Məhkəmə qərarları › İş №2(009)-643/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-643/2025

03.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-643/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi Cavabadehin nümayəndəsi N.S.Hüseynovanın iştirakı ilə, İddiaçı cavabdeh “X3” Publik Hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3” Publik Hüquqi şəxsə qarşı işə bərpa tələbinə barədə iddia ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını barədə ərizə verdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum Qərarının və qanunverilcilyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259.0.11, 260.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh “X3” Publik Hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar