Məhkəmə qərarları › İş №2(009)-646/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-646/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-646/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Abbasov Vı̇ layət Bədı̇ r oğlunun cavabdeh Şükürov İlkı̇ n Mı̇ rzəxan oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abbasov Vı̇ layət Bədı̇ r oğlu cavabdeh Şükürov İlkı̇ n Mı̇ rzəxan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120000 manat və 56000 ABŞ dolları əsas borcun, ödənilmiş 505,2 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Abbasovla Cavabdeh arasında bağlanmış 22 iyun 2023-cü il tarixli notarial kredit müqaviləsinə əsasən 22 iyun 2024-cü ilədək qaytarmaq şərtilə cavabdehə 120.000 manat borc verilmiş, lakin həmin borc məbləğinin qaytarılması öhdəliyi cavabdeh Şükürov İlkı̇ n Mı̇ rzəxan oğlu tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh 120000 (bir yüz iyirmi min) manat borc məbləğini 22 iyun 2024cü ilədək qaytarmaq öhdəliyini yerinə yetirə bilmədiyindən onun müraciəti nəzərə alınaraq müqavilənin müddəti 22 iyun 2024-cü il Əlavə Razılaşmaya əsasən öhdəliyin icra müddəti 22 dekabr 2024-cü ilədək uzadılmışdır. Lakin cavabdeh yenə də öz öhdəliyini yerinə yetirməkdən kobud şəkildə yayınmağı davam etdirmişdir. Habelə tərəflər arasında bağlanmış 03 oktyabr 2024-cü il tarixli borc müqaviləsinə əsasən 15 noyabr 2024-cü ilədək qaytarmaq şərtilə cavabdehə 56000 (əlli altı min) ABŞ dolları borc verilsə də, bu müqavilə üzrə də cavabdeh öz öhdəliklərinin icrasından yayınmışdır. 03 oktyabr 2024-cü il tarixli Müqavilənin 11-ci bəndinə görə borc alan təsdiq və bəyan etmişdir ki, bu müqavilə üzrə öhdəliklərinin təminatı kimi onun və ailə üzvlərinin Azərbaycan Respublikasında evləri (mənzilləri), ticarət və kommersiya obyektləri, torpaq sahələri, avadanlıqları, avtomaşınları və s. əmlakı vardır və borcun qaytarılmasında hər hansı çətinlik yarandığı halda, əmlakları dərhal realizəyə başlayıb borc məbləğini vaxtında qaytaracaqdır. Müqavilənin 9-cu bəndinə görə borc alan borc məbləğini qaytarmağı gecikdirdikdə, borc məbləğindən əlavə, gecikdirilən hər gün üçün vaxtında qaytarılmayan borcun 0,2 faizi məbləğində borc verənə cərimə ödəməlidir. Öhdəliyin icra edilməsi və mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə dəfələrlə şifahi, o cümlədən yazılı müraciətlər edilsə də, cavabdeh öz öhdəliklərini icra etməkdən açıq-aşkar yayınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa görə məhkəməyə müraciət edilərkən 505,2 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndə və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixli barışıq sazişini ünvanlayaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada xx.xx.2025-ci il tarixdə tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinə görə görə iddiaçı Abbasov Vı̇ layət Bədı̇ r oğlu (Birinci Tərəf) və cavabdeh Şükürov İlkı̇ n Mı̇ rzəxan oğlu (İkinci Tərəf) aşağıdakıları öhdələrinə götürürlər:

1. İkinci Tərəf: 1.1. Birinci Tərəfə 22 iyun 2023-cü il tarixli notarial kredit müqaviləsinə əsasən 120.000 manat və 03 oktyabr 2024-cü il tarixli borc müqaviləsinə əsasən 56.000 (əlli altı min) ABŞ dolları borcun mövcud olduğunu qəbul, təsdiq və bəyan edir. 1.2. Bu Sazişin 1.1-ci bəndində göstərilən hər iki borc məbləğinin əvəzinə borcun tam aradan qaldırılması üçün Birinci Tərəfə sahibliyində və istifadəsində olan (etibarnamə üzrə) Bakı şəhəri, Xətai prospekti 34 ünvanda inşa olunan hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 55 kv.m sahəsi olan 29 saylı qeyri-yaşayış sahəsini, həmin sahəyə dair əsl nüsxədə müqaviləni, tam ödəniş barədə arayışı təqdim edir və həmin sahə üzərində hər hansı yükülülük və öhdəlik olmadığını bəyan və təsdiq edir. 1.3. Bakı şəhəri, Xətai prospekti 34 ünvanda inşa olunan hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 55 kv.m sahəsi olan 29 saylı qeyri-yaşayış sahəsinə dair hüquqları güzəşt edir, tələb və istifadə, sahiblik hüquqlarını Birinci Tərəfə ötürürür. 1.4. Bəyan edir ki, gələcəkdə həmin əmlaka dair heç bir tələb irəli sürməyəcəkdir və başqası tərəfindən hər hansı tələb verilərsə, onda həmin tələbə qarşı məsuliyyəti özü daşıyacaqdır. 1.5. Verilən qeyri-yaşayış sahəsinin sənədləşməsi ilə bağh bütün zəruri hərəkətləri ləngitmədən həyata keçirəcəkdir.

2. Birinci Tərəf: 2.1. 22 iyun 2023-cü il tarixli notarial kredit müqaviləsinə əsasən 120.000 manat və 03 oktyabr 2024-cü il tarixli borc müqaviləsinə əsasən 56.000 (əlli altı min) ABŞ dolları borcunun əvəzinə İkinci Tərəfin təqdim etdiyi Bakı şəhəri, Xətai prospekti 34 ünvanda inşa olunan hündürmərtəbəli binanın İ-ci mərtəbəsində, 55 kv.m sahəsi olan 29 saylı qeyriyaşayış sahəsini qəbul edir və borc məbləğlərinin tam bağlandığını bəyan edir. 2.2. İkinci Tərəfdən qeyri-yaşayış sahəsinə dair müqavilənin və tam ödəniş barədə maliyyə arayışının əslini qəbul edir.

3. Bu Saziş Bakı şəhəri, Xətai prospekti 34 ünvanda inşa olunan hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 55 kv.m sahəsi olan 29 saylı qeyri-yaşayış sahəsinə dair Birinci Tərəfin bütün hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyə təqdim edilmiş tərəflərin xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı Abbasov Vı̇ layət Bədı̇ r oğlunun cavabdeh Şükürov İlkı̇ n Mı̇ rzəxan oğluna qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinə görə görə iddiaçı Abbasov Vı̇ layət Bədı̇ r oğlu (Birinci Tərəf) və cavabdeh Şükürov İlkı̇ n Mı̇ rzəxan oğlu (İkinci Tərəf) aşağıdakıları öhdələrinə götürürlər:

1. İkinci Tərəf: 1.1. Birinci Tərəfə 22 iyun 2023-cü il tarixli notarial kredit müqaviləsinə əsasən 120.000 manat və 03 oktyabr 2024-cü il tarixli borc müqaviləsinə əsasən 56.000 (əlli altı min) ABŞ dolları borcun mövcud olduğunu qəbul, təsdiq və bəyan edir. 1.2. Bu Sazişin 1.1-ci bəndində göstərilən hər iki borc məbləğinin əvəzinə borcun tam aradan qaldırılması üçün Birinci Tərəfə sahibliyində və istifadəsində olan (etibarnamə üzrə) Bakı şəhəri, Xətai prospekti 34 ünvanda inşa olunan hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 55 kv.m sahəsi olan 29 saylı qeyri-yaşayış sahəsini, həmin sahəyə dair əsl nüsxədə müqaviləni, tam ödəniş barədə arayışı təqdim edir və həmin sahə üzərində hər hansı yükülülük və öhdəlik olmadığını bəyan və təsdiq edir. 1.3. Bakı şəhəri, Xətai prospekti 34 ünvanda inşa olunan hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 55 kv.m sahəsi olan 29 saylı qeyri-yaşayış sahəsinə dair hüquqları güzəşt edir, tələb və istifadə, sahiblik hüquqlarını Birinci Tərəfə ötürürür. 1.4. Bəyan edir ki, gələcəkdə həmin əmlaka dair heç bir tələb irəli sürməyəcəkdir və başqası tərəfindən hər hansı tələb verilərsə, onda həmin tələbə qarşı məsuliyyəti özü daşıyacaqdır. 1.5. Verilən qeyri-yaşayış sahəsinin sənədləşməsi ilə bağh bütün zəruri hərəkətləri ləngitmədən həyata keçirəcəkdir.

2. Birinci Tərəf: 2.1. 22 iyun 2023-cü il tarixli notarial kredit müqaviləsinə əsasən 120.000 manat və 03 oktyabr 2024-cü il tarixli borc müqaviləsinə əsasən 56.000 (əlli altı min) ABŞ dolları borcunun əvəzinə İkinci Tərəfin təqdim etdiyi Bakı şəhəri, Xətai prospekti 34 ünvanda inşa olunan hündürmərtəbəli binanın İ-ci mərtəbəsində, 55 kv.m sahəsi olan 29 saylı qeyriyaşayış sahəsini qəbul edir və borc məbləğlərinin tam bağlandığını bəyan edir. 2.2. İkinci Tərəfdən qeyri-yaşayış sahəsinə dair müqavilənin və tam ödəniş barədə maliyyə arayışının əslini qəbul edir.

3. Bu Saziş Bakı şəhəri, Xətai prospekti 34 ünvanda inşa olunan hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 55 kv.m sahəsi olan 29 saylı qeyri-yaşayış sahəsinə dair Birinci Tərəfin bütün hüquqlarının qeydə alınması üçün əsasdır. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar