Məhkəmə qərarları › İş №2(009)-752/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-752/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-752/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh MTK-ya qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X5 və İddiaçı3 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3 Cavabdeh MTK tərəfindən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 120 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi, İddiaçı1 Cavabdeh MTK tərəfindən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 184,5 kv.m. sahəsi olan mənzilin təhvil verilərək həmin mənzilə köçürülməsi, İddiaçı2 Cavabdeh MTK tərəfindən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128,2 kv.m. sahəsi olan mənzil təhvil verələrək həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 xx xxxx 2008-ci il tarixində və İddiaçı3 xx xxxxxxx 2010-cu il tarixində Cavabdeh ilə müqavilələr bağlamışlar. Həmin müqavilələrin 1.1.-ci bəndində qeyd edilmişdir ki, xx xxxx 2005-ci il tarixli müqaviləyə əsasən və X4 məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 120 kv.m olan pulu tam ödənilmiş qeyri-yaşayış sahəsi İddiaçı3 payı hesab edilsin. xx xxxx 2008-ci il tarixində bağlanan müqavilə üzrə isə həmin ünvanda inşa edilmiş binanın 1-ci blok, 9-cu mərtəbədə yerləşən 4 (dörd) otaqlı 184,5 kv.m. sahəsi olan pulu tam ödənilmiş mənzil X1 payı hesab edilsin, digər xx xxxx 2008-ci il tarixində bağlanan müqavilə üzrə həmin ünvanda inşa edilmiş binanın 1-ci blok, 12-ci mərtəbədə yerləşən 3 (üç) otaqlı 128,2 kv.m sahəsi olan pulu tam ödənilmiş mənzil İddiaçı2 payı hesab edilsin. Həmin müqavilələrə əsasən hər üç iddiaçı Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın müqavilədə qeyd olunan daşınmaz əmlakın mülkiyyətçiləri hesab edilirdilər. 2008-ci ildən bu günə kimi, baxmayaraq ki, Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda Cavabdeh MTK tərəfindən çoxmərtəbəli binanın inşaatı ilə bağlı işlər tamamlanıb və artıq binaya elektrik xətlər, su kəmərləri, kanalizasiya xətləri (stoyakları) və digər vacib kommunal xətləri quraşdırılıb, iddiaçıları onlara məxsus olan mənzillərə və qeyri-yaşayış sahəsinə buraxmırlar və maneələr törədirlər. Bu günə kimi Cavabdeh MTK tərəfindən həmin mənzillərin təhvil verilməsi ilə bağlı arayışları təqdim edilməmişdir, bundan əlavə olaraq suni maneələr törədərək iddiaçılara öz mənzillərindən istifadə etməyə imkan vermirlər. Cavabdeh MTK tərəfindən iddiaçılara məxsus olan mənzillərin qapıların və qapıların açarlarını dəyişdirərək və digər hərəkətlərlə maneələr törədilir. Dəfələrlə bu cür maneələrin aradan qaldırılması ilə bağlı Cavabdeh MTK-ya müraciət olunsa belə, bu müraciətlərə cavabdeh məhəl qoymamışdır. Həmin binada artıq 7 ailə mənzillərini təmir edərək köcüb və 20 ailə faktiki olaraq hal-hazırda mənzillərini təmir edir. Hər bir iddiaçının müqaviləsində xüsusi ilə qeyd edilib ki, daşınmaz əmlakın satış məbləği tam olaraq ödənilib və hal-hazırda hansı əsaslarla Cavabdeh MTK tərəfindən iddiaçılara məneələr törədilir bəlli deyil. xx xxxxxx 2021-ci il il tarixdə iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı3 iddia tələbi hissəsində iddia ərizəsinin geri qaytarılmasını və həmin hissədə iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli qərardadı ilə İddiaçı3 aid hissədə iddia ərizəsi geri qaytarılmaqla həmin hissədə iddia tələbinin baxılmamış saxlanılması qərara alınmışdır. xx xxxx 2021-ci il tarixdə iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçıların Cavabdeh MTK ilə xx xxxx 2008-ci il tarixdə bağladığı müqavilələrdə mənzillərin pay haqqının tam ödənilməsinin qeyd edilməsinə baxmayaraq, bu günə qədər Cavabdeh MTK tərəfindən yaşayış sahəsinin verilməsi barədə MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı verilməmişdir. Ona görə də, Cavabdeh MTK tərəfindən İddiaçı1 Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 184,5 kv.m. sahəsi olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyaraq, həmin mənzilin təhvil verilməsi və mənzilə İddiaçı1 köçürülməsi, Cavabdeh MTK tərəfindən X3 Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128,2 kv.m. sahəsi olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyaraq, həmin mənzilin təhvil verilməsi və mənzilə X5 qızının köçürülməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların nümayəndəsini dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. Məhkəmə işə baxıb, iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2008-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən İddiaçı2 (sonradan payçı adlandırılacaq) və digər tərəfdən X8 şəxsində Cavabdeh MTK (sonradan «Podratçı» adlandırılacaq) müqavilə bağlamışlar. Müqavilənin 1.1.-ci bəndinə əsasən xx xxxx 2005-ci il tarixli 01 nömrəli müqaviləyə və X4 məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbədə yerləşən 3 otaqlı 128.2 kv.m. sahəsi olan X6 məxsus pulu tam ödənilmiş mənzil İddiaçı2 payı hesab edilmişdir. İş materiallarında olan xx xxxx 2008-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən İddiaçı1 (sonradan payçı adlandırılacaq) və digər tərəfdən X8 şəxsində Cavabdeh MTK (sonradan «Podratçı» adlandırılacaq) müqavilə bağlamışlar. Müqavilənin 1.1.-ci bəndinə əsasən xx xxxx 2005-ci il tarixli 01 nömrəli müqaviləyə və X4 məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 9-cu mərtəbədə yerləşən 4 otaqlı 184,9 kv.m. sahəsi olan X6 məxsus pulu tam ödənilmiş mənzil İddiaçı1 payı hesab edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ila bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binadan müqavilədə qeyd olunan daşınmaz əmlakın mülkiyyətçiləri hesab edilirlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə xüsusi ilə qeyd edilib ki, daşınmaz əmlakın satış məbləği tam olaraq ödənilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbədə yerləşən 3 otaqlı 128.2 kv.m. sahəsi və 1-ci blok, 9-cu mərtəbədə yerləşən 4 otaqlı 184,9 kv.m. sahəsi olan X6 məxsus pulu tam ödənilmiş mənzillər iddiaçıların payı hesab edilmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda Cavabdeh MTK tərəfindən çoxmərtəbəli binanın inşaatı ilə bağlı işlər tamamlanıb və artıq binaya elektrik xətlər, su kəmərləri, kanalizasiya xətləri (stoyakları) və digər vacib kommunal xətləri quraşdırılıb, iddiaçıları onlara məxsus olan mənzillərə buraxmırlar və maneələr törədirlər. Cavabdeh razılığa əsasən götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Marck Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X7 haqqında» Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh MTK qeyd olunan müqavilələr əsasında mənzillərin iddiaçılara verilməsinə dair vəzifənin daşıyıcısı olmuş, lakin göstərilən müqavilələr əsasında mənzilləri iddiaçılara təhvil verməli olmasına dair vəzifələrini icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə» xx xxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Məhkəmə hesab edir ki, cavabdehlə iddiaçılar arasında bağlanılmış müqavilələrə əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbədə yerləşən 3 otaqlı 128.2 kv.m. və 1-ci blok, 9-cu mərtəbədə yerləşən 4 otaqlı 184,9 kv.m. sahəsi olan X6 məxsus pulu tam ödənilmiş mənzillər iddiaçıların payı hesab edildiyindən, iddiaçılar cavabdehdən özlərinə məxsus mənzili tələb etməkdə tam haqlıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri tam əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 184,5 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi və həmin mənzilin təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun, İddiaçı1 həmin mənzilə köçürülsün. İddiaçı2 ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı sahəsi 128,2 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi və həmin mənzilin təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun, İddiaçı2 həmin mənzilə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar