Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-793/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X24 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçılar X10, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, iddiaçılar X10, İddiaçı2 və İddiaçı3 - Cavabdeh qarşı «əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 11 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar X10, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən 86,5 kv.m yaşayış sahəsi olan ö/t 3 saylı evdən maneəsiz istifadənin məhdudlaşdırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, zəbt edilmiş qeyri-yaşayış sahələrinin boşaldılması və ümumi istifadəyə qaytarılması, həmin sahələrdən maneəsiz ümumi istifadə qaydasının müəyyən edilməsi, cavabdehə gələcəkdə sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsinin, həyətə zibil atılmasının, ümumi istifadədə olmayan və lazımsız əşyaların toplanmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh Sadıq qızı bacımızdır, Ermənistan Respublikasında 1988-ci ildə baş verən məlum hadisələr nəticəsində ailəmizlə birlikdə evimizi Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəyişərək ora köçmüşük. Həmin yaşayış evi 4 yaşayış otağından, eyvan və 4 yardımçı qeyri-yaşayış sahəsindən (mətbəx, sanitar qovşağı ümumi istifadədə təyinatlı digər sahə) ibarətdir. Mənzilləri öz aramızda bölüşdürmüşük və hər bir ailəyə bir otaq düşmüşdür. Nəzərə alaraq ki, erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində azərbaycanlıların Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmasından sonra Azərbaycan Respublikasının ərazisində məskunlaşdığı yaşayış və qeyri-yaşayış sahələri vətəndaşların mülkiyyətinə verilirdi, çox təəssüf olsun ki, biz vaxtında həmin imkanları gerçəkləşirə bilməmişik. Belə ki, erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli Fərmanının 7-ci bəndinə əsasən, 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələri əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilmşdir. Fərdi yaşayış evinin mübahisəli otağına mənim və ailə üzvlərimin istifadə hüququ həmin otağa köçdüyümüz andan yaranmışdır. Hər bir ailəyə düşən otaqlarda hər kəs öz ailə üzvləri ilə birgə yaşayır, əksəriyyətimiz 1989- cu ildən həmin evdə pasport qeydiyyatındayıq. Bütün sakinlər (bacıqardaşlar) birgəyaşayış qaydalarına riayət edib, qarşlıqlı razılıq əsasında devran sürsək də, çox təəssüf olsun ki, bacımız olan Cavabdeh bu qaydalarə riayət etmir, əksinə ümumi istifadədə olan bəzi qeyri-yaşayış sahələrini zəbt edərək, özünküləşdirib, bununla da həmin sahələrdən bizim sahiblik və isifadəmizi məhdudlaşdırıb. Bu azmış kimi cavabdeh bizi didərgin salıb bezdirmək üçün ümumi həyətimizə zibilləri, lazımsız əşyaları yığmaqla antisanitariya həddinə gətirib çıxarmışdır. Bu da öz növbəsində təhlükəli antigigiyenik və antisanitar vəziyyətə, xəstəliklərin yaranması təhlükəsi yaratmaqdadır. Bununla bağlı yerli icra hakimiyyəti orqanına, polisə, fövqəlada hallar nazirliyi orqanlarına müraciət etsək də, bizə məhkəməyə müraciət etməyimizi tövsiyyə etmişlər. Bir dəfəsində Cavabdeh Sadıq qızı fərdi evin bizə məxsus olan otağının qapısını sındırıb içəri daxil olaraq əşyalarımızı dağıtmış və orada yaşamağa başlamışdır. Halbuki fərdi yaşayış evində ona məxsus ayrıca otaq vardır. Onun bu qanunsuz hərəkətləri barədə Səbail rayon Polis İdarəsinə müraciət etmişdim və Səbail rayon Pİ-nin 8-ci Polis Bölməsi tərəfindən aparılmış təhqiqat zamanı göstərilən xüsusatlar öz təsdiqini tapmışdı. Lakin maddi zərərin az miqdar təşkil etiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki xarakter daşıması müəyyən olunaraq mülki icraat qaydasında məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdu. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayıb, apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(009)-3 372/2019 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdim. Apellyasiya şikayətimi onunla əsaslandırmışdım ki, fərdi yaşayış evinin mübahisəli otağına mənim və ailə üzvlərimin istifadə hüququ mübahisəli otağa köçdüklərimiz andan yarandığından bizim bu hüquqlarımız qorunmalıdır. Kommunal xərclərin ödənişləri məqsədilə müvafiq müqavilələr mənimlə bağlanmışdır. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab etmişdi ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünürdü ki, ünvan 2 ünvanda X11, X7, Cavabdeh, X18, X8, X6, İddiaçı2, X3, X2, X1, X4, İddiaçı3, X16, X9 və X5 qeydiyyatdadırlar. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2992/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(009)- 3372/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddia təmin olunmuşdur. Bu səbəbdən, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçının istifadəsində olan otaqdan çıxarılması təmin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı T.İsmayılova iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(103)-2992/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçının istifadəsində olan otaqdan çıxarılması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, həmin yaşayış evi özbaşına tikilidir, mətbəx, sanitar qovşağı ümumi istifadədə olmaqla 7 otaqdan ibarətdir. Mənzilləri öz aralarında bölüşdürmüşlər və ailənin hər bir üzvünə bir otaq düşmüşdür. 7835618 nömrəli arayışda qeyd olunur ki, İddiaçı2, Cavabdeh, İddiaçı3 və X10 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 3 özbaşına tikilidir və mətbəx, sanitar qovşağı ümumi istifadədə olmaqla 7 otaqdan ibarətdir. İddiaçılar və cavabdeh evi öz aralarında bölmüş və hər biri bir otaqda məskunlaşmışdırlar. İddiaçılar əmlakın sahibi kimi ondan istifadə etmək hüququna malikdirlər və bu hüquqlarını həyata keçirmə istəkləri qanunidir. Onların bu hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Eyni zamanda mətbəx və sanitar qovşaq da ümumi istifadədə olmaqla tərəflərin hər birinin bərabər istifadələrindədir. Evin özbaşına tikili olması şəxslərin mənzil hüquqlarının cavabdeh tərəfindən pozula bilməsinə əsas yaratmır. Cavabdeh tərəfindən törədilən maneələr o halda qanuni hesab edilə bilər ki, cavabdehin mənzil və ya ümumi istifadədə olan digər yerlər üzərində mülkiyyət hüququ olsun. Hazırki halda isə cavabdehin iddiaçılara yaşadıqları otaqlardan və ümumi istifadədə olan sahələrdən istifadəyə maneələr yaratması qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 86,5 kv.m yaşayış sahəsi olan ö/t 3 saylı evdən və ümumi istifadədə olan sahələrdən (mətbəx, sanitar qovşaq) iddiaçıların istifadə hüququnun Cavabdeh tərəfindən məhudlaşdırılması qanunsuz hesab edilsin, cavabdeh tərəfindən zəbt edilmiş ümumi istifadədə olan sahələr boşaldılaraq ümumi istifadəyə qaytarılsın, ümumi istifadədə olan sahələrə və həyətə tullantıların atılması cavabdehə qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçıların xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-793/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-793/2025
11.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver