Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-822/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X4” X3rşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 aprel 2025ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X4” X3rşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, təxminən 12 ildir ki, cavabdeh təşkilatda aqrotexnik peşəsində çalışmışdır. Hər ay üçün 300 manat əmək haqqı alırdı. Bundan başqa bayramlarda 150 manat məbləğində maaşa əlavə kimi ödənişlər edilirdi. Lakin xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq işdən uzaqlaşdırılmışdır. Hazırda əri ilə birlikdə tək yaşayır. Əri veterandır, işləmir. Ailənin yeganə dolanışıq mənbəyi iddiaçı idi. Mövcud problemlə bağlı əlaqədar qurumlara müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyib, təmin olunmamasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, xx.xx.2024cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz ərizəsi əsasında xitam verilmişdir. AR Nazirlər Kabinetinin 07 yanvar 2022-ci il tarixli 05 saylı Qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X4” publik hüquqi şəxsi yaradılmışdır. Qurumun ştat cədvəli təsdiqlənmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək son haqq-hesabı işçiyə tam şəkildə ödənilmişdir. İddiaçının işlədiyi müddət ərzində işə davamiyyəti də zəif olmuşdur. Səhhəti ilə əlaqədar bağda fiziki iş görməkdə çətinlik çəkdiyi üçün öz istəyi ilə ərizə yazaraq işdən çıxmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə “X4” publik hüquqi şəxsi arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, İddiaçı 04 oktyabr 2024-cü il tarixindən onun öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. 04 oktyabr 2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı “X4” publik hüquqi şəxsdə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 04 oktyabr 2024-cü il tarixdə öz xahişi ilə 04 oktyabr 2024-cü il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işçi işdən çıxma ilə bağlı 04 oktyabr 2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsində 04 oktyabr 2024-cü il tarixdə işdən azad olunmasını xahiş etmişdir. İşəgötürən isə onu özünün təşəbbüsünə əsasən ərizədə qeyd olunduğu 04 oktyabr 2024-cü il tarixdə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işdən azad etmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün psixoloji təzyiqə məruz qaldığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X4” X3rşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-822/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-822/2025
09.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver