Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-745/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə X1 cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı əşyaların qaytarılmaıs və icarə obyektindən çıxarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: X1 cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı əşyaların qaytarılmaıs və icarə obyektindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, F.Xoyski küçəsində yerləşən hotel sahəsinin restoran hissəsinə aid 30 dekor stulun və 80 ədəd xalçanın alınaraq otelə verilməsi və Cavabdeh2 zəbt olunmuş sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. İddiaçı tərəfindən iki tələb irəli sürülmüşdür. Birinci tələb daşınar əmlaklar olan xalçaların və dekor stulların qaytarılması, ikinci tələb isə Cavabdeh2 daşınmaz əmlak olan oteldən çıxarılmasıdır. Məhkəmə qeyd edir ki, irəli sürülmüş tələblərdən biri cavabdehlərdən birinin yaşayış yeri üzrə məhkəmədə baxıla bilsə də, digər tələb müstəsna olaraq daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçının irəli sürdüyü ikinci tələb iddiaçının icarəsində olan daşınmaz əmlakdan cavabdehin çıxarılması ilə bağlı olduğu üçün həmin tələb müstəsna olaraq daşınmaz əmlakın yerləşdiyi məhkəmədə baxılmalıdır. AR MPM-nin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması,tikintinin,qurğunun,torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə izah edir ki, iddiaçının irəli sürdüyü tələbin taleyi mübahisə obyekti olan daşınmaz əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən və ekspertizanın keçirilməsindən asılı ola bilər ki, bu hərəkətlər mübahisəli daşınmaz əmlakın yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırkı işə mübahisəli daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. AR MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilən Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən və bu hal məhkəmənin hazırlıq mərhələsində aşkar olunduğundan, həmçinin mübahisə daşınmaz əmlaka dair icarə hüquqlarının pozulmasını aradan qaldırılması ilə bağlı olduğundan, hazırki işə mübahisəli daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə – Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 35.2, 45.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: X1 cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı əşyaların qaytarılması və icarə obyektindən çıxarılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-745/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-745/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver