Məhkəmə qərarları › İş №2(009)-654/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-654/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-654/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh5 və Cavabdeh6 qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi və qeydiyytların ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh5 və Cavabdeh6 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi 1a saylı evində yerləşən 9 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi və qeydiyyatlarının ləğvi üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, 1 a saylı evin 9 saylı mənzilini X1 və Cavabdeh2 xx.xx.2019cu il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. 31,05.2019-cu il tarixli, ********** nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsi ilə mənzilə onun mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən aralarındakı razılaşma üzrə nəzərdə tutulmuşdur ki, X5 və Cavabdeh2 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 26-xx.xx.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı, habelə qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılmasını təmin etməyi üzərinə götürürlər. Lakin bu satıcılar mənzili boşaldıb onun mülkiyyətinə verdikdən, köçüb başqa ünvana getdikdən sonra qeydiyyatdan çıxarılma barədə razılaşmaya əməl etməmişlər. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 144 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 844 saylı arayışdan da göründüyü kimi, 1969-cu il təvəllüdlü X5, 1970-ci il təvəllüdlü Cavabdeh2, 1993-cü il təvəllüdlü Cavabdeh3, 1996-cı il təvəllüdlü X11, 2001-ci il təvəllüdlü Cavabdeh5 və 2002-ci il təvəllüdlü Cavabdeh6 ona məxsus mənzildə yaşamadıqları halda, orada qeydiyyatda qalmaqda davam edirlər. Halbuki artıq onların onun mənzilinə istifadə hüquqları yoxdur. Ona görə də hesab edir ki, bu səbəblərə görə göstərdiyi şəxslərin onun mənzilinə olmuş istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o öz mənzilindən sərbəst surətdə istifadə edə bilmir. Onların qanunsuz hərəkətləri ilə onun öz evinə mülkiyyət hüququ məhdudlaşmışdır. Onların bu hərəkətləri onun mülkiyyətçi olaraq hüquqlarını pozur, mülkiyyətçi kimi ev barəsində öz mülahizənə görə mülkiyyət hüququnu, yəni sahiblik, sərəncam və istifadə etmək hüququnu real, sərbəst surətdə həyata keçirə bilmir. Ona görə də hesab edir ki, bu səbəblərə, həmçinin ona məxsus evdə yaşamadıqlarına, bu evdə yaşamaq hüququna malik olmadıqlarına görə onların mənzilinə olmuş hüquqlarına xitam verilməlidir, həm də həmin şəxslər onun mənzilindən qeydiyyatdan çıxarılmalıdırlar. Göstərilən hallarla əlaqədar o, onların onun mənzilindən qeydiyyatdan çıxarılmaları xahişi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə yazılı ərizə ilə müraciət etmişdir. RPİ-nin xx.xx.2020-ci il tarixli 065-35173Q-3220 saylı məktubu ilə onun xahişi təmin olunmamış, cavabdehlərin qeydiyyatdan çıxarılmaları üçün məhkəmə orqanlarına müraciət etməli olmağı bildirilmişdir. Ayrılmaz və bölünməz Əsas İnsan və vətəndaş hüquqlarından biri kimi mənzil hüququna verilən təminat da milki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, şəxsiyyətin toxunulmazlığı prinsiplərinə uyğun iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə hüquqi müdafiəsini də nəzərdə tutur. Bu qanunvericilik tələblərinə uyğun olaraq o, X3, X4, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh6 mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədiyini bildirdi və izah etdi ki, həqiqətən də o və bacısı Cavabdeh1 özlərinə məxsus ünvan 1 ünvanındakı mənzili İddiaçı satmışlar. Bundan sonra bacısı Cavabdeh1 ailəsi ilə, o cümlədən hazırki mülki iş üzrə cavabdeh olan övladları Cavabdeh5 və Cavabdeh6 birlikdə Rusiya Federasiyasında yaşayır və mənzilin dəyərinin ona çatan hissəsinə Rusiya Federasiyasında özünə mənzil almışdır. O özü isə ailəsi ilə, o cümlədən hazırki mülki iş üzrə cavabdeh olan övladları Cavabdeh3 və X11 ilə birlikdə köçərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 №-li Zeytun sovxozunda aldıqları evdə yaşayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev 1 A, 9 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 144 saylı MKİS-nin 844 №-li, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi la saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan xx xxx 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev 1 A, 9 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X11 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Təqdim olunmuş Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 bir hissəsi ona məxsus olan ünvan 1 ünvandakı mənzilini İddiaçı satmışdır və həmin mənzilin qeydiyyatından çıxarılmasına heç bir etirazı yoxdur. Cavabdeh1 ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır və mənzilin dəyərinin ona çatan hissəsinə Rusiya Federasiyasında özünə mənzil almışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbsi, Ə.Nəzərov küçəsi, ev 1 a, 9 saylı mənzili alqı-satqı yolu ilə Cavabdeh1 və Cavabdeh2 almış və o, ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçıya məxsus mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh5 və Cavabdeh6 qeydiyyatdadır, lakin həmin mənzildə yaşamırlar. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və onun övladları Cavabdeh5 və Cavabdeh6 Rusiya Federasiyasında yaşayırlar. Digər cavabdehlər Cavabdeh2 və onun övladları köçərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 №-li Zeytun sovxozunda aldıqları evdə yaşayırlar. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7,Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, 1a saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Həmin qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev 1a, 9 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar