Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-718/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi V.İ.Cabbarovanın iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı tutulmuş vergi məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı tutulmuş vergi məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh idarə ilə onun arasında bağlanmış 224 saylı, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair onunla işəgötürən arasında olan xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən "xxxx" İB ona 16.309,75 manat işdən çıxarılmaya görə müavinət ödəmişdir. Cavabdeh həmin məbləğdən 3.830,50 manat məbləğində gəlir vergisi və digər məbləğlər (16.309,75-in 6,5%i=1.060,13 manat) cəmi 4.890,63 manat tutulmuşdur. Halbuki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Odur ki, ondan əsassız və qanunsuz tutulmuş 3.830,50 manat gəlir vergisi və digər məbləğlər (16.309,75-in 6,5%-i=1.060,13 manat) cəmi 4.890,63 manat geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ondan 16.309,75 manat məbləğində işdənçıxma müavinətinə görə əsassız və qanunsuz tutulmuş 3.830,50 manat məbləğində gəlir vergisinin və digər məbləğlərin (16.309,75-in 6,5%-i=1.060,13 manat) və 50 manat mediasiya xərcinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, artıq Konstitusiya Məhkəməsi hazırki analoji mübahisə ilə əlaqədar qərar qəbul edib, həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, işçi əmək pensiyasına çıxmaqla bağlı ərizə təqdim edib iradə ifadəsi bildirərsə, ona verilməli olan müavinətdən vergi tutulmalıdır. Digər tərəfdən iddiaçı kompesasiyadan 6,5% digər tutmaların əsassız olaraq aparıldığını bildirir. Lakin mühasibatlıq arayışında DSMF-yə və digər tutmalar ona verilən son haqq-hesabdan aparılmışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 öz izahatında göstərmişdir ki, əvvəllər analojı mübahisələrlə bağlı məhkəmələrdə iddialar olmuş və fərqli yanaşmalar olmuşdur. Hazırda Konstitusiya Məhkəməsi müvafiq qərar qəbul etmiş və onların bu kateqoriya olan mübahisələrə yanaşmaları təsdiq olunmuş və qeyd edilmişdir ki, bu cür müavinətlər vergiyə cəlb olunur, ona görə də əsaslı olaraq iddiaçının da müavinətindən vergi tutulmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2010-cu il tarixdə “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin İstehsalat proseslərinin avtomatlaşdırılma və nəzarət ölçü cihazları sexinə sex rəisinin müavini vəzifəsinə işə qəbul edilmiş (növbəli iş üsulu), xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən İstilik elektrik stansiyasına istehsalat proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi üzrə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə təsdiqlənmiş yeni ştat cədvəlinə əsasən AR ƏM-nin 46.6-cı maddəsi ilə (tərəflərin razılığı) istilik elektrik stansiyasında 13-cü dərəcəli istehsalat proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi üzrə böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. İş üzrə İddiaçı tərəfindən “Neft Daşları” NQÇİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini, Socar və ANQSİHİRK arasında 2020-2023-cü illər sahə (tarif) kollektiv sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməsinə icazə verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" İB-nin “Neft Daşları” NQÇİ ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında xx.xx.2023-cü il tarixli Razılaşmasının surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ANQSİHİRK-nin xx.xx.2020-ci il tarixli əmr-qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ANQSİHİRK-si arasında 2020-2023-cü illər üçün Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən işçi müvafiq müddətdə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət edərsə ona aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi qaydası müəyyən edildiyini nəzərə alaraq aşağıdakılar barədə razılığa gəlmişlər: -İşçi Razılaşmanın şərtlərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada İşəgötürənlə bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi məqsədi ilə müraciət edir (bənd 1.1); -İşçi əmək müqaviləsinə xitam verilikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən işdənçıxarma müavinətdən və son haqq-hesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını bəyan edir və təsdiqləyir (bənd 1.3); - İşəgötürən Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində İşçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə İşçiyə cəmi 16.309,75 manat məbləğində ödəməyi öhdəsinə götürür (bənd 2.1); - Bu Razılaşma işçi tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində (İşçi yaşa görə əmək pensiyasına çıxdıqda) nəzərdə tutulmuş qaydada ləğv edildiyi halda və ARDNŞ və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinin qüvvədə olduğu müddət ərzində tətbiq edilir (bənd 3.3). İş üzrə İddiaçı tərəfindən “Neft daşları” NQÇİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini, Socar və ANQSİHİRK arasında 2020-2023-cü illər sahə (tarif) kollektiv sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməsinə icazə verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" İB-nin “Neft Daşları” NQÇİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mühasibat arayışından görünür ki, “Neft daşları” NQÇİ-nin keçmiş işçisi İddiaçı 3.264,57 manat (kompensasiya-cari il), 921,60 manat (vəzifə maaşı), 691,20 manat (oklad/tarif- Dəniz əmsalı), 491,52 manat (normadan artıq), 76,80 manat (işə gediş-gəlişə görə ödəniş), 195 manat (NK-nın qər. əs.gün.yem.xərci), 92,16 manat (iş stajına görə əlavə ödəniş), 16.309,75 manat (müav.əm.müq.iş.təş.xitam), cəmi 22.042,60 manat hesablanmış, əmək haqqından 109,24 manat (işsizlik ödənişi), 655,43 manat (3% DSMF tutulma), 218,48 manat (Həmkarlar İttifaqı), 4.661,90 manat (gəlir vergisi), 278,21 manat (icbari tibbi sığorta), cəmi 5.923,26 manat tutulmuşdur, ödəniləcək məbləğ 16.119,34 manatdır. Cəmi hesablanmış gəlir 22042,60-3264,57 (cari il üzrə kompensasiya) – 195,00 (NK qərarına əsasən yemək xərci əvəzinə verilən pul)-16309,75 (işdənçıxma müavinəti)= 2.273,28 (sair əmək haqqı). Sair əmək haqqından gəlir vergisinin tutulması (2273,28- 200)x14%=290,26, kompensasiyadan gəlir vergisinin tutulması (3264,57- 2500)x25%+250,00=191,14+350=541,14, iki verginin cəmi 290,26+541,14=834,10, cəmi tutulmuş vergi 4.661,90-831,40=3.830,5. Beləliklə işçinin təqaüd yaşı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ARDNŞ-nin və ANQSİHİRK-nin 112/07-22ə saylı, xx.xx.2009-cu il tarixli əmr-qərarı ilə orta əmək haqqının 5 misli miqdarında işdənçıxma müavinətdən tutulmuş gəlir vergisi 3830,50 manat təşkil edir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı müavinətdən tutulmuş verginin geri qaytarılması mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh “Neft Daşları” NQÇİ-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh “Neft Daşları” NQÇİ-nin istilik elektrik stansiyasında 13-cü dərəcəli istehsalat proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi üzrə böyük mühəndis vəzifəsində işləmiş və xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (yaşa görə təqaüdə çıxması ilə əlaqədar) onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda iddiaçıya ARDNŞ-nin və ANQSİHİRK-nin 2020-2023-cü il üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin müavinətdən 3.830,50 manat vergi tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuşdur və onunla əmək müqaviləsinə xitam verilərək əmək haqqının 5 misli miqdarında müavinət ödənilmişdir. Lakin müavinət ödənilərkən ondan əsassız olaraq vergi çıxılmışdır. İddiaçı hesab edir ki, ona ödənilən müavinətdən verginin tutulması əsassız olmuşdur və bu səbəbdən iddiaçı müavinətin ödənilməyən hissəsinin (3.830 manat vergiyə çıxılmış hissəsinin) və digər məbləğlərin (16.309,75-in 6,5%-i=1.060,13 manat), həmçinin ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ARDNŞ-nin və ANQSİHİRK-nn 2020-2023-cü il üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən ödənilmişdir. Eyni zamanda iddiaçıya ödənilən 16.309,75 manat müavinətdən 3.830,50 manat gəlir vergisi tutulmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındadır. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci hissəsinə və 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işə işəgötürənin təminatı prinsipinə zidd olmamalıdır. Eyni Məcəllənin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur (hissə 2(a)). İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir (hissə 4). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Məhkəmə qeyd edir ki, İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxmaq istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmanın 1.3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona (işçiyə) ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyinə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 16.309,75 manat işdənçıxma müavinət hesablamağı və həmin işdənçıxma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçıya verilmiş kompensasiyanın vergiyə cəlb edilməsi qanuni olmuş və bu səbəbdən iddia tələbi müavinətdən gəlir vergisi kimi tutulan pul vəsaitinin (3.830,50 manat) ona ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı digər məbləğlər kimi ondan tutulan cəmi 1.060,13 manat pulun da ona qaytarılması hissəsi üzrə qeyd edir ki, iddia ərizəsində göstərdiyi cəmi 6,5% tutmalar iddiaçıya verilən əmək haqqının 5 misli miqdarında kompensasiyasından deyil, son haqqhesab kimi ödənilən məbləğdən həyata keçirildiyindən, həmin hissədə də tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 50 manat mediasiya xərci tutulması hissədə də tələb təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ondan 16.309,75 manat məbləğində işdənçıxma müavinətinə görə əsassız və qanunsuz tutulmuş 3.830,50 manat məbləğində gəlir vergisinin və digər məbləğlərin (16.309,75-in 6,5%-i=1.060,13 manat) və 50 manat mediasiya xərcinin ona qaytarılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-718/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-718/2024
21.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver