Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-728/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, İlkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, İlkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, İlkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5, İlkin iddia üzrə cavabdehlərin,qarşılıqlı iddia üzrə iddiaçıların vəkili, eyni zamanda Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, evin təhvil verilməsi və evdən çıxarılma tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçılar Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 cavabdehlər İddiaçı, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X2, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, evin təhvil verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 arasında bağlanmış 30.08.2018-ci il tarixli, AN-İ No0705177 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 321C saylı evi ona satmışlar. Həmin müqaviləyə əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 09.03.2021-ci il tarixli, ********** saylı çıxarış əsasında ünvan 2 tam mülkiyyət hüququ üzrə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin cavabdehlərin artıq həmin evə istifadə hüquqları itirilməsinə baxmayaraq, onlar hələ də həmin evdə yaşayır və evdən çıxmayaraq mülkiyyətində olan evi ona təhvil vermirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə tərəflər arasında bağlanmış 30.08.2018-ci il tarixli AN-İ №0705177 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 11-ci bəndində Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 29.08.2019-cu il tarixədək daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə mülkiyyətçiyə təhvil verməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcılar 29.08.2019-cu il tarixinədək evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 321C saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 321 C saylı evdən çıxarılaraq evin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda məhkəmədən həmin qətnamənin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 321C saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılmasını xahiş etmişdir. İddiaçılar Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 cavabdehlər İddiaçı, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X2, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, 2015-2017-ci illərdə dostluq münasibətində olan Cavabdeh5 Dadaş oğlu ilə İddiaçı arasında müəyyən biznes fəaliyyəti ilə əlaqədar iş birliyi olmuşdur. Bu iş birliyi nəticəsində Cavabdeh5 İddiaçı 240.000 manat pul borcu olmuşdur. Cavabdeh5 başqa şəxslərə də borcu olduğu üçün İddiaçı təklif etmişdir ki, bacısı Nərgizin adında olan 2 otaqlı mənzili satıb borclarını ödəsin. Ümumilikdə İddiaçı tərəfindən Cavabdeh5 575.000 manat pul verməli olduğu halda 538.000 manat pul verilmişdir. Mehmana pul borclu olduqları üçün Mehman tələb etmişdir ki, evi formal olaraq onun adına keçirsinlər. Pulunu qaytardığı halda ev təkrarən Cavabdeh5 ailəsinə qaytarılacaq və aralarında bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləcəkdir. Həqiqətən də onlar həmin evdə uzun müddət yaşamaqla Mehman pulun qaytarılmasını tələb etmişdir. Lakin onlar pulu qaytarmaq imkanında olmadıqları üçün Mehman onların birgə yaşadıqları evi öz mülkiyyətinə keçirmişdir. Mehman özü də bilirdi ki, müxtəlif mənbələrdən onların alacaqları pul gözlənilirdi. Alacaqları pulu ala bilmədikləri üçün Mehmanın da pulunu vermək imkanları olmamışdır. Ona görə də bu alqı-satqı müqaviləsi formal xarakter daşımışdır. Alqı-satqı müqaviləsində göstərilən 575.000 manat evin qiymətləndirilməsi formal xarakter daşımışdır. Məhkəməyə təqdim edilən ekspert "xxxx" MMC-nin verdiyi ekspert rəyindən də görünür ki, evin qiyməti 1.100.000 manatdır. Ekspert rəyindən göstərilir ki, əmlaka baxış zamanı aşkar olunub ki, mansarddan dənizə mənzərə açılır. Mübahisələndirilən ev 4 mərtəbədən ibarət olmaqla, hər cür kommunal xidmətləri olmaqla alqı-satqı müqaviləsində göstərilən 575.000 manat məbləği real bazar dəyərinə uyğun dəyildir. Ümumilikdə həmin evin satılmasında onların ailəsinin üzvlərinin heç birinin fikri olmamışdır. Qeyd edildiyi kimi, alqı-satqı müqaviləsi formal və görünüş xətrinə bağlanmaqla yalnız borcun ödənilməsi məqsədilə bağlanmışdır. İddiaçı ilə danışıq ondan ibarət olmuşdur ki, ona olan borc ödənildikdən sonra görünüş üçün bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləcəkdir. Alqısatqı müqaviləsi bağlandığı andan hazırki vaxta qədər onların bütün ailə üzvləri mübahisə predmeti olan evdə yaşayırlar. 28.02.2022-ci il tarixdə Səbail rayon Məhkəməsindən onların ünvana məhkəmə bildirişi gəlmiş və onlara məlum olmuşdur ki, İddiaçı onların yaşadıqları və mübahisə predmeti olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların ailə üzvləri ilə evdən və qeydiyyatdan çıxarmaqları barədə məhkəməyə müraciət etmişdir. Bu onlarla İddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə zidd olmaqla bərabər, həm də müqavilə 30.08.2018-ci il tarixdə bağlanılmasına baxmayaraq Dövlət Reyestrindən 09.03.2021-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Bu hal özü də təsdiqləyir ki, İddiaçı mübahisə predmeti olan evi alqı-satqı müqaviləsi ilə almamış, müqavilə bağlandıqdan uzun müddət keçdikdən sonra dövlət reyestrində onu qeydiyyata aldırmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçılar Cavabdeh2 Şonu oğlu, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 30.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və İddiaçı adına verilmiş 09.03.2021-ci il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı həmçinin göstərmişdir ki,o, cavabdehlərdən Əlibəylə yaxın münasibətdə olmuş, iş birliyi ilə bağlı Əlibəyin həm ona, həm də digər şəxslərə külli miqdarda borcu olmuşdur. Digər şəxslərə olan borcu bağlamaq üçün cavabdehlər mübahisə predmeti olan evi satmaq istəmişlər, həmin ev başqa şəxslərə satılsa idi, alqı-satqıdan dərhal sonra cavabdehlər həmin evdən çıxarılacaqdır. Belə razılıq olmuşdur ki, bir il müddətində evin alınmasına verdiyi 575.000 manat məbləğində pul ona qaytarılardısa, o, evi təkrar cavabdehlərin adına keçirəcəkdir. Hazırda evi satmaq istəyir, əgər cavabdehlər evin satış pulunu ona verərlərsə, evi təkrar onların adına keçirə bilər. Qarşılıqlı iddiada göstərildiyi kimi alqı-satqı borc əvəzinə bağlanılmamış, evin dəyəri ödənilməklə o, əldə etmişdir, bunun təsdiq edən ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, alqı-satqı qanuni əsaslarla olmuş, onun etibarsız hesab edilməsinə heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmçinin göstərmişdir ki, İddiaçı onların evində çox olub və evin qiymətini də bilir. X6 240000 manat borcu olub. Bir gün Mehman ona zəng vurdu və Əlibəyin ona 620000 manat borcu olmasını bildirdi. O, oğlu Əlibəyə zəng vurub soruşdu, Əlibəy bildirdi ki, onun Mehmana borcu var, lakin 620000 manat deyil, 240000 manatdır,qalanı faizdir. Hər iki tərəf borcun olduğunu təsdiqlədilər. Mehmanla görüşdü, borc məbləginin 240000 manat olmasını razılaşdı. O, bildirdi ki, 240000 manatı ödəyəcək. Mehman etiraz etmədi. 2015-ci ilin avqust-sentyabr ayında o, Mehmana dedi ki, borcu verəcək, amma indi yox. Sonralar Əlibəyin də problemləri uzandı, o, onun borcu olduğu bəzi adamlarla razılaşdı. Mehman bildi ki, ondan başqa Əlibəyin bir neçə adamlara da borcu qalıb. Həmin adamların şikayətinə əsasən Əlibəy həbsdə olmuş, Əlibəy həbsdən çıxdıqdan sonra Mehman digər oğlu Nəcəfə bildirib ki, “mən sizə kömək edim, başqa adamlara borcunuzu qurtarın təkcə mənə qalsın borc. Mən bir ev verim, bir də bir qədər pul verim borcu bağlayın”. Mehmanın təklif etdiyi ev bacısının adına idi. Onlar razılaşmışlar. Onlar getdilər notariusa Mehman həm də 10-15 min manat pul gətirdi. Onlar evi rəsmləşdirəndə bildilər ki, həmin evin dəyəri 140000 manatdır. 28-30 min manat da aşağı idi borcdan, o, da 70000 manat əlavə qoymalı idi ki, borc bitsin. Mehman bilirdi ki, onun dövlətdən alacağı var, ona görə bu razılaşmaya getdi, lakin hazırki vaxtadək həmin pul məbləği dövlət tərəfindən ona verilmədiyi üçün Mehmanın borcunu verə bilməmişlər. Bir neçə ay vaxt lazımdır ki, borcu bağlasınlar. Evin qiyməti alqı-satqıda göstərilən həddə deyil, ondan iki dəfə bahadır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmçinin göstərmişdir ki, o, Mehmanla bir qrupda oxumuşdu. O, firmada işləyirdi, su, qaz xətti çəkirdi. Mehmandan işlə əlaqədar borc istədi, o da verdi, lakin faizə verdi. Sonradan gördü pulu qaytara bilmir, Mehman atasına dedi. 240000 manat borc qaldı. Mehman bizneslə məşqul idi. Onun digər şəxslərə də borc yaranmışdı. Ona gördüyü işlər üçün ilkin 20 faiz ödəyirdilər, onlar də alıb işləyirdilər, xərcin çox hissəsini o, özü çəkirdi ki, sonradan ona qaytarsınlar. Lakin yaranmış pul borcu dövlət təşkilatıları tərəfindən ona ödənilməmişdir. Sonradan borcu yarandığından onu tutdular. Mehman özü təklif etdi ki, “300000 manat verim borcu bağla qalan borc mənə qalsın”. O, da əvəzində evi keçirdi adına. Belə razılaşdırılmışdır ki, həmin borc məbləği Mehmana qaytarıldıqdan sonra ev təkrar onlara qaytarılacaqdır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmçinin göstərmişdir ki, o, atasının və qardaşının dediklərini təsdiq edir. Mehman ona dəfələrlə dedi ki, pulu qaytarın. Axırda belə qərara gəldilər ki, pulu sığortalamaq üçün evi Mehmanın adına keçirsinlər. O, da atasına dedi, atası rəsmiləşdirdi. Onların evi satmaq niyyəti olmamışdır. Mehmanın təklifi əsasında alqı-satqı olmuşdur. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmçinin göstərmişdir ki,atasının və qardaşının dediklərini təsdiq edir. Onların ailəsində bir nəfərin problemi hamıların problemidi. Etiraf edir ki, onların Mehmana borcları var. Onlar onu danmırlar, lakin Mehman pulu onlara faizə verib. Onlara pulun qaytarılması üçün vaxt versin. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Vəkil2 həmçinin göstərmişdir ki, məhkəmə iclasında da müəyyən olundu ki, ev borca görə İddiaçı adına alqı-satqıt ilə rəsmiləşdirilib, yəni həmin müqavilə borc münasibətlərini pərdələmək məqsədilə bağlanılıb. Belə əqdlər etibarsız əqdlərdir. Eyni zamanda məhkəmə tərəfindən qarşılıqlı iddiaçılar tərəfindən qaldırılan iddia ilə əlaqədar məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddət də bərpa edilməlidir. Hüquqların müdafiə etdiyi şəxslər İddiaçı borclarını dammırlar, onu etiraf edirlər, borc müəyyən vaxt ərzində qaytarılacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhər 14 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş qarşılıqlı iddia üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş üzrə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş 30.08.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 688,9 kv.m. olan fərdi yaşayış evini Cavabdeh2 500.000 manata, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan ümumi sahəsi 0,083 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh2 (0,02075 ha), 18.750 manata, Cavabdeh5 (0,02075 ha) 18.750 manata, Cavabdeh1 (0,02075 ha) 18.750 manata, Cavabdeh3 (0,02075 ha) 18.750 manata, cəmi 575.000 manata almışdır. Satıcıların adından etibarnamə əsasında Cavabdeh2 çıxış etmişdir İş üzrə Bakı şəhəri notariat kontorunun noturiusu Elmar Əliyev tərəfindən "xxxx" ASCnin 5 saylı şöbəsinə ünvanlanmış 1241 saylı, 29.08.2018-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, A.Şaiq küçəsi, ev 201-də qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 184.000 manat məbləğində pulu müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra evə görə yaranmış 18601 manat və torpağa görə yaranmış 747 manat vergi öhdəliklərini (borclu) əmlakın satış dəyərindən çıxaraq AZ74MUGF**********00001AZM38 hesab vasitəsilə dövlət xəzinadarlığına ödənilməsi və qalıq məbləğdən 164652 manat Bakı, Badamdar, 3-cü y/m, ev 321C-də qeydiyyatda olan Cavabdeh2 verilməsi üçün bankında olan **********00001AZM38 No-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş üzrə Bakı şəhəri notariat kontorunun noturiusu Elmar Əliyev tərəfindən "xxxx" ASCnin 5 saylı şöbəsinə ünvanlanmış 1242 saylı, 31.08.2018-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, A.Şaiq küçəsi, ev 201-də yaşayan İddiaçı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 391.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, Badamdar, 3-cü y/m, ev 321C-də qeydiyyat Cavabdeh2 verilməsi üçün bankında olan **********00001AZM38 No-li depozit hesabına qəbul olunmasına xahiş etmişdir. İş üzrə "xxxx" ASC-nin 30.08.2018-ci il tarixli ödəniş tapşırığın surətindən görünür ki, notarius X3 tərəfindən VN Milli Gəliri Departamentinə 30.08.2018-ci il tarixli 4Ə/789 No-li alqı-satqı müqaviləsinə əsasən (satıcılar Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3) tutulmuş 747 manat vergi ödənişi ödənilmişdir. İş üzrə "xxxx" ASC-nin 30.08.2018-ci il tarixli ödəniş tapşırığın surətindən görünür ki, notarius X3 tərəfindən VN Milli Gəliri Departamentinə 30.08.2018-ci il tarixli 4Ə/789 No-li alqı-satqı müqaviləsinə əsasən (satıcı Cavabdeh2) tutulmuş 18601 manat vergi ödənişi ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.03.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 0,0830 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 688,90 kv.m. olan 321C fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə texniki pasportun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X1 mülkiyyətində olan ünvan 4 fərdi yaşayış evi 2 mərtəbədən, 688,9 kv.m. olan ümumi sahəsindən, 223,2 kv.m. olan yaşayış sahəsindən, 146,8 kv.m. olan köməkçi sahəsindən, 145,4 kv.m. olan mansarddan, 173,5 kv.m. olan zirzəmidən, 229,8 kv.m. olan tikilialtıdan, 6 yaşayış otaqlardan ibarətdir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışına əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 321C saylı evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Cavabdeh2 sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 09.03.2022ci il tarixli, 001/22 saylı ekspert rəyinin surətindən görünür ki, ünvan 2 fərdi yaşayış evinin real bazar dəyəri 1.100.000 manat təşkil etmişdir. Məhkəmə ilk növbədə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən ümumi sahəsi 688,9 kv.m. olan 321C saylı fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan ümumi sahəsi 0,083 ha təşkil edən torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 (0,02075 ha), Cavabdeh5 (0,02075 ha), Cavabdeh1 (0,02075 ha) və Cavabdeh3 (0,02075 ha) məxsus olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 30.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən ümumi sahəsi 688,9 kv.m. olan 321C saylı fərdi yaşayış evi Cavabdeh2, həmin evinin mülkiyyətində olan ümumi sahəsi 0,083 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 (0,02075 ha), Cavabdeh5 (0,02075 ha), Cavabdeh1 (0,02075 ha) və Cavabdeh3 (0,02075 ha) cəmi 575.000 manata almışdır. Alqı-satqı müqaviləsi bağlanılarkən satıcıların adından etibarnamə əsasında Cavabdeh2 çıxış etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, İddiaçı pul borclu olduqları üçün evi formal olaraq onun adına keçirmişlər. Pulunu qaytardığı halda ev təkrarən onlara qaytarılacaq və aralarında bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləcəkdir. Onlar həmin evdə uzun müddət yaşamaqla İddiaçı pulun qaytarılmasını tələb etmişdir. Lakin onlar pulu qaytarmaq imkanında olmadıqları üçün İddiaçı onların birgə yaşadıqları evi öz mülkiyyətinə keçirmişdir. Alqı-satqı müqaviləsi və həmin müqavilədə göstərilən 575.000 manat evin qiymətləndirilməsi formal xarakter daşımışdır. Məhkəməyə təqdim edilən ekspert rəyindən də görünür ki, evin qiyməti 1.100.000 manat təşkil etmişdir. İddiaçı ilə danışıq ondan ibarət olmuşdur ki, ona olan borc ödənildikdən sonra görünüş üçün bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləcəkdir. Alqı-satqı müqaviləsi bağlandığı andan hazırki vaxta qədər onların bütün ailə üzvləri mübahisə predmeti olan evdə yaşayırlar. Bu səbəbdən iddiaçılar görünüş üçün bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar alqı-satqı müqaviləsinin etibarsız əqd olmasını və həmin əqdin etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etsələr də, bu iddianı yalnız 3 ildən artıq müddət keçdikdən sonra məhkəmədə qaldırmışlar. AR Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 30.08.2018-ci il tarixdə alqı-satqı müqaviləsi imzalamışlar, lakin məhkəməyə 2022-ci ilin fevral ayında, həmin vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra müraciət etmişlər, əqdin etibarsızlıqla bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş bir illik müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələb, həmin müqavilə bağlanıldıqdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia tələbi çıxarışın etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 0,0830 ha olan torpaq sahəsində yerləşən 321C saylı evi alqı-satqı müqaviləsi əsasında Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 almışdır və həmin ev hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdehlər həmin torpaq sahəsində yerləşən evin əvvəlki mülkiyyətçilər və onların ailə üzvləridir və mübahisəli evdə yaşayırlar. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə cavabdehlərdən Cavabdeh5 qeydiyyatı mübahisəli evə deyil, başqa ünvanadır. Digər cavabdehlərin isə qeydiyyatı həmin ünvanadır və qeydiyyatda olan şəxslər ev iddiaçı tərəfindən alınarkən həmin evə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı mübahisəli evdə cavabdehlərin yaşamalarına və həmin evdən istifadə etmələrinə etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdehlər mübahisəli evi boşaltmadıqlarından, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlərdən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 321C saylı evdə yaşayış yeri üzrə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu pozur və bu səbəbdən həmin cavabdehlərin həmin evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia tələbi Cavabdeh5 ünvan 4 ünvanında yerləşən evə olan istifadə hüquqları itirilmiş hesab edilməsi hissəsində həmin cavabdehin mübahisəli yaşayış evinə istifadə hüququnun olması müəyyən edilmədiyindən təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin evdən çıxarılaraq evi ilkin iddia üzrə iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 ünvan 4 ünvanında yerləşən evə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 321C saylı evdən çıxarılsınlar və həmin ev İddiaçı təhvil verilsin. İddia tələbi Cavabdeh5 ünvan 4 ünvanında yerləşən evə olan istifadə hüquqları itirilmiş hesab edilməsi hissəsində təmin edilməsin. Qətnamə Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İddiaçılar Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 cavabdehlər İddiaçı, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X2, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh2 Şonu oğlu, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 30.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və İddiaçı adına verilmiş 09.03.2021-ci il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-728/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-728/2022
19.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver