Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-844/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı X10, Cavabdeh nümayəndəsi X11 iştirakları ilə, İddiaçı X10 Cavabdehnə qarşı «əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X20 Cavabdehnə qarşı «əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən 350 nömrəli əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən ştat cədvəlinə uyğun aylıq 800 manat əmək haqqı əvəzinə ona 720 manat əmək haqqı hesablandığından 19 fevral 2019cu il tarixdən bu günə aylıq əmək haqqlarına, mükafatlarına, məzuniyyətlərə və son haqhesaba görə hesablanmış məbləğlərə aylıq əmək haqqının Cavabdeh 800 manat olmasını nəzərə alaraq ziyanına hesablanmış fərq məbləğlərinin yenidən onun xeyrinə ümumilikdə hesablanması, Cavabdehndə işlədiyi dövrdən bu günə aylıq əmək haqqlarına, mükafatlara, məzuniyyətlərə və son haqq-hesaba görə hesablamalara vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılması, Cavabdeh 2019-cu ilin aprel və iyul ayının 1i tarixlərindən hər biri 15 gün olmaqla, cəmi 30 gün işlətdikləri məzuniyyət və işə çağırıb işlətdikləri həftənin 6-cı (şənbə), hərdən bazar günlərinə görə onun xeyrinə əlavə əmək haqqlarının hesablanması, səhhətinə dəymiş ziyanı əvvəlki vəziyyətdə sağlamlaşdırması, şəkərin və onun təsiri nəticəsində artan qan təzyiqinin normal vəziyyətə gətirilməsi üçün Cavabdeh tərəfindən ona dəymiş ziyana görə Cavabdehndən 5000 manat məbləğində pulun təzminat kimi alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla 350 nömrəli X27 Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq 12.03.2020-ci il tarixdən 6 (altı) ay müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində “işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. Lakin 350 nömrəli X24 Məcəlləsinə müvafiq olaraq bağlanması qeyd olunsa da, Cavabdeh tərəfindən tam əksinə hərəkət edilərək Əmək müqaviləsinə xitam verildiyi həftənin 1-ci günü (ondan əvvəlki günlər həftənin şənbə və bazar günləridir), yəni 14.09.2020-ci il tarixdə o, xəstə olduğundan işdə olmamışdır. 640031-li “əmək qabiliyyətinin olmaması vəsiqəsi”sini Cavabdehnə 23.09.2020-ci il tarixli məktubla göndərsə də, hələ də cavablandırılmamışdır. Cavabdeh tərəfindən 14.09.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş əmr hüquqi qüvvəsini itirdiyinə görə, 350 nömrəli əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. X22 İdarəsinin rəisi F.Mehdiyev 19.02.2019-cu il tarixdə onun razılığı ilə əmək müqaviləsində edilən böyük müfəttiş vəzifəsi dəyişdirilməsinin pulla başa gələcəyini bildirəndə, onda pulun olmadığını deyəndən sonra, F.Mehdiyev alınmadığını bildirərək, Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsində “Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir”in əksinə onun razılığı ilə edilməyən böyük müfəttiş vəzifəsindən aşağı aparıcı müfəttiş vəzifəsini elektron bazaya 19.02.2019-cu il tarixdə işləmişdir. Həmçinin, idarədə işlədiyi dövrdən öhdəsində 2 şagird, 1 gündüz təhsil alan 23 yaşını keçməmiş tələbə olan 3 uşaq olduğuna görə, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə görə valideyinlərdən birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılması halı üç-dörd ay çıxmaq şərti ilə ona şamil edildiyi halda ona şamil edilməmişdir. Onu 2019-cu ilin aprel və iyul ayının 1-i tarixlərindən hər biri 15 gün olmaqla, cəm 30 gün məzuniyyətdə olmalı olduğu və həftənin 6-cı (şənbə), hərdən bazar günləri işə çağrılaraq işlətməklərinə baxmayaraq ona əlavə əmək haqqı hesablamalı olduqları halda əlavə əmək haqqı hesablamamışlar, etdiyi müraciətlər də cavabsız qalmışdır. Yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Respublikasının Baş nazirinin 20 mart 2020-ci il tarixli 01/411 nömrəli əmrinə əsasən 2020-ci ilin mart ayının 29-dan bir ay müddətində əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətdə və “icaze.e-qov.az”-dan icazə olmayan İdarənin əməkdaşlarını rəisi Faiq Mehdiyevin səyi və rəhbərliyi ilə qanunsuz olaraq SMS götürməklə işə çağrılır və caamatdan pul yığılaraq ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların qanunsuz olaraq sərbəst hərəkəti təşkil edilməsinə və karantin rejiminin pozulması halına gətirib çıxaran qanunsuzluqlara düzgün olaraq əməl etmədiyinə görə, qanunsuz hərəkətlər nəzarətsiz qaldığından, F.Mehdiyevin 2020-ci ilin mart ayının əvvəlindən başladığı ona qarşı davam edən daha da zorlaşdırdığı təzyiqlərə, hədəqorxularına və qanunsuzluqlarına göz yuman, onun qanunsuz hərəkətlərini müdafiə edən Cavabdeh məsul şəxslərinin günahları ucbatından orqanizmində şəkərin yüksək dərəcədə olmasına gətirib çıxartmışdır. Məhkəmə baxışı dövründə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək məcburi iş buraxma müddətləri üçün əmək haqqı ödənilməklə onun Cavabdehndə tutuduğu vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X20 iddia ərizəsinə və ona edilmiş əlavəyə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X21 iddia tələbinə etiraz edərək göstərmişdir ki, X8 Reklam İdarəsinin rəisi ilə iddiaçı X20 arasında bağlanmış 09 mart 2018-ci il tarixli, 004 nömrəli əmək müqaviləsinə əsasən sonuncu göstərilən tarixdən 1 il müddətinə İdarənin Estetik nəzarət şöbəsinin böyük müfəttişi vəzifəsinə təyin olunmuşdur. Qeyd olunan müqaviləyə 02 iyul 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən iddiaçı yuxarıda adıçəkilən şöbənin böyük müfəttişi vəzifəsindən müfəttişi vəzifəsinə keçirilmiş və bu barədə müvafiq əmək müqaviləsində dəyişiklik aparılmışdır. Həmin müqaviləyə 19 fevral 2019-cu il tarixində bir daha dəyişiklik edilmiş və X4 şöbənin müfəttişi vəzifəsindən aparıcı müfəttişi vəzifəsinə keçirilmişdir. Lakin, texniki səhv nəticəsində müvafiq müqaviləyə kağız daşıyıcısında edilmiş dəyişiklikdə “aparıcı müfəttiş” sözləri əvəzinə “böyük" müfəttiş sözləri qeyd olunmuşdur. Həmçinin, İdarə rəisi tərəfindən verilmiş 19 fevral 2019-cu il tarixli, 07-k nömrəli əmrdə, eləcə də əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində iddiaçının keçirildiyi vəzifənin adı aparıcı müfəttiş kimi göstərilmişdir. Bundan əlavə, iddiaçı 10 mart 2020-ci il tarixli ərizə ilə İdarə rəisinə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və tərəflər arasında bağlanılmış 09 mart 2018-ci il tarixli, 004 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, iddiaçı 12 mart 2020-ci il tarixli ərizə ilə X15 sədrinə müraciət edərək, onun İdarənin Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi vəzifəsinə təyin olunmasını xahiş etmiş və tərəflər arasında bağlanılmış 12 mart 2020-ci il tarixli, 350 nömrəli əmək müqaviləsinə əsasən X20 göstərilən tarixdən 6 ay müddətinə adıçəkilən vəzifəyə təyin olunmuşdur. Eyni zamanda, Agentlik tərəfindən iddaçıya 07 sentyabr 2020-ci il tarixli, D/Y-299 nömrəli xəbərdarlıq ünvanlanaraq, 12 mart 2020-ci il tarixli, 350 nömrəli əmək müqaviləsinin 12 sentyabr 2020-ci il tarixində bitməsi ilə əlaqdar həmin müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 14 sentyabr 2020-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. Habelə, X3 ünvanlanmış 15 sentyabr 2020-ci il tarixli, 04-12/380 nömrəli məktubunda tərəflər arasında bağlanılmış 12 mart 2020-ci il tarixli, 350 nömrəli əmək müqaviləsinə xitam verildiyindən, müvafiq əmrin surətinin və əmək kitabçasının təhvil götürülməsi xahiş olunmuş, eləcə də rəsmi müraciət ediləcəyi təqdirdə əmək kitabçasının göstərilən ünvana göndəriləcəyi bildirilmişdir. Daha sonra, iddiaçı 23 sentyabr tarixli məktubu ilə 14 sentyabr 2020-ci il tarixindən 18 sentyabr 2020-ci il tarixinədək əmək qabiliyyətinin olmaması barədə vərəqəni Agentliyə ünvanlamışdır. Bununla əlaqədar, Agentlik tərəfindən X14 ünvanlanmış 15 oktybar 2020-ci il tarixli, 03-10/470 nömrəli məktubda sonuncuya əmək müqaviləsinin müddətinin 14 sentyabr 2020-ci il tarixində bitməsi ilə əlaqədar ona xitam veriləcəyi barədə xəbərdarlıq edildiyi, göstərilən tarixdə müvafiq müqaviləyə xitam verildiyi, 14 sentyabr 2020-ci il tarixindən tərtib edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin 23 sentyabr 2020-ci il tarixli məktubla iş yerinə göndərildiyi, həmin məktubun 28 sentyabr 2020-ci il tarixində Agentliyə çatdığı, sadalananlara əsasən sözügedən əmək qabiliyyətinin olmaması vərəqəsinə görə hər hansı ödənişin həyata keçirilməyəcəyi, eləcə də əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Məcəllədəki qadağanın müddətli əmək müqavilələrinə şamil edilmədiyi bildirilmişdir. İşin faktiki hallarından da göründüyü kimi, X20 ilə iki dəfə əmək müqaviləsi bağlanılmış, birinci əmək müqaviləsi 09 mart 2018-ci il tarixdən 09 mart 2019-cu il tarixədək (Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən müvafiq əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra əmək münasibətləri davam etdirildiyindən və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır), ikinci əmək müqaviləsi isə 12 mart 2020-ci il tarixindən 12 sentyabr 2020-ci il tarixinədək olan dövrləri əhatə etmişdir. Birinici əmək müqaviləsi üzrə iddiaçının mübahisələndirdiyi 09 mart 2018-ci il tarixli, 004 nömrəli əmək müqaviləsinə 19 fevral 2019-cu il tarixində edilmiş dəyişiklikdə yuxarıda da bildirildiyi kimi texniki səhv nəticəsində “aparıcı müfəttiş” sözləri əvəzinə “böyük" müfəttiş sözləri qeyd olunsa da, İdarə rəisi tərəfindən verilmiş 19 fevral 2019-cu il tarixli, 07-k nömrəli əmrdə, eləcə də əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində X1 vəzifənin adı aparıcı müfəttiş kimi göstərilmişdir. Həmçinin, Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Belə olan halda müvafiq qanunvericilik aktının tələbləri onu deməyə əsas verir ki, əmək müqaviləsi bildirişində aparılmış qeydlər daha üstün hüquqi qüvvəyə malikdir. Bundan başqa, Məcəllənin 296-cı maddəsinin 2-ci və 4-cü hissələrinə əsasən iddiaçı qeyd olunan halla bağlı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 19 fevral 2019-cu il tarixindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 təqvim ayı ərzində, pul və digər əmlak tələbləri ilə əlaqədar isə 1 il ərzində məhkəməyə müraciət edə bilərdi. İkinci əmək müqaviləsi üzrə isə bildiririk ki, mətndə də göstərildiyi kimi, iddiaçı 10 mart 2020-ci il tarixli ərizə ilə İdarə rəisinə müraciət edərək, 09 mart 2018-ci il tarixli, 004 nömrəli əmək müqaviləsinə xitam verilməsini, eləcə də 12 mart 2020-ci il tarixli ərizə ilə X15 sədrinə müraciət edərək, İdarənin Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi vəzifəsinə təyin olunmasını xahiş etdiyindən, habelə həm əmək müqaviləsində, həm də elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində onun vəzifəsi aparıcı müfəttiş kimi qeyd olunduğundan, X5 əmək müqaviləsi üzrə aparıcı müfəttiş vəzifəsi ilə böyük müfəttiş vəzifəsi arasında yaranmış əmək haqqı fərqini istəməsi başa düşülən deyildir. Sadalananlarla yanaşı, iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə müvafiq əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunaraq, həmin əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılması ilə bağlı tələbinə gəldikdə isə diqqətinizə çatdırırıq ki, Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən işçinin xəstələnməsi ilə əlaqədar iş yerində olmadığı dövrdə əmək müqaviləsinin müddəti qurtardığı halda əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi müddətli əmək müqaviləsinə şamil olunmur. Habelə, bu mövqe iddiaçının müraciətlərinə cavab olaraq X23 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən ona ünvanlanan 18 yanvar 2021-ci il tarixli, **********0 nömrəli və 22 fevral 2021-ci il tarixli **********4 nömrəli məktublarda qeyd edilmişdir. Həmçinin, Agentlik tərəfindən iddaçıya ünvanlanmış xəbərdarlıqda əmək müqaviləsinə 14 sentyabr 2020-ci il tarixində xitam veriləcəyi bildirilmişdir ki, X10 həmin tarixdən əmək qabiliyyətini müvəqqəti itirməsi inandırıcı deyil və bu halın əlavə araşdırılması məqsədəmüvafiq hesab olunur. Göstərilənlərdən əlavə, iddiaçı iddia ərizəsində öhdəsində 2 şagird və 1 gündüz təhsil alan 3 uşağı olmasına baxmayaraq, bu halın işlədiyi dövrdə əmək haqqından vergi hesablanması zamanı nəzərə alınmadığını, bu səbəbdən vergi tutulmalı olan aylıq gəlirinin 50 manat məbləğində azaldılmasını tələb etmişdir ki, bununla bağlı X20 tərəfindən müvafiq faktı təsdiq edən sənədlərin İdarənin mühasibatlığına təqdim olunmadığını bildirir. Qeyd olunanlardan başqa, iddiaçı 2019-cu ilin aprel və iyul aylarının 1-i tarixlərindən hər biri 15 gün olan məzuniyyət günlərində və istirahət günlərində işə cəlb olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, həmçinin sözügedən tələblə bağlı Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən iddia müddətinin ötürüldüyünü diqqətə çatdırır. Bununla yanaşı, X10 orqanizminə Agentliyin hərəkətləri nəticəsində ziyan vurulmasının, həmin ziyanın məbləğinin iddia ərizəsində göstərilən həcmdə olmasının adıçəkilən şəxs tərəfindən sübuta yetirilməsini zəruri hesab edirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı X10 Cavabdehnə qarşı «əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət X18 Regional Reklam İdarəsi ilə X20 arasında bağlanmış 09 mart 2018-ci il tarixli 004 nömrəli əmək müqaviləsindən görünür ki, X20 Azərbaycan Respublikasının Dövlət X18 Regional Reklam İdarəsinin Estetik Nəzarət şöbəsinin böyük müfəttişi vəzifəsinə təyin edilmiş, bu X27 Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razılığı ilə “09” mart 2018-ci il tarixindən “09” mart 2019-cu il tarixinədək 1 (bir) il müddətinə bağlanmışdır. - Azərbaycan Respublikasının Dövlət X18 Regional Reklam idarəsinin 09.03.2018-ci il tarixində bağlanmış 004 nömrəli əmək müqaviləsinə 004/ D-1 nömrəli dəyişiklikdən görünür ki, “Estetik nəzarət şöbəsinin böyük müfəttişi vəzifəsindən azad edilsin, Estetik nəzarət şöbəsinin müfəttişi vəzifəsinə təyin edilsin” sözləri, "Estetik nəzarət şöbəsinin müfəttişi vəzifəsindən vəzifə maaşı ştat cədvəlinə müvafiq olaraq Estetik nəzarət şöbəsinin böyük müfəttişi vəzifəsinə keçirilsin” sözləri ilə əvəz edilmişdir. Dəyişikliklər 19.02.2019-cu il tarixindən qüvvəyə minmiş və 09.03.2018-ci ii tarixində bağlanmış 004 nömrəli əmək müqaviləsinin tərkib hissəsini təşkil etmişdir. - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X22 İdarəsinin 19.02.2019-cu il tarixli 07-k nömrəli digər vəzifəyə keçirilmə haqqında əmrdən görünür ki, X16 - əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 19 fevral 2019-cu il tarixdən Estetik nəzarət şöbəsinin müfəttişi vəzifəsindən vəzifə maaşı ştat cədvəlinə müvafiq olaraq Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi vəzifəsinə keçirilmişdir. - Azərbaycan Respublikasının Dövlət X25 Hüquq X7 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, 350 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, işçi X20 əsas iş yeri üzrə Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə qəbul edilmiş, Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razılığına əsasən 12.03.2020-ci il tarixindən 12.09.2020-ci il tarixinədək 6 (altı) ay müddətinə bağlanılmışdır. - “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, X20 14.09.2020ci il tarixdən 18.09.2020-ci il tarixədək hipertoniya və xroniki bronxit xəstəliyi ilə əlaqədar işdən azad olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Lənkəran regional ərazi şöbəsi tərəfindən X14 ünvanlanmış 18.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, “İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallara (yəni müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına) şamil edilmir. - Lənkəran şəhər Sağlamlıq Mərkəzinin 08.11.2019-cu il tarixli qanın biokimiyəvi analizindən görünür ki, X10 qanda qlukozanın miqdarı 6,1 mmol/l (109,8) təşkil etmişdir. (norma 4,2-6,4 mmol/l (75,0-115,0)) - Lənkəran şəhər Sağlamlıq Mərkəzinin 10.09.2020-ci il tarixli qanın biokimiyəvi analizindən görünür ki, X10 qanda qlukozanın miqdarı 8,6 mmol/l (155) təşkil etmişdir. (norma 4,2-6,4 mmol/l (75,0-115,0)) - “xxxx” ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, X6 hesabına 01.01.2020-ci il tarixdən 07.09.2020-ci il tarixədək 6537.74 manat mədaxil olunmuş, 6538,29 manat isə məxaric olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Lənkəran regional ərazi şöbəsi tərəfindən X14 ünvanlanmış 22.02.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən "Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur”. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-d hissəsində göstərilmişdir ki, "işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulan iş yeri və orta emək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallara (yəni müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına) şamil edilmir. - Azərbaycan Respublikasının Dövlət X19 Heyətinin sədri tərəfindən X14 ünvanlanmış 07.09.2020-ci il tarixli Əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıq məktubundan görünür ki, onunla bağlanmış 12 mart 2020-ci il tarixli 350 nömrəli müddətli Əmək müqaviləsinin müddəti 12 sentyabr 2020-ci il tarixində bitir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq 14 sentyabr 2020-ci il tarixində onunla Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam veriləcəkdir. - “xxxx" MMC tərəfindən tərtib olunmuş 09.09.2020-ci il tarixli aktdan görünür ki, 07.09.2020-ci il tarixində ünvan 3 ünvanında qeydiyyatda olan X14 aid olan zərf “xxxx” MMC-nin kuryeri tərəfindən götürülüb, 148752 nömrəli qaimə ilə həmin ünvana aparılmışdır. Qeyd edilən ünvanda rəsmi qeydiyyatı olan Kərəmov C.C. faktiki olaraq Lənkəran rayonu Kərgəlan kəndində yaşayır. Ünvanı dəqiqləşdirmək məqsədi ilə telefonla əlaqə saxlanıldıqda məktubu LRRİ-nə gətirməyi bildirdi. Lakin daha sonra qeyd edilən məktubu qəbul etməyərək bildirdi ki, "mənə aid olan məktubu dövlət poçtu (Azərpoçt) vasitəsi ilə göndərin”. Qeyd edilənləri əsas götürərək 148752 nömrəli məktubu Kərəmov C.C-a çatdırmaq mümkün olmadı. Bu səbəbdən məktub geri qaytarılır. - Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin 14.09.2020-ci il tarixli k-96 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, X16 - X22 İdarəsinin Estetik nəzarət şöbəsinin aparıcı müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 14 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Reklam X2 ünvanlanmış əmək kitabçasının və əmrin surətinin təhvil alınması barədə 15.09.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən 14.09.2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) təhvil verilir. Bildirirlər ki, 14.09.2020-ci il tarixində Bakı şəhəri, Neftçilər pr. 24, Dalğa Plaza ünvanında yerləşən Cavabdeh İnsan resursları və katiblik şöbəsindən əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin Agentliyin İnsan resursları və katiblik şöbəsindən təhvil almağı xahiş olunmuşdur. Əlavə olaraq bildirirlər ki, rəsmi qaydada ərizə ilə müraciət etsə, əmək kitabçanı göstərdiyi ünvana poçt vasitəsilə göndərilməsini təmin edə bilərlər. - “xxxx" MMC tərəfindən tərtib olunmuş 23.09.2020-ci il tarixli aktdan görünür ki, 15.09.2020-ci il tarixində Lənkaran rayon, Kərgalan kəndi ünvanında qeydiyyatda olan X14 aid olan zərf “xxxx” MMC-nin kuryeri tərəfindən götürülüb, 147068 nömrəli qaimə ilə həmin ünvana aparılmışdır. Lakin həmin ünvanda məktubu şəxsən qəbul etmədiyi üçün məktubu çatdırmaq mümkün olmadı. Bu səbəbdən məktub geri qaytarılır. - Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən X14 ünvanlanmış 15.09.2020-ci il tarixli məktubundan görünür ki, 07 sentyabr 2020-ci il tarixində ona 12 mart 2020-ci il tarixli 350 nömrəli müddətli Əmək müqaviləsinin müddətinin 12 sentyabr 2020-ci il tarixində bitməsi və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq 14 sentyabr 2020-ci il tarixində sizin Əmək müqavilənizə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam veriləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunda da qeyd edildiyi kimi 14 sentyabr 2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam verilmişdir. Ona 14 sentyabr 2020-ci il tarixində verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi barədə iş yerinə heç bir məlumat verməmişdir. Bu barədə yalnız 23 sentyabr 2020-ci il tarixində müraciət etmiş ki, həmin müraciət də 29 sentyabr 2020-ci il tarixində Agentliyə daxil olmuşdur. Qeyd edək ki, vaxtında iş yerinə məlumat vermədiyiniz səbəbilə 29 sentyabr 2020-ci il tarixində təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi üçün Agentlik tərəfindən heç bir ödəniş həyata keçirilmir, həmçinin, həmin vərəqə ona geri göndərilir. Bununla yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verildiyi hala şamil edilmir. - “xxxx" MMC tərəfindən tərtib olunmuş 20.10.2020-ci il tarixli aktdan görünür ki, 16.10.2020-ci il tarixində Lənkaran rayonu, Kərgalan kəndi ünvanında qeydiyyatda olan Cümşüd Kərəmova aid olan zərf “xxxx” MMC-nin kuryeri tərəfindən götürülüb, ******* nömrəli qaimə ilə həmin ünvana aparılmışdır. Lakin həmin ünvanda qeyd edilən şəxs məktubu qəbul etmədiyi üçün məktubu çatdırmaq mümkün olmadı. Bu səbəbdən məktub geri qaytarılır. Məhkəmə ilk olaraq iddiaçının cavabdehin onunla bağladığı 350 nömrəli əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmasına dair tələbi ilə bağlı qeyd edir ki, cavabdehin 14.09.2020-ci il tarixli k-96 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmri ilə iddiaçının əmək müqaviləsinə 14 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı isə həmin müqavilənin uzadılmış hesab edilməsinə dair hazırki iddia ilə 17.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin İİ hisəsinə əsasən isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiya şərtlərini pozmuş, tərəfindən hazırki iddia qaldırılmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət etməmiş, eləcə də müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən iddia müddətini buraxmaması halında belə cavabdeh tərəfindən onun barəsində verilən əmrin qanunauyğun olmasını təsdiq edən kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edildiyindən iddia əsaslı sayıla bilməzdi. Belə ki, iddiaçının əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmasına dair tələbinin əsası ondan ibarətdir ki, Cavabdeh tərəfindən Əmək müqaviləsinə xitam verildiyi həftənin 1-ci günü, yəni 14.09.2020-ci il tarixdə o, xəstə olduğundan işdə olmamışdır və buna görə də həmin əmr hüquqi qüvvəsini itirdiyinə görə, 350 nömrəli əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı tələbinin bu hissəsi üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73cü maddəsinin İ və İİ hissələrinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İşin materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət X25 Hüquq X7 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, 350 nömrəli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə qəbul edilərkən əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razılığına əsasən 12.03.2020-ci il tarixindən 12.09.2020-ci il tarixinədək 6 (altı) ay müddətinə bağlanılmışdır, başqa sözlə əmək müqaviləsinin müddəti 12 sentyabr 2020-ci il tarixində bitir. (12 və 13 sentyabr həftənin şənbə və bazar günləridir), Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işcidir. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəlləsinin 45-ci maddəsinin İ hissəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 45-ci maddəsinin İ hissəsinə əsasən isə Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. «Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 771-İİİQ №-li 24.02.2009-cu il tarixli, 17.05.2009cu il tarixdən qüvvəyə minmiş Qanununa əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətdə bağlanıla bilər: c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin götürüldüyü hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. İstinad edilən normaların tələblərindən göründüyü kimi, daimi xarakterə malik iş və ya xidmətlərlə bağlı tərəflərin qarşılıqlı razılığı olduqda əmək müqaviləsinin müddətli bağlanması əmək qanunvericiliyinin tələblərinə uyğundur. Tərəflərin buna qarşılıqlı razılığının olması isə hər iki tərəfin müddətli bağlanmış əmək müqaviləsini imzalaması ilə təsdiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, həmçinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı ilə bağlanmış 12 mart 2020-ci il tarixli, 350 nömrəli əmək müqaviləsi müddətlidir və iddiaçının tələbindən də göründüyü kimi o bu halı mübahisələndirmir, bu isə onunla bağlanmış müqavilənin yuxarıda sadalanan qanunvericilik tələblərinə tam uyğun surətdə bağlanmasının təsdiqidir. Məhkəmə qeyd edir ki, təsadüfi deyildir ki, iddiaçı da tələbində məzmununu mübahisələndirmədiyini, onunla bağlanmış müddətli 350 nömrəli əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə yenidən uzadılmış hesab olunmalı olmasını iddia edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hələ müqavilənin müddətinin bitməsinə qalmış cavabdeh tərəfindən iddaçıya 07.09.2020-ci il tarixli Əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıq məktubunda onunla bağlanmış əmək müqaviləsinə 14 sentyabr 2020-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. İşin bu halı xxxx" MMC tərəfindən tərtib olunmuş 09.09.2020-ci il tarixli aktın məzmunu ilə də təsdiq edilir ki, akta əsasən iddiaçı qeyd edilən məktubu qəbul etməyərək "mənə aid olan məktubu dövlət poçtu (Azərpoçt) vasitəsi ilə göndərin” bildirmişdir. Məhkəmə hesab edir ki, sözügedən xəbərdarlıq məktubunu iddiaçı müəyyən səbəblərdən qəbul etməsə də, ona xəbərdarlıq edilməsə idi belə, onunla bağlanmış əmək müqaviləsinin müddətli olmaqla bu müddətin 12.09.2020-ci il tarixdə bitməsi ona çox yaxşı məlum idi. İddiaçı iddia ərizəsində 640031 №-li “əmək qabiliyyətinin olmaması vəsiqəsi”nə əsasən 14.09.2020-ci ildən xəstə olduğu üçün onunla bağlanmış X24 qanunvericiliyinə zidd olmasını göstərmişdir. Tərəflərin izahatı ilə mübahisəsiz qaydada təsdiq edilir ki, iddiaçı 23 sentyabr 2020-ci il tarixli məktubu ilə 14 sentyabr 2020-ci il tarixindən 18 sentyabr 2020-ci il tarixinədək əmək qabiliyyətinin olmaması barədə vərəqəni Agentliyə ünvanlamışdır. Məhkəmə hesab edir ki, iddiaçının 14 sentyabr 2020-ci il tarixindən 18 sentyabr 2020-ci il tarixinədək əmək qabiliyyətinin olmamasına və bu barədə 640031-li “əmək qabiliyyətinin olmaması vəsiqəsi”nin cavabdehə 23.09.2020-ci il təqdim edilməsinə baxmayaraq sonuncunun iddiaçı barədə verdiyi 14.09.2020-ci il tarixli k-96 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin İ hissəsində işəgötürən tərəfindən hansı hallarda işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunması sadalansa da, eyni maddənin 2-ci hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Göründüyü kimi, qeyd edilən normada işçinin xəstələnməsi ilə əlaqədar iş yerində olmadığı dövrdə əmək müqaviləsinin müddəti qurtardığı halda əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsinin müddətli əmək müqaviləsinə şamil olunmamasını təsbit etmişdir. İşin bu halı həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Lənkəran regional ərazi şöbəsi tərəfindən X14 ünvanlanmış 18.01.2021-ci il tarixli, 22.02.2021-ci il tarixli məktublarının məzmunu ilə də təsdiq edilir. Məhkəmə iddia tələblərinin digər hissələri olan Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən ştat cədvəlinə uyğun aylıq 800 manat əmək haqqı əvvəzinə ona 720 manat əmək haqqı hesablandığından 19 fevral 2019-cu il tarixdən bu günə aylıq əmək haqqlarına, mükafatlarına, məzuniyyətlərə və son haq-hesaba görə hesablanmış məbləğlərə aylıq əmək haqqının Cavabdeh 800 manat olmasını nəzərə alaraq ziyanına hesablanmış fərq məbləğlərinin yenidən onun xeyrinə ümumilikdə hesablanması, Cavabdehndə işlədiyi dövrdən bu günə aylıq əmək haqqlarına, mükafatlara, məzuniyyətlərə və son haqq-hesaba görə hesablamalara vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılması, Cavabdeh 2019-cü ilin aprel və iyul ayının 1-i tarixlərindən hər biri 15 gün olmaqla, cəmi 30 gün işlətdikləri məzuniyyət və işə çağırıb işlətdikləri həftənin 6-cı (şənbə), hərdən bazar günlərinə görə onun xeyrinə əlavə əmək haqqlarının hesablanması kimi tələblərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsində həmçinin göstərilmişdir ki, işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qeyd edilən tələblərdən göründüyü kimi, iddiaçının pul tələbləri 19 fevral 2019-cu il tarixdən bu günə (iddia verilən günə) kimi olan müddətləri əhatə edir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı bu və digər iddia tələbləri ilə məhkəməyə 17.02.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddiaçı bu tələbləri üzrə də iddia müddətini üzürsüz səbəblərdən buraxdığından iddia bu hissədə də təmin oluna bilməz. Məhkəmə qeyd edilən pul və digər tələblər üzrə iddia müddətinin buraxılması halı olmadığı təqdirdə belə hesab edir ki, bu halda da sözügedən tələblərin, eləcə də iddiaçının səhhətinə dəymiş ziyanı əvvəlki vəziyyətdə sağlamlaşdırması, şəkərin və onun təsiri nəticəsində artan qan təzyiqinin normal vəziyyətə gətirilməsi üçün Cavabdeh tərəfindən ona dəymiş ziyana görə Cavabdehndən 5000 manat məbləğində pulun təzminat kimi alınıb ona verilməsi kimi tələbinin də təmin edilməsi üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçı bu hallarla bağlı məhkəməyə mötəbər sübut növləri təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusyon hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə göstərilən nəticələrə gəlməklə yanaşı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin iddiaçıya ünvanladığı 12.02.2021-ci il tarixli məktbundan görünür ki, onun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabının ödənilməsində qanunvericiliyin tələblərinin pozulmasının müəyyən edilməsinə dair müvafiq inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X10 Cavabdehnə qarşı “əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X10 Cavabdehnə qarşı “əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-844/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-844/2021
07.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver