təqdim etməyə razılaşır və investor həmin mənzili yaşayış məqsədləri üçün Şirkətdən qəbul etməyə razılıq verir. -4.1-ci bəndindən görünür ki, Əmlak üçün ödəniləcək ümumi qiymət bu Müqaviləyə əsasən 1 166 131 AZN (bir milyon yüz altmış altı min yüz otuz bir manat) (Qiymət) təşkil edir. -Həmin müqaviləyə 2 saylı Əlavədən görünür ki, 1903B saylı mənzil “Tower B” Binasının 19cu mərtəbəsində yerləşdir. Əmlakın ümumi sahəsi təxminən 261.2 kv.m olacaq və aşağıdakıları əhatə edəcək: perimetr üzrə divarların daxili tərəfi ilə ölçülən Əmlakın ümumi sahəsinə bərabər olan təxminən 236.8 kv.m. Əmlakın ümumi daxili sahəsi (eyvan istisna olmaqla); təxminən 24.4 kv.m olan eyvan. -Ödəniş cədvəlindən görünür ki, müqavilə 99 ay müddətinə imzalanmış, sonuncu ödəniş tarixi olaraq xx.xx.2023-cü il tarixi müəyyən olunmuşdur. -Cavabdeh MTK ilə “investor” İddiaçı arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli PBR 1004 saylı müqaviləyə düzəliş №-1-dən görünür ki, tərəflər aşağıdakılara dair razılıq əldə olunmuşdur: Müqavilənin 1.5-ci Maddəsi aşağıdakı kimi verilsin: investor üçün Binanın zirzəmisinin 3-cü mərtəbəsində yerləşən, (54 (6A) nömrəli) 1 (bir) qoşa avtomobil dayanacağı sahəsi ayrılmalıdır. Avtomobil dayanacağı üçün alış qiyməti 85 170 AZN (səksən beş min bir yüz yetmiş manat) təşkil edir. - Ödəniş cədvəlindən görünür ki, müqavilə 120 ay müddətinə imzalanmış, sonuncu ödəniş tarixi olaraq xx.xx.2025-ci il tarixi müəyyən olunmuşdur. - Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh MMC ilə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanında “X8” binası, 1903B saylı mənzillə bağlı PBR 1004 saylı, 10 sentyabr 2015-ci il tarixli müqaviləsi bağlayaraq, mənzil və dayanacaq əldə edib, öhdəlik götürüb, mənzil və dayanacağın qiymətini iki tərəfli razılıq əsasında cədvəl üzrə ödəməlidir. Mənzilin qiyməti 1 166 131 (bir milyon bir yüz altmış altı min bir yüz otuz bir) manat təşkil edir, və 99 ay müddətində (2015-ci ilin sentyabr ayından 2023cü ilin dekabr ayınadək) mütəmadi qrafik üzrə ödənilməlidir. Dayanacağın qiyməti 85 170 (səksən beş min bir yüz yetmiş) manat təşkil edir, və 120 ay müddətində (2015-ci ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayınadək) mütəmadi qrafik üzrə ödənilməlidir. Lakin, buna baxmayaraq, onun tərəfindən sonuncu ödəmə xx.xx.2019-cu il tarixində (4500 manat) olub, ümumilikdə isə mənzil və dayanacağ üzrə kredit müddəti ərzində 675 783 (altı yüz yetmiş beş min yeddi yüz səksən üç) manat, əsas məbləğ üzrə 643 218 (altı yüz qırx üç min iki yüz on səkkiz) manat, cərimə faizləri üzrə 32 565 (otuz iki min beş yüz altmış beş) manat məbləğində vəsait ödənilmişdir. Hal-hazırda onun hərəkətsizliyi nəticəsində kredit cədvəli üzrə mənzil və dayanacağa görə gecikmə borcu 711 958 (əsas borc üzrə 482 609 manat, cərimə faiz borcu üzrə isə 229 349 manat) manat, ümumilikdə isə kredit üzrə ümumi borc 829 964 (səkkiz yüz iyirmi doqquz min doqquz yüz altmış dörd) manat təşkil edir. Onunla bağlanmış müqaviləyə (müqavilə PBR 1004) 7.1-ci bəndində göstərilir ki, İnvestorun əlavə 5-də nəzərdə tutulan ödənişi müəyyənləşdirilmiş müvafiq son tarixdən sonra 6 aydan çox gecikdirildiyi halda, hüququ var ki, Müqaviləyə xitam versin. Yuxarıda göstərilənlərə əsaslanaraq, məktubu alandan on (10) gün ərzində gəlib borcunu ödəməyi təklif olunmuş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh Mənzil-Tikinti Kooperativinə ünvanlanmış 28 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, hüquqlarını təmsil etdiyi İddiaçı ilə Cavabdeh MTK arasında 10 sentyabr 2015-ci il tarixdə kooperativ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanında inşa olunmuş “X8” binasının 1903B saylı mənzilinin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən mənzilin qiyməti 1.166.131 manat təşkil etmiş və 99 ay müddətinə (2015-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına kimi) tərtib olunan qrafıkə uyğun şəkildə ödənilməli olmuşdur, (müqavilə № PBR 1004). Eyni tarixdə həmin müqavilənin əlavəsi kimi tərəflər arasında dayanacağın alqı-satqısı barədə müqavilə də bağlanmış, satılan avtomobil dayanacağının qiyməti 85.170 manat təşkil etmiş və 120 ay müddətinə (2015-ci ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayına kimi) tərtib olunan qrafikə uyğun şəkildə ödənilməli olmuşdur. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 690 nömrəli bildirişdə onun tərəfindən sonuncu ödəmənin xx.xx.2019-cu il tarixdə (4500 manat) edilməsi, ümumilikdə isə mənzil və dayanacaq üzrə ümumi kredit müddəti ərzində 675.783 manat, cərimə faizəri üzrə isə 32.565 manat məbləğində vəsaitin ödənilməsi, hazırda İddiaçı hərəkətsizliyi nəticəsində kredit cədvəli üzrə mənzil və dayanacağa görə gecikmə borcunun 711.958 manat (əsas borc üzrə 482.609 manat, cərimə faiz borcu üzrə isə 229.349 manat), ümumilikdə isə kredit üzrə ümumi borcun 829.964 manat təşkil etməsi barədə məlumat verilmişdir. İlkin olaraq, İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdən başlayaraq 2020-ci ildə baş vermiş məlum karantin qapanmalarına qədər 10 sentyabr 2015-ci il tarixli, PBR 1004 nömrəli müqaviləyə edilmiş əlavə 5-dəki ödəniş cədvəlinə uyğun olaraq mütəmadi ödənişlər edilmiş və şirkətlə onun arasında heç bir problem yaranmamışdır. Lakin karantin qapanmaları ilə əlaqədar iqtisadiyyatda və insanların gündəlik həyatında baş verən arzu olunmaz hadisələr, həmçinin bütün sahələr üzrə tətbiq olunan məhdudiyyətlər hüquqlarını təmsil etdiyim şəxsin ödəniş qabiliyyətində uzun müddət ərzində durğunluq yaratmalı olmuşdur. Barəsində söz açılan müqavilənin 10.1-ci maddəsində “tərəflərin hər hansı birinin bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin hər hansı birini Fors-Major hadisəsi nəticəsində icra edə bilməməsi (bu müqaviləyə uyğun olaraq ödənilməli pulun ödənişinin gecikdirilməsindən başqa) bu müqavilənin pozulması hesab olunmur” müddəası öz əksini tapmışdır. Müqavilədə fiziki şəxsin hüququnu məhdudlaşdıran bu müddəanın (bu müqaviləyə uyğun olaraq ödənilməli pulun ödənişinin gecikdirilməsindən başqa) yazılmasına baxmayaraq Azərbaycan Respublikasının mülki qanunvericiliyi fövqəladə vəziyyətlər, o cümlədən təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar və bu kimi qarşısıalınmaz hadisələr öhdəliyin icrasına mane olduqda onun icrasına görə məsuliyyət daşıyan tərəfi həmin vəziyyət aradan qalxana qədər məsuliyyətdən, həmçinin ödəniş məsuliyyətindən müvəqqəti azad edir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu əhalinin vəziyyətini, karantin dövründəki məhdud gəlirlərini və koronavirus infeksiyasının əmələ gətirdiyi digər fəsadları nəzərə alaraq əhalinin hər bir fərdinə kredit müqavilələri üzrə müəyyən güzəştlərin tətbiq edilməsini qərara almışdır. Bunlardan əlavə, şirkət tərəfindən bu günə olan kredit üzrə ümumi borcun 829.964 manat göstərilməsi həddindən artıq iri məbləğdir. Əvvəla ona görə ki, bildirişin özündə ümümi məbləğ 711.958 manat, o cümlədən əsas borc üzrə 482.609 manat, cərimə faiz borcu üzrə isə 229.349 manat kimi qeyd olunsa da, ardınca nədənsə 118.006 manat artıq borc göstərilir. Digər tərəfdən şirkət koronavirus infeksiyası ilə əlaqədar nə ölkədə mövcud olmuş faktiki vəziyyəti, nə qanunla insanların gündəlik həyatına tətbiq olunan məhdudiyyətləri, nə də ki, bunlarla əlaqədar müəyyən olunan güzəştləri nəzərə almadan müqavilə üzrə rəqəmləri amansızcasına şişirtməklə İddiaçı aldığı mənzilə görə MTK- ya borclu qaldığı ana olan məbləğdən də artıq ədalətsiz faizlər hesablamışdır. Müraciətdə qeyd olunanları, 2020-ci ildən başlayaraq mövcud karantin məhdudiyyətləri ilə bağlı İddiaçı vəziyyətini nəzərə almağı və bunlara əsasən 3 il əvvəlki vəziyyətdə karantin qapanmalarına qədər mənzilə görə qalmış borca ekvivalent ədalətli məbləğ hesablamağını xahiş etmişdir. - Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsi üzrə 716,240.64 AZN (yeddi yüz on altı min iki yüz qırx manat altmış dörd qəpik) və 1 (bir) qoşa avtomobil dayanacağı sahəsi üçün 56,419.96 AZN (əlli altı min dörd yüz on doqquz manat doqsan altı qəpik) olmaqla, ümumilikdə 772,660.6 AZN (yeddi yüz yetmiş iki min altı yüz altmış manat altı qəpik) məbləğin ödənilməsi tələb olunur, 10 (gün) ərzində geri dönüş edilmədiyi təqdirdə xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, mənzilin və 1 qoşa avtomobil dayanacağının Cavabdeh MTK-ya geri qaytarılması, mənzil və avtomobil dayanacağının qiymətinin 20%-nə bərabər məbləği vurulmuş ziyan kimi Cavabdeh MTKya ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə yenidən bildirilmişdir. -Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, onunla Cavabdeh MMC arasında xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı mənzilin alqı-satqı müqaviləsi və 1 (bir) qoşa avtomobil dayanacağının alqı-satqısı müqaviləsi imzalanmışdır. xx.xx.2015-ci il =tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsinin: 4.1-ci bəndinə əsasən, əmlak üçün ödəniləcək ümumi qiymət bu müqaviləyə əsasən 1,166.131 AZN ( bir milyon yüz altmış altı min yüz otuz bir manat) təşkil edir. 4.4-cü bəndinə əsasən, bu müqavilə çərçivəsində ödənilməli qiymətin hər hansı hissəsinin ödənişinin gecikdirildiyi halda İnvestor ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər (hər iki tarix daxil olmaqla) ödənilməmiş məbləğin hər gecikdirilmiş günü üçün gündəlik əsasda hesablanan illik 24% cərimə ödəməlidir. 7.1-ci bəndinə əsasən, İnvestor 4.4-cü bənddə nəzərdə tutulmuş müddəalara baxmayaraq, İnvestor Əlavə 5-də nəzərdə tutulan ödənişi müəyyənləşdirilmiş müvafiq son tarixdən 6 (altı) aydan çox gecikdirildiyi halda və ya İnvestor Əmlakı almaqdan imtina etdikdə Şirkəti hüququ var ki, qanunvericiliklə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu müqaviləyə xitam versin və Qiymətin 20%-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda İnvestor xüsusi olaraq razılaşır ki, bu məbləğ İnvestorun öhdəliyinin yerinə yetirməməsi nəticəsində Şirkətin məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsinə edilmiş Ne 1 Dəyişikliyə görə 1 (bir) qoşa avtomobil dayanacağı üçün ödəniləcək ümumi qiymət 85,170 AZN (səksən beş min yüz yetmiş manat) təşkil edir. Beləliklə, xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı mənzilin və avtomobil dayanacaqlarının alqı-satqı müqaviləsi üzrə mənzilin qiyməti 1,166.131 AZN ( bir milyon yüz altmış altı min yüz otuz bir manat) və 1 (bir) qoşa avtomobil dayanacağı üçün 85,170 AZN (səksən beş min yüz yetmiş manat) təşkil edir. PBR 1004 saylı müqavilə üzrə 10 sentyabr 2015-ci il tarixindən 31 mart 2023-cü il tarixinədək 1903B saylı mənzil üçün toplam olaraq 666 966.43 AZN (altı yüz altmış altı min doqquz yüz altmış altı manat, 43 qəpik) (613,787.00 manat əsas və faiz borcu, 53,179.43 manat cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. Mənzil üzrə əsas və faiz borcu qalığı 552,344.00 AZN (beş yüz əlli iki min üç yüz qırx dörd manat), gecikmələr üzrə hesablanmış cərimə borcu üzrə 242,261.33 AZN (iki yüz qırx iki min iki yüz altmış bir manat, 33 qəpik) təşkil edir. Göstərilən müqaviləyə xx.xx.2015 tarixli, 1 saylı düzəliş üzrə 10 sentyabr 2015-ci il tarixdən 31 mart 2023-cü il tarixədək B 3 54 (6A) avtodayanacağı üçün toplam olaraq 31,292.87 AZN (otuz bir min iki yüz doxsan iki man., 87 qəpik) (29, 428.30 AZN əsas və faiz borcu, 1,864.57 AZN cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. Avtodayanacaq üzrə əsas və faiz borcu qalığı 55,741.70 AZN (əlli beş min yeddi yüz qırx bir manat, 70 qəpik), gecikmələr üzrə hesablanmış cərimə borcu üzrə 19,950.26 AZN (on doqquz min doqquz əlli manat, 26 qəpik) təşkil edir. (Qeyd: Hesablanan məbləğlər xx.xx.2023-cü il tarixinədək olan dövrü əhatə edir və sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilməklə 40 aydan çox müddətdir ki, heç bir ödəniş edilməməkdir). Yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı- satqı müqaviləsi üzrə mənzil üçün 794,605.33 AZN (yeddi yüz doxsan dörd min altı yüz beş manat, 33 qəpik ) və 1 (bir) qoşa avtomobil dayanacağı sahəsi üçün 75,691.96 AZN (yetmiş beş min altı yüz doxsan bir manat, 96 qəpik) olmaqla, ümumilikdə 870,297.29 AZN (səkkiz yüz yetmiş min iki yüz doxsan yeddi manat, 29 qəpik) məbləğin ödənilməsi tələb olunur, 5 (beş) gün ərzində geri dönüş edilmədiyi təqdirdə xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, mənzilin və 1 qoşa avtomobil dayanacağının Cavabdeh MTK-ya geri qaytarılması, mənzil və avtomobil dayanacağının qiymətinin 20%-nə bərabər məbləği vurulmuş ziyan kimi Cavabdeh MTKya ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. - Cavabdeh Mənzil-Tikinti Kooperativinin 08 avqust 2023-cü il tarixli 944 saylı Maliyyə arayışından görünür ki, həqiqətən PBR 1004 saylı müqavilə üzrə 10 sentyabr 2015-ci il tarixindən 08 Avqust 2023-cü il tarixinədək 1903B saylı mənzil üçün toplam olaraq 666.966.43 (altı yüz altmış altı min doqquz yüz altmış altı manat, 43 qəpik) manat (613.787.00 man əsas borc, 53.179.43 man cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. Mənzil üzrə ümumi qalıq borc 552.344.00 man., 08 Avqust 2023-cü il tarixə gecikmiş borc 517.516.00 man., həmin tarixə cərimə üzrə qalıq borc 284.505.78 man. təşkil edir. Sonuncu göstərilən tarixədək 60 ay yaxud 1824 gün ərzində əsas məbləğdən ödəniş edilməmiş (ən son əsas məbləğ ödənişi xx.xx.2019 tarixdə 2 714.00 man.) olmuşdur. Göstərilən müqaviləyə xx.xx.2015 tarixli, 1 saylı düzəliş üzrə 10 sentyabr 2015-ci il tarixdən 08 Avqust 2023-cü ıl tarixədək B 3 54 (6A) avtodayanacağı üçün toplam olaraq 31 292.87 (otuz bir min iki yüz doxsan iki man., 87 qəp.) man. (29 428.30 man. əsas borc, 1 864.57 man., cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. Avtodayanacaq üzrə ümumi qalıq borc 55 741.70 man., 08 Avqust 2023-cü il tarixə isə gecikmiş borc 39 205.70 man., cərimə üzrə 23 018.10 man. təşkil edir. Sonuncu göstərilən tarixədək 62 ay yaxud 1 885 gün ərzində əsas məbləğdən ödəniş edilməmiş (ən son əsas məbləğ ödənişi xx.xx.2018 tarixdə 687.00 man.), ümumiyyətlə isə avtodayanacaq üzrə ən son ödəniş xx.xx.2019 tarixdə edilmiş cərimə ödənişi (181 man.) olmuşdur. - Cavabdeh Mənzil-Tikinti Kooperativinin 25 avqust 2023-cü il tarixli 947 saylı arayışından görünür ki, PBR 1004 saylı müqavilə üzrə 10 sentyabr 2015-ci il tarixli müqavilə üzrə hesablanmış cərimə faizləri həmin müqavilənin 4.4 bəndinə uyğun olaraq illik 24% olmaqla gecikdirilən məbləğə gündəlik əsasda hesablanmışdır. Cərimə məbləği ödənişin ödənilməli tarixi ilə faktiki ödəniş tarixi arasındakı müddət üçün gündəlik əsasdan hesablanmışdır. xx.xx.2023-ci il tarixə Mənzil üzrə gecikmiş məbləğ 8707, gündəlik faiz dərəcəsi 0,0658%, gündəlik hesablanmış cərimə məbləği 5.7292. xx.xx.2023-ci il tarixə Avtodayanacaq üzrə gecikmiş məbləğ 636, gündəlik faiz dərəcəsi 0,0658%, gündəlik hesablanmış cərimə məbləği 0,4185 - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7177 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki ekspertiza tədqiqatı ilə İddiaçı Cavabdeh MTK şirkətinə xx.xx.2015-ci il tarixli PBR 1004 saylı müqavilə üzrə borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: 1903B №-li mənzil üzrə: 06 iyun 2023-cü il tarixə əsas borc 552 343,00 manat və cərimə borcu 273 145,49 manat, 08 avqust 2023cü il tarixə əsas borc 552.343,00 manat və cərimə borcu 286.848,11 manat, 54 (6A) №-li avtomobil dayanacağı üzrə: 06 iyun 2023-cü il tarixə əsas borc 55 735,70 manat və cərimə borcu 22144,66 manat, 08 avqust 2023-cü il tarixə əsas borc 55 735,70 manat və cərimə borcu 23 200,59 manat. -Cavabdeh Mənzil-Tikinti Kooperativinə ünvanlanmış 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, hüquqlarını təmsil etdiyi İddiaçı ilə Cavabdeh MTK arasında 10 sentyabr 2015-ci il tarixdə kooperativ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanında inşa olunmuş “X9” binasının 1903B saylı mənzilinin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən mənzilin qiyməti 1.166.131 manat təşkil etmiş və 99 ay- müddətinə (2015-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına kimi) tərtib olunan qrafıkə uyğun şəkildə ödənilməli olmuşdur, (müqavilə № PBR 1004) Eyni tarixdə həmin müqavilənin əlavəsi kimi tərəflər arasında dayanacağın alqı-satqısı barədə müqavilə də bağlanmış, satılan avtomobil dayanacağının qiyməti 85.170 manat təşkil etmiş və 120 ay müddətinə (2015-ci ilin sentyabr ayından 2025- ci ilin sentyabr ayına kimi) tərtib olunan qrafıkə uyğun şəkildə ödənilməli olmuşdur. 08 aprel 2024-cü il tarixə olan vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh MTK-ya ümumilikdə alman mənzilə görə 666.966 manat, alınan avtomobil dayanacağına görə isə 31.292 manat, cəmi 698.258 manat məbləğində vəsait ödənilmişdir. Haqqında danışılan müqavilə üzrə hesablanan məbləğə görə isə ümumilikdə 553.043 manat əsas borc qalıq qalmışdır. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 690 nömrəli bildirişdə onun tərəfindən sonuncu ödəmənin xx.xx.2019-cu il tarixdə (4500 manat) edilməsi, ümumilikdə isə mənzil və dayanacaq üzrə ümumi kredit müddəti ərzində 675.783 manat, cərimə faizləri üzrə isə 32.565 manat məbləğində vəsaitin ödənilməsi, hazırda İddiaçı hərəkətsizliyi nəticəsində kredit cədvəli üzrə mənzil və dayanacağa görə gecikmə borcunun 711.958 manat (əsas borc üzrə 482.609 manat, cərimə faiz borcu üzrə isə 229.349 manat), ümumilikdə isə kredit üzrə ümumi borcun 829.964 manat təşkil etməsi barədə məlumat verilmişdir. MTK tərəfindən məhkəməyə təqdim edilən son rəqəmlərə görə xx.xx.2024-cü il tarixə İddiaçı “Abşeron" MTK-ya alınan mənzilə görə 286.848 manat, alınan avtomobil dayanacağına görə isə 23.200 manat, cəmi 310.048 manat cərimə məbləği hesablanmışdır. Hesablanmış cərimənin aşağı salınması məqsədilə Cavabdeh MTK ilə aramızda aparılan danışıqların nəticəsində hüquqi şəxs tərəfindən onlara verilən təklifə görə bir ay ərzində tam ödəniş ediləcəyi təqdirdə cərimə 20 faiz, ilkin ödəniş ən azı 50.000 manat olmaq şərtilə 1 il ərzində hissəhissə ödənilərsə cərimə 10 faiz silinəcək, 2 il ərzində hissə-hissə ödənilərsə cərimələrin hesablanması davam etdirilməklə heç bir cərimə faizi silinməyəcəkdir. Verilən təklifə cavab olaraq bildirilir ki, 10 sentyabr 2015-ci il tarixdə şirkətlə aralarında bağlanmış müqavilələr üzrə alınan mənzilə və dayanacağa görə qalan 553.043 manat əsas borcun və şirkət tərəfindən hesablanmış cəmi 310.048 manat cərimənin 10 faizini, yəni 31.000 manatın, ümumilikdə 553.043+31.000=584.043 manat vəsaitin ödənişini qəbul edirlər və Abşeron MTK-nın təqdim edəcəyi yekun maliyyə arayışına əsasən 2024-cü ilin aprel ayının sonuna qədər məbləğin 84.043 manat olan hissəsini, 2024-cü il may ayının sonuna kimi isə məbləğin qalan 500.000 manat olan hissəsini tam ödəməyə hazırdırlar. - Cavabdeh Mənzil-Tikinti Kooperativinin İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ünvanlanmış 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, şirkətə daxil olmuş № 223001 saylı, xx.xx.2024-cü il tarixli məktuba baxılmış və təklifə cavab aşağıdakı kimidir: xx.xx.2023-cü il tarixli № 3-16-16/2-9/7177/2023 saylı ekspert rəyinə əsasən mənzil üçün əsas borc xx.xx.2023-cü il tarixə 552.343 AZN və dayanacaq üçün isə 55.735,70 AZN miqdarda hesablandığı halda, əsas borc kimi yalnız mənzilə dair 552.343 AZN əsas borcu ödəməyə hazır olduqları bildirilmişdir ki, bu da qəbul edilmir. Həmçinin, xx.xx.2023-cü il tarixli № 3-16-16/2-9/7177/2023 saylı ekspert rəyi ilə xx.xx.2023- cü il tarixədək mənzilə dair hesablanmış 286.848,11 AZN və dayanacaq üçün 23.200,59 AZN cərimələr bağlı, ümumi cənmə məbləğlərinin cəmi 10% faizini ödəməyə hazır olduqları bildirilmişdir ki, bu təklif də şirkət tərəfindən qəbul edilməmişdir. Beləliklə, İddiaçı mənzil və dayanacaq üçün əsas borcunun tam həcmdə xx.xx.2024-cü il tarixədək ödənilməsi; İddiaçı mənzil və dayanacaq üçün cərimə borcunun tam həcmdə xx.xx.2024-cü il tarixədək ödənilməsi və ya yalnız cərimə borcları ilə bağlı tam həcmdə aylıq bərabər hissələrə bölmək yolu ilə 12 aylıq ödəmə cədvəli üzrə ödənilməsi təklif olunur. Bu təklifin dəyərləndirilməsi xx.xx.2024-cü il tarixədək qüvvədədir. Bu sonuncu təklifdir. xx.xx.2024-cü il tarixindən sonra bu təklifə yenidən baxılması nəzərdə tutulmur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Abşeron" MTK ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən “X8” X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli PBR 1004 saylı Müqavilə, eyni ünvanda yerləşən binanın zirzəmisinin 3-cü mərtəbəsində 54 (6A) saylı 1 (bir) qoşa avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2015-ci il tarixli PBR 1004 saylı müqaviləyə edilmiş Düzəliş №1 imzalanmışdır. xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsi üzrə mənzilin qiyməti 1,166.131 AZN (bir milyon yüz altmış altı min yüz otuz bir manat) və 1 (bir) qoşa avtomobil dayanacağı üçün 85,170 AZN (səksən beş min yüz yetmiş manat) təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, (qarşılıqlı iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən) PBR 1004 saylı müqavilə üzrə 10 sentyabr 2015-ci il tarixindən 08 Avqust 2023-cü il tarixinədək 1903B saylı mənzil üçün toplam olaraq 666.966.43 (altı yüz altmış altı min doqquz yüz altmış altı manat, 43 qəpik) manat (613.787.00 man əsas borc, 53.179.43 man cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. Mənzil üzrə ümumi qalıq borc 552.344.00 manat, 08 Avqust 2023cü il tarixə gecikmiş borc 517.516.00 manat, həmin tarixə cərimə üzrə qalıq borc 284.505.78 manat təşkil edir. Göstərilən müqaviləyə xx.xx.2015 tarixli, 1 saylı düzəliş üzrə 10 sentyabr 2015-ci il tarixdən 08 Avqust 2023-cü il tarixədək B 3 54 (6A) avtodayanacağı üçün toplam olaraq 31.292.87 (otuz bir min iki yüz doxsan iki manat, 87 qəpik) manat (29.428.30 manat əsas borc, 1.864.57 manat cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. Avtodayanacaq üzrə ümumi qalıq borc 55.741.70 manat, 08 Avqust 2023-cü il tarixə isə gecikmiş borc 39.205.70 manat, cərimə üzrə 23.018.10 manat təşkil edir. Mənzil üzrə əsas məbləğdən sonuncu ödəniş (2714.00 AZN) xx.xx.2019-cu il tarixində, ümumilikdə isə mənzil üzrə ən son ödəniş xx.xx.2019-cu il tarixində edilmiş cərimə ödənişi (4500.00 AZN) olmuşdur və avtodayanacaq üzrə əsas məbləğdən sonuncu ödəniş (687.00 AZN) xx.xx.2018-ci il tarixində və ümumilikdə isə avtodayanacaq üzrə ən son ödəniş xx.xx.2019-cu il tarixində cərimə ödənişi (181 AZN) olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7177 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki ekspertiza tədqiqatı ilə İddiaçı Cavabdeh MTK şirkətinə xx.xx.2015-ci il tarixli PBR 1004 saylı müqavilə üzrə borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: 1903B №-li mənzil üzrə: 08 avqust 2023-cü il tarixə əsas borc 552.343,00 manat və cərimə borcu 286.848,11 manat, 54 (6A) №-li 1 qoşa avtomobil dayanacağı üzrə: 08 avqust 2023-cü il tarixə əsas borc 55.735,70 manat və cərimə borcu 23.200,59 manat təşkil edir. Hazırda qarşılıqlı iddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək hər ay aparmalı olduğu halda müəyyənləşdirilmiş son tarixdən sonra 6 (altı) aydan çox gecikdirildiyindən, onunla bağlanmış müqaviləyə və ona əlavə edilmiş 1 №li Düzəlişə vaxtından əvvəl xitam verilməli olmasını, qeyd edilən mənzilin və giriş qapısının açarlarının, o cümlədən № 54 (6A) saylı avtomobil dayancaqlarının İddiaçı alınaraq Cavabdeh MTK-ya geri qaytarılması; xx.xx.2015-ci il tarixli PBR 1004 saylı alqı-satqı müqaviləsinin 7-ci bəndinə əsasən, 1903 B saylı mənzilin, o cümlədən Əlavə № 1-də qeyd edilən avtomobil dayancağının üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, müqavilənin 7.2-ci bəndinə əsasən mənzil və avtodayanacağın qiymətinin 20% həcmində vurulmuş ziyanın tutulması və bundan sonra qalan vəsaitin Müqavilənin 7-ci bəndinə əsasən İddiaçı qaytarılmasını iddia edir. İddianın əsasını İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi təşkil edir. Məhkəmə, qarşılıqlı iddiaçının qarşı tərəfə bir neçə dəfə pretenziya göndərməsinə baxmayaraq aralarında olan müqaviləyə xitam verilməsinə dair mübahisənin davam etdiyini nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən müqaviləyə xitam verilməsinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, ilk növbədə hər hansı iddia tələbi üzrə iddiaçının tələbinə uyğun olan iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin alqı-satqı müqaviləsi kimi göstərilməsinə baxmayaraq müqavilələrin məzmunundan aydın görünür ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı cavabdeh İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı alqı-satqı müqaviləsinin 4.4-cü bəndində nəzərdə tutulmuş müddəalarına riayət etməyərək Əlavə 5-də nəzərdə tutulan ödənişi müəyyənləşdirilmiş müvafiq son tarixdən 6 (altı) aydan çox gecikdirmişdir. Ödənişlər müəyyənləşdirilmiş son tarixdən sonra 6 (altı) aydan çox gecikdirildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı müqaviləyə xitam verilməsi hüququndan istifadə edərək xx.xx.2015-ci il tarixli PBR 1004 saylı Müqavilə və ona əlavə edilmiş Düzəliş № 1 xitam veriləcəyi cavabdehin nəzərinə çatdırılmış və bu barədə cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlamış, cavabdeh məktubları təhvil almasına baxmayaraq, pretenziyada qeyd edilənlərə öhdəliyin real icrasına yönələn cavab verməmiş, yaranmış borcların ödənilməsi ilə bağlı konkret addımlar atmamışdır. - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli PBR 1004 saylı müqavilənin: - 1.1-ci bəndindən görünür ki, bu Müqavilənin şərt və müddəalarına uyğun olaraq, Şirkət bu Müqavilənin Əlavə 2-də daha geniş təsvir olunan Binada yerləşən 1903B saylı mənzili ("Əmlak”) tikməyə və yaşayış məqsədləri üçün İnvestora təqdim etməyə razılaşır və investor həmin mənzili yaşayış məqsədləri üçün Şirkətdən qəbul etməyə razılıq verir. - 4.1-ci bəndindən görünür ki, Əmlak üçün ödəniləcək ümumi qiymət bu Müqaviləyə əsasən 1.166.131 AZN (bir milyon yüz altmış altı min yüz otuz bir manat) (Qiymət) təşkil edir. - 4.4-cü bəndindən görünür ki, bu Müqavilə çərçivəsində ödənilməli Qiymətin hər hansı hissəsinin ödənişi gecikdırildiyi halda İnvestor ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər (hər iki tarix daxil olmaqla) ödənilməmiş məbləğin hər gecikdirilmiş günü üçün gündəlik əsasda hesablanan illik 24% cərimə ödənilməlidir. - 7.1-ci bəndindən görünür ki, yuxarıdakı 4.4-cü bənddə nəzərdə tutulmuş müddəalara baxmayaraq, İnvestor Əlavə 5-də nəzərdən tutulan ödəniş müəyyənləşdirilmiş müvafiq son tarixdən sonra 6 (altı) aydan çox gecikdirildiyi halda və ya investor Əmlakı almaqdan imtina etdikdə Şirkətin hüququ var ki, qanunvericiliklə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu Müqaviləyə xitam versin və Qiymətin 20%-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda İnvestor xüsusi olaraq razılaşır ki, bu məbləğ İnvestorun öhdəliyini yerinə yetirməməsi nəticəsində Şirkətin məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. - 7.2-ci bəndindən görünür ki, 7.1-ci bənddə nəzərdə tutulmuş Qiymətin 20%-i çıxmaq şərtilə investora qaytarılması, Şirkət tərəfindən Əmlakı göstərilən Qiymətə bərabər və ya daha artıq qiymətə digər investora satdıqdan sonra baş verəcək və Qiymətin qaytarılması yalnız digər İnvestor tərəfindən bu Mülkiyyətlə bağlı ödənişi tam şəkildə Şirkətə ödənildikdən sonra həyata keçiriləcək. Əmlak Qiymətdən aşağı qiymətlə digər investora satıldığı təqdirdə, İnvestora qaytarılmalı olan məbləğ digər investora təqdim olunduğu faktiki qiymətlə Qiymət arasında müvafiq nisbətə və 7.1-ci bənddə nəzərdə tutulmuş 20% tutulması şərtilə azaldılacaq. - Ödəniş cədvəlindən görünür ki, müqavilə (mənzil) 99 ay müddətinə imzalanmış, sonuncu ödəniş tarixi olaraq xx.xx.2023-cü il tarixi müəyyən olunmuşdur. - Cavabdeh MTK ilə “investor” İddiaçı arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli PBR 1004 saylı müqaviləyə düzəliş №-1-dən görünür ki, tərəflər aşağıdakılara dair razılıq əldə olunmuşdur: Müqavilənin 1.5-ci Maddəsi aşağıdakı kimi verilsin: investor üçün Binanın zirzəmisinin 3-cü mərtəbəsində yerləşən, (54 (6A) nömrəli) 1 (bir) qoşa avtomobil dayanacağı sahəsi ayrılmalıdır. Avtomobil dayanacağı üçün alış qiyməti 85.170 AZN (səksən beş min bir yüz yetmiş manat) təşkil edir. - Ödəniş cədvəlindən görünür ki, müqavilə (dayanacaq) 120 ay müddətinə imzalanmış, sonuncu ödəniş tarixi olaraq xx.xx.2025-ci il tarixi müəyyən olunmuşdur. Göründüyü kimi müqavilədə (ödəniş cədvəlində) mənzilə görə sonuncu ödəniş tarixi xx.xx.2023-cü il, 1 qoşa avtodayanacağa görə müqavilənin 1.5-ci bəndinə edilmiş dəyişikliyə əsasən sonuncu ödəniş tarixi olaraq xx.xx.2025-ci il tarixi müəyyən olunmuşdur. Məhkəmə, mənzilə görə ödənişlərin edilməsi müddətinin başa çatmasına baxmayaraq, düzəlişin məhz müqavilənin 1.5-ci bəndinə edilməsini və dayanacağa görə edilməli olan ödənişlərin müddətinin bitməməsini nəzərə alaraq hesab edir ki, həm müqaviləyə (dayanacağa aid hissədə), həm də düzəlişə vaxtından əvvəl xitam verilməsinə dair tələbə baxılıb qiymət verilməsi məqsədə müvafiqdir. Məhkəmənin qənaətinə görə, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə qismən uzlaşmış, müəyyən edilmişdir ki, İddiaçı tərəfindən mənzil üzrə əsas məbləğdən sonuncu ödəniş (2714.00 AZN) xx.xx.2019-cu il tarixində, ümumilikdə isə mənzil üzrə ən son ödəniş xx.xx.2019-cu il tarixində edilmiş cərimə ödənişi (4500.00 AZN) olmuşdur və ödəniş cədvəli üzrə daha sonra heç bir ödəniş edilməmişdir. Avtodayanacaq üzrə əsas məbləğdən sonuncu ödəniş (687.00 AZN) xx.xx.2018-ci il tarixində və ümumilikdə isə avtodayanacaq üzrə ən son ödəniş xx.xx.2019-cu il tarixində cərimə ödənişi (181 AZN) olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh MTK müqaviləyə xitam verilməsinə dair iddia qaldırmaqda haqlı olmuş və iddia Cavabdeh MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı Müqaviləyə və eyni ünvanda yerləşən 1 (bir) qoşa avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı müqaviləyə edilmiş 1 saylı düzəlişə vaxtından əvvəl xitam verilməsi, qeyd edilən 1903 B saylı mənzilin, mənzilin giriş qapısının açarlarının və № 54 (6A) saylı 1 (bir) qoşa avtomobil dayanacağının İddiaçı alınaraq Cavabdeh MTK-ya geri qaytarılması, ünvan 7 ünvanında yerləşən “X8" X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzil və eyni ünvanda yerləşən 1 (bir) qoşa avtomobil dayanacağı 3-cü şəxsə satılması və satışdan əldə edilən vəsait hesabına cərimənin tutulması və daha sonra pul vəsaitinin qaytarılması hissəsində əsaslıdır. Məhkəmə cərimə məbləğinin həcmi ilə bağlı tələbə iddiaçının nümayəndəsi ekspertiza rəyinin əsas götürülməsini bildirməsinə baxmayaraq MTK-nın özünün təqdim etdiyi maliyyə arayışına əsasən qiymət verilməsini əsaslı hesab edir. Belə ki, iddiaçı iddiasını məhz həmin məbləğlərlə əsaslandırmış, ekspert rəyinə uyğun gələn iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Qarşılıqlı iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən, PBR 1004 saylı müqavilə üzrə 10 sentyabr 2015-ci il tarixindən 08 Avqust 2023-cü il tarixinədək 1903B saylı mənzil üçün toplam olaraq 666.966.43 (altı yüz altmış altı min doqquz yüz altmış altı manat, 43 qəpik) manat (613.787.00 man əsas borc, 53.179.43 man cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. Mənzil üzrə ümumi qalıq borc 552.344.00 man., 08 Avqust 2023-cü il tarixə gecikmiş borc 517.516.00 man., həmin tarixə cərimə üzrə qalıq borc 284.505.78 man. təşkil edir. Göstərilən müqaviləyə xx.xx.2015 tarixli, 1 saylı düzəliş üzrə 10 sentyabr 2015-ci il tarixdən 08 Avqust 2023-cü ıl tarixədək B 3 54 (6A) avtodayanacağı üçün toplam olaraq 31.292.87 (otuz bir min iki yüz doxsan iki man., 87 qəp.) man. (29 428.30 man. əsas borc, 1.864.57 man., cərimə ödənişi) məbləğində vəsait ödənilmişdir. Avtodayanacaq üzrə ümumi qalıq borc 55 741.70 man., 08 Avqust 2023-cü il tarixə isə gecikmiş borc 39.205.70 man., cərimə üzrə 23.018.10 man. təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin hallarını, müavilə üzrə həm mənzil, həm də 1 qoşa dayanacaq üçün yaranmış əsas borcların məbləğini, eləcə də hazıradək mənzil üçün borcludan 53.179.43 manat məbləğində cərimə, 1 qoşa dayanacaq üçün isə 1.864.57 manat məbləğində cərimə borcu tutulduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə mənzilə görə hesablanmış 284.505.78 manat, avtodayanacağa görə hesablanmış 23.018.10 manat cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və belə qənaətə gəlir ki, cərimə müvafiq olaraq azaldılaraq mənzil üçün 30.000 manat, 1 qoşa avtodayanacaq üçün 2500 manat, ümumilikdə 32500 manat müəyyən edilməlidir. Beləliklə də məhkəmə hesab edir ki, ünvan 7 ünvanında yerləşən “X8" X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzil və eyni ünvanda yerləşən 1 (bir) qoşa avtomobil dayanacağı 3-cü şəxsə satıldıqdan sonra satışdan əldə edilən vəsaitdən cəmi 32.500 (otuz iki min beş yüz) manat məbləğində cərimə Cavabdeh MTK-nın xeyrinə ödənilməli, qalan vəsaitdən İddiaçı tərəfindən əsas borcla bağlı ödənilmiş pul məbləği ona geri qaytarılmalıdır. Lakin, məhkəmə qarşılıqlı iddianın satışdan əldə olunmuş puldan mənzil və avtomobil dayanacağının qiymətinin 20%-nə bərabər məbləğinin vurulmuş ziyan kimi Cavabdeh MTK-ya ödənilməsi və xərclərin tutulması hissəsi ilə razılaşmır və hesab edir ki, iddia bu hissədə əsaslı sayıla bilməz. Belə ki, xərclərin nədən ibarət olması hazırda müəyyən deyil, ehtimal xarakteri daşıyır və iddiaçı tərəfindən məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir. Mənzil və 1 qoşa avtomobil dayanacağının qiymətinin 20%-nə bərabər məbləğinin vurulmuş ziyan kimi tutulması ilə bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Alqı-satqı müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – aldığı və ya alacagı vəsaitə görə müqavilədə nəzərdə tutulan əmlakı, əşyanı digər tərəfə satır, sonuncu isə müqavilə müddəti ərzində həmin əmlakın dəyərini tam və ya hissəvi ödəməklə ondan gələcəkdə öz mülahizəsinə görə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti isə onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Həmçinin, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə daha sonra qeyd ki, qanunvericiliyin mənasına görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməməli və hüquqdan sui-istifadəyə yol verilməməlidir. Müqavilə öhdəlikləri üzrə tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməli, əgər öhdəlik lazımınca icra edilmirsə, belə halda öhdəliyin icrası üçün məhkəmədə iddia qaldırıla bilər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmayan müqaviləni o zaman bağlaya bilərlər ki, qanuna zidd olmasın. Mülki hüquqda rəhbər tutulan iradə sərbəstliyi və bunun nəticəsi olaraq müqavilələr hüququnda iradə azadlığı prinsipi vardır. Bu prinsiplər mülki müqavilə bağlayan şəxslərə müqavilə predmeti barəsindəki münasibətləri tənzimləmək üçün qarşılıqlı razılaşma yoluyla bu münasibətlərə dair özləri üçün qaydalar müəyyənləşdirmək səlahiyyəti təmin edir. Bu səbəblə də mülki hüquqda müqavilələr ilə bağlı qəbul edilən normativ aktlardakı qaydalar əksəriyyət etibarı ilə dispozitiv (ixtiyari) hüquq qaydalarıdır. Bununla da bərabər və sərbəst olan mülki hüquq subyektlərinin qarşılıqlı mənafelərini onların ortaq arzularına və mənfəətlərinə ən uyğun gələn qaydaları qəbul etməklə qanunvercilikdəki dispozitiv qaydalardan kənara çıxılmasına şərait təmin edilmişdir. Ancaq tərəflərdən birinin tək tərəfli olaraq bu qaydaları müəyyən etməsi, dispozitiv (ixtiyari) hüquq qaydalarını aradan qaldırma imkanı verən “qayda qəbul etmə” səlahiyyətindən sui-istifadəyə səbəb ola bilər. Müqavilə azadlığı prinsipindən istifadə etməklə standart şərtlər vasitəsilə haqlı, ədalətli və müqavilə tərəflərinin hər ikisinin də qarşılıqlı mənfəətini tarazlaşdırıcı ixtiyari hüquq qaydalarından bütövlüklə və həmişəlik kənara çıxılmasının bir adət halını alması hüquq sistemində azruolunmaz bir hüquqi nəticədir. Belə ki, standart şərtlər vasitəsilə müqavilə azadlığının faktiki olaraq müqavilə tərəflərindən birinin əlindən alındığı halda qanunvericiliyin dispozitiv (ixtiyari) qaydalarından kənara çıxılması, müqavilə azadlığı prinsipinə və onun qəbul edilməsi məqsədinə tamamilə ziddinə olan sui-istifadə olunma hallarına münbit şərait yaradır. Bütün bunlara görə də, standart şərtlər vasitəsilə bağlanan müqavilələrin hüquqa uyğunluq nəzarətini, adi qaydada bağlanan müqavilələrin tabe tutulduğu şərtlərdən fərqləndirmək məcburiyyəti vardır. Çünki bunlara fərqli şəkildə və fərqli vəziyyətdə bağlanıldığı halda sanki eyni şəkildə və eyni şərtlər daxilində bağlanılmış kimi yanaşma heç vaxt ədalətli ola bilməz. Bərabər olmayanlara qarşı bərabər tələblər heç vaxt bərabər və ədalətli nəticəni təmin edə bilməz. Məhz bu səbəblə də MM-nin 417-420-ci maddələrində müqavilənin standart şərtləri ilə bağlı xüsusi müddəalar nəzərdə tutulmuşdur. MM-in 420.2-ci maddəsinə görə müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 420.3 və 420.3.5-ci maddələrinə əsasən isə zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb) da etibarsız sayılır. Məhkəmə onu da qeyd etməyi vacib sayır ki, qanunvericiliyə əsasən əqdin etibarsızlığı halı, tərəflərin bu etibarsızlıq halını irəli sürüb-sürməməsindən asılı olmayaraq məhkəmə tərəfindən nəzərə alınmalıdır. Çünki əqd etibarsız olduğu təqdirdə, həmin əqd üzrə iddia tələbinə əsas təşkil edən bir subyektiv hüquq da olmur. Mülki məhkəmə icraatında tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq məhkəmə subyektiv hüququn olmadığını həmişə nəzərə almaq məcburiyyətindədir. Tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci bəndi “Qiymətin 20%-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda İnvestor xüsusi olaraq razılaşır ki, bu məbləğ İnvestorun öhdəliyini yerinə yetirməməsi nəticəsində Şirkətin məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir” – hissəsində və 7.2-ci bəndində göstərilən “7.1-ci bənddə nəzərdə tutulmuş Qiymətin 20%-i çıxmaq şərtilə investora qaytarılması, Şirkət tərəfindən Əmlakı göstərilən Qiymətə bərabər və ya daha artıq qiymətə digər investora satdıqdan sonra baş verəcək və Qiymətin qaytarılması yalnız digər İnvestor tərəfindən bu Mülkiyyətlə bağlı ödənişi tam şəkildə Şirkətə ödənildikdən sonra həyata keçiriləcək. Əmlak Qiymətdən aşağı qiymətlə digər investora satıldığı təqdirdə, İnvestora qaytarılmalı olan məbləğ digər investora təqdim olunduğu faktiki qiymətlə Qiymət arasında müvafiq nisbətə və 7.1-ci bənddə nəzərdə tutulmuş 20% tutulması şərtilə azaldılacağına dair” müqavilə müddəalarına məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 420-ci maddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, bu cavabdehin mənafeyinin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və onu ağır iqtisadi vəziyyətə salan müqavilə bəndləri olmaqla, bütövlükdə etimad və vicdanlılıq prinsiplərinə zidd və MM-in 420ci maddəsinin müvafiq müddəalarının tələblərinə görə etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına zərurət qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın iddiası qismən təmin edilərək iddiaçı Cavabdeh MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış ünvan 7 ünvanında yerləşən “X8" X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzilin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı Müqaviləyə və eyni ünvanda yerləşən 1 (bir) qoşa avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı müqaviləyə edilmiş 1 saylı düzəlişə vaxtından əvvəl xitam verilməli, qeyd edilən 1903 B saylı mənzil, mənzilin giriş qapısının açarları və № 54 (6A) saylı 1 (bir) qoşa avtomobil dayanacağı İddiaçı alınaraq Cavabdeh MTK-ya geri qaytarılmalı, ünvan 7 ünvanında yerləşən “X8" X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzil və eyni ünvanda yerləşən 1 (bir) qoşa avtomobil dayanacağı 3-cü şəxsə satıldıqdan sonra satışdan əldə edilən vəsaitdən cəmi 32.500 (otuz iki min beş yüz) manat məbləğində cərimə Cavabdeh MTK-nın xeyrinə ödənilməli, qalan vəsaitdən İddiaçı tərəfindən əsas borca görə ödənilmiş pul məbləği ona geri qaytarılmalı, Cavabdeh MTK tərəfindən ödənilmiş dövlət rüsumunun 187.50 (bir yüz səksən yeddi manat, əlli qəpik) manat hissəsi İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh MTK tərəfindən ödənilmiş dövlət rüsumunun 187.50 (bir yüz səksən yeddi manat, əlli qəpik) manat hissəsi İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat müştərək qaydada (50 (əlli) manat) İddiaçı, (50 (əlli) manat) qarşılıqlı iddiaçı Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın iddiası qismən təmin edilsin. İddiaçı Cavabdeh MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış ünvan 7 ünvanında yerləşən “X8" X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzilin alqısatqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı Müqaviləyə və eyni ünvanda yerləşən 1 (bir) qoşa avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2015-ci il tarixli, PBR 1004 saylı müqaviləyə edilmiş 1 saylı düzəlişə vaxtından əvvəl xitam verilsin. Qeyd edilən 1903 B saylı mənzil, mənzilin giriş qapısının açarları və № 54 (6A) saylı 1 (bir) qoşa avtomobil dayanacağı İddiaçı alınaraq Cavabdeh MTK-ya geri qaytarılsın. ünvan 7 ünvanında yerləşən “X8" X4 B binası, 19-cu mərtəbəsində, 1903 B saylı, ümumi sahəsi 261.2 kv.m. olan mənzil və eyni ünvanda yerləşən 1 (bir) qoşa avtomobil dayanacağı 3-cü şəxsə satıldıqdan sonra satışdan əldə edilən vəsaitdən cəmi 32.500 (otuz iki min beş yüz) manat məbləğində cərimə Cavabdeh MTK-nın xeyrinə ödənilsin, qalan vəsaitdən İddiaçı tərəfindən ödənilmiş pul məbləği ona geri qaytarılsın. Cavabdeh MTK tərəfindən ödənilmiş dövlət rüsumunun 187.50 (bir yüz səksən yeddi manat, əlli qəpik) manat hissəsi İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat müştərək qaydada (50 (əlli) manat) İddiaçı, (50 (əlli) manat) qarşılıqlı iddiaçı Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-63/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-63/2024
16.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver