Məhkəmə qərarları › İş №2(009)-802/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-802/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-802/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili M.B.Eyvazovanın, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə dövlət tərəfindən qeydiyyata alınmış nikaha daxil olmuşdur və cavabdehin yaşadığı ünvan 1 ünvanında gəlin köçmüşdür. Bu nikahdan onların xx.xx.2008-ci il tarixdə X10, xx.xx.2010-cu il tarixdə X11, xx.xx.2017-ci il tarixdə X12 anadan olmuşdur. X10 və X11 ünvan 1 ünvanında qeydiyyata alınmışlar. 2014-cü ildə onlar ünvan 2kmək üçün torpaq sahəsi almışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışla qaynanası X1 adına alınmışdır. Torpaq sahəsini qaynanası - X1 adına alınması cavabdehin istəyi ilə olmuşdur. 2014-cü ilin dekabr ayında isə onlar bu torpaq sahəsində ev tikməyə başlamışlar. 2016-cı ildə ünvan 1 ünvanda yerləşən yaşadıqları mənzilin sökülməsi ilə əlaqədar kirayə evə köçmüşlər. Maddi durumu ilə əlaqədar olaraq ev kirayələmək çətin olduğu üçün o, uşaqları və qaynanası ilə birgə valideynlərinin mənzilinə köçmüş və hal-hazıra kimi o, və uşaqlar orada yaşayırlar. Cavabdeh isə onlardan ayrı yaşayır.Badamdardakı evin inşası tamamlanıb, lakin ora köçmələrinə cavabdeh icazə vermir. 5 ilə yaxındır ki, o, uşaqları ilə, xəstə qaynanası ilə məcbur olub valideynlərinin mənzilində yaşayır. Bu da valideynləri və qardaşı üçün çox böyük çətinliklər yaradır. Hal-hazırda evlərin inşası bitib və o, evsizlikdən çox əziyyət çəkdikləri halda cavabdeh onu evə buraxmır. Ailələrinə aid avadanlıq, mebel, paltarları və əşyaları - hamısı yeni inşa edilmiş evlərindədir. Dəfələrlə uşaqlar və o, cavabdehdən köçüb orada yaşamaq üçün imkan verməsi xahiş və tələb etmişdir, lakin cavabdeh icazə verməmişdir. Bu ev tikilən gündən o, xəstə qaynanasına və uşaqlara təkbaşına, cavabdehin köməkliyi olmadan baxmışdır. Maddi cəhətdən valideynləri köməklik ediblər. Cavabdeh isə həmişə bildirirdi ki, o, ev inşası ilə məşğuldur və onlar öz problemləri ilə onu narahat etməsinlər. Uşaqlar hazırda yetkinlik yaşına çatıblar, onlara rahat yaşayış şəraiti lazımdır. Bu illər ərzində o, uşaqlarla bütün çətinliklərə dözüb evin inşasının bitməsini gözləmişdir. Lakin cavabdeh heç bir cəhdlə onların bu evə köçmələrinə razılı vermir. Onların bütün paltarları, ev və məişət əşyaları, mebelləri həmin evdədir. Ev tikməyə başlananda da o, cavabdehlə bir ailə olub, ümumi təsərrüfat aparmışlar. Əldə edilən ümumi gəlirlər hesabına tikilirdi bu ev. Belə ki, bu illər ərzində o, uşaqları və ağır xəstə olan qaynanası ilə birgə valideynlərinin mənzilində yaşamışlar və hal-hazırda da orada yaşayırlar. Qeyd olunanlara əsasən o, Cavabdeh ilə dövlət tərəfindən qeydə alınmış nikaha daxil olaraq xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvana gəlin köçmüşdür. 2014-cü ildə isə ünvan 2kdirməyə başlamışlar, hal-hazırda bu evin inşası başa çatmışdır. Lakin cavabdeh tərəfindən onların həmin evdən istifadə hüquqları pozulduğundan, onun uşaqları ilə birlikdə məhkəmə qaydasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evə istifadə hüquqlarını tanımaqla həmin evə köçürülməlidirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə birgə nikah vaxtı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında inşa etdirdikdəri evə övladları X15, X16, X13 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, cavabdehlə xx.xx.2007-ci ildə ailə qurmuşdur. Bakı şəhəri, M.Fətəli döngəsi, 13 saylı evə cavabdehin anasına məxsus evə gəlin köçmüşdür. Münasibətləri yaxşı olmuşdur. Uşaqlardan ikisi həmin evdə, biri isə kirayə qaldıqları evdə anadan olmuşdur. 2014-cü ildə ünvan 2kmək üçün torpaq sahəsi almışlar. Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışla torpaq sahəsi qaynanasının adına alınmışdır. Yoldaşı “Media-FM” radiostansiyasında işləyib, torpaq 50.000 manata alınıb, hələ yaşadıqları ev sökülməmişdir. Hazırkı mübahisəli ev 2014-cü ildə tikilib. 2016-cı ildə ev söküləndə bu evin ancaq bəzəyi qalmışdır, orada onlar ailəvi qalmalıdırlar. 2016-cı ildə ev söküləndə cehiz əşyasının yarısı təzə evə yığmışlar. Kirayədə o, qaynanası qalmışlar, yoldaşı ayrı evdə qalmışdır. Evdə aylıq 400 manat xərcləri olmuşdur. Bir ildən sonra qaynanası xəstəliyə tutulmuşdur. Qaynanası özünü idarə edə bilməmiş, o, da dözürdü ki, düzələcək. Sonradan onları kirayə qaldıqları evdən çıxartmışlar, o, anasıgilə gəlmiş, yoldaşı öz anası ilə kirayə getmişdir. xx.xx.2021-ci ildə qaynanası rəhmətə getmişdir. 2016-cı ildən 2020-ci ilə qədər birgə yaşamışlar. İddiaçı həmçinin bildirmişdir ki, yoldaşının bankda pulu olmuş, torpağı 50.000 manat nəğd pul verib almışdır. Qaynanası əlil olmuş, 2002-ci ildən təqaüdə çıxmış, onun torpaq almaq üçün pulu olmamışdır. İddiaçı eyni zamanda göstərmişdir ki, 3 il qaynanası ilə kirayədə yaşamış, qaynanası xəstə olmuş, Tural ayrı yaşamışdır başqa qadınla, qaynanasının xəstəliyi şiddətlənəndə Turala zəng edərkən o hərdən gəlmiş, hərdən isə gəlməmişdir. XƏstə olan qaynanası ilə ona görə birgə yaşayırdı ki, ev tikiləndən sonra hər birinin ayrı otağı və şəraiti olacaqdır ki, orada yaşasınlar. Lakin ev hazır olsa da, hər dəfə Tural bəhanə gətirərək evə köçməyə mane olmuşdur. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, tərəflər xx.xx.2007-ci ildə ailə qurmuşlar. Birgə nikahdan 3 uşaqları var. Ailə qurduqdan sonra İddiaçı cavabdehin yaşadığı Bakı şəhəri, Mirzə Fətəli döngəsində yerləşən 13 saylı evinə gəlin köçmüşdür. Sonradan tərəflər 2014-cü ildə ünvan 2kmək üçün torpaq sahəsi almışlar. Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışla torpaq iddiaçının qaynanasının adına alınmışdır. Bu cavabdehin istəyi ilə olmuşdur. 2014-cü ildə isə tərəflər həmin torpaq sahəsində ev tikməyə başlamışlar. Hazırda ev hazırdır. İddiaçının cehizi həmin evdədir, sonradan nədənsə ailədə problem olmuş, cavabdeh kirayə çıxmış, iddiaçı da uşaqlarla anasıgilə gəlmişdir. Hazırda iddiaçı orada qalır. Cavabdeh təzə tikilən evə yaşadığı qadını köçürüb yaşamaq istəyir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, iddiaçı ilə 2007-ci ildə ailə qurmuşdur. İddiaçı onlara anasının evinə gəlin köçmüşdür. Həmin ev 2016-cı ildə sökülüb. Mübahisəli torpağı 2014-cü ildə anası 27.000 manat verib almışdır. Onun 2011-ci ildə bankda pulu olub. 2016-ci ildə evin sökülməsinə görə anasına 127521 manat pul verilmişdir. Mübahisəli evin tikilməsinə görə isə 40.000 manat pul xərclənib. 2018-ci ildə evdə problem olduğundan o, ayrı qalmışdır. Yoldaşına kirayə evdə qalması təklif etmiş, lakin yoldaşı onun anası ilə qalmaq istəmədiyindən ev tuta bilməmişdir. 2016-cı ildə ev söküləndə cehiz yarısı kirayə qaldıqları evə getmiş, 20% isə Novxanıda olan evə köçürülmüşdür. Onlar boşanırlar, ona görə də iddiaçının mübahisəli evə köçməsinə razı deyil. İddiaçının mübahisəli evə köçməsinə hüquqi əsası yoxdur. Çünki həmin torpaq sahəsini anası almışdır və anasına məxsus evin söülməsindən əldə olunan pul vəsaiti hesabına inşa edilmişdir. Anası torpağa görə ödənilən pulu borc şəklində ala bilərdi və yaxud onun tərəfindən borc şəklində verilə də bilərdi. Söküntü ilə bağlı alınan pul verilən borcu, o cümlədən evin tam təmir olub başa çatmasına çəkilən xərci qarşılayır, hətta artıq da qalır. Evin çıxarışı yoxdur, özbaşına tikilidir. O, anasına kömək edirdi, 2021-ci ilin yanvar ayınıdək ,yəni aansı rəhmətə gedənədək ona baxmışdır. O inkar etmir ki, evi uşaqlar üçün tikmişdir, uşaqları hazırda da o evdə yaşaya bilərlər. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatları dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanılmış və bu barədə 2067 saylı akt qeydi icra edilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş kserosurətlərindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X14 adlı uşaqları var. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X2 ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* No-li, xx.xx.2014-cü il tarixli çıxarışı ilə mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən edilmiş tövsiyyətərə riayət edilməklə tikinti işlərinin aparılmasına etiraz etmirlər. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir. İş üzrə əmək kitabçasının kserosurətindən belə məlum olur ki, X3 xx.xx.2002-ci ildə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə “X25” tərəfindən verilmiş məxaric qəbzindən belə məlum olur ki, Cavabdeh tərəfindən 127521 manat pul qəbul edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdehlə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı cavabdehin yaşadığı Bakı şəhəri, Mirzə Fətəli döngəsində yerləşən 13 saylı evdə yaşamışlar və həmin evdə yaşayarkən onların üç övladı anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli ev Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən və xx.xx.2014-cü il tarixdə cavabdehin anasına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış torpaq sahəsində 2014-2016-cı illərdə inşa edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli torpaq sahəsi 2014-cü il tarixdə alınıb cavabdehin anasının adına rəsmiləşdirilsə də, həmin torpaq sahəsi onların birgə nikahda olduqları vaxt alınmışdır. Torpaq sahəsində inşa edilmiş yaşayış evi həyat yoldaşının qazancı hesabına inşa edilmiş və həmin evin tikilməsində məqsəd sonradan həmin evə köçüb yaşamaq olmuşdur. Ev tikilən ərəfədə onlar kirayədə yaşamışlar və iddiaçının bütün cehiz əşyaları yeni tikilən evdə yerləşdirilmişdir. Lakin hazırda mübahisəli ev tikilib başa çatdırılsa da, cavabdeh onu həmin evə köçməyə icazə vermir. Bu səbəbdən iddiaçı övladları ilə birlkdə mübahisəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının evə köçürmə barədə iddiasına hüquqi qiymət verməmişdən qabaq ona hüquqi statusuna qiymət verilməsini zəruri hesab edir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci madəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Qeyd olunan Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfatı şöbəsi tərəfidən X2 ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, ona mülkiyyətində olan torpaq sahəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikinti işlərinin aparılmasına etiraz olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış evi müvafiq icazələr alınmaqla inşa olunduğu üçün, həmin ev özbaşına statusu daşımır. Məhkəmə iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin tələb tam əsaslı hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ev cavabdehin anasının mülkiyyətindəki torpaq sahəsində inşa edilsə də, həmin ev tərəflərin birgə nikahda olduqları zaman tərəflərin birgə vəsaiti hesab edilən cavabdehin qazancı hesabına inşa edilmişdir. Qeyd olunduğu kimi mübahisəli evin tikintisi ilə bağlı müvafiq icra hakimiyyətinin razılıq ərizəsi 2014-cü ilin sonunda verilmişdir və bu hal onu göstərir ki, mübahisəli ev hələ tərəflər cavabdehin anasına məxus olan evdə yaşayarkən inşa olunmağa başlanılmışdır. Belə olan halda cavabdehin mübahisəli evin anasına məxsus vəsait hesabına inşa edilməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində cavabdehin anasının adına rəsmiləşdirilməmiş və bu səbbədən həmin əmlak cavabdehin anasına məxsus olan əmlak kimi qəbul edlə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli torpaq sahəsinin anasının verdiyi pul vəsaiti hesabına alınmasını, mübahisəli evi əvvəl yaşadıqları və anasına məxsus evin sökülməsi nəticəsində verilən kompensasiya hesabına inşa edilməsini göstərsə də, məhkəmə iclasında bu hallar öz təsdiqini tapmamışdır.Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının anası 2002-ci ildən təqaüdə çıxmış və torpağın alınmasına və onun üzərində evin tikilməsinə malik vəsaiti olmamışdır. Cavabdeh torpağın alınması və evin tikilməsinə görə anası tərəfindən borca pul götürülməsini bildirsə də, bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin kifayət qədər qazanca malik olması təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli ev tərəflərin birgə vəsaiti və birgə nikah dövründə inşa edildiyi üçün, həmin əmlak onların ümumi birgə əmlakı hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisəli ev hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlak birgə əmlak hesab olunduğu üçün iddiaçının həmin evə gözlənilən mülkiyyət hüquqları var. AR Ailə Məcəlləsinin 32.1-ci maddəsiən əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Göstərilən Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü madəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında formalaşmış mövqeyə əsasən Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından ər-arvadın birinin müstəqil qazancı hesabına əldə edilmiş əmlak belə onların ümumi birgə əmlakı hesab edilir. Belə olan halda iddiaçının həmin evə köçüb yaşamasına cavabdeh tərəfindən törədilən maneəçilik iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli ev tərəflərin birgə nikahda olduqları dövrdə və cavabdehin müstəqil qazancı hesabına əldə edilmiş pul vəsaiti hesabına inşa edildiyi üçün həmin ev ümumi birgə əmlak hesab edilir və bu səbəbdən iddia tələbi iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsi hissəsində tam əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, Həsənova X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 0,025 ha torpaq sahəsində inşa edilmiş evə köçürülsünlər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar