Məhkəmə qərarları › İş №2(009)-704/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-704/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-704/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeydiyyatdan çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 44 saylı evin 22 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə onun mülkiyyətindədir. Mənzilin onun xüsusi mülkiyyətində olması barədə RX seriyalı ******* saylı çıxarış verilmişdir. İş üzrə cavabdeh onun qardaşıdır və həmin mənzildə qeydiyyatdadır. O, qardaşının həmin mənzilə müvəqqəti olaraq qeydiyyata salmışdır. Mənzil ona məxsusdu və onun qardaşı bir gün də olsun həmin mənzildə yaşamayıb. Qardaşı uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Cavabdeh mənzildə formal olaraq qeydiyyatda qalır. Bu da mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdeh qeydiyyatı nəticəsində o, evində əlavə kommunal xərclər ödəməyə məcbur olur. Cavabdeh onun evində yalnız formal qeydiyyatda olduğu üçün onun həmin mənzilə istifadə hüquqları yaranmamışdır və bu səbəbdən də pasport qeydiyyatı ləğv edilməlidir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdehlə aralarında onun mənzildən istifadə hüquqlarının yaranması üçün notariat qaydada müqavilə də bağlanılmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehin Bakı şəhəri, Səbail rayonu, Хanlar küçəsində yerləşən 44 saylı evin 22 saylı mənzilinə pasport qeydiyyatı ləğv edilməsinə əsas olan qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin əsasının dəyişdirilməsi və həcminin artırımlası barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş məhkəmə icraatına daxil olduqdan sonra müəyyən etmişdir ki, ididanın əsası düzgün irəli sürülməmişdir. Belə ki, iş üzrə cavabdeh və onun ailə üzvləri ona məxsus mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə heç vaxt yaşamamışlar və onların həmin mənzilə istifadə hüquqları yaranmamışdır. Bu səbəbdən iddiaçı cavabdehlər Cavabdeh, onun həyat yoldaşı X3, qızı X2 və oğlu X1 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 44 syalı evin 22 saylı mənzilinə istifadə hüquqları olmayan şəxslər hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və onun ailə üzvləri - yoldaşı X3, qızı X2 və oğlu X1 yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 44 saylı evin 22 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 44 saylı evin 22 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfindən X4 ünvanlanmış məktubundan görünür ki, qızı İddiaçı məxsus olan ünvan 2 mənzil 22 ünvanında hal-hazırda qeydiyyatda olan Cavabdeh göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. İş üzrə Cavabdeh tərəfindən yazılmış və Moskva şəhəri 51 saylı notariusda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, onu Bakı şəhəri, Xanlar küçəsində yerləşən 44 saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçının qonşuları M.Ə.Kərimov, Y.G.Qulamova ,Ə.A.Əliyeva və Y.X.Talıbovun iştirakı ilə tərtib edilərək imzalanmış və məhkəməyə təqdim edilmiş məlumat adlı arayışdan belə məlum olur ki, İddiaçı qardaşı Cavabdeh nə özü, nə də onun ailə üzvləri bir gün də olsun İddiaçı məxsus Xanlar küçəsi ,ev 44, mənzil 22-də yaşamamışlar və hazırda da yaşamırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 44 saylı evin 22 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə Cavabdeh iddiaçının qardaşıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh və onun ailə üzvlərinin iddiaçının mülkiyyətində olan mənzildə yaşayış yeri üzrə qeydiyyatı olsa da, onlar həmin mənzildə yaşamır və onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlərin mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə Konstitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəyə qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən:

1. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə qeyd edir ki, qanunvericilik mülkiyyətçi tərəfindən köçürülən və onunla birgə yaşayan digər qohumların mənzildən istifadə hüququnun olmasını müəyyən edir. Cavabdeh iddiaçının qardaşı olduğu üçün onun “digər qohum”u kimi ailə üzvü hesab edilsə də, cavabdehin ailə üzvləri (həyat yoldaşı və uşaqları) iddiaçıya münasibətdə “digər qohum” kimi hesab edilmirlər. Hətta mülkiyyətçinin onları mənzilə köçürüb mülkiyyətçi ilə birgə yaşadıqları halda belə onların həmin mənzilə hər hansı hüquqları yarana bilməz. Lakin mülkiyyətçinin digər qohumunun onun ailə üzvü olması mənzildən istifadə hüququnun yaranması üçün kifayət etmir. Bunun üçün “digər qohum” statusunda olan şəxs mülkiyyətçi tərəfindən mənzilə köçürülməli və onunla birlikdə yaşamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, nə iddiaçının qardaşı Cavabdeh, nə də qardaşının ailə üzvləri iddiaçının mülkiyyətində olan mənzildə yaşamamışlar və onların qeydiyyatı formal xarakter daşımışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin və onun ailə üzvlərinin iddiaçının ailə üzvü kimi mənzilə istifadə hüquqlarının yaranması müəyyən olunmadığından, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh, X3, X2 və X1 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 44 saylı evin 22 saylı mənzilinə istifadə hüquqlarının olmamasını müəyyən edilsin. Qətnamə Cavabdeh, X3, X2 və X1 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 44 saylı evin 22 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar