Məhkəmə qərarları › İş №2(009)-712/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-712/2023

15.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-712/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndə və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1030 nömrəli sərəncamına əsasən X7 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsi və onun üzərində yerləşən evin onun mülkiyyətinə keçirilməsi üçün X11 ilə aralarında razılıq əldə edilmişdir. Buna görə də, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində aralarında rəsmi qaydada ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Aralarında bağlanan müqavilədən sonra X11 mübahisəli torpaq sahəsini və evi tam boşaldaraq ona təhvil versə də, hazırda onun oğlu Cavabdeh1, sonuncunun arvadı Cavabdeh2 azyaşlı övladları ilə birlikdə evi tərk etmirlər. Halbuki həmin şəxslərin mübahisəli torpaq sahəsi və ev üzərində heç bir mülkiyyət hüququ mövcud deyildir. Cavabdehlərin ona məxsus evi zəbt edərək yaşaması onun istifadə hüququnu pozur. Buna görə də, cavabdehlər onlara məxsus əşyalarla birlikdə həmin mənzildən çıxarılmalıdır. 29 mart 2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları, həmçinin məhkəmə qətnaməsi icra olunanadək cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixdən etibarən hər ay 2000 manat məbləğində kirayə haqqı, eyni zamanda ona dəymiş mənəvi ziyana görə 10.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, müqavilə şərtlərinə əsasən mübahisəli mənzil 15 yanvar 2023-cü ildə ona tam şəkildə təhvil verilməli idi. Lakin cavabdehlərin mübahisəli mənzili boşaltmaması hazırda ona maddi , həm də mənəvi ziyan vurmuşdur. Buna görə də, məhkəmə qətnaməsi icra olunanadək cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixdən etibarən hər ay 2000 manat məbləğində kirayə haqqı tutularaq ona ödənilməlidir. O İİ qrup əlildir. Psixoloji və nevroloji problemləri var. Cavabdehlərin qanunsuz hərəkətləri onun səhhətindəki problemlərin daha da kəskinləşməsinə səbəb olmuşdur. Buna görə də, 10000 manat məbləğində mənəvi ziyanın onun xeyrinə tutulması qətnamə çıxarılarkən nəzərə alınmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş və iddianın məzmununna uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 1998-ci ildə X4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massivində 600 kv.m. torpaq sahəsini aldıqdan sonra öz vəsaitləri ilə onun özünün və dayısı Elməddin İbrahimovun fiziki zəhməti ilə orada 3 mərtəbəli ev inşa etmişlər. Həmin evin inşasına ona nənəsi tərəfindən hədiyyə edilmiş və onların yaşadıqları, ünvan 3 ünvanında yerləşən iki otaqlı mənzilin satışından əldə olunan vəsait və ona nənəsi tərəfindən hədiyyə edilmiş qızıl zinət əşyalarının satışından əldə olunan vəsait xərclənmişdir. Məhz bu səbəbdən sözügedən fərdi yaşayış evi inşa edilərkən 3 mərtəbəli inşa edilmiş və həmin evin 3-cü mərtəbəsinin girişi 1-2-ci mərtəbədən deyil, həyətdən ayrı giriş olaraq müəyyən edilmişdir. 2004-cü ildə sözügedən fərdi yaşayış evinin inşası başa çatdıqdan sonra o, hərbi xidmətə gedib, 2005-ci il tarixdə hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra o, Cavabdeh2 ilə 2008-ci ildə ailə quraraq, bu günədək sözügedən fərdi yaşayış evinin 1-2-ci mərtəbəsində yaşayır. X3 təklifinə əsasən həmin evin 1-2-ci mərtəbələri onun və ailəsinin, ayrı girişi olan 3-cü mərtəbə isə onun X5 və ailəsinin istifadəsinə verilməklə öz aralarında bölünmüşdür. X4 isə 2012-ci ilədək həmin evdə yaşasa da, 2012-ci ildən etibarən qızı X17 ilə birlikdə yaşayır. X5 daim küllü miqdarda borcları olduğundan və borc sahibləri onları hədələdiklərinə görə X4 yaşadıqları sözügedən mübahisə predmeti olan evi satmaq istəyirdi. Lakin o və ailəsi evin satılmasına razı olmadıqlarından, aralarında münaqişə yarandı və atası və qardaşı ilə münasibətləri pozuldu. Həmin vaxt qardaşı X9 barəsində DİN-nin BMCMİ-nə şikayət olunduğundan və onun həbs olunması təhlükəsi var idi. xx.xx.2023-cü il tarixdə hazırkı iş üzrə İddiaçı yaşadıqları evin həyətinə X25, X24, bacısı İlahə və malkerlə birlikdə gəldiyini görüb, Məhəmmədin kim olduğunu və həyətə hansı səbəblə gəldiyini soruşduqdan sonra onlara məlum olmuşdur ki, X25, real dəyəri 450.000-500.000 manat olan yaşadıqları evi, onların xəbəri və razılığı olmadan, xx.xx.2022-ci il tarixdə, İddiaçı 250000 manata ilkin alqı-satqı müqaviləsinə əsasən satmışdır. Onun və ailəsinin mübahisəli evdən başqa digər yaşayış yerləri olmadığına, mübahisəli ev onların zəhməti və vəsaiti hesabına tikildiyi üçün və mübahisə evin və torpaq sahəsinin satılmasına onların razılığı və məlumatı olmadığına görə iddianı əsassız hesab edir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, o, 2008ci ildə Cavabdeh1 ilə ailə həyatı quraraq mübahisəli evə gəlin köçmüşdür və hal-hazıradək həyat yoldaşı və uşaqları ilə birlikdə həmin evdə yaşayır və evin və torpağın satılmasından onların məlumatı olmamışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndə və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı cavabdehlərə qarşı “mənzildən çıxarılma və pul tələbinə” dair iddia ərizəsi verərək, Səbail RİHB-nın 25 iyun 1998-ci il tarixli 1030 saylı sərəncamı ilə X7 adına sənədləşdirilmiş, 600 kv.m torpaq sahəsində (ünvan 4 ünvanında) inşa edilmiş fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsinə dair X11 ilə razılaşma əldə etdiyini, xx.xx.2022-ci il tarixdə 19 saylı notariat ofisində həmin fərdi yaşayış evinin ilkin alqı-satqısına dair aralarında müqavilə bağlandığını, həmin müqavilənin bağlanmasından sonra X1 torpaq sahəsini tam boşaldaraq ona təhvil verməsinə baxmayaraq, onların azyaşlı övladları ilə birlikdə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini tərk etməmələrini qeyd edərək, onların ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılımaları və xx.xx.2023-cü il tarixdən məhkəmə qətnaməsi icra olunan tarixədək hər ay 2000 manat kirayə haqqının və mənəvi zərərə görə 10.000 (on min) manat məbləğin onlardan tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Səbail RİHB-nın 18 may 1995-ci il tarixli 1474 a saylı sərəncamı ilə vətəndaş X8 adına ayrılmış 600 kv.m torpaq sahəsi, Səbail RİHB-nın 25 iyun 1998-ci il tarixli 1030 saylı sərəncamı ilə X7 adına sənədləşdirilmişdir. Səbail RİHB-nın 25 iyun 1998-ci il tarixli 1030 saylı sərəncamı ilə adına 600 kv.m torpaq sahəsi sənədləşdirilmiş X7 iddiaçılardan Cavabdeh1 atası, Cavabdeh2 qayınatasıdır. X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ilkin alqı-satqı müqaviləsinin 1-ci bəndində qeyd olunan müqavilənin predmetindən göründüyü kimi, həmin ilkin alqı-satqı müqaviləsinin bağlanması üçün əsas Səbail RİHB-nm 25 iyun 1998-ci il tarixli 1030 saylı sərəncamı olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Səbail RİHB-nın 25 iyun 1998-ci il tarixli 1030 saylı sərəncamının surətindən aşkar görünür ki, həmin sərəncam X7 adına müstəqil olaraq 600 kv.m torpaq sahəsi ayrılmasına dair deyil, yalnız Səbail RİHB-nın 18 may 1995-ci il tarixli 1474 a saylı sərəncamı ilə vətəndaş X8 adına ayrılmış 600 kv.m torpaq sahəsinin X7 adına rəsmiləşdirilməsinə dairdir. Qeyd olunanlardan aşkar görünür ki, Səbail RİHB-nın 25 iyun 1998-ci il tarixli 1030 saylı sərəncamı və Səbail RİHB-nm 18 may 1995-ci il tarixli 1474 a saylı sərəncamı sahəsi 600 kv.m olan eyni vahid torpaq sahəsinə dair verilmişdir. X11 həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmək istəyərkən müəyyən olunmuşdur ki, sözügedən 600 kv.m torpaq sahəsi, Səbail RİHB-nın 25 iyun 1998-ci il tarixli 1030 saylı sərəncamında qeyd olunan Səbail RİHB-nın 18 may 1995-ci il tarixli 1474 a saylı sərəncamı ilə əvvəlki sahibinin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata alınmış və özgəninkiləşdiriİmişdir. Bu səbəbdən də, X2 torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasından imtina edilmişdir. Bundan sonra, X11 Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinə qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması və Çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Hal-hazırda həmin iddia tələbinə dair inzibati iş hakim Tural Məlikovun icraatında olmaqla, həmin iş üzrə icraat, məhkəmənin 2-1(112)-2016/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin icraatında mübahisənin həllinin aslı olduğu digər inzibati işlə bağlı olaraq dayandırılmışdır. Bundan əlavə qeyd etmək istəyir ki, cavabdehlərin mübahisə predmeti olan yaşadıqları evin arxa divarına bitişik 500 mm-lik neft kəməri keçir. Eyni zamanda hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi tərəfindən Səbail RİHB-nm 25 iyun 1998-ci il tarixli 1030 saylı sərəncamın etibarsız hesab edilməsinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-7246/2023 saylı qərardadı ilə X11 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Göründüyü kimi, iddia tələbində qeyd olunan və 200-ci ildən cavabdehlərin yaşadıqları fərdi yaşayış evi özbaşına tikilidir. X11,həmin fərdi yaşayış evinin yerləşdiyi 600 kv.m torpaq sahəsinin yuxarıda qeyd olunan səbəbdən dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata alınmasının və mülkiyyət hüququ ilə qeydiyyata alınmadığı təqdirdə isə alqı satqı müqaviləsi bağlanmasının mümkünsüz olduğunu bildiyi halda, həmin torpaq sahəsinə və üzərində olan özbaşına tikiliyə dair ilkin alqı-satqı müqaviləsi bağlayaraq, İddiaçı aldatmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı ilə X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İlkin alqı-satqı müqaviləsində əsas müqavilənin bağlanacağı tarix göstərilməmişdir. Qeyd olunan müqavilə iddiaçının həmin daşınmaz əmlaklara mülkiyyət hüququnun olduğunu təsdiq etmir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 25 iyun 1998-ci il tarixli, 1030 nömrəli sərəncamından görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 18 may 1995-ci il tarixli, 1474a nömrəli sərəncamına dəyişiklik edilərək, həmin sərəncamla fərdi evin tikintisi üçün X6 adına ayrılmış 600 kv.m. torpaq sahəsi X7 adına sənədləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu təırəfindən təsdiq edilmiş 29 noyabr 2022-ci il tarixli İlkin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 1030 nömrəli sərəncamına əsasən X7 adına olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikilinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflər aşağıdakı öhdəlikləri götürürlər: “birinci tərəf” X11 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin “ikinci tərəf” İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin (yaxud qeyri-yaşayış, torpaq sahələri) “ikinci tərəf” İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürür. Satıcı xx.xx.2023-cü il tarixədək göstərilən əmlakı alıcıya tam şəkildə təhvil verməyi və bütün kommunal xərcləri ödəməyi öz öhdəsinə götürür. “İkinci tərəf” İddiaçı “birinci tərəf” X11 ilə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikiliyə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Göstərilən əmlakın satış qiyməti 250000 manat məbləğində müəyyən edilir. “İkinci tərəf” müqavilə bağlanması anında 250000 manatı isə notariusun depozit hesabı vasitəsilə ödəyir. Təqdim olunmuş Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Nümayəndə sorğusuna 2-1(112)-2016/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Səbail Rayon icra Hakimiyyəti, X12, X15 və X14) “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 316/2021 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178D, KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edimişdir. Qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən icra edilmişdir. İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair 2-1(112)-2016/2023 saylı iş məhkəmənin icraatındadır. Bakı İnzibati Məhkəməsinin icraatında mübahisənin həllinin asılı olduğu digər inzibati iş olduğundan, məhkəmənin 2-1(112)-2016/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Təqdim olunmuş Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Nümayəndə sorğusuna 2-1(112)-7246/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin iş üzrə üçüncü şəxs X7 adına sənədləşdiriılməsinə dair cavabdeh Səbail rayon icra Hakimiyyətinin başçısının 25 iyun 1998-ci il tarixli 1030 nömrəli sərəncamının etibarsız sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7246/2023 saylı qərardadı ilə X11 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evdən əşyaları ilə birlikdə çıxarılmalarını tələb etdiyi ünvan 5 ünvanında ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin üzərində inşa olunmuş mübahisələndirilən ev hüquqi rejiminə görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1030 nömrəli sərəncamına əsasən X7 adına sənədləşdirilmiş ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən özbaşına tikilinin onun mülkiyyətinə keçirilməsi üçün X11 ilə iddiaçı arasında razılıq əldə edilmiş və buna görə onlar arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Aralarında bağlanan müqavilədən sonra X11 mübahisəli torpaq sahəsini və evi tam boşaldaraq ona təhvil versə də, hazırda Nizami Həsənovun həmin evdə yaşayan oğlu Cavabdeh1, sonuncunun arvadı Cavabdeh2 azyaşlı övladları ilə birlikdə evi tərk etmirlər. Halbuki həmin şəxslərin mübahisəli torpaq sahəsi və ev üzərində heç bir mülkiyyət hüququ mövcud deyildir. Cavabdehlərin iddiaçıya məxsus evi zəbt edərək orada yaşaması və mənzili boşaltmaması onun istifadə hüququnu pozmaqla yanaşı, ona maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də, məhkəmə qətnaməsi icra olunanadək cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixdən etibarən hər ay 2000 manat məbləğində kirayə haqqı, eləcə də, dəymiş mənəvi ziyana görə 10000 manat tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İş materiallarından görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən mübahisəli tikiliyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Belə bir sübut iddiaçı tərəfindən məhkəmə iclasında da təqdim edilmədi. Qanunun yuxarıda qeyd olunan normasının tələbinə görə ilkin alqı-satqı müqaviləsi iddiaçıya mübahisəli ev üzərində mülkiyyətçi statusunu vermir. Belə olduğu təqdirdə Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozitiv şərtləri də hazırki iddia tələbi üzrə mövcud deyildir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, idiaçının mülkiyyət hüququ qanunun tələblərinə uyğun qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün onun cavabdehlərə qarşı tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar