Məhkəmə qərarları › İş №2(009)-652/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-652/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-652/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Suriya Respublikasında doğulan uşaq, yəni xx.xx.2015-ci il təvəllüdlü X2 Suriyada doğulması faktının təsdiq edilməsi və doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X8 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA*******) X16 ilə 16 noyabr 2004-cü ildə rəsmi nikaha daxil olmuşlar. Lakin sonradan 2015-ci ildə əri Suriyada vəfat etmişdir. Məlumat üçün bildirir ki, bu rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuş və onun kimliyi yalnız Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən verilmiş Qayıdış şəhadətnaməsi ilə təsdiq edilmişdir. Bu uşaq hazırda Azərbaycandadır və onun Azərbaycan Respublikasındakı təmsilçisi anası X5r. Yuxarıda göstərilən uşağın doğum faktının təsdiq edilməsi üçün Maraqlı şəxsnə müraciət edilmiş, lakin xx.xx.2024-cü il tarixli 3/16/5/7/136/15 saylı cavab məktubu ilə hər uşağın Suriyada doğulması faktının Qeydiyyat İdarəsi tərəfindən həyata keçirilməsinin qeyri-mümkünlüyü bildirilmiş və onun ərizəçi kimi məhkəməyə müraciət etmə hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri müdafiə edərək, Suriyada doğulmuş övladının doğum faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmiş və eləcə də bildirmişdir ki, onun X16 ilə birgə nikahından iki qızı da vardır: xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X11. O, həyat yoldaşı və iki qızı ilə birlikdə 2013-cü ildə Türkiyəyə ordan da Suriyaya getmişlər. Əri orada 2015-ci ilin yanvar ayında yanında bomba partlaması nəticəsində həlak olmuşdur. Onun 3-cü qızı X4 ərinin ölümündən sonra xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Maraqlı şəxs Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında anası Ərizəçi iştirakı ilə dindirilən yetkinlik yaşına çatmamış X11 göstərmişdir ki, o, xx.xx.2009-cu ildə doğulmuşdur, bacısı xx.xx.2015-ci il təvəllüdlü X1 doğulmuşdur. Anaları Ərizəçi, ataları isə X12r. 2013-cü ildə ata və anası ilə birlikdə Suriyaya getmişlər. Atası orada rəhmətə gedib. 2023-cü il tarixdə isə onlar Suriyadan qayıdıblar. Məhkəmə iclasında anası Ərizəçi iştirakı ilə dindirilən yetkinlik yaşına çatmamış X9 göstərmişdir ki, o, xx.xx.2006-cı ildə doğulmuşdur, bacısı xx.xx.2015-ci il təvəllüdlü X1 doğulmuşdur. Anaları Ərizəçi, ataları isə X12r. 2013-cü ildə ata, anası və bacısı ilə birlikdə Suriyaya getmişlər. Atası orada rəhmətə gedib. 2023-cü il tarixdə isə onlar Suriyadan qayıdıblar. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il taixli 3-16-5/7-136/15 nömrəli cavab məktubundan görünür ki, Suriya Respublikasında doğulan xx.xx.2015-ci il təvəllüdlü X3 tibbi şəhadətnamə olmadığından hazırda doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-661-69/23 saylı arayışından görünür ki, X16 ilə X8 arasında nikah xx.xx.2004-cü il tarixdə bağlanmış və 278 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZE seriya AA0243929 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Suriyada doğulmuşdur. İş materiallarında olan AZE seriya AA0243914 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, X8 xx.xx.1982-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.4-cü maddəsinə əsasən fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəməsi qeyd edir ki, ərizəçinin övladı tibb müəssisəsindən kənarda doğulmuş, doğuşun həkim nəzarətində olmaması səbəbindən hal-hazırkı vaxtadək doğum haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəmə qeyd edir ki, xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı doğulduqda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını uşağın doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə aparır. Lakin ərizəçinin övladının doğulduğu dövrlərdə Azərbaycan Respublikasının Suriyadakı diplomatik nümayəndəliyi fəaliyyət göstərmirdi. Məhkəmə qeyd edir ki, X6 xx.xx.2015-ci ildə Suriyada doğulduğu iş materiallarında olan Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü Süleymanla CüveyriyyəaEmin qızı ərizəçi ilə X10 birgə nikahı dövründə dünyaya gəlmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilərək, ərizəçinin xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladının Suriyada doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.3-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, doğumun, övladlığa gotürmənin, nikahın, boşanmanın, ölümün qeydə alınma faktının müəyyən edilməsi barədə işlərə baxır. Adı çəkilən Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinin tələblərinə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin övladı xx.xx.2015-ci il təvəllüdlü X2 Suriyada doğulması faktı müəyyən edilsin. Qətnamə xx.xx.2015-ci il təvəllüdlü X2 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar