Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-758/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Teymurov Tahı̇ r Teymur oğlunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Teymurov Tahı̇ r Teymur oğlu Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək hər ayı 1500 manat hesablanmaqla ona ödənilməli cəmi 28.500 manat əmək haqqının, sonuncu haqq hesablaşmanın, ödənilməmiş məzuniyyət pulu daxil (2.500 manat) ümumilikdə 31.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2023-cü ildə hüquqi ünvanı ünvan 1-Qrand" MMC-ti onu hüquqşünas vəzifəsinə işə qəbul etmişdir. Əvvəlcə MMC-nin rəhbərliyi Yasamal rayonunda, İnşşatçılar metrosu yaxınlığında yerləşən icrarəyə götürülmüş ofisdə fəaliyyətə başlamışlar. İki ay sonra Xırdalan şəhəri, H.Əliyev PR Çinar AN MTK Blok A, birinci mərtəbədə yerləşən ofisdə fəaliyyətləri davam etdirilmişdir. Qarşılıqlı razılaşma əsasında MMC-ti rəhbərliyi ona hər ay 1500 manat əmək haqqı ödəməli idi. Lakin MMC-ti rəhbərliyi ona əmək haqqı ödəməmiş, müxtəlif vədlər vermiş və aldatmışdır. MMC-ti rəhbərliyi ona dəfələrlə məhkəmələrdə və digər orqanlarda MMC-ni təmsil etmək üçün etibarnamələr vermişdir. Bundan başqa, ayrıca xx.xx.2024-cü ildən xx.xx.2026-cı ilədək məhkəmələrdə təmsil etmək üçün etibarnamə vermişdir. Sonuncu etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilmişdir. Lakin əmək haqqını ödəmədiyinə görə dəfələrlə MMC-in rəhbərliyi ilə arasında mübahisələr olmuş, hər dəfə əmək haqqı əvəzinə ona əvvəlcə bir otaqlı mənzil, daha sonra avtomobil və s. veriləcəyi barədə yalan vədlər vermişlər. Nəhayət 2024-cü ilin oktyabr ayında MMC-nə rəsmi ərizə göndərərək əmək haqıqının ödənilməsini tələb etmişdir. Nəticəsi olmadığına görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Əmək Müffətişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət göndərək əmək haqqı, əmək müqaviləsi, əmək kitabçası, bildiriş və s. verilməsinə köməklik göstərilməsini və qanunayuğun tədbirlər görülməsini xahiş etmişdir. (müraciət və poçt qəbzlərinin surəti əlavə edilir) xx.xx.2025-ci ildə yaşa görə pensiyaya çıxdığına görə 3 saylı DOST Xidmətinə dəvət edilmiş, Azərbaycan Respublikası DSMF-nin elektron səhifəsinə daxil olduda məlum olmuşdur ki, MMC-ti rəhbərliyi onunla əmək müqaviləsinə xx.xx.2024-cü ildə xitam vermişdir. Göründüyü kimi MMC-in rəhbərliyi onunla əvvəlcə əmək müqaviləsi bağlamadan, sonradan isə əmək müqaviləsi bağlayaraq fəaliyyət göstərmişdir. Bununla belə MMC-ti rəhbərliyi əmək haqqını 1500 manat müəyyən edildiyi halda, sonradan ona məlum oldu ki, müqavilədə əmək haqqı 600 manat göstərilmişdir. Göründüyü kimi işəgötürən onun əmək hüquqlarını kobudcasına pozmuş, sənədləri ona təqdim etməkdən imtina etdiyinə görə, qeyd olunduğu kimi, Əmək Müffətişliyinə müraciət etmişdir. Əmək Müffətişliyinə müraciətdən sonra barəsində Əmək müqaviləsinə xitam verilməsi haqqında 06 nömrəli xx.xx.2024-cü il tarixli əmri və müraciət vərəqəsini xx.xx.2025-ci il tarixdə almışdır. Cavabdeh MMC 8 saylı Mediasiya Təşkilatının dəvətinə gəlməkdən imtina etmiş, MMC-nin hüquqşünası mediasiya sessiyasının onların iştirakı olmadan keçrilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Mediasiya keçirilmiş və ona həmin tarixdə arayış təqdim edilmişdir. Göründüyü kimi iddia ərizəsi qanuni və əsaslıdır, ona görə də təmin edilməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də hüquqşünas peşəsinə qəbul edilmiş, əmək haqqı 600 manat müəyyən edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 68.2. “a” tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Mühasibatlığa həvalə edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müraciətinizin cəmiyyətin səlahiyyətli nümayəndəsinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli 3-17-5/2-6593/2025 nömrəli məktubla ünvanına tərəfimizdən rəsmi müraciət edilmiş, cəmiyyətin rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli cavab məktubunda Sizin Cəmiyyətə qarşı əmək münasibətləri üzrə iddia ərizəsi ilə Bakı Şəhər Səbail Rayon Məhkəməsinə müraciət etdiyiniz barədə məlumat verilmiş, lakin müraciətinizin mahiyyəti üzrə tərəfimizdən araşdırılması üçün müvafiq sənədlər təqdim olunmamışdır. Müraciətinizin araşdırılması və müvafiq bank çıxarışının təqdim edilməsi ilə bağlı Sizin Xidmətin Bakı şəhər İdarəsinə təqdim etdiyiniz izahatınızda adınıza bank kartının açılmadığını qeyd etmisiniz. Bu səbəbdən də bank çıxarışı təqdim etməmisiniz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" altsisteminə tərəfimizdən baxış keçirilərkən Sizin Cəmiyyətin işəgötürəni ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış əmək müqavilənizə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsi və bu barədə məlumatın sistemə daxil edildiyi müəyyən olunmuşdur. Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması mümkün deyildir. Müraciətinizə dair təsdiqedici sənədlər işəgötürən tərəfindən təqdim ediləcəyi təqdirdə araşdırma aparılaraq, Sizə əlavə məlumat veriləcəkdir. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. - 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında 19 aprel 2024-cü il tarixində əmək müqaviləsi bağlanmış və iddiaçı hüquqşünas peşəsinə qəbul edilmiş, əmək haqqı 600 manat müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 oktyabr 2024cü il tarixindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı ona işlədiyi müddət ərzində əmək haqqı ödənilmədiyini və əmək müqaviləsinə xitam verilərkən son-haqq hesabın da ödənilmədiyini iddiaedərək cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddianı təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya işlədiyi müddət ərzində əmək haqqı ödənilmədiyindən və işdən azad edilsə də ona ödənilməli olan məzuniyyət pulu daxil olmaqla sonuncu haqq-hesab verilmədiyindən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı aylıq 1500 manat əmək haqqı hesablanmaqla ödənilməsini tələb etsə də, əmək müqaviləsi bildirişində onun əmək haqqı məbləğinin 600 manat müəyyən edildiyindən ona ödənilməyən əmək haqqı müqavilə şərtlərinə uyğun hesablanmaqla ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək hər ayı 600 manatdan hesablanmaqla (müvafiq tutulmalar nəzərə alınmaqla) ödənilməli olan əmək haqqı və ödənilməmiş məzuniyyət pulu daxil olmaqla sonuncu haqq-hesab tutularaq iddiaçı Teymurov Tahı̇ r Teymur oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək hər ayı 600 manatdan hesablanmaqla (müvafiq tutulmalar nəzərə alınmaqla) ödənilməli olan əmək haqqı və ödənilməmiş məzuniyyət pulu daxil olmaqla sonuncu haqq-hesab tutularaq iddiaçı Teymurov Tahı̇ r Teymur oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-758/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-758/2025
23.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver