Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-690/2019 01.10.2019 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı və onun vəkili və nümayəndəsi N.V.Əzizlinin, Cavabdeh Z.N.Hüseynovanın nümayəndəsi M.Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi açıq hərrac nəticəsində xx.xx.2018-ci il tarixdə almışdır. Sözügedən hərracın keçirilməsindən əvvəl qeyri-yaşayış sahəsinə dair məlumatlar və onun fotoşəkilləri AR ƏMDK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdi və qeyri-yaşayış sahəsinin satışı barədə açıq elan verilmişdir. Bu elanla tanış olduqdan sonra o, AR ƏMDK-nın Hərrac Mərkəzinə müraciət etmişdir. Oradan ona qeyri-yaşayış sahəsinin dəqiq harada yerləşdiyi bildirildi və eyni zamanda deyildi ki, qeyri-yaşayış sahəsinin açarları Xalıq adlı qonşudadır. O, etibarnamə üzrə nümayəndəsindən xahiş etmişdir ki, qeyri-yaşayış obyektinə getsin və onun vəziyyətinə baxış keçirsin. Nümayəndəsi xx.xx.2018-ci il tarixdə ünvana gəldi, cavabdehlə görüşdü və obyektin hərraca çıxarıldığı üçün ona baxış keçirmək istədiyini bildirdi. Qonşu obyektin hərraca çıxarıldığından xəbərdar olmuş, çünki bunu ona AR ƏMDK-nın mütəxəssisləri demişdilər və obyektin saytda yerləşdirilməsi üçün fotoşəkillərini çəkmişdilər. Obyektin açarlarını özündə saxlayan cavabdeh oranın qapısını açdı və nümayəndəsi obyektə baxış keçirdi. O, xx.xx.2018-ci il tarixdə AR ƏMDK-nın Hərrac Mərkəzində hərracda iştirak etmişdir. O, hərracda həmin obyekti almış və xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra o, obyekti sahiblik və sərəncamına almaq üçün həmin ünvana gəlmiş və cavabdehin özü olmadığı üçün ailə üzvləri ilə görüşmüşdür. Gözlədiyini əksinə olaraq ona qarşı sərt neqativ reaksiya verilmiş və onlar obyektin açarlarını ona verməkdən boyun qaçırmışlar. Qonşunun uzun-uzadı, əsəbi nitqindən sonra nəhayət razılığa gəlindi ki, bazar günü, yəni xx.xx.2018-ci il tarixində obyekti ona təhvil versinlər. O, yenidən xx.xx.2018-ci il tarixdə həmin ünvana gəlmiş və obyekti sahibliyinə almaq üçün qonşularla görüşmüşdür. Bu dəfə Xalıq adlı qonşu da həyətdə idi və onun üzlədiyi reaksiya daha sərt və neqativ idi. Xalıq adlı qonşu, həyat yoldaşı və oğlu hərə bir tərəfdən ona təzyiq göstərərək onu buraya buraxmayacaqlarını, onu bu yerdən istifadə etməyə qoymayacaqlarını bildirmişlər. O, qanunvericiliyə uyğun olaraq bu obyekti aldığını, qanunu pozmadığını bildirmiş, qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu təsdiq edən DƏDRX-dən çıxarışı, texniki pasportu və şəxsiyyət vəsiqəsini onlara təqdim etmişdir. Lakin onun dəfələrlə xahişlərinə baxmayaraq Xalıq adlı qonşu ona məxsus obyektdə yerləşdikləri əşyaları oradan çıxarmaqdan və obyekti ona təhvil verməkdən boyun qaçırmışlar. O, qarşıdurma yaranmasın, əsəblər gərilməsin deyə cavabdehdən xahiş etmişdir ki, obyekti xx.xx.2018-ci il tarixə kimi özünə aid əşyalardan təmizləsin və hərraca çıxarılmış mövcud durumda ona təhvil versin. O, xx.xx.2018-ci il tarixdə cavabdehlə əlaqə saxlayıb açarları almaq istəmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixə kimi möhlət istəmişdir. O, razı olmuşdur. Lakin sonradan cavabdeh xx.xx.2018-ci il tarixdə da obyektin açarlarını ona verə bilməyəcəyini bildirmişdir. Artıq 2 aya yaxın bir müddətdir ki, ona məxsus daşınmaz əmlakın açarlarını cavabdehdən təhvil ala bilmir ki, bu da iddiaçı olaraq ona məxsus mülkiyyət üzərində istifadə və sərəncam hüquqlarının məhdudlaşdırılması deməkdir. Həmçinin, sözügedən qeyri-yaşayış sahəsi vaxtında ona təhvil verilsəydi, onun istifadəsindən və ən azından icarəsindən xeyli miqdarda vəsait əldə edə bilərdi. Eyni zamanda, mülkiyyətində olan obyekti təhvil ala bilməməyi və dəfələrlə cavabdehlə gərgin danışıqları onda dərin psixoloji sarsıntı keçirməyinə gətirib çıxarmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən 24,4 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən orada yerləşən və ona məxsus əşyaların boşaldılaraq açarlarla birlikdə iddiaçı X3 təhvil verilməsi, eləcə də mülkiyyətində olduğu müddət ərzində həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə imkan vermədiyi üçün əldə çıxmış fayda olaraq 2000 manat maddi zərər və mənəvi-psixoloji sarsıntılar keçirməsinə görə isə 5000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən 24,4 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh və X4 tərəfindən orada yerləşən və ona məxsus əşyaların boşaldılaraq açarlarla birlikdə İddiaçı təhvil verilməsi, eləcə də mülkiyyətində olduğu müddət ərzində həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə imkan vermədiyi üçün əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər və mənəvipsixoloji sansıntılar keçirməsinə görə isə 5000 manat məbləğində mənəvi ziyanın cavabdehlər X4 və Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X1 nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi uzun müddət onların ailəsinin icarə əsasında istifadəsində olub. İddiaçı həmin əmlaka qanuna zidd olaraq mülkiyyət hüququ əldə etmişdir. Belə ki, onlara xəbər vermədən hərrac keçirilmişdir. Ona görə də qaldırılan ididanı əsassız hesab edir və onun rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi iddia ərizəsinə etirazda göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 119, mənzil 3/7 ünvanında qeydiyyatdadır və orada ailə üzvləri ilə birlikdə yaşayır. Həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, qanuni və rəsmi icarə müqaviləsi əsasında arvadı X1 istifadəsindədir. Mənzilinin aşağısında (altında) zirzəmi olan hissədə yerləşən və ümumi sahəsi 24,4 kv.m. olan qeyri-yaşayış sahəsini uzun müddətdir ki, icarəyə götürərək ondan təyinatına uyğun olaraq istifadə etmişlər. xx.xx.2005-ci il tarixdə arvadı X4 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən və mənzilinin zirzəmisində olan qeyriyaşayış sahəsinin onun xeyrinə özəlləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət X8 və Özəlləşdirilməsi Departamentinə ərizə ilə müraciət edərək sözügedən quruma həmin qeyri-yaşayış sahəsini öz adına özəlləşdirmək fikrində olduğunu bildirdi. Sözügedən qurumdan isə Zəminənin xx.xx.2005-ci il tarixli müraciətinə cavabdeh olaraq xx.xx.2005-ci il tarixli məktub ünvanlayaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 saylı Fərmanına uyğun olaraq icarə bağladıqdan sonra həmin sahənin onun mülkiyyətinə verilməsi məsələsinə baxılacağını bildirdilər. Həmin məktubda Zəminəyə o da bildirildi ki, bunun üçün adı çəkilən sahənin verilməsinə dair balanssaxlayıcı təşkilatın razılıq məktubu və daşınmaz dövlət əmlakının icarəyə verilməsi zamanı tələb olunan sənədlər Dövlət X8 və Özəlləşdirilməsi Departamentinə təqdim olunduqdan sonra müraciətində qaldırılmış məsələyə mövcud qanunvericiliyin müəyyən etdiyi qaydada baxılacaqdır. Mövcud məsələ ilə bağlı həmin qulumla yanaşı eyni vaxtda Səbail rayon İcra Hakimiyyətinə da müraciət etmişlər. Lakin Səbail rayon İcra Hakimiyyətindən onlara ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubda hazırki məsələnin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət X8 və Özəlləşdirilməsi Departamentinin səlahiyyətində olduğu və bunun üçün həmin quruma müraciət etməli olmaları bildirildi. Daha sonra, Zəminə qanunvericiliyin tələblərinə riayət edərək Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin balans saxlayıcı təşkilatı olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət etmiş və həmin qurumun razılığını almışdır. Səbail rayon MKTB-nin rəisi tərəfindən Azərbaycan Respublikasının Dövlət X8 üzrə Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubdan da görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Zəminənin adına icarə müqaviləsi bağlanmasına və özəlləşdirilməsinə etiraz etmir. Bundan sonra, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət X8 üzrə Dövlət Komitəsinin onların Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 119, mənzil 3/7 ünvanında yerləşən mənzillərinə eyni tarixli, yəni xx.xx.2007-ci il tarixli məktub və ona əlavə edilmiş Zəminə ilə bağlanmış 454 nömrəli icarə müqaviləsi üzrə müəyyən edilmiş kod barəsində bildiriş gəldi. Daha sonra, Zəminə 2007-ci il tarixdə sözügedən əmlakın özəlləşdirilməsi ilə bağlı olaraq təkrarən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət etmiş, həmin qurumdan isə Azərbaycan Respublikasının Dövlət X8 üzrə Dövlət Komitəsinə müraciətə aidiyyatı üzrə baxılmaq üçün xx.xx.2007-ci il tarixli məktub göndərilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Dövlət X8 üzrə Dövlət Komitəsindən xx.xx.2007-ci il tarixli məktubla Zəminəyə müraciət edərək ondan qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi məsələsinə AR Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq zəruri sənədlər toplusu təqdim edildikdən sonra baxıla biləcəyi bildirildi. Bir müddət sonra, Azərbaycan Respublikasının Dövlət X8 üzrə Dövlət Komitəsindən xx.xx.2007-ci il tarixli məktubla Zəminəyə müraciət edilərək ona xx.xx.2007-ci il tarixdən etibarən icarə məbləğinin dəyişilərək yeni tariflə hesablanacağı bildirildi. Göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən və ümumi sahəsi 24,4 kv.m. olan qeyri-yaşayış sahəsini 2005-ci ildən etibarən icarəyə götürərək istifadə etmişlər. Lakin, həmin ünvanda yerləşən qeyriyaşayış sahəsi qabaqcadan onlara heç bir xəbərdarlıq edilmədən hərraca çıxarılaraq satılmışdır. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin balans saxlayıcı Bakı şəhər İcra Hakimiyyəti MKTD, Səbail rayon MKTB olmuşdur. Həmin qeyri-yaşayış sahəsi 139 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncam əsasında xx.xx.2018-ci il tarixdə hərraca çıxarılmışdır. xx.xx.2018-ci il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu verərək, sözü gedən qurumdan qiymətləndirilmənin nəticələri haqqında hesabatın və hərracın protokolunun surətini tələb edirlər. Sonuncu isə öz növbəsində xx.xx.2018-ci il tarixli cavab məktubu ilə qanuni tələblərini icra etməmiş, sadəcə olaraq mövcud məsələ ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Qanunveriliciyin onlara verdiyi səlahiyyətlər daxilində həmin qeyri-yaşayış sahəsi satılarkən ilk növbədə onlara üstünlük verilməli, həmin əmlakın satın alınması üçün onlara təklif edilməli idi. Lakin hərrac keçirilərkən bu qaydalara əməl edilməmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpası ilə bağlı olaraq xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə hərracın nəticələrinin ləğv edilməsi, sözü gedən əmlakın ona satılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın nəticələrinin ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinin ona satılması barəsində qərar qəbul etməsini xahiş etmişlər. Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən və mənzilinin zirzəmisində olan qeyri-yaşayış sahəsini uzun müddətdir ki, özəlləşdirməyə çalışırlar. Hətta bununla bağlı olaraq həmin əmlakı uzun müddətdir ki, icarəyə götürmüşlər. Məqsədləri isə həmin əmlakı öz xeyrinə özəlləşdirməkdən ibarət olmuşdur. Lakin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həmin qeyriyaşayış sahəsini qabaqcadan onlara heç bir xəbərdarlıq etmədən hərraca çıxararaq satmışdır. Bununla da onların hüquqları kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 saylı evin ümumi sahəsi 24,4 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. İş üzrə texniki pasportun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 saylı evi 24,4 kv.m. ümumi sahədən, o cümlədən sahəsi 9,4 kv.m. olan girişdən və sahəsi 15,0 kv.m. olan boş otaqdan ibarətdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Zəminə Hüseynovaya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən 15,0 kv.m. qeyri-yaşayış sahəsinə Z.Hüseynova ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 454 nömrəli icarə müqaviləsinə, müddətin başa çatması səbəbindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1-ci maddəsinə uyğun olaraq xx.xx.2011-ci il tarixdən xitam verilmişdir. Qeyd edilən dövlətə məxsus qeyri-yaşayış sahəsindən səmərəli istifadə edilməsi məqsədi ilə həmin sahənin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq hərrac vasitəsilə satılması barədə qərar qəbul edilmiş və komitənin mətbu orqanı olaraq “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az - özəlləşdirmə portalında elan verilmişdir. Sözügedən obyektin satışı üzrə keçirilən hərraclarda Z.Hüseynova iştirak etməmişdir və 19 dəfə hərraca çıxarılmış həmin obyekt xx.xx.2018-ci il tarixdə hərracın qalibi tərəfindən satın alınmışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 saylı ünvanında yerləşən, ümumi sahəsi 24,4 kv.m olan qeyri-yaşayış sahəsi açıq hərracda satılaraq iddiaçı tərəfindən alınmış və həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən xx.xx.2018-ci ildə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olsa da, cavabdehlər əmlakın əvvəlki icarədarları kimi mübahisəli qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməkdən imtina edirlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlər heç bir əsas olmadan mülkiyyətində olan qeyri-yaşayış sahəsini ona təhvil verməkdənimtina edirlər. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və vurulmuş maddi və mənəvi ziyanın cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Məhkəmə qeyd edir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətçi kimi mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları pozulduğundan, iddiaçı cavabdehlərin həmin qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X5 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan və cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinə hər hansı bir hüququ olmadığından, onlar qeyri-yaşayış sahəsindən əşyalarla birlikdə çıxarılmalı və əmlak iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyana görə 5500 manat və mənəvi ziyana görə 5000 manat pulun tutulması hissələri üzrə qeyd edir ki, həmin hissələrdə tələb əsaslı hesab edilə bilməz. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə 5000 manat mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissələrdə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 119 ünvanında yerləşən 24,4 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılsınlar və həmin qeyri-yaşayış sahəsi açarlarla birlikdə İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissələrdə əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-690/2019
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-690/2019
01.10.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver