Məhkəmə qərarları › İş №2(009)-835/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-835/2022

10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-835/2022 10.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından dünyaya gəlmiş 10.10.2016-cı il təvəllüdlü X10 və 27.09.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli 2(009)- 960/2021 saylı qətnaməsi ilə təyin edilmiş və Cavabdeh tutulan hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin miqdarı dəyişdirilərək, hər uşaq üçün, hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 13.01.2016-cı il tarixdə bağlanmış rəsmi nikah Səbail Rayon Məhkəməsinin 2(009)-960/2021 saylı, 08.10.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahlarından dünyaya gəlmiş 10.10.2016-cı il təvəllüdlü X6 və 27.09.2018-ci il təvəllüdlü X4 onun yanında qalması müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 03.06.2021-ci il tarixindən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladlarının tələbatlarını ödəmir. Gündəlik məişət xərclərinin, həkim xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Bu səbəbdən də, alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası qanuna əsasən mediasiya prosesinin tətbiqi üçün Mediasiya Şurasına ərizə ilə müraciət etmişdir. Mediasiya Şurasının təyin etdiyi mediatorun vermiş olduğu 07 mart 2022-ci il tarixli Arayışdan göründüyü kimi mediasiya iclası 07 mart 2022-ci il tarixinə nəzərdə tutulsa da, cavabdeh həmin iclasa gəlməmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından dünyaya gəlmiş, 10.10.2016-cı il təvəllüdlü X11 və 27.09.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün Səbail rayon Məhkəməsinin 2(009)-960/2021 saylı, 08.10.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş və Cavabdeh tutulan hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin miqdarının dəyişdirilərək, hər uşaq üçün, hər 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Göstərilən qanun normasından da göründüyü kimi, 2 uşağa görə qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutulur. Habelə, 76.2-ci maddəyə əsasən də qeyd edilir ki, bu payın miqdarı tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İşin hallarından görünür ki, iş üzrə Səbail rayon Məhkəməsinin 2(009)- 960/2021 saylı, 08.10.2021-ci il tarixli qətnamsi ilə aliment təyin edilərkən cavabdehin ailə və maddi vəziyyəti nəzərə alınmış, onun işləməsi və 700 manata yaxın əmək haqqı alması ilə əlaqədar əmək haqqından 1/3 hissə miqdarında aliment təyin edilmişdir. Belə ki, bu qısa müddət ərzində cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik olmamış, əksinə onun atası həbs edilmiş və himayəsində qardaşı və xəstə anası da qalmışdır. Yəni əksinə onun maddi vəziyyəti daha da çətinləşmişdir. Buna görə, həmin qətnamənin qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq iddiaçının heç bir əsas olmadan alimentin artırılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi tamamilə əsassız və qanunsuzdur. Cavabdehin gəliri, yəni əmək haqqı müntəzəm və dəyişkən olmadığına görə yəni, heç bir dəyişiklik baş vermədiyinə görə iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, cavabdehlə iddiaçı arasında 13.01.2016-cı il tarixdə bağlanmış nikah Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və birgə nikahlarından dünyaya gəlmiş X6 və X4 onun yanında qalması müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda 2022-ci il üçün X9 Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin kifayət qədər gəliri var. Hər dəfə aliment müxtəlif məbləğlərdə ödənilir. Ödədiyi pul borca çıxılır. Elə vaxt olur aliment 200-250 manat ödənilir. İddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş edir. Çünki elə gəlirlər var ki, onları alimentə yönəltmək mümkün deyil. Ailə Məcəlləsi, Uşaq Hüquqları haqqında qanun və X1vericiliyin tələblərini nəzərə alaraq iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X12 izahat verərək bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulan zaman cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.Qətnamə 08 oktyabr 2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, qətnamənin qəbul edilməsindən çox qısa müddət keçmişdir. Bu müddət ərzində cavabdehin maddi vəziyyətində heç bir yaxşılaşma olmamış, əksinə onun atası həbs edilmiş, himayəsində qardaşı və xəstə anası qalmışdır. Yəni, onun maddi vəziyyəti daha da çətinləşmişdir. Cavabdeh eyni iş yerində, eyni vəzifədə çalışır, eyni maaşı alır. Etiraz ərizəsində göstərilənləri müdafiə edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Mülki iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-960/2021 saylı, 08.10.2021 -ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və birgə nikahlarından dünyaya gəlmiş 10.10.2016-cı il təvəllüdlü X6 və 27.09.2018-ci il təvəllüdlü X13 anasının yanında qalması müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 03.06.2021-ci il tarixindən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 188544 nömrəli və AZ-İİİ seriyalı, 941079 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 10.10.2016-cı il təvəllüdlü X8 və 27.09.2018-ci il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan əmək haqqı hesabından çıxarışdan görünür ki, Cavabdeh 17.11.2021-ci il tarixdə 1127.39 manat, 27.12.2021-ci il tarixdə 300 manat, 25.01.2022-ci il tarixdə 879 manat, 28.01.2022-ci il tarixdə 432.13 manat, 17.03.2022-ci il tarixdə 756.11 manat əmək haqqı köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün X9 Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Məhkəmə qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Qeyd edilən maddi hüquq normalarının tələbindən hazırki mübahisəyə yanaşan və həm uşaqların, həm də cavabdehin mənafeyini nəzərə alan məhkəmə bildirir ki, hazırki iş üzrə cavabdehdən tutulan alimentin məbləği sabit pul məbləğində müəyyən olunmalıdır. Belə ki, alimentin tutulması barədə qətnamə qəbul edilərkən cavabdehin əmək haqqının 660.76 manat olduğu müəyyən edilmişdir. Səbail rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli 2(009)-960/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını, qanunvericiliyin tələbləri baxımından alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə uşaqların saxlanılması üçün cavabdehdən sabit pul şəklində aliment məbləği hər ay, hər bir uşağa 165 manat olmaqla cəmi 330 manat məbləğində müəyyən edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, işin müəyyən edilmiş hallarına əsasən alimentin müəyyən edilmiş həcmi hazırki qətnamənin icrasının gələcəkdə qeyrimümkün olan akta çevrilməsi ilə nəticələnməsin. Məhkəmə həmçinin hesab edir ki, alimentin dəyişdirilməsi ilə bağlı cavabdehdən tutulmalı olan 330 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qararının 82/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin dəyişdirilməsi ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 59.6 (əlli doqquz manat altmış qəpik) manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Səbail rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli 2(009)-960/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilərək, Cavabdeh yetkinlik yaşına çatmayan 10 oktyabr 2016-cı il təvəllüdlü X8 və 27 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər biri üçün 165 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 330 (üç yüz otuz) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 59.6 (əlli doqquz manat altmış qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar