Məhkəmə qərarları › İş №2(009)-663/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-663/2021

26.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-663/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili X4 və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh «X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialına (X1 Təşkilatı İB üçüncü şəxs qismində) qarşı “işə bərpa və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh «X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialına (X1 Təşkilatı İB üçüncü şəxs qismində) qarşı “işə bərpa və dəymiş ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa, xx.xx.2021-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 15.000 manat maddi və 15.000 manat mənəvi ziyana gör pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin xx.xx.2020-ci il tarixli əmri ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə qədərr hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh bundan sonra iddiaçını işə bərpa etsə də, iddiaçının işdən azad olunduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının deyil, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan müddətə ödəmişdir. Eyni zamanda onunla bağlanmış əmək müqaviləsini işə bərpa olunduqdan sonra qanunsuz olaraq ləğv etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, cavabdeh işə müddətli əmək müqaviləsi ilə götürülmüşdür və həmin müddət də bitdikdən sonra qanunvericiliyəuyğun olaraq işdən azad edilmişdir. İş üzrə 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən və ******* saylı iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə «X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Takelajçı” vəzifəsinə işə götürülmüşdür. Habelə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə düzəlişdən görünür ki, bu müqavilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olacaq. xx.xx.2021-ci il tarixli, BM-El-020-2021 saylı əmrin surətindən görünür ki, həmin əmrlə İddiaçı barəsində qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmr ləv edilmiş və İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlər və müddət daxilində əvvəlki vəzifəsinə bərpa edilmişdir. xx.xx.2021-ci il tarixli, BM-El-022-2021 saylı əmrin surətindən görünür ki, həmin əmrlə əmək müqaviləsinin müddətinin bitməsi il əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialında “Takelajçı” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilən düzəliş ilə müddətli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, işəgötürən qanunvericiliyin tələbinə uyğun olaraq işçini müddətli əmək müqaviləsi qurtardığı üçün işçi işə çıxdıqdan sonra bir təqvim həftəsi ərzində işdən azad etmişdir. Belə ki, işəgötürən xx.xx.2021-ci il tarixli əmri ilə məhkəmə qətnaməsini icra edərək işçini işə bərpa etmiş və həmin tarixdə başqa bir əmrlə işçini Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işdən azad etmişdir. Əmək Məcəlləsinin 73.2-ci maddəsinin də məzmunundan göründüyü kimi, işçi işəgötürən ilə aralarında məhkəmə çəkişməsi olduğu dövrdə işə çıxmadığından və məhkəmə çəkişməsi bitdikdən sonra xx.xx.2021-ci il tarixdən işə çıxdığından işəgötürən işçini məhz işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş əmək müqaviləsinin bitdiyi tarixdən etibarən işdən azad etmişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. İddia tələbinin xx.xx.2021-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 15.000 manat maddi və 15.000 manat mənəvi ziyana gör pulun alınaraq ona verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin bu hissəsi bilavasitə iddia tələbinin “əmrin ləğvi və işə bərpa” hissəsi ilə bağlı olduğundan və iddia tələbi qeyd olunan hissədə təmin edilmədiyindən tələb bu hissədə də əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialına (X1 Təşkilatı İB üçüncü şəxs qismində) qarşı “işə bərpa və dəymiş ziyan” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar