Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-75/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi, onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktının soyadı: Abbasova, adı: Kifayət, ata adı: Novruz qızı; doğum tarixi: xx.xx.1962, doğum yeri: Ermənistan Respublikası, Noyemberyan rayonu, Ləmbəli kəndi; atasının tam adı: X6, atanın milliyyəti: azərbaycanlı; anasının tam adı: X9, ananın milliyyəti: azərbaycanlı qeyd edilməklə Ermənistan SSR-nin Noyemberyan rayon VVAQ şöbəsi tərəfindən qeydiyyata alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olmuş və Noyemberyan rayon VVAQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir (hansı tarixdə olduğunu bilmir). X3 Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub (doğum tarixini bilmir). Anası Ermənistan SSR-nin vətəndaşı olub, o hələ uşaq olanda Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində vəfat edib (vəfat etdiyi tarixi bilmir). Atası X1 rayonunun Güllübulaq kəndində anadan olub. Atası Ermənistan SSR-nin vətəndaşı olub, o hələ uşaq olanda Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində vəfat edib (vəfat etdiyi tarixi bilmir). 1969-cu ildə Ləmbəli kənd orta məktəbinin birinci sinfinə getmiş və sadəcə 15 gün orada təhsil almışdır. Səhhətində problem yarandığı üçün sonra məktəbə getməmişdir. Daha sonra heç yerdə təhsilini davam etdirməmişdir. İlk dəfə Ermənistanın Noyemberyan rayonunun İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən SSRİ nümunəli pasportla təmin edilmişdir (hansı tarixdə olduğunu bilmir). Təxminən 1986-cı ilin payız aylarında X14 ilə ailə qurdu (nikaha daxil olmamışlar). Birgə ailə münasibətlərindən bir qızları (xx.xx.1987-ci il tarixdə X15) doğulub. Qızı Aysel təxminən səkkiz aylıq olanda X25 Federasiyasına getdi, bir müddət sonra isə məktub vasitəsi ilə məlumat göndərdi ki, o, artıq başqası ilə evlənib, bir daha geri dönməyəcək. 1988-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı X28lə birlikdə Azərbaycana gəlmişlər və Gəncə şəhərində “38 Qaradok” adlanan ərazidə qızı Ayselin təxminən 5 yaşına qədər yaşamışlar. Daha sonra Bakı şəhərinə gələrək Bayıl qəsəbəsində məskunlaşmışlar. Bakıya gəldikdən sonra Ermənistanda anadan olmuş və 1988-ci il hadisələrindən sonra Azərbaycanda qaçqın kimi məskunlaşmış X16 ilə 1993-cü ildə ailə qurmuşdur. Bayıl qəsəbəsində yaşadıqları yataqxananın bir hissəsində (onlar yaşadıqları hissəsində) yanğın baş verdi. Həmin vaxt onların evi və evdə olan bütün sənədləri (doğum haqqında şəhadətnaməm və SSRİ nümunəli pasportu da daxil olmaqla) yandı. Yanğın hadisəsindən sonra həmin yataqxananın digər hissəsinə köçmüşlər və bir müddət orada yaşamışlar. Havalar soyuduğu zaman orada yaşamaq mümkün olmadığı üçün Ramana qəsəbəsində kirayə evə köçmüşlər. Təxminən on il Ramana qəsəbəsində yaşamışlar. Ondan sonra isə Bakı şəhərinin müxtəlif ünvanlarında kirayədə yaşamışlar. X16 ilə birgə ailə münasibətlərindən iki qızları (xx.xx.1994-cü il tarixdə X20, xx.xx.1997-ci il tarixdə X10) doğuldu. 2015-ci ildə Ramana qəsəbəsi ərazisində yolu keçən zaman sərnişin avtobusu tərəfindən vurulmuş və uzun müddət Sabunçu rayonunun ərazisində 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə almışdır. O, qəzaya düşdükdən bir müddət sonra, 2015-ci ildə yoldaşı X16 vəfat etdi. Hazırda o, 3 qızı və 5 nəvəsi ilə birlikdə ünvan 2 ünvanında kirayədə yaşayır. X7 xx.xx.1987-ci il tarixdə Ermənistanın Noyemberyan rayonun Ləmbəli kəndində anadan olub. Hazırda qızının doğum faktını və şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi yoxdur. Qızı onunla birlikdə ünvan 2 ünvanında yaşayır. X11 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olub. Hazırda qızının doğum faktını və şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi yoxdur. Qızı onunla birlikdə ünvan 2 ünvanında yaşayır. X4 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olub. Hazırda qızının doğum faktını və şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi yoxdur. Qızı onunla birlikdə ünvan 2 ünvanında yaşayır. Bayıl qəsəbəsində yaşadıqları mənzildə yanğın baş verən zaman sənədləri yandıqdan sonra şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmək üçün hər hansı bir orqana müraciət etməmişlər. Həmin vaxtdan etibarən Azərbaycanda sənədsiz yaşayır. Bundan başqa, o, Ermənistandan Azərbaycana gəldikdən sonra nə Gəncədə yaşadıqları vaxt, nə də Bakı şəhərində yaşadıqları vaxt qaçqın kimi qeydiyyata düşmüşlər. Belə ki, həmin vaxt onun Azərbaycanda qalmaq fikri yox idi, Rusiya Federasiyasına getmək istəyirdi. Lakin Rusiya Federasiyasına gedə bilmədi və Azərbaycanda yaşamağa davam etdi. Yuxarıda qeyd etdiyi səbəblərə görə, o, Azərbaycanda 1988-ci ildən qaçqın kimi məskunlaşsa da, bu vaxta qədər onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün olmayıb. Hazırda onun 65 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Hazırda o, heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Lakin Ermənistandan Azərbaycana qaçqın kimi gəldikləri üçün onun Ermənistana qayıdıb doğum haqqında təkrar şəhadətnamə almağı mümkün deyil. Bu səbəbdən də o, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğm yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun doğum akt qeydini soyadı: Abbasova, adı: Kifayət, ata adı: Novruz qızı; doğum tarixi: xx.xx.1962, doğum yeri: Ermənistan Respublikası, Noyemberyan rayonu, Ləmbəli kəndi; atasının tam adı: X6, atasının milliyyəti: azərbaycanlı; anasının tam adı: X9, anadının milliyyəti: azərbaycanlı qeyd etməklə bərpa edib, onu doğum haqqında yeni şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Maraqlı şəxs onun müraciətinə xx.xx.2023-cü il tarixli, 3-16-5/8-634/15 saylı məktubla aşağıdakı məzmunda cavab vermişdir:” Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət edə bilərsiniz ”. Ərizəyə əlavə etdiyi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır, onun individual İD nömrəsi: ***-*******3-dür. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 3-37/2-A-2583-xxxx-7650/2023 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, BMT QAK-ın himayəsində olan şəxs Ərizəçi xx.xx.2023-cü il tarixədək ünvan 4 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İşin yuxarıda qeyd edilən hallarından bəlllidir ki, o, azərbaycanlıların Ermənistandan deportasiyası zamanı Ermənistan SSR-dən çıxarılmış və 1988-ci ildə Azərbaycana gələrək burada qaçqın kimi məskunlaşmışdır. İşin hallarından bəlli olur ki, o, heç vaxt Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. İşin hallarından bəlli olur ki, onun doğum haqqında şəhadətnaməsi və SSRİ nümunəli pasportu Bayıl qəsəbəsində yaşadıqları mənzildə yanğın baş verən zaman yanıb və həmin hadisədən sonra o, şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmək üçün aidiyyəti orqana müraciət etməmişdir. Bu səbəbdən də, “onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” ilə əlaqədar icraatın aparılması mümkün olmur. Həmçinin, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün o, ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən orqanlarına doğum haqqında şəhadətnaməsini təqdim etməlidir. O isə yuxarıda qeyd etdiyi səbəblərdən Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən orqanlarına doğum haqqında şəhadətnaməmi təqdim edə bilmədiyi üçün şəxsiyyət vəsiqəsi ilə də təmin oluna bilmir. Göründüyü kimi, ona sənədləşdirilməyi üçün doğum haqqında şəhadətnamə lazımdır. Onun doğum akt qeydi Ermənistanda qeydə alınıb və orada doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Hamıya bəlli olan səbəblərdən mənim doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyim üçün Ermənistana getməyim mümkün deyil. Eyni zamanda, hamıya bəlli olan fakt bundan ibarətdir ki, hazırda Azərbaycanla Ermənistan arasında qarşılıqlı hüquqi yardıma dair müqavilənin olmaması səbəbindən qeydiyyat şöbəsi tərəfindən onun doğumu haqqında təkrar şəhadətnamənin Ermənistandan alınması üçün Ermənistanın müvafiq səlahiyyətli orqanlarına sorğunun göndərilməsi mümkün olmur. Belə olan halda, ona doğum haqqında şəhadatnamənin verilməsi üçün doğumu haqqında akt qeydinin Azərbaycanda bərpa olunması tələb olunur. İş materiallarından görünür ki, o, Maraqlı şəxsnə müraciət edərək doğumum haqqında akt qeydinin bərpa edilməsini və doğum haqqında şəhadətnamə ilə təmin edilməyini xahiş etsə də, Maraqlı şəxs ərizəsini təmin etməkdən imtina etmişdir. Hazırda onun doğumu haqqında akt qeydinin bərpa olunması üçün doğumunun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydlərinin bərpası üçün iki hal müəyyən edib: 1) Müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər varsa, həmin sənədlər əsasında vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydləri qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən birbaşa bərpa edilir; 2) Müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənəd yoxdursa, o zaman bu halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli fakt kimi məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edir. Bundan sonra isə məhkəmənin belə qətnaməsi əsasında qeydiyyat şöbələri və ya konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydlərini bərpa edir. Onun işi üzrə müəyyən olunur ki, o doğumunun qeydə alınmasını təsdiq edən sənədi, yuxarıda qeyd etdiyi səbəbdən qeydiyyat şöbəsinə təqdim edə bilmir. Hazırda onda həmin sənədin surəti də yoxdur. Bu səbəbdən də onun doğumunun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi doğum akt qeydinin bərpa edilməsinə, bu da onun doğum haqqında şəhadətnamə ilə təmin edilməyinə səbəb olacaq ki, bu da onun şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün vacibdir. Qeyd edilən səbəblərə görə o, indiyədək şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun (xüsusən “fın kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilə bilməməyi onun sənədsiz vətəndaşlığı olmayan şəxs vəziyyətində qeyri-müəyyən statusda yaşamağına səbəb olur ki, bu da, onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi işləmək, əmlaka sahib olmaq, başqa yerə getmək imkanından və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Hazırda, doğum haqqında şəhadətnaməsi və şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün onun doğum akt qeydinin Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən bərpa olunması mümkün deyil. Odur ki, onun doğumunun qeydə alınması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. O, Bakı şəhəri Səbail rayonunun ərazisində olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi qızıdır, ondan 4 yaş böyükdür. 1962-ci ildə 08 mart tarixində bayram günündə anadan olub. Bibisinin adı və soyadı Abbasova Səriyyə olmuş, bibisinin ərinin adı Novruz olmuşdur. Ermənistanda öz kəndlərində doğulmuşdur. 1988-ci ildə oradan çıxıb hərəsi bir tərəfə getmişdir. Uşaqlıqdan əlaqələri olmuşdur. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır, onun individual İD nömrəsi: ***-*******3-dür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 3-37/2-A-2583xx-xx-7650/2023 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1962-ci il təvəllüdlü, Kifayat Abbasovaya (himayə sənədi N° ***-*******3) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 15 mart 2023-cü il tarixindən 1 sentyabr 2023cü il tarixinədək ünvan 4 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Maraqlı şəxs onun müraciətinə xx.xx.2023-cü il tarixli, 3-16-5/8-634/15 saylı məktubundan görünür ki, Ermənistan Respublikası Noemberyan rayonunun Ləmbəli kəndində doğulmanız haqqında akt qeydinin bərpası ilə əlaqədar ərizə ilə bağlı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət etməsi bildirildi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 518 saylı rəyindən görünür ki, Ərizəçi müəyyən edilmiş yaşı 60-65 ilə uyğun gəlir. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə, Ermənistan SSR, Noyemberyan rayonunda doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin X2, milliyəti azərbaycanlı, anası isə X9, milliyəti azərbaycanlı olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadəsi və ərizəçiyə qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli orqan – BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 3-37/2-A-2583-xx-xx-7650/2023 saylı xx.xx.2023-cü il tarixli arayışında əks olunmuş müvafiq məlumatlarla da öz təsdiqini tapır. Məhkəmə şahid ifadəsinə qiymət verərək, onun ərizəçinin qohumu olmaqla ərizəçi ilə bağlı hadisələrin onun tərəfindən xatırlanması imkanının yüksək olduğunu, eləcə də həmin şahid ifadəsində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X12 ifadəsini mötəbər və mümkün sübut kimi qəbul edir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 518 saylı rəyindən görünür ki, Ərizəçi müəyyən edilmiş yaşı 60-65 ilə uyğun gəlir. Məhkəmə ekspert rəyi ilə bağlı qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırda ekspert rəyini də təkzib edən hal müəyyən edilmədiyindən məhkəmə ekspert rəyini də mümkün və mötəbər sübut kimi qiymətləndirir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan, Noyemberyan rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan, Noyemberyan rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilməli, Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X6-milliyəti azərbaycanlı, ana qrafasında isə X9 milliyəti azərbaycanlı göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1962-ci ildə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X6 - milliyəti azərbaycanlı, ana qrafasında isə X9 milliyəti azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi doğumu haqqında bərpa edilən akt qeydində göstərilən məlumatlar əsasında müvafiq sənədin (doğum haqqında şəhadətnamə və s.) verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-75/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-75/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver