Məhkəmə qərarları › İş №2(009)-762/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-762/2022

05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-762/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsi qeyd edilməklə “nikahda olma faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 mart 1932-ci ildə Ermənistan SSR Quqark rayonunda doğulmuş X7 ilə 01.05.1957-cİ il tarixdə nikahının bağlanması və bu barədə 1957-ci ilin 5-ci ayının 01-ci günündə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd aparılması faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək nikah haqqında akt qeydinin bərpa edilməsi, nikah haqqında şəhadətnamədə nikah bağlandıqdan sonra soyadları verilmişdir ərə qrafasında Rəhimov arvada qrafasında Rəhimova, qeydə alındığı yer Ermənistan SSR, Quqark rayonu, verildiyi tarix 01 may 1957-ci il göstərilməsi barədə qətnamə qəbul edəsiniz və çıxarılacaq qətnamənin Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən ona yeni nikah haqqında şəhadətnamə verilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1926-cı ildə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuşdur. Valideynləri onun doğumunu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışdırlar. 01.05.1957-cİ ildə 22.03.1932-ci ildə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin vaxt nikahı rəsmiləşdirilərkən nikah bağlandıqdan sonra ona Rəhimova soyadı verilmişdir. Onların birgə nikahdan 4 övladı doğulmuşdur xx.xx.l958-ci il təvəllüdlü X8, 09.08.1962-ci il təvəllüdlü X2, 15.05.1966-cı il təvəllüdlü X9 və 20.02.1968ci il təvəllüdlü X11. Həyat yoldaşı X7 26 oktyabr 2021-ci ildə ürək çatışmazlığından vəfat etmişdir. Birgə nikahda olduqları dövrdə həyat yoldaşı ilə və dörd övladı ilə birlikdə ünvan 1 ünvanında birgə yaşamışlar, hal-hazırda o həmin evdə yaşayır. Onun həyat yoldaşı təqaüdçüidi.O vəfatet dikdən sonra onun təqaüdünü öz adına keçirtmək üçün “DOST” Mərkəzində ondan nikah haqqında şəhadətnaməni tələb etdilər. Onun yaşadığı evdə nikah haqqında şəhadətnaməni nə qədər axtarsalar da tapa bilməmişlər. Daha sonra bunun üçün Səbail rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, oradan ona 07.01.2022-ci il tarixli cavab məktubu ilə məhkəməyə müraciət etməyini bildirmişlər. Hal-hazırda rəhmətə gedən həyat yoldaşının təqaüdünün onun adına keçirilməsi məsələsi ilə bağlı tələb olunan sənədləri toplamaq üçün nikah haqqında şəhadətnamənin bərpa olunub yenisinin verilməsi tələb olunur. Lakin bunun bərpası mümkün deyil. Buna görə də hesab edir ki, onun 22 mart 1932-ci ildə Ermənistan SSR Quqark rayonunda doğulmuş X7 ilə 01.05.1957-cİ il tarixdə nikahının bağlanması və bu barədə 1957-cİ ilin V ayının 01-ci günündə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd aparılması, nikah bağlandıqdan sonra ərə Rəhimov arvada Rəhimova soyadlarının verilməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi X3 ərizədə göstərilənləri müdafiə edərək, nikahda olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nüməyəndəsi məhkəmə iclasına gəlməmiş, lakin səlahiyyətli nümayəndənin iştirakı olmadan işə baxılması xahiş olunmuşdur. Məhkəmə MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şahid X10 izahat verərək bildirmişdir ki, doğulduğu gündən bəri Rəhimova Zeynəbi dayısının yoldaşı olaraq görmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X4 izahat verərək bildirmişdir ki, gözünü açandan bu günə kimi Rəhimova Zeynəbin onun dayısının yoldaşı olduğunu görmüşdür. Rəhimova Zeynəbin böyük oğlu onunla həmyaşıddır. Məhkəmə ərizəçi X1 izahatını və şahidləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1926-cı ildə Ermənistanın Quqark rayonunda anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. Ailə vəziyyəti evli kimi qeyd edilmişdir. İş materiallarında olan 710 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi 01 may 2020-ci il tarixli, 2006 nömrəli sərəncam ilə “X6 Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 03518285 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 22.03.1932-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Ailə vəziyyəti evli kimi qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, 16945206 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 15.05.1966-cı ildə Ermənistanın Quqark rayonunda anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 13598394 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 09.08.1962-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA2510028 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 XX.XX.1958-ci ildə Ermənistanda anadan olmuşdur. İş materiallarında olan AA2907124 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 20.02.1968-ci ildə Ermənistanda anadan olmuşdur. İş materiallarında olan AZ-İİ 226282 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsin 07.01.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı ərizə ilə müraciət etmiş və ona məhkəməyə müraciət etməyi bildirmişlər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında qanunun 3.1-ci bəndinə əsasən nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir. Həmin qanunun 3.2-ci bəndinə əsasən nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə şəxsən yazılı ərizə verirlər. “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərin bərpa edilməsi qaydası”nın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına 5ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Həmin qərarın 5.1-ci bəndinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X20 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.3-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, doğumun, övladlığa gotürmənin, nikahın, boşanmanın, ölümün qeydə alınma faktının müəyyən edilməsi barədə işlərə baxır. Adı çəkilən Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinin tələblərinə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, xx xxxxxx 1926-cı ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuş Ərizəçi 22 mart 1932-ci ildə Ermənistan SSR Quqark rayonunda doğulmuş X7 ilə 01 may 1957-ci il tarixdə Ermənistan SSR Quqark rayonunda nikahlarının bağlanması iş materialları ilə sübuta yetirildiyindən xx xxxxxx 1926-cı ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuş Ərizəçi 22 mart 1932-ci ildə Ermənistan SSR Quqark rayonunda doğulmuş X7 ilə 01 may 1957-ci il tarixdə Ermənistan SSR Quqark rayonunda bağlanmış nikah haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx xxxxxx 1926-cı ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuş Ərizəçi 22 mart 1932-ci ildə Ermənistan SSR Quqark rayonunda doğulmuş X7 ilə 01 may 1957-ci il tarixdə Ermənistan SSR Quqark rayonunda bağlanmış nikah haqqında akt qeydi bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar