Məhkəmə qərarları › İş №2(009)-73/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-73/2022

11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-73/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 2 saylı notariat ofisi, Maraqlı şəxs2 və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 2 saylı notariat ofisi, Maraqlı şəxs2 və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, X11 1927-ci ildə, X32 1925-ci ildə, anası X5 26 oktyabr 2012-ci ildə Bakı şəhərində ölmələri faktının müəyyən edilməsi, X12 nənəsi, X11 babası, İsmayılova (Dadaşova) Liza Əliheydər qızının anası, X32 isə onun xalası olmalarına dair qohumluq münasibətlərinin müəyyən edilməsi, Bakı şəhəri, Səbail rayonu, 2-ci X66 4 saylı evə dair 04 noyabr 1999-cu tarixli, Seriya FM № 001603 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (X59 göstərilən 2/24 hissəsinin) X13 məxsus olması faktının müəyyən edilməsi, ərizəçinin Bakı şəhəri, Səbail rayonu, 2-ci X66 4 saylı evin X51 (X14) aid 2/24 hissədə və X35 aid 2/24 hissədə - cəmi 4/24 hissələrinə dair mirası qəbul etməyinə dair faktların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X25 ilə X21 nikahda olmuşlar. Onların birgə nikahlarından 1923-cü ildə Mərmərə və 13 may 1925-ci il tarixdə Liza adlı uşaqları anadan olmuşdur. Liza Əiheydər qızı 1945-ci ildə Zamanov Qaraxan Babaş oğlu ilə nikaha daxil olmuşlur. Onların birgə nikahlarından xx xxxx 1946-cı il tarixdə Ərizəçi anadan olmuşdur. Beləliklə, X21 qohumluq münasibətlərinə görə onun nənəsi, Mərmərə xalası, Liza isə onun anasıdır. X2 və xalası X52 hər biri Bakı şəhəri Səbail rayonu, 2-ci X66 4 saylı evin 2/24 hissəsinin mülkiyyətçiləri olmuşlar. X2 02 oktyabr 1996-cı il tarixdə, xalası X52 isə 1925-ci il tarixdə ölmüşlər. Anası Liza isə 26 oktyabr 2012-ci il tarixdə ölmüşdür. Beləliklə, miras qoyanlar X2nın 02 oktyabr 1996-cı il tarixdə, xalası X32 isə 1925-ci ildə ölmələri ilə Bakı şəhəri Səbail rayonu, 2-ci X66 4 saylı evin hər birinə aid olan 2/24 hissəsinə dair miras açılmışdır və o, göstərilən evdə yaşamaqla mirası faktiki qəbul elmişdir. Belə ki, vərəsələrin dairəsi, mirasın qəbulu qaydası, müddəti və eləcə də miras əmlakının kütləsi haqqında olan mübahisələr vərəsəliyin açıldığı gününün qüvvədə olan qanunu ilə həll edilir. 01 mart 1965-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 499cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab edilir. Azərbaycan Respublikası MM-nin 552-cı maddəsinə (1964-cü il redaksiyada) əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilənlərə əsasən, miras qoyan xalası X32 1925-ci ildə ölməsindən sonra 3 ay ərzində miras əmlakından imtinaya dair əlaqədar notariat orqanına ərizə verilmədiyindən miras qəbul etmiş hesab olunur. Miras qoyanlar ərizəçinin X2nın 02 oktyabr 1996-cı il tarixdə, ərizəçinin xalası X32 isə 1925-ci ildə ölmələri ilə Bakı şəhəri Səbail rayonu, 2-ci X66 4 saylı evin hər birinə aid olan 2/24 hissəsinə dair miras açılmış və anası Liza göstərilən evdə yaşamaqla anası Xədicədən qalmış mirası qanun üzrə birinci növbəli vərəsə kimi, bacısı Mərmərədən qalmış mirası isə qanım üzrə ikinci növbəli vərəsə kimi qəbul etmişdir. Anasının ölməsindən sonra isə miras əmlakını ərizəçi idarə etmiş və göstərilən evdə yaşamaqla mirası qəbul etmişdir. Buna görə də, hazırda anası öldüyündən miras qoyan nənəsi Xədicə Mehdiqulu qızından və xalası X29 qalmış miraslara müvafiq olaraq qanun üzrə birinci və ikinci növbəli vərəsədir. Həmçinin miras qoyanların digər vərəsələri yoxdur. Hazırda o, miras qoyan nənəsi Xədicə Mehdiqulu qızının və xalası Mərmərə Əliheydər qızından qalmış faktiki qəbul etdiyi miras əmlakını qanun üzrə vərəsəlik hüququ əsasında öz adına rəsmiləşdirmək istəyir. Lakin nənəsi Xədicə Mehdiqulu qızı və xalası Mərmərə Əliheydər qızının ölüm akt qeydləri aparılmamışdır. Buna görə də, onların ölüm akt qeydlərinin aparılmasının mirasın açılmasına dair hüquqi əhəmiyyəti vardır. Belə ki, Azərbaycan Respublikası MM-nin 528-ci maddəsinə (1964-cü il redaksiyada) əsasən, vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Göstərilən xüsusata əsasən nənəsi X36 və xalası Mərmərə Əliheydər qızının ölüm akt qeydlərinin aparılmasının mirasın açılmasına dair əhəmiyyəti olmaqla həmçinin anam Lizanın da ölüm akt qeydinin aparılmasının mirasın nəvə kimi mənim tərəfimdən qəbul editiməsi üçün vərəsə ola bilən valideyninin, yəni anasının ölüm faktının müəyyən edilməsinin əhəmiyyəti vardır. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, onlar özlərinin ölmüş atası (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmçinin babası X25 miras qoyanlar həm X2nın və həm də xalası X32 qanun üzrə birinci növbəli vərəsəsi olduğundan, onun ölüm faktının müəyyən edilməsinin nənəsi Xədicə Mehti qızından qalmış mirasın yeganə vərəsə kimi onun tərəfindən qəbul edilməsinə dair, xalası X29 qalmış mirasın isə əvvəlki növbədən hər hansı bir vərəsənin olmaması əsasına görə qanun üzrə ikinci növbəli vərəsə kimi yalnız onun tərəfindən qəbul edilməsinə dair əhəmiyyəti vardır. Bundan başqa anası L.İsmayılova 26 oktyabr 2012-ci il tarixdə ölmüş, lakin onun ölüm akt qeydi aparılmamışdır. Hazırda anasının ölüm faktının müəyyən edilməsinin onun nəvə kimi qanun üzrə birinci növbəli vərəsə olmağına dair hüquqi əhəmiyyəti vardır. Həmçinin anasının doğum haqqında şəhadətnaməsində anasının anası (onun isə nənəsi) X3 yazılmış Bakı şəhəri Sobail rayonu, 2-ci X66 4 saylı evə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda isə adı X60 yazılmışdır. Hazırda X2 kimi göstərilməsinin ona miras əmlakının öz adına rəsmiləşdirilməsinə dair hüquqi əhəmiyyəti vardır. Lakin ona lazım olan lazımı sənədləri başqa qaydada ələd edə bilmir. Buna görə də, X9 nənəsi, X32 isə xalası olmalarına dair qohumluq münasibətləri, həmçinin Bakı şəhəri, Səbail rayonu, 2-ci X66 4 saylı evə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın isə X13 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi ilə o, əmi nəvələridir. Belə ki, onun babası Əlipaşa ilə ərizəçinin babası Əliheydər qardaş olublar. Ərizəçinin anası Liza xanım ərizəçinin atası ilə ayrıldığı üçün onları görməmişdir, sadəcə adlarını eşitmişdir. Daha sonra Əliağanın anası ikinci dəfə evlənib, onun ikinci ailəsindən 2 uşağı olub və hər ikisi rəhmətə gedib. Ərizəçinin xalası Mərmər xanımı da görməmişdir, ancaq adını eşitmişdir. Bakı şəhəri, Səbail rayonu, 2-ci X66 4 saylı ünvanda o, Əliağa və Nigar xanım ailələri ilə birlikdə yaşayırlar. Hər üçü qohumdurlar. Belə ki, Nigar xanım onun atasının bibisinin nəticəsi, Əliağa isə anasının bibisinin nəticəsidir. Eyni ünvanda yaşasalar da, hər kəsin öz giriş-çıxışı var. Əliağa həmin ünvanda faktiki olaraq ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisinin nəvəsidir. Ərizəçinin anası Liza xanım ərizəçinin atası ilə ayrıldığı üçün onu görməmişdir, sadəcə adlarını eşitmişdir. Daha sonra Əliağanın anası ikinci dəfə evlənmişdir. Əliağanın anası Lizanın 2-ci ailəsindən 2 övladı olmuş, hazırda hər ikisi rəhmətə getmişdir. İkinci evlilikdən olan iki uşağının övladları sağdır, lakin onlar Əliağa ilə birlikdə İçəri şəhərdəki evdə yaşamamışlar. Onlar qonaq kimi gəlib getmişlər. Xədicə bibisinin digər adı Atikədir. O vaxt bir adama iki ad qoyurdular. İddiaçının xalası Mərmər xanımı da görməmişdir, uşaq vaxtı rəhmətə gedib. İçəri şəhərdəki evdə Əliağa orta məktəbi bitirdikdən sonra birdəfəlik qalmışdır. Həmin evdə də ailə qurub yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, ərizəçi onun nənəsinin dayısı oğludur. İddiaçının anası Liza xanımı və onun anası Xədicə xanımı görmüşdür. Lizaya mama deyirdilər. Liza ikinci dəfə ailə qurduqdan sonra Lənkəranda yaşamışdır. Orda iki övladı olmuş, hazırda rəhmətə getmişlər. Nəvələr isə sağdır, lakin onlar İçəri şəhərdə yerləşən evdə yaşamamışlar. Həmin evdə Əliağa uşaqlıqdan yaşamışdır. Həyətin bir girəcəyi var, Elnarənin, Əliağanın və onun evlə bağlı mübahisəsi olmamışdır. Hər kəs öz payına düşən hissəni bilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını öyrənərək və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Lənkəran rayon VVAQ tərəfindən verilmiş 24.11.1981-ci il tarixli arayışdan görünür ki, X26 13.05.1925-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur, ata qrafasında X25, ana qrafasında X21 qeyd olunmuşdur. İş materiallarında olan X8 Respublika Arxivinin 26.11.1981-ci il tarixli, 118 nömrəli arayışından görünür ki, Bakı şəhəri rayon VVAQ şöbələri üzrə X4 doğumunun akt qeydi barədə 1924-1930-cu il tarixlər üzrə Respublika Arxivində qeydiyyat müəyyən olunmadı. İş materiallarında olan X8 Respublika Arxivinin 26.11.1981-ci il tarixli, 119 nömrəli arayışından görünür ki, Bakı şəhəri rayon VVAQ şöbələri üzrə X4 ölümünün akt qeydi barədə 1924-1930-cu il tarixlər üzrə Respublika Arxivində qeydiyyat müəyyən olunmadı. İş materiallarında olan Səbail RPİ tərəfindən 07.06.2002-ci il tarixində verilmiş AZE 00408030 № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1946-cı il tarixində Lənkəran rayonunda anadan olmuşdur. İş materiallarında olan 30/22165 saylı, 04.11.1999-cu il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, 2-ci X56 yerləşən 191,13 kv.m ümumi, 133,21 kv.m yaşayış sahəsindən ibarət 12 otaqlı 04 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 2/24 payda Ərizəçi, 3/24 payda X7, 2/24 payda X10, 1/24 payda X63 paşa oğlunun, 2/24 payda X18, 2/24 payda X6, 2/24 payda X64 qızının, 2/24 payda X16, 2/24 payda X19, 2/24 payda X28, 2/24 payda X59, 2/24 payda X38 adına daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 4716 nömrəli vərəqində qeydiyyata alınmışdır. Təqdim olunmuş İV-JQ 468263 nömrəli, 22.10.1996-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 02 oktyabr 1996-cı ildə 92 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.10.1996-cil tarixdə 289 nömrə ilə qeyd edilmişdir. Təqdim olunmuş Lənkəran rayon Qeydiyyat şöbəsinin 2640 saylı, 28.09.2021-ci il tarixli arayışından görünr ki, X17 26 oktyabr 2012-ci il tarixdə ölmüşdür. Təqdim olunmuş Lənkəran rayon Qeydiyyat şöbəsinin 1334 saylı, 05.10.2021-ci il tarixli arayışından görünr ki, Ərizəçi xx xxxx 1946-cı ildə Lənkəran şəhərində anadan olmuşdur, atası Zamanov Qaraxan Babaş oğlu, anası X45r. Təqdim olunmuş AR Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mənzil-kommunal və təmir xidmətinin 131 saylı, 11.10.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi 02.11.1970-ci ildən hal-hazıradək 2-ci X66,4 saylı ünvanda pasport qeydiyyatındadır. Təqdim olunmuş Lənkəran rayon Qeydiyyat şöbəsinin 1400 saylı, 19.10.2021-ci il tarixli arayışından görünr ki, X23 ilə X15 nikahı 30 aprel 1954-cü il tarixdə 47 nömrəli aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikasının Dövlət Arxivinin DA-01862-2021 saylı, 22.11.2021-ci il tarixli arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1925-ci ilə dair Bakı sovetinin inzibati şöbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında X32, 1927-ci ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu və Bakı sovetinin inzibati şöbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında X11 vəfatları barədə heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, X25 ilə X9 birgə nikahlarından 1923-cü ildə Mərmərə və 13 may 1925-ci il tarixdə Liza adlı uşaqları anadan olmuşdur. Liza Əiheydər qızı 1945-ci ildə Zamanov Qaraxan Babaş oğlu ilə nikaha daxil olmuş və onların birgə nikahlarından xx xxxx 1946-cı il tarixdə Ərizəçi anadan olmuşdur. X27 ərizəçinin atası Zamanov Qaraxan Babaş oğlundan boşandıqdan sonra 30 aprel 1954-cü il tarixdə X23 ilə rəsmi nikaha daxil olmuş və ərinin soyadı olan İsmayılova soyadını götürmüşdür. Ərizəçinin babası X25 1927-ci ildə, X2 02 oktyabr 1996-cı il tarixdə, xalası X52 1925-ci il tarixdə, anası Liza isə 26 oktyabr 2012-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, ərizəçinin X2 və xalası X52 hər biri Bakı şəhəri Səbail rayonu, 2-ci X66 4 saylı evin 2/24 hissəsinin mülkiyyətçiləri olmuşlar. Ərizəçinin nənəsi X1 adı Xədicə olsa da, qohumlar arasında Atiqə adı ilə çağırılmışdır. Ona görə də, qeyd olunan evə dair mülkiyyət hüquqlarının qeydiyyatı haqqında qeydiyyat vəsiqəsində paylı mülkiyyətçi kimi X9 adı X30 göstərilmişdir. Məhkəmə iclasında eləcə də sübutların tədqiqi ilə müəyyən olundu ki, Ərizəçi 1970-ci ildən hal-hazıradək Bakı şəhəri, Səbail rayonu, 2-ci X66,4 saylı ünvanda pasport qeydiyyatında olaraq orada yaşamış və hal-hazırda da öz ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamaqla, 30/22165 saylı, 04.11.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən evin 2/24 hissəsinin mülkiyyətçisidir. Evin mülkiyyətçilərindən həmin evdə yalnız X24 və X20 ailə üzvləri ilə evin onlara aid hissəsində yaşayırlar. Evin digər mülkiyyətçiləri, o cümlədən hər biri 2/24 payının mülkiyyətçiləri olan X59 və X52 vəfat etmişlər. 01 mart 1965-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 499cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, , vərəsəliyi qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə (1964-cü il redaksiyada) əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Mülki Məcəllə 532-ci maddəsinə əsasən miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atası (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə (1964-cü il redaksiyada) əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Məhkəmə iclasında müəyyən olundu ki, miras qoyanlar ərizəçinin X2nın 02 oktyabr 1996-cı il tarixdə, xalası X32 isə 1925-ci ildə ölmələri ilə Bakı şəhəri Səbail rayonu, 2-ci X66 4 saylı evin hər birinə aid olan 2/24 hissəsinə dair miras açılmış və anası Liza göstərilən evdə yaşamaqla anası Xədicədən qalmış mirası qanun üzrə birinci növbəli vərəsə kimi, bacısı Mərmərədən qalmış mirası isə qanun üzrə ikinci növbəli vərəsə kimi qəbul etmişdir. Ərizəçi anası Lizanın ölməsindən sonra miras əmlakını idarə etməklə və göstərilən evdə yaşamaqla mirası qəbul etmişdir. Buna görə də, hazırda anası öldüyündən miras qoyan nənəsi Xədicə Mehdiqulu qızından və xalası X29 qalmış miraslara müvafiq olaraq qanun üzrə birinci və ikinci növbəli vərəsədir. Həmçinin miras qoyanların digər vərəsələri yoxdur. Hazırda ərizəçi miras qoyan nənəsi Xədicə Mehdiqulu qızının və xalası Mərmərə Əliheydər qızından qalmış faktiki qəbul etdiyi miras əmlakını qanun üzrə vərəsəlik hüququ əsasında öz adına rəsmiləşdirmək istəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci, 307.2.11-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizədə qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapdığı üçün ərizə qismən təmin edilməli, X11 1927-ci ildə, X32 1925-ci ildə ölmələri faktı müəyyən edilməli, X9 Ərizəçi nənəsi, X11 Ərizəçi babası, X32 Ərizəçi xalası olması faktı müəyyən edilməli, Bakı şəhəri, Səbail rayonu, 2-ci X66, 4 saylı evə dair Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/22165 saylı, 04.11.1999-cu il tarixli (süriya FM 001603) qeydiyyat vəsiqəsinin X59 göstərilən 2/24 hissəsinin X13 məxsus olması faktı müəyyən edilməli, həmçinin Ərizəçi Bakı şəhəri, Səbail rayonu, 2-ci X66, 4 saylı evin X51 (X13) aid 2/24 hissəsinə və X35 aid 2/24 hissəsinə, cəmi 4/24 hissəsinə dair mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. X11 1927-ci ildə, X32 1925-ci ildə öımələri faktı müəyyən edilsin. X9 Ərizəçi nənəsi, X11 Ərizəçi babası, X32 Ərizəçi xalası olması faktı müəyyən edilsin. Bakı şəhəri, Səbail rayonu, 2-ci X66, 4 saylı evə dair Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/22165 saylı, 04.11.1999-cu il tarixli (süriya FM 001603) qeydiyyat vəsiqəsinin X59 göstərilən 2/24 hissəsinin X13 məxsus olması faktı müəyyən edilsin. Ərizəçi Bakı şəhəri, Səbail rayonu, 2-ci X66, 4 saylı evin X51 (X13) aid 2/24 hissəsinə və X35 aid 2/24 hissəsinə, cəmi 4/24 hissəsinə dair mirası qəbul etməsi faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar