Məhkəmə qərarları › İş №2(009)-673/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-673/2021

19.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-673/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 6 saylı evin 10 saylı mənzili xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin mənzil xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. X5 mənzili ona təhvil versə də, mənzilin keçmiş sakinləri olan cavabdehlər hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda cavabdehlər ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur.Bu səbəbdən hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Mənzilin keçmiş sakinləri olan cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsa da, hazırda həmin mənzildə yaşamır, mənzil onun tərəfindən alınarkən onların həmin mənzilə istifadə hüquqlarının saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 6 saylı evin 10 saylı mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri 21 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 6 saylı evin 10 saylı mənzilini X1 almışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 6 saylı evin 10 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Cavabdeh2 və Cavabdeh1 tərəfindən yazılmış və Bakı şəhəri 21 saylı notariat ofisində təsdiq edilmiş ərizələrin kserosurətindən görünür ki, onlar X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 6 saylı evin 10 saylı mənzilin satılmasına razıdırlar və xx.xx.2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li və Səbail rayon MKTB-nin 7 saylı MKİS-nin 13 No-li arayışlara əsasən Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən 6 saylı evin 10 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Səbail rayon MKTB-nin 7 saylı MKİS tərəfindən verilmiş 11 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Y.Məmmədəliyev küçəsi, 6 saylı evin 10 saylı mənzili xx.xx.2021-ci il tarixli qonşuların tərtib etdiyi akta əsasən satıldığına görə keçmiş sakinlər Cavabdeh2 və Cavabdeh1 həmin ünvanda qeydiyyatla olsalar da yaşamırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 6 saylı evin 10 saylı mənzili alqı-satqı müqaviləsi əsasında X1 almışdır və həmin mənzil hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər həmin mənzilin əvvəlki sakinləri olub və mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar, mənzil iddiaçı tərəfindən alınarkən cavabdehlərin həmin mənzilə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 6 saylı evin 10 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu pozur və bu səbəbdən cavabdehlərin həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsində yerləşən 6 saylı evin 10 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh2 və Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar