Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-714/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi R.A.Babayevin, Maraqlı şəxsin nümayəndəsi R.R.Əlibəylinin iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı ödənilməmiş əmək haqqının və yekun haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı ödənilməmiş əmək haqqının və yekun haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciətinin səbəbi cavabdeh tərəfindən qanunla müəyyən edilmiş halda yekun haqq-hesab məbləğinin müəyyən edilməklə ona ödənilməməsi ilə bağlıdır. Belə ki, o, xx.xx.2006-cı il tarixdən 2022-ci il oktyabr ayınadək Cavabdeh N.Nərimanov adına Neft və Qaz çıxarma idarəsində işləmişdir. 2015-ci ilin mart ayına qədər 3-cü mədəndə iki maşınist və iki elektik olmaqla 12 saatlıq iş rejimində çalışaraq həmin saata uyğun əmək haqqı almışdır. Lakin sonradan bir maşınist və bir elektrik ixtisara düşməsinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsi dəyişdirilərək 11 saatlıq iş rejiminə keçirilmişdir və əmək haqqı həmin tarifə uyğun hesablanmışdır. Müqavilədə 11 saatlıq iş rejiminə keçirilməsinə baxmayaraq işin faktiki halları tamamilə fərqli olmuşdur. Belə ki, iş rejimi əmək müqaviləsində 09.00-dan 21.00-dək, nahar fasiləsi isə saat 13.00-dan 14.00-dək qeyd olunmasına baxmayaraq, həmin qrafik üzrə tək işləmək qeyri-mümkündür. Belə ki, işin qaydasında aparılması üçün çox vaxt gec saatlara qədər işləməli olmuşdur. İşləyən müddətdə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, heç bir faydası olmamışdır. Qeyd olunanların nəticəsində hər ay əmək haqqını əskik almışdır. Dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qanunvericiliyin tələbinə uyğun olaraq mediasiyaya müraciət etsə də, cavabdeh ilə orada razılıq əldə edilməsi mümkün olmamışdır. Bu səbəbdən də hesab edir ki, işin məhkəmədən kənar həlli mövcud deyildir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəfindən onun hüquqları pozulmuşdur. Belə ki, müqavilə ilə 11 saatlıq iş rejimi nəzərdə tutulsa da, həmin saatdan artıq işləmişdir. Qeyd olunanları ilə bağlı şahidlər də vardır. Lakin bu hallar işdən çıxan zaman nəzərə alınmamış, işlədiyi müddətdə dəfələrlə bununla bağlı müraciət etsə də, nəticəsi olmamış, hər ay maaşı əskik ödənilmiş, işdən çıxan zaman son haqq-hesab edilməmişdir. Göstərilən pozuntular ilə bağlı X7 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş, idarənin xx.xx.2022-ci il tarixli məktubu ilə ona cavab verilmiş, həmin cavabda da müqavilədə iş qrafikinin 11 saat qeyd edildiyi üçün hər hansı pozuntunun aşkar edilmədiyi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqının, eləcə də yekun haqq-hesab məbləğinin məhkəmə araşdırması nəticəsində müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, 2015-ci ilin mart ayına qədər 3-cü mədəndə iki maşınist və iki elektrik olmaqla 12 saatlıq iş rejimində çalışaraq həmin saata uyğun əmək haqqı almışdır. Lakin sonradan bir maşınist və bir elektrik ixtisara düşməsinə baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi dəyişdirilərək 11 saatlıq iş rejiminə keçirilmiş və əmək haqqı həmin tarifə uyğun hesablanmışdır. Müqavilədə 11 saatlıq iş rejiminə keçməsinə baxmayaraq işin faktiki halları tamamilə fərqli olmuşdur. Belə ki, iş rejimi əmək müqaviləsində 09.00-dan 21.00-dək, nahar fasiləsi isə saat 13.00-dan 14.00-dək qeyd olunmasına baxmayaraq, həmin qrafik üzrə tək işləmək qeyri-mümkündür. Belə ki, işin qaydasında aparılması üçün çox vaxt gec saatlara qədər işləməli olmuşdur. Lakin ona ödənilməli olan vəsaiti ona verməyiblər. Əmək haqqında 120-130 manat fərq edir. O, həmin fərqi almalı idi. Saat 21.00-dan sonra o, məcbur olub qalıb işləyirdi. Bu barədə də həmişə dəfələrlə sex rəisinə də demişdir. Sex rəisi isə ona bildirmişdir ki, müəssisənin Əmək Müfəttişliyi bununla razı deyil. Ona rəsmi işdən sonra işləməsinə dair yazılı göstəriş verilməmiş, lakin o, bir vətəndaş kimi borcunu yerinə yetirərək işdən sonra da avadanlıqlara nəzarət etmişdir ki, qəza və bunun nəticəsində fəsadlar baş verməsin. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü İddiaçı SOCAR-ın "xxxx" İB-nin N.Nərimanov adına NQÇİ-nin xx.xx.2006-cı il tarixli əmri ilə Xüsusi texnika sexinə 4-cü dərəcəli yol tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş, sonradan NQÇİ-nin xx.xx.2006-cı il tarixli əmri ilə iş yeri 1 saylı Neft və qazçıxarma sexində 4-cü dərəcəli operator peşəsinə, xx.xx.2010-cu il tarixli əmri ilə isə Daxiliyanma mühərrikləri sexində daxiliyanma mühərriklərinin maşınisti peşəsinə dəyişdirilmişdir. N.Nərimanov adına NQÇİ-nin “İş rejiminin dəyişdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103-cü maddəsinə əsaslanaraq, bir sıra peşələr, o cümlədən ETEAS-nin Daxiliyanma mühərrikləri xidmət şöbəsinin daxiliyanma mühərriklərinin maşınistləri, xx.xx.2015-ci il tarixdən etibarən, iki növbəli 12 saatlıq iş rejimindən, iş günü ərzində işi dayandırmaqla, nahar üçün 1 saat fasilə verməklə, 11 saatlıq bir növbəli iş rejiminə keçirilmişlər. İddiaçı 2015-ci ildən başlayaraq, dəfələrlə iş rejimindəki dəyişikliklə əlaqədar, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, NQÇİ-nin rəhbərliyinə və məsul işçilərinə yazılı və şifahi qaydada müraciətlər etmişdir. Hər bir halda mövcud vəziyyətlə bağlı iddiaçıya ətraflı yazılı və şifahi izahatlar verilmişdir. Hətta xx.xx.2022-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə yazılı müraciət etmişdir. Nəticə etibarı ilə işəgötürən tərəfindən iş rejimi ilə bağlı hər hansı qanun pozuntusuna yol verilməməsi səbəbindən İddiaçı müraciətlərində qaldırılan məsələ öz müsbət həllini tapmamışdır. İddiaçı pensiya yaş həddi (65 il 01 ay 12 gün) tamam olduğu üçün NQÇİ-nin xx.xx.2022-ci il tarixli əmri ilə Elektrik təchizatı və elektrik avadanlıqları sahəsində (ETEAS) Daxiliyanma mühərrikləri xidmət sahəsinin daxiliyanma mühərrikinin maşınisti peşəsindən, AR ƏM-nin 69-cu maddəsinin 3cü hissəsinə əsasən yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bu zaman AR ƏM-nin “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası” təsbit olunmuş 83-cü maddəsinin tələbləri müvafiq qaydada icra edilmişdir. Belə ki, sonuncu iş günü iddiaçıya N.Nərimanov adına NQÇİ üzrə növbədənkənar son haqq-hesabının məbləği onun kart hesabına köçürülmüş, harada ki, istifadə edilməmiş əmək məzuniyyətinin günlərinə görə və digər ödəmələr nəzərdə tutulmuşdur, əmək kitabçası və başqa sənədlər İddiaçı təqdim edilmişdir. Bundan əlavə, İddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün AR ƏM-nin “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” haqqında 296-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş və iddia ərizəsində də istinad edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, Məcəllənin 296-cı maddəsinin 4-cü bəndində “pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər” müddəasının tələbləri pozulmuşdur. Sözügedən məsələ ilə əlaqədar iş rejimində dəyişikliklər xx.xx.2015-ci il tarixdə baş vermiş, elə həmin vaxtdan başlayaraq son 8 il ərzində İddiaçı bu haqda müxtəlif instansiyalara yazılı və şifahi müraciətlər etmişdir. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” xx.xx.2019-cu il tarixli 1555-VQ nömrəli Qanunun 2021-ci il iyulun 01-dən qüvvəyə minmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, iddiaçıya müraciəti əsasında yazılı cavab verilmiş, mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh N.Nərimanov adına NQÇİ-nin Xüsusi texnika sexinə 4 dərəcəli yol tikinti maşın və traktorarının təmiri üzrə çilingər peşəsinə işə qəbul olunmuş, xx.xx.2006-cı il tarixdə 1 saylı X6 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə Daxiliyanma mühərriklərinin 4 dərəcəli maşınisti peşəsinə keçirilmiş, Daxiliyanma mühərrikləri sexi xx.xx.2014-cü il tarixdən X4 sahəsi adlandırılmış, xx.xx.2016-cı il tarixdə elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin Daxiliyanma mühərrikləri xidmət sahəsinə 4-cü dərəcəli daxiliyanma mühərriklərinin maşınisti peşəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən və yaşa görə əmək pensiyasına çıxarılmasını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə N.Nərimanov adına NQÇİ ilə İddiaçı Ehtibar oğlu arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 2032 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı N.Nərimanov adına NQÇİ-yə Xüsusi texniki sexinin 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. İşçiyə hər ay 0,68 manat məbləğində saatlıq (tarif) maaşı təyin edilmişdir. İş bir növbəlidir, birinci növbə saat 09.00 başlanır və saat 21.00 qurtarır, istirahət günləri hər həftənin növbəlilik cədvəlinə uyğun olaraq verilir. İş üzrə "xxxx" İB-nin N.Nərimanov adına NQÇİ-nin xx.xx.2006-cı il tarixli, 61/k saylı əmrin surətinə əsasən İddiaçı İntiqam oğlu xx.xx.2006-cı il tarixdən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq N.Nərimanov adına NQÇİ-nin Xüsusi texnika sexinə 4 dərəcəli yol tikinti maşın və traktorlarının təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. İş üzrə "xxxx" İB-nin N.Nərimanov adına NQÇİ-nin xx.xx.2006-cı il tarixli, 588/k saylı əmrin surətinə əsasən Xüsusi Texnika Sexinin 4-cü dərəcəli təmirçi çilingəri İddiaçı İntiqam oğlu xx.xx.2006-cı il tarixdən onunla bağlanılmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq 1 saylı X6 4-cü dərəcəli operator keçirilmişdir. İş üzrə "xxxx" İB-nin N.Nərimanov adına NQÇİ-nin xx.xx.2010-cu il tarixli, 56/k saylı əmrin surətinə əsasən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə 4-cü dərəcəli operatoru İddiaçı İntiqam oğlu xx.xx.2010-cu il tarixdən onunla bağlanılmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Daxiliyanma mühərrikləri sexinin 4 dərəcəli daxiliyanma mühərriklərinin maşınist vəzifəsinə keçirilmişdir. İş üzrə N.Nərimanov adına NQÇİ-nin rəisi və İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2010-cu il tarixli 2 saylı Əlavənin surətindən görünür ki, İddiaçı X4 sexinə 4 dərəcəli DYM-maşınist peşəsinə keçirilməsi, ona hər ay 1,28, 1,74 (xx.xx.2010), 1,83 (xx.xx.2011), 2,01 (xx.xx.2012) (saatlıq tarif) manat məbləğdə əmək haqqının ödənilməsi barədə dəyişiklik edilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə ARDNŞ-nin və ANQSİHİRK-nın 112/07-22ə nömrəli xx.xx.2009-cu il tarixli əmr-qərarı ilə edilmiş müvafiq dəyişikliyə əsasən “işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi” nəzərdə tutulur. Qeyd edilən Əmr-Qərarda nəzərdə tutulan “qanunvericilikdə müəyyən olunmuş pensiya yaşı” dedikdə Azərbaycan Respubikası Əmək Pensiyaları haqqında Qanunun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilər və 59 yaşına çatmış qadınlar həmçinin, güzəştli şərtlərlə əmək pensiyası hüququ olanlar, çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud uşağı olan analar, uşaqlarını tək başına böyüdən atalar və qəyyumların müvafiş olaraq əmək şəraitlərinə, uşaqlarının sayına, sağlamlıq imkanlarına və sair hallara görə müxtəlif yaşlarda əmək pensiyasından istifadə etmək hüququna malik olan işçilər başa düşülür. İşçi yuxarıda qeyd edilən pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi ona orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik işdənçıxma müavinəti ödənilə bilər. İşçi əvvəllər güzəştli şərtlərə pensiyaya çıxıbsa və pensiya yaşına çatdıqda (kişilər 63, qadınlar 59 yaşa) əmək müqaviləsinə xitam verilərsə, ona orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinət ödənilmir. İşçi pensiya yaşına çatdıqdan sonra bir aydan artıq müddət işlədikdə ona yuxarıda qeyd edilən əsaslarla orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti verilmir. İş üzrə N.Nərimanov adına NQÇİ-nin rəisi və İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli 5 saylı Əlavənin surətindən görünür ki, İddiaçı X4 sahəsi 4 dərəcəli daxiliyanma mühərriklərinin maşınisti peşəsinə keçirilməsi, ona hər ay 2,21 (saatlıq tarif) manat məbləğdə əmək haqqının ödənilməsi, iş 1 növbəli olması, birinci növbənin saat 09.00 başlanması və saat 21.00 qurtarması, nahar fasiləsi saat 13.00 başlanması və saat 14.00 qurtarması, istirahət vaxtının növbəlik cədvəlinə uyğun olaraq verilməsi barədə dəyişiklik edilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh N.Nərimanov adına NQÇİnin xx.xx.2014-cü il tarixli, 259 nömrəli əmrin surətindən görünür ki, AR ƏM-nin 103-cü maddəsinə əsaslanaraq “3,4 və 5 saylı Neft və qazçıxarma” sahələrində xidmət göstərən “Elektrik təchizatı və elektrik avadanlıqlarının təmiri sahəsi”nin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektik montyorları, NQÇİ-nin bütün sahələrində xidmət göstərən elektrik avadanlığının təmiri üzrə çilingərelektrikləri, “Quyuların əsaslı və yeraltı təmiri sahəsi”nin qazmaya xidmət edən çilingərləri, “Daxiliyanma mühərrikləri sahəsi”nin “daxiliyanma mühərriklərinin maşinistləri, “Qaz-kompressor”, “1,2,3,4 və 5 saylı Neft və qazçıxarma” sahələrində xidmət göstərən “İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsi”nin nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərləri xx.xx.2015-ci il tarixdən etibarən, iki növbəli 12 saatlıq iş rejimindən (“vaxta metodu” ilə işləyənlər də daxil olmaqla) iş günü ərzində işi dayandırmaqla nahar üçün 1 saat fasilə verməklə 11 saatlıq bir növbəli rejiminə keçirilməsi, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları, Daxiliyanma mühərrikləri, Quyuların əsaslı və yeraltı təmiri və elektrik təchizatı və elekrik avadanlıqlarının təmiri sahələrinin rəislərinə hazırki əmrlə işçilərin tanış olmalarının təmin etməsi, yanvar ayı üçün və hər ayın sonunda növbəti ayı üçün işçilərin iş qrafikini tərtib edib müvafiq qaydada təsdiq etdirilməsinin tapşırılması əmr edilmişdir. İş üzrə Cavabdeh N.Nərimanov adına NQÇİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, müraciəti ilə bağlı aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, N.Nərimanov adına NQÇİ-nin bütün təmir-köməkçi heyəti 11 saatlıq iş rejimində fəaliyyət göstərir. İddiaçı tutduğu – Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 4-cü dərəcəli daxiliyanma mühərriklərinin maşınisti peşəsi də həmin heyətə aid olduğu üçün, iş qrafikində dəyişiklik edilmiş və 2015-ci ilin mart ayından etibarən 12 saatlıq iş rejimindən, nahar fasiləsi verilməklə 11 saatlıq iş rejiminə keçirilmişdir. Müraciətində göstərilmiş digər müddəalar öz təsdiqini tapmamışdır. İş üzrə N.Nərimanov adına NQÇİ-nin ETEAS-nin rəisi X1 tərəfindən yazılmış xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, Elektik təchizatı və Elektrik avadanlıqları sahəsinin 4-cü dərəcəli Daxiliyanma mühərrikləri maşınisti İddiaçı Ehtibar oğlu tərəfindən SOCAR Prezidentinə ünvanladığı müraciətdə özünün gecə saatlarında və nahar fasiləsində işlədiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq yuxarıda qeyd olunan işçinin təsdiq olunmuş növbə cədvəlinə uyğun hər zaman işləməsi təmin olunur. Həmin işçinin SOCAR Prezidentinə müraciətlərində qeyd etmişdir ki, onu gecə saatlarında və nahar fasiləsində işlədilir. Lakin onun tərəfindən həmin işçiyə gecə saatlarında və nahar fasiləsində heç bir tapşırıq verilməmişdir. İş üzrə SOCAR Cavabdeh tərəfindən İddiaçı Etibar oğluna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən iş günü ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. İstirahət və nahar fasiləsi vaxtı iş vaxtında daxil edilmir. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. N.Nərimanov adına NQÇİ-nin bütün təmir-köməkçi heyətinin, o cümlədən İddiaçı əmək şəraiti xarakterinə görə işi dayandırmaq, fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olduğuna görə İddiaçı düzgün olaraq nahar fasiləsi verilməklə 11 saatlıq iş rejimi müəyyən edilmişdir. İş üzrə SOCAR Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 346 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı SOCAR Cavabdehndə xx.xx.2021-ci il tarixdən Elektrik Təchizatı və elektrik avadanlıqları sahəsinə 4-cü dərəcəli Daxiliyanma mühərriklərinin maşınisti vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Aylıq əmək haqqı cəmi 911,36 manat, onlardan 512 manat əmək haqqı, 332,80 manat – 65% faizi (dəniz stajı), 25,60 manat – 5% faizi (iş stajı), 40,96 manat - 4% faizi (zərərli) əlavələr təşkil etmişdir. İş bir növbəlidir, birinci növbə saat 09.00 başlanır və saat 21.00 qurtarır, nahar vaxtı saat 13.00 başlanır və saat 14.00 qurtarır, istirahət günləri hər həftənin növbəlilik cədvəlinə uyğun olaraq verilir. İş üzrə SOCAR tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı eyniməzmunlu müraciətlərinə SOCAR tərəfindən cavab verilmişdir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən iş günü ərzində işçilərə istirahət və nahat etmək üçün fasilə verilməlidir. İstirahət və nahar fasiləsi vaxtı iş vaxtına daxil edilmir. əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtının və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. N.Nərimanov adına NQÇİ-nin bütün təmir-köməkçi heyətinin, o cümlədən İddiaçı əmək şəraiti xarakterinə görə işi dayandırmaq, fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olduğuna görə İddiaçı düzgün olaraq nahar fasiləsi verilməklə 11 saatlıq iş rejimi müəyyən edilmişdir. İş üzrə İddiaçı tərəfindən N.Nərimanov adına NQÇİ-nin rəisinə ünvanlanmış ərizənin surətindən görünür ki, onu xx.xx.2022-ci il tarixdən təqaüdə çıxması ilə əlaqədar olaraq işdən azad edilməsini və 2015-ci ildən bu günə kimi artıq işlədiyi saatların əmək haqqının hesablanıb ona verilməsini təmin edilməsini xahiş etmişdir. İş üzrə SOCAR Cavabdeh N.Nərimanov adına NQÇİ-nin xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00217 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini rəhbər tutaraq və yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar SOCAR Cavabdeh N.Nərimanov adına NQÇİ-nin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 4-cü dərəcəli Daxiliniyanma mühərrikliə xdmət sahəsinin daxiliyanma mühərrikinin maşınisti İddiaçı ilə xx.xx.2010-cu il tarixli, 2032 nömrəli əmək müqaviləsi xx.xx.2022ci il tarixdən ləğv edilmişdir. Əsas: İddiaçı şəxsi ərizəsi İş üzrə Cavabdeh N.Nərimanov adına NQÇİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xahişi nəzərə alınaraq NQÇİ-nin xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00217 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq və yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. Müraciəti ilə bağlı aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, N.Nərimanov adına NQÇİ-nin bütün təmirköməkçi heyəti xx.xx.2014-cü il tarixli 259 nömrəli əmrlə, xx.xx.2015-ci il tarixdən nahar fasiləsi verilməklə 11 saatlıq bir növbəli iş rejimində fəaliyyət göstərmişdir.İddiaçı tutduğu Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 4-cü dərəcəli daxiliyanma mühərriklərinin maşınisti peşəsi də həmin heyətə aid olduğu üçün sahənin növbə cədvəlində (iş qrafiki) dəyişiklik edilmiş və 2015-ci ilin yanvar ayından etibarən 12 saatlıq iki növbəli iş rejimindən, nahar fasiləsi verilməklə, 11 saatlıq bir növbəli iş rejiminə keçirilmişdir. Növbə cədvəlinə edilən dəyişikliyə əsasən Personalın uçotu xidmətində əmək müqaviləsinə dəyişikliklər edilmiş və tanış olunduğundan sonra, həmin müqavilə İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı iş rejimi ilə bağlı məsələlər haqqında şifahi və yazılı müraciətləri NQÇİ-nin məsul şəxsləri tərəfindən dəfələrlə cavablandırılmışdır. İş üzrə İddiaçı Cavabdeh N.Nərimanov adına NQÇİ-də işlədiyi müddət ərzində aldığı əmək haqqı hesablaşması barədə məlumatdan görünür ki, İddiaçı 2022-ci ilin avqust ayında 23 iş günü işləmiş, 506,88 manat (saatlıq tarif maaşı), 40,55 manat (zərərli iş), 329,47 manat (dəniz əmsalı), 168,96 manat (normadan artıq.vaxt növbə), 92,16 manat (boşdayanma-quru-növbə), 30,72 manat (işə gediş-gəlişə görə öd.), 195 manat (NK-nın qərar.əsas.gün.y.xər.), 50,69 manat (iş staj.görə əlavə ödəniş), cəmi 1.414,43 manat hesablanmış, həmin məbləğdən 6,10 manat (işsizlik ödənişiişçidən), 36,58 manat (3% ə/h-dan DSMF-a tutulma), 12,19 manat (Həmkarlar İttifaqı), 142,72 manat (gəlir vergisi), 24,39 manat (icbari tibbi sığorta-işçi), cəmi 221,98 manat tutulmuş, 1.192,45 manat əmək haqqı kartına köçürülmüşdür; - 2022-ci ilin sentyabr ayında 22 iş günü işləmiş, 633,60 manat (saatlıq tarif maaşı), 50,69 manat (zərərli iş), 411,84 manat (dəniz əmsalı), 264,96 manat (normadan artıq.vaxt növbə), 337,92 manat (bayram gün.işə ödəniş), 13,52 manat (bayram–zərərlik əmsalı), 109,82 manat (bayramdəniz əmsalı), 30,72 manat (işə gediş-gəlişə görə öd.), 300 manat (NK-nın qərar.əsas.gün.y.xər.), 63,36 manat (iş staj.görə əlavə ödəniş), cəmi 2.216,43 manat hesablanmış, həmin məbləğdən 9,58 manat (işsizlik ödənişi-işçidən), 57,49 manat (3% ə/h-dan DSMF-a tutulma), 19,16 manat (Həmkarlar İttifaqı), 240,30 manat (gəlir vergisi), 38,33 manat (icbari tibbi sığorta-işçi), cəmi 364,86 manat tutulmuş, 1.851,57 manat əmək haqqı kartına köçürülmüşdür; - 2022-ci ilin oktyabr ayında 21 iş günü işləmiş, 645,12 manat (saatlıq tarif maaşı), 51,61 manat (zərərli iş), 30,72 manat (norm.artıq), 419,33 manat (dəniz əmsalı), 337,92 manat (norm.artıq.vaxt növbə), 2,46 manat (əlavə iş saatı-zərərli), 19,97 manat (əlavə iş saatı-dəniz əmsalı), 30,72 manat (işə gediş-gəlişə görə öd.), 255 manat (NK-nın qərar.əsas.gün.y.xər.), 64,51 manat (iş staj.görə əlavə ödəniş), cəmi 1.857,36 manat hesablanmış, həmin məbləğdən 8,01 manat (işsizlik ödənişi-işçidən), 48,07 manat (3% ə/h-dan DSMF-a tutulma), 16,02 manat (Həmkarlar İttifaqı), 196,33 manat (gəlir vergisi), 32,05 manat (icbari tibbi sığorta-işçi), cəmi 300,48 manat tutulmuş, 1.556,88 manat əmək haqqı kartına köçürülmüşdür; - 2022-ci ilin noyabr ayında 20 iş günü işləmiş, 692,06 manat (kompensasiya-cari il), 1.011,36 manat (kompensasiya 1-ci əvvəlki dövr), 190,08 manat (saatlıq tarif maaşı), 15,21 manat (zərərli iş), 123,55 manat (dəniz əmsalı), 40,32 manat (normadan artıq.vaxt növbə), 15,36 manat (işə gediş-gəlişə görə öd.), 75 manat (NK-nın qərar.əsas.gün.y.xər.), 19,01 manat (iş staj.görə əlavə ödəniş), cəmi 2.181,95 manat hesablanmış, həmin məbləğdən 10,53 manat (işsizlik ödənişiişçidən), 63,21 manat (3% ə/h-dan DSMF-a tutulma), 21,07 manat (Həmkarlar İttifaqı), 210,97 manat (gəlir vergisi), 42,14 manat (icbari tibbi sığorta-işçi), 1.834,03 manat (növb.kənar–iş/azad.), cəmi 2.181,95 manat tutulmuşdur; - xx.xx.2022-ci il tarixdə İddiaçı 11.834,03 manat növbədənkənar son haqq-hesabı hesablanaraq karta köçürülmüşdür. İş üzrə əmək kitabçalarının qeydiyyatı kitabından çıxarışından görünür ki, İddiaçı əmək kitabçası almışdır. İş üzrə SOCAR Cavabdeh N.Nərimanov adına NQÇİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışının surətinə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika sahəsində təmirçi çilingər, 1 saylı Neft və Qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşələrində (əmr 61/k,xx.xx.2006-cı il), xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Elektrik təchizatı və elektrik avadanlıqları sahəsində Daxiliyanma mühərriklərinin maşınisti peşəsində işləmişdir (əmr 229/k,xx.xx.2008-ci il).xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir (SOCAR**********00070020B00217,xx.xx.2022-ci il). Arayış N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin arxivində saxlanılan T-2 formalı şəxsi vərəqəyə və kadr məsələləri ilə bağlı əmrlərə əsasən tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2009-cu il tarixli 57 və 06-19ə nömrəli “ARDNŞ işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarından görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşmanın imzalanması qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə baxış keçirilərkən İddiaçı aid əmək müqaviləsinin bağlanmasına dair bildirişin qeydiyyata alındığını və hazırda həmin bildirişin qüvvədə olduğu məlum olmuşdur. Eyni zamanda müraciəti ilə bağlı Cavabdeh N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin rəhbərliyinin X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, İddiaçı fəaliyyət göstərdiyi elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 4-cü dərəcəli daxiliyanma mühərriklərinin maşınisti peşəsidə təmir-köməkçi heyətə aid olduğu üçün iş qrafikində dəyişiklik edilmiş və 2015-ci ilin mart ayından etibarən 12 saatlıq iş rejimindən, nahar fasiləsi verilməklə, 11 saatlıq iş rejiminə keçirilmişdir. Eyni zamanda Cavabdeh N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin rəhbərliyi tərəfindən təqdim edilən iş vaxtının uçotu cədvəllərində İddiaçı 11 saatlıq iş rejimində işlədiyi məlum olmuşdur. Razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra (İMS) prosesin davam etdirə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/13-00222 saylı arayışından görünür ki, İddiaçı və "xxxx" İB-nin nümayəndəsi X5 ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin "xxxx" İB-nin nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" İB-nin N.Nərimanov adına NQÇİ-nin xx.xx.2006-cı il tarixli əmri ilə Xüsusi texnika sexinə 4-cü dərəcəli yol tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixli əmri ilə 1 saylı Neft və qazçıxarma sexində 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixli əmri ilə isə Daxiliyanma mühərrikləri sexində 4-cü dərəcəli daxiliyanma mühərriklərinin maşınisti peşəsinə keçirilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, N.Nərimanov adına NQÇİ-nin “İş rejiminin dəyişdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli əmri ilə bir sıra peşələr, o cümlədən Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin (ETEAS) Daxiliyanma mühərrikləri xidmət şöbəsinin daxiliyanma mühərriklərinin maşınistləri, xx.xx.2015-ci il tarixdən etibarən, iki növbəli 12 saatlıq iş rejimindən, iş günü ərzində işi dayandırmaqla, nahar üçün 1 saat fasilə verməklə, 11 saatlıq bir növbəli iş rejiminə keçirilmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının pensiya yaş həddi tamam olduğu üçün N.Nərimanov adına NQÇİ-nin xx.xx.2022-ci il tarixli əmri ilə Elektrik təchizatı və elektrik avadanlıqları sahəsində (ETEAS) Daxiliyanma mühərrikləri xidmət sahəsinin daxiliyanma mühərrikinin maşınisti peşəsindən, AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən onun hüquqlarını pozulmuşdur. Müqavilə ilə 11 saatlıq iş rejimi nəzərdə tutulsa da, o, həmin saatdan artıq işləmişdir. Lakin bu hallar işdən çıxan zaman nəzərə alınmamış, işlədiyi müddətdə dəfələrlə bununla bağlı müraciət etsə də, nəticəsi olmamış, hər ay maaşı əskik ödənilmiş, işdən çıxan zaman son haqqhesab edilməmişdir. Göstərilən pozuntular ilə bağlı o, X7 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş, idarənin xx.xx.2022-ci il tarixli məktubu ilə ona cavab verilmiş, həmin cavabda da müqavilədə iş qrafikinin 11 saat qeyd edildiyi üçün hər hansı pozuntunun aşkar edilmədiyi qeyd edilmişdir. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqının, eləcə də yekun haqq-hesab məbləğinin məhkəmə araşdırması nəticəsində müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar da rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsində göstərildiyi kimi, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 9-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, “ə” bəndinə əsasən - əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüquqları vardır. Göstərilən Məcəllənin 102-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Əmək qanunvericiliyinin tələblərinə əsasən əmək haqqı məbləği ödənilərkən işəgötürən tərəfindən müvafiq tutmalar (vergi, sosial və digər) həyata keçirilir. AR Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 2500 manatadək 14% vergi tutulur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9.0.2-ci maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əmək haqqının 0,5 faiz dərəcəsi ilə müəyyən edilmişdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2-ci maddəsinə əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə - sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz sığortaolunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz dərəcəsi ilə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya cavabdehlə əmək münasibətdə olduğu müddət ərzində, əmək müqaviləsində göstərilən vaxt həddində işlədiyi aylarda yuxarıda qeyd edilən qanunvericilik tələblərinə əsasən tutmalar nəzərə alınmaqla əmək haqqı ödənilmiş və qanunvericiliyin tələblərinə uyğun son haqq-hesab verilmişdir. Yəni iddiaçıya işdən azad olunduğu tarixədək ödənilən əmək haqqı və işdən azad olunarkən verilən son haqq-hesab qanunvericiliyin qeyd olunan tələblərinə uyğun hesablanmışdır. İddiaçı iddiasının əsası kimi onunla bağlanmış əmək müqaviləsində iş vaxtının 11 saat həddində olunması qeyd edilsə də, həmin vaxtdan artıq vaxt ərzində işləməsini və artıq işlədiyi müddət üçün əmək haqqı almamasını göstərmişdir. İşçinin əmək müqaviləsində göstərilən 11 saatdan artıq müddətdə işə cəlb edilməsinə əsas verən işəgötürənin (onun səlahiyyətli şəxslərinin) hər hansı yazılı göstərişinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə bir göstərişin mövcud olmasını təsdiq edən mötəbər sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının iş vaxtından artıq işləməsi və artıq işlədiyi müddət ərzində əmək haqqı almaması barədə dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Cavabdehin nümayəndəsi tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının 2015-ci ildən 11 saatlıq iş rejiminə keçirilməsindən sonra artıq işlədiyi vaxt üçün əmək haqqının hesablanıb həmin tarixdən ona ödənilməsi ilə əlaqədar olduğundan, əmək haqqı ilə bağlı mübahisənin həlli üçün isə qanunvericilikdə 1 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan 1 ildən əvvəlki müddət üçün ödənilməyən əmək haqqının tələb edilməsi ilə bağlı iddia tələbi,eyni zamanda iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar da təmin edilməməlidir. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürdüyündən, həmçinin qaldırılan iddia tələbinin təmin edilməsi ilə əlaqədar əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqının, eləcə də yekun haqq-hesab məbləğinin məhkəmə araşdırması nəticəsində müəyyən edilərək ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-714/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-714/2023
11.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver