Məhkəmə qərarları › İş №2(009)-698/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-698/2023

26.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-698/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 may 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası X3rşı “işə bərpa və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı ilə bağlamış olduğu 12 mart 2020-ci il tarixli 350 №-li əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması və buraxılmış məcburi iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əmək Məcəlləsinin 73-cü və 83.2-ci maddələrinin tələblərini pozaraq onunla bağlanmış 12 mart 2020-ci il tarixli 350 №-li əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 mart 2020-ci il tarixli 350 nömrəli əmək müqaviləsinin bərpa edilməsi və buraxılmış məcburi iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı 12 mart 2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən X4 İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə qəbul edilib və müqavilə 12 sentyabr 2020-ci il tarixədək olmaqla 6 ay müddətinə bağlanılıb. Cavabdehin 14 sentyabr 2020-ci il tarixli əmri ilə iddiaçı işdən azad edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının əvvəlki işinə bərpa olunması qət edilmişdir. Bundan sonra cavabdehin 06 iyul 2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə olan 14 sentyabr 2020-ci il tarixli əmri qüvvədən düşmüş hesab edilmiş və iddiaçı 06 iyul 2022-ci il tarixdən əvəlki vəzifəsinə bərpa edilmişdir. Daha sonra cavabdehin 12 sentyabr 2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında 12 mart 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək 06 ay müddətinə bağlanmışdır. 14 sentyabr 2020-ci il tarixli K-96 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 06 iyul 2022-ci il tarixli K-120 saylı əmrin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi əsas götürülməklə İddiaçı onunla bağlanmış 12 mart 2020-ci il tarixli 350 nömrəli müddətli əmək müqaviləsinin şərtlərinə əsasən vəzifə maaşı ştat cədvəlinə müvafiq olaraq 06 iyul 2022-ci il tarixdən X2 Reklam İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə bərpa edilmişdir. 12 sentyabr 2022-ci il tarixli K-157 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 12 sentyabr 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti və əmək kitabçası İddiaçı təqdim edilmişdir. İddiaçı əmrlə tanış olmamış, əmrin məzmunu İdarə rəisi tərəfindən İddiaçı nəzərinə çatdırılmış, lakin İddiaçı əmrin surətini və əmək kitabçasını qəbul etməkdən imtina edərək ünvanına göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 12 mart 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək 06 ay müddətinə olmaqla Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə qəbul edilmişdir. 14 sentyabr 2020-ci il tarixli K-96 saylı əmr ilə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Daha sonradan Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi əsas götürülməklə 14 sentyabr 2020-ci il tarixli K-96 saylı əmr qüvvədən düşmüş hesab edilmiş və İddiaçı onunla bağlanmış 12 mart 2020-ci il tarixli 350 nömrəli müddətli əmək müqaviləsinin şərtləri daxilində 06 iyul 2022-ci il tarixdən əvvəlki işinə bərpa edilmişdir. Sonuncu dəfə isə 12 sentyabr 2022-ci il tarixli əmr ilə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə, işçi sonuncu dəfə 06 iyul 2022-ci il tarixdə onunla bağlanmış 12 mart 2020ci il tarixli əmək müqaviləsinin şərtlərinə əsasən əvvəlki işinə bərpa edilmişdir. Həmin əmək müqaviləsi müddətli olmaqla 6 ay müddətinə bağlanmışdır. İşçi işə bərpa edilərkən həmin əmək müqaviləsinin şərtlərinə əsasən işə bərpa edildiyindən məcburi işburaxma müddəti üçün əmək haqqını almış və o əvvəlki vəzifəsinə məhz sözügedən əmək müqaviləsinin şərtlərinə uyğun olaraq 6 ay müddətinə bərpa edilmişdir. Əmək müqaviləsi 12 mart tarixdə bağlandığından və müddətli olduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 6 ay müddət bitdikdən sonra 12 sentyabr 2022-ci il tarixdə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Cavabdehin iddiaçının iddia müddətini ötürməklə bağlı ərizəsinə münasibətdə məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı xx.xx.2022-ci il tarixdə hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına xx.xx.2023-cü il tarixdə, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə məhz xx.xx.2023-cü il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı “işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar