Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-729/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, ərizəçi Rəhimova (Namazova) Esmira Vidadi qızının, onun vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi Rəhimova (Namazova) Esmira Vidadi qızının maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Rəhimova (Namazova) Esmira Vidadi qızı maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Rəhimova (Namazova) Esmira Vidadi qızının xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyətcə azərbaycanlı olan X2 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində (27.04,2021-ci il tarixdən etibarən 5 saylı X25 “X19” PHŞ-nin tərkibində fəaliyyət göstərir) doğulmuşdur. X1 xx.xx.1967-ci il tarixdə Daşkəsən rayonunda doğulub. Anası Azərbaycan Respublikasının vətəndaşıdır, o, Daşkəsən rayonu, Daşkəsən şəhəri, X26 küçəsi, ev 7, mənzil 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X7 xx.xx.1956-cı il tarixdə Tərtər rayonunda doğulub. Atası Azərbaycan Respublikasının vətəndaşıdır, o, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, lakin ünvan 3 ünvanında yaşayır. Valideynləri 1999-cu ildə evləniblər (lakin nikaha daxil olmayıblar). Təxminən onun üç yaşı olarkən anası ilə atası ayrılıb və anası xəstə olduğu üçün o, X7nun yanında qalmışdır və atasının himayəsində böyümüşdür, hazırda X7 və onun ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. O, uşaqlıqdan atasının himayəsində böyüdüyündən, atası ilə birgə yaşadığından, atası tərəfindən tərbiyə olunduğundan öz soyadını atasının soyadına uyğun olaraq “Rəhimova” soyadı kimi tanıtmışdır və buna görə də, onun “Ərizəçi” kimi şəxsiyyəti formalaşmışdır. Belə ki, yaşadığı yer üzrə poliklinikada qeydiyyata alınan zaman atası onu öz soyadına uyğun olaraq “Rəhimova” soyadı ilə qeydiyyata aldırıb. Poliklinikada adına açılmış tibbi qeydiyyat sənədlərində (tibbi tarixçə kartı) onun soyadı “Rəhimova” kimi qeyd edildiyindən, poliklinika tərəfindən ona praktiki sağlam olmağı barədə verilmiş arayışda soyadı "Rəhimova” kimi qeyd edilib. Həmçinin, onun BMT QAK-ın himayəsində olduğunu təsdiq edən sənəddə və onun Bakı şəhəri Səbail rayonunun ərazisində olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışda soyadı “Namazova” deyil, “Rəhimova” göstərilmişdir. Qeyd etmək istəyir ki, o, doğulduqdan sonra onun doğulduğu 5 nömrəli Doğum Evi tərəfindən anasına onun doğulmağı barədə tibbi şəhadətnamə verilsə də, anasının həmin vaxt səhhətində problem olduğu üçün onun doğumunun qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməyi üçün valideynləri müvafiq qeydiyyat şöbəsinə müraciət etməyiblər. Valideynləri ayrılan zaman o, atasının yanında qaldığı üçün onun doğulmağı barədə anasına verilmiş doğum haqqında tibbi şəhadətnamə də atasında qalıb, lakin sonra həmin sənəd itib. Bu səbəbdən də bu vaxta qədər onun doğumu qeydiyyata alınmayıb və o, doğum haqqında şəhadətnamə ilə təmin edilməmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə də təmin edilməmişdir. Heç vaxt məktəbə getməmiş, ona yazıb-oxumağı evdə atası və bibisi Ərizəçi Musa qızı öyrədib. xx.xx.2023-cü il tarixdə anası "X19” PHŞ-yə müraciət edərək, onun doğulmağı haqqında tibbi şəhadətnamənin dublikatının ona verilməsini xahiş etdi. Lakin “X19” PHŞ anasının müraciətini təmin etmədi. Bundan sonra anası xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun - xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X3 - xx.xx.2000-ci il tarixdə “X19” PHŞ 5 nömrəli X21 bir qız uşağı doğduğunu təsdiq edən "doğum haqqında tibbi şəhadətnamə”nin dublikatının ona verilməsi vəzifəsinin “X19” PHŞ-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Lakin Bakı İnzibati Məhkəməsi anasının iddiasını mümkün saymadı. Anası Bakı İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versə də, apellyasiya şikayəti də təmin edilmədi. Daha sonra anasının Bakı Apellyasiya Məhkəməsinin qərardadından verdiyi kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təmin edilmədi. Nəticədə, onun xx.xx.2000-ci il tarixdə “X19” PHŞ 5 nömrəli X21 doğulmağı haqqında tibbi şəhadətnamənin əldə edilməsi mümkün olmadı. Hazırda onun 24 yaşı var. Lakin doğumu qeydə alınmadığı üçün doğum haqqında şəhadətnamə ilə təmin edilməmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyətini təsdiq edən sənədlə təmin edilməyi də mümkün olmur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün o, vətəndaşsızlıq vəziyyətinə düşmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı naməlum olan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədin olmadığı üçün hazırda o, vətəndaşsızlıq vəziyyətinə düşmüş şəxs kimi BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. Hazırda, o, ünvan 3 ünvanında yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də, o, 08.01,2025-ci il tarixdə, Maraqlı şəxsnə müraciət edərək, onun, yəni Rəhimova (Namazova) Esmira Vidadi qızının - xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı X2 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmağı faktının qeydə alınmasını və ona doğum haqqında şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Lakin Maraqlı şəxs cavab olaraq bildirmişdir ki, tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümükün olmamışdır. Məhkəmə iclasında ərizəçi Rəhimova (Namazova) Esmira Vidadi qızı ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-15-N-06-6/2023 nömrəli arayışdan görünür ki, X3 xx xxxxxx 2000-ci il tarixdə anadan olmuş övladının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 03-16-5/8-15-204/23 nömrəli arayışdından görünür ki, X14 və X3 xx.xx.2000-ci il tarixdə anadan olan qız (cinsi) uşağı barəsində Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları xx.xx.2000-ci ildən xx.xx.2023-cü ilədək Bakı şəhəri Səbail rayonu üzrə yoxlanılmışdır. İş materiallarında olan AZ-1082842 nömrəli, 17 iyun 1967-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1967-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur, atası X12, anası X10r. İş materiallarında olan AZE seriyalı 06388613 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1956-cı ildə Tər-Tər şəhərində anadan olmuşdur, Tər- Tər şəhəri, N.Nərimanov küçəsi, 17 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Rəhimova (Namazova) Esmira Vidadi qızına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-25/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğulmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmçinin Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuştan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Göstərilənlərlə bağlı bildirir ki, tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır.Məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin arayışından görünür ki, BMT-nin Qacqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 12 dekbr 2000-ci il təvəllüdlü Esmira Rahimova (himayə sənədi No ***-*******2) Dövlət Miqrasiya Xidməti tərəfindən 23 yanvar 2025-ci il tarixindən 31 yanvar 2026-cı il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/4-15-No-06-6/2013 nömrəli məktubundan görünür ki, onun xx.xx.2000-ci ildə Bakı şəhəri 5 saylı X21 anadan olmuş övladının doğumunun hazıradək dövlət qeydiyyatına alınmadığını, habelə tibb müəssisəsi tərəfindən verilmiş şəhadətnaməni itirdiyini bildirərək, həmin sənədin təkrarının əldə olunması üçün doğumun qeydə alınmadığı barədə arayış verilməsi barədə müraciəti ilə əlaqədar, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən, xx.xx.2000-ci il təvəllüdlü qızının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2083/2024 nömrəli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(112)-1249/2024 saylı qərardadı ilə iddiaçı X4 cavabdeh “X19” Publik hüquqi şəxsə qarşı doğum haqqında tibbi şəhadətnamənin dublikatının verilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-2114/2024 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(112)-1249/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2083/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-2114/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsin 33 nömrəli şəhər poliklinikasının tibbi arayışından görünür ki, Bakı şəhəri, Bayıl qəsəbəsi, A.İsmayılov küç., 39 nömrəli evdə yaşayan X6 adına tibbi arayış açılmışdır. İş materiallarında olan AA0293667 6XPP950 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1967-ci ildə doğulmuşdur. Məhkəmə iclasında dindirilən şahid X8 ifadəsində göstərmişdir ki, ərizəçi Rəhimova (Namazova) Esmira Vidadi qızı onun doğma qızıdır. Esmira onun X14 ilə qeyri rəsmi nikahından xx xxxxxx 2000-ci il tarixdə, Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində anadan olmuşdur. Həmin tibb müəssisəsi tərəfindən ona qızının doğulmağı barədə tibbi şəhadətnamə də verilmiş, lakin həmin vaxt onun səhhətində problem olduğundan qızının doğumunun qeydiyyatı üçün Qeydiyyat şöbəsinə müraciət edə bilməmişdir. Qızının təxminən 3 yaşı olarkən, o, X14 ilə ayrılmış, öz valideynlərinin yanına Daşkəsən rayonuna çıxıb gedərək orada yaşamış və bir daha qızı ilə ünsiyyətdə olmamışdır. Onun qızı öz X7nun yanında qalmışdır və hal-hazırda da atası ilə birlikdə yaşayır. Məhkəmə iclasında dindirilən şahid X14 ifadəsində göstərmişdir ki, ərizəçi Rəhimova (Namazova) Esmira Vidadi qızı onun doğma qızıdır. Esmira onun X8 ilə qeyri rəsmi nikahından xx xxxxxx 2000-ci il tarixdə, Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində anadan olmuşdur. Həmin tibb müəssisəsi tərəfindən qızının doğulmağı barədə tibbi şəhadətnamə də verilsə də, sonradan həmin sənəd itirilmişdir. X8 ilə ailə münasibətləri baş tutmadığından və Safurənin səhhətində problem olduğundan valideynləri Səfurəni yaşadıqları Daşkəsən şəhərinə aparmış və bundan sonra onunla əlaqələri kəsilmişdir. Qızı Esmira isə onun yanında qalmışdır və halhazıradək qızı Esmira onunla birlikdə yaşayır. Qızı üçün doğum haqqında şəhadətnamə ala bilmədiklərindən, uşaq məktəbə gedə bilməmiş, ona yazmağı, oxumağı o və bacısı Ərizəçi Musa qızı öyrətmişdir. Məhkəmə iclasında dindirilən şahid Ərizəçi Musa qızı ifadəsində göstərmişdir ki, ərizəçi Rəhimova (Namazova) Esmira Vidadi qızı onun qardaşı X9 X8 ilə qeyri rəsmi nikahından xx xxxxxx 2000-ci il tarixdə, Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən 5 nömrəli Doğum Evində anadan olmuşdur. X13 ilə ailə münasibətləri baş tutmadığından və Safurənin səhhətində problem olduğundan valideynləri Səfurəni yaşadıqları Daşkəsən şəhərinə aparmış və bundan sonra onunla əlaqələri kəsilmişdir. Esmira atası Vidadinin yanında qalmış və hal-hazıradək də atası ilə birlikdə yaşayır. Uşağa doğum haqqında şəhadətnamə ala bilmədiklərindən, Esmira məktəbə gedə bilməmiş, ona yazmağı, oxumağı o və qardaşı Vidadi öyrətmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın böşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən sübuitların tədqiqi ilə kifayət qədər müəyyən edilmişdir ki, ərizəçi Rəhimova (Namazova) Esmira Vidadi qızı xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X7, anası X11muşdur. Buna görə də, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi Rəhimova (Namazova) Esmira Vidadi qızının xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olması, anasının X8, atasının X14 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Rəhimova (Namazova) Esmira Vidadi qızının xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olması, atasının X14, anasının X8 olması faktı müəyyən edilsin. Həmin qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-729/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-729/2025
21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver