Məhkəmə qərarları › İş №2(009)-861/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-861/2021

16.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-861/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 şirkəti üçüncü şəxs kimi qeyd edilən) qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 şirkəti üçüncü şəxs kimi qeyd edilən) qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abernetin 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh1 MMC-də materiallar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abernet ilə onun arasında qarşılıqlı razılıq ilə 08.12.2020-ci il tarixindən 08.12.2021-ci il tarixinədək T726 nömrəli, 08.12.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abemetin 002-HCC/CC- 2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əsasən 27.01.2020-ci il tarixindən xitam verilmişdir. İşdən azad edilməsinə dair 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, ilk növbədə qeyd etmək istəyir ki, əmr onunla əsaslanmışdır ki, Cavabdeh1 MMC ilə onun arasında 08.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən işçi, materiallar üzrə mütəxəssis vəzifəsində əsas briqadaların üzrlü və üzrsüz səbəbdən işə çıxmayan işçisinin və ya boş olan analoji vəzifənin əmək funksiyasının icrasını işəgötürənin mülahizəsi ilə müəyyənləşdirilən neftqaz əməliyyatları ilə bağlı Xəzər dənizində yerləşən aidiyyatı buruqlara göndərilməklə yerinə yetirməlidir. Onun əmək funksiyasının Cavabdeh2 şirkəti tərəfindən əməliyyatlar aparılan buruqlarda icrası ilə bağlı Cavabdeh1 MMC Cavabdeh2 şirkətinə müraciət etdikdə, onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında məlumat alınmışdır. Əmrdə qeyd olunur ki, o, işə qəbul edilərkən bu haqda şirkəti məlumatlandırmamışdır. Belə ki, “Yeni İşçi forması”nı doldurarkan buruqda işləmək üçün tələb olunan buraxılış (Vantage card) hissəsində buraxılış kartı haqqında məlumat verməmişdir. Cavabdeh1 MMC ilə onun arasında bağlanılmış əmək müqaviləsində tərəflər əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə hallarını müəyyən etmişlər. Nəticədə bu hallardan birini - “İşçi sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmadıqda” göstərməklə əmək müqaviləsinə xitam verilməsi qənaətinə gəlmişlər və Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndini və əmək müqaviləsinin 1 nömrəli əlavəsini rəhbər tutaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin bildirmək istəyir ki, T726 mömrəli əmək müqaviləsində belə bir şərt göstərilməmişdir. Belə şərt şirkətin əməkdaşları ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, görüş zamanı ona göstərdikləri müqavilənin əlavəsində yazıldığı ona məlum olunmuşdur. Qeyd olunan əlavə əmək müqaviləsi bağlanan zaman ona təqdim olunmamış və onun tərəfindən həmin əlavə imzalanmamışdır. Beləliklə 1 nömrəli əlavədə qeyd olunan şərtlər barədə məlumatı olmadığından bu şərtin onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Onun həm əmək müqaviləsinin əlavələrindən, həm də Cavabdeh2 əməliyyat şirkəti tərəfindən Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulmasından da məlumatı olmamışdır. Ona belə qadağa barədə heç vaxt heç kim bildirməmiş və o, hər hansı şəkildə təhlükəli hesab etməyə əsas verən davranışa heç vaxt, o cümlədən 12 il bundan əvvəl BP-də çalışdığı dövrdə yol verməmiş (BP ilə müqaviləyə onun müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir), psixi cəhətdən də sağlamdır, heç bir qüsuru yoxdur. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Belə ki, müqavilənin əlavəsində göstərilən şərtin mənasından belə başa düşülür ki, artıq müqavilə əsasında işləyənlərə və buruqlarda təhlükəli davranışa yol vermiş şəxslərə tətbiq oluna bilər. Cavabdeh əmək müqaviləsinin xitam verilməsinə dair 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrində Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndini və əmək müqaviləsinin 1 nömrəli əlavəsinə istinad etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Belə ki, aralarında bağlanan əmək müqaviləsinin 1 nömrəli əlavənin onun tərəfindən imzalanmasına dair sübut təqdim edə bilməmişlər. Həmçinin Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 şirkətinə edilmiş müraciətin nömrəsi və tarixi barədə, eləcə də Cavabdeh2 şirkətinin onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında cavab məktubunun nömrəsi və tarixi barədə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə əlavə hallara əsaslansa da, həmin əlavə hallar barədə qarşılıqlı razılığın olmasını sübut etməmişdir. Əmək müqaviləsinin 8.1-ci maddəsində də göstərildiyi kimi, X1nə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Lakin əmək müqaviləsinin xitam verilməsinə dair 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrin qəbul edilməsi əsas birtərəfli (onun tərəfindən imzalanmayan) əlavə olmuşdur. Ona cavabdehlə aralarında bağlanan müqavilənin ləğv edilməsi barədə həmin gün məlumat verilmişdir. Belə ki, qabaqcadan qeyd olunanlarla bağlı xəbərdar olsa idi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən onun Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulmasına dair məlumatı dəqiqləşdirilməsi və üzərinə qoyulmuş həmin qanunsuz qadağanın ləğv edilməsi üçün Cavabdeh2 əməliyyat şirkətinə müvafiq müraciətlər edərdi. Onun Cavabdeh2 əməliyyat şirkəti tərəfindən üzərinə qoyulmuş qanunsuz qadağa barəsində məlumatı olsa idi, qadağanın olub-olmamasını rəsmi qaydada müəyyən etmək üçün və belə qanunsuz qadağanın olduğu təqdirdə vaxtında ləğv edilməsi üçün müvafiq müraciətlər etmək hüququndan da məhrum olmuşdur. Əlavə olaraq bildirir ki, Cavabdeh1 MMC-də işə qəbul olunan gündən, işdən azad olunan günə kimi, o, Xəzər dənizində buruqlarda olmamışdır. Onunla bir il müddətində əmək müqaviləsi bağlanmış və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Hesab edir, qeyd olunan əmr ləğv edilməli, o, əvvəlki vəzifəsinə işə bərpa edilməli və məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında T726 nömrəli 08 dekabr 2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək Müqaviləsi tərtibat quruluşu baxımından üç hissədən - əmək müqaviləsinin əsas hissəsi, əmək müqaviləsinə 1 saylı əlavə və əmək müqaviləsinə 2 saylı əlavədən ibarət olmuşdur. Əmək müqaviləsinin əsas hissəsində - əmək müqaviləsinin ümumi şərtləri əks edilmişdir. Əmək müqaviləsinin əsas hissəsinin 1.2-ci maddəsində açıq aşkar şəkildə qeyd edilir ki, 1 saylı və 2 saylı Əlavələr “X1nin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir”. Bu o deməkdir ki, əgər şəxs əmək müqaviləsinin şərtlərini qəbul edirsə, belə olan halda həmin şəxs əmək müqaviləsini bütövlükdə, o cümlədən ona olan 1 və 2 saylı Əlavələrdə göstərilən şərtləri də qəbul edir. Əmək müqaviləsinin əsas hissəsinin 9.2-ci maddəsində qeyd edilir ki, “Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar X1nin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir. Əmək müqaviləsinə 1 saylı Əlavədə - işçinin vəzifəsi, iş yeri, əmək haqqının məbləği, iş və istirahət vaxtları, əmək məzuniyyətinin müddəti və əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar əks edilmişdir. Əmək müqaviləsinə 2 saylı Əlavədə - işçinin vəzifə təlimatı göstərilmişdir. Həmçinin onu da qeyd edir ki, 1 saylı və 2 saylı Əlavələrə əmək müqaviləsinin əsas hissəsinin digər maddələrində də (misal üçün, əmək müqaviləsinin 2.2, 4.1 və 4.9 maddələri) istinad edilir. Ölkədə mövcud olan karantin rejiminin tələblərini nəzərə alaraq cavabdehin müəssisəsində inzibati vəzifələrdə çalışan işçilər məhdud sayda və vaxtaşırı olaraq ofisə gəlirlər. Bu səbəbdən bir çox sənədləşmə işləri, o cümlədən kadr məsələləri üzrə sənədləşmə elektron informasiya texnologiyalarını geniş tətbiq etməklə mümkün qədər ofisə gəlmədən aparılır. Bu səbəbdən əmək müqaviləsinin Azərbaycan və İngilis dillərində olan tam mətni ilk növbədə işçinin tanış olması üçün onun elektron poçt ünvanına elektron qaydada göndərilir. Həmin elektron məktubda işçidən əmək müqaviləsinin mətni ilə tanış olması istənilir və əmək müqaviləsinin şərtlərini qəbul edib-edilməməsi işçidən soruşulur. Eyni zamanda, elektron məktubda işçiyə bildirilir ki, əmək müqaviləsinin fiziki olaraq imzalanması (yəni, əmək müqaviləsinin elektron şəkildə bağlanmaya əlavə olaraq) kadrlar işinə məsul olan şəxsin ofisə çıxmasının mümkün olmasından sonra baş tutucaqdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin məsul əməkdaşı Aynur Əyyubova 09 dekabr 2020-ci il tarixdə elektron qaydada əmək müqaviləsini tam mətnini (1 saylı və 2 saylı əlavələr ilə birlikdə) iddiaçıya elekron qaydada göndərmişdir. Belə ki, iddiaçıya göndərilmiş 09 dekabr 2020-ci il tarixli elektron məktubda Aynur Əyyubova qeyd edir ki, “Hörmətli Anar, xahiş edirəm ki, qoşma kimi əlavə etdiyi iki dildə olan Əmək Müqaviləsi, Əlavə və Vəzifə Təlimatı ilə tanış olasınız. xahiş edirəm ki, bütün sənədlərin şərt və müddəaları ilə razı olduğunuzu bu məktuba cavab verməklə təsdiq edəsiniz. Bizim ofisə qayıtmağımızı mümkün olduqdan sonra biz Sizdən onları fiziki olaraq imzalamağı xahiş edəcəyik. Hörmətlə, Aynur”. İddiaçı Aynur Əyyubovanın 09 dekabr 2020-ci il tarixli elektron məktubuna cavab olaraq göndərdiyi 11 dekabr 2020-ci il tarixli cavab məktubunda qeyd edir ki: “Hörmətli Aynur, mən təqdim edilmiş müqavilədə və vəzifə təlimatında göstərilmiş şərt və müddəalar ilə razıyam. Özünüzə baxın və özünüzü qoruyun. Hörmətlə Anar”. Göründüyü kimi, cavabdeh iddiaçıya elektron qaydada əmək müqaviləsinin mətnini göndərərək ona əmək müqaviləsi bağlamaq təklifini (oferta) etmişdir. İddiaçı da həmin təklifi (ofertanı) qəbul etməsi barədə öz razılığını bildirmişdir. Belə olan təqdirdə, tərəflər arasında əmək müqaviləsi (onun ayrılmaz tərkib hissəsi olan əlavələr ilə birlikdə) Azərbaycan Respublikası qanunvericiliyinə görə bağlanmış hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 406.3-cı maddəsində göstərilir ki, “Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.” Əgər şəxs digər şəxsə elektron qaydada müqavilə bağlamaq təklifini göndəribsə və şəxs həmin təklifi elektron qaydada qəbul edibsə, belə olan halda tərəflər arasında müqavilə bağlanmış hesab edilir. Hazırkı işdə də cavabdeh iddiaçıya elektron rabitəsi vasitəsi ilə (yəni elektron poçt) əmək müqaviləsi bağlamaq barədə təklif göndərmiş və cavabdeh elektron rabitəsi vasitəsi ilə (yəni elektron poçt) əmək müqaviləsi bağlamaq təklifini qəbul etmişdir. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi, əmək müqaviləsində göstərilmiş şərtlər əsasında, bağlanmış hesab edilməlidir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.2-ci maddəsində qeyd edilir ki, “Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar X1nin aynlmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir.” 1 saylı Əlavənin “Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar” adlanan sonuncu bölməsinin 5-ci yarımbəndində qeyd edilir ki, “İşçi sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər Dənizində yerləşən buruqlarda işə buraxılmadıq da” halı əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Qeyd edilməlidir ki, bu cür halın əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan hal kimi göstərilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “d” bəndinə əsasən yol verilir. Belə ki, həmin normaya görə “Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: ... d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Tərəflər də Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “d” bəndini rəhbər tutaraq əmək müqaviləsinə 1 saylı Əlavədə qeyd edilmiş halı - əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan hal kimi qeyd etmişlər. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə maddəsinə görə əmək müqaviləsinə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Beləliklə, tərəflər 1 saylı Əlavədə qeyd edilən halın əmək müqaviləsinə xitam verilməsi üçün əsas verən hal kimi göstərmişlər. 15 yanvar 2021-ci il tarixdə Cavabdeh2 şirkətindən məlumat alır ki, 05 may 2009-cu il tarixdə Cavabdeh2 şirkəti tərəfindən təhlükəsizlik amillərinə görə iddiaçının dəniz buruğuna buraxılış icazəsinə blok (qadağa) qoyulmuş və bu qadağa bugünədək qüvvədədir. Belə ki, BP şirkətinin məsul əməkdaşı olan Anar Turabov cavabdehin əməkdaşı olan Zakirbəy Əfəndiyeva göndərdiyi 15 yanvar 2021-ci il tarixli elektron məktubunda qeyd edir ki (məktub əlavə edilir): “İddiaçı son dəfə dənizə 10 ildən çox müddət əvvəl, daha dəqiq desək 28.01.2009-cu il tarixində (dənizdə Günəşlidən geri gəldi) səyahət edib. Bundan əlavə, onun buraxılış icazəsi 05.05.2009-cu il tarixindən etibarən təhlükəsizlik məsələsi ilə əlaqədar blok edilib və indiyə qədər blokdan çıxarılmayıb” Belə olan halda cavabdeh elə məhz həmin gün dəniz buruğuna buraxılış icazəsinə qoyulmuş qeyd edilən qadağanın götürülməsinin mümkünlüyü barədə BP şirkətinə müraciət edir. Belə ki, cavabdehin məsul əməkdaşı Fariz Səlimov özünün 15 yanvar 2021-ci il tarixli elektron məktubunda BP şirkətinin məsul əməkdaşından qeyd edilən qadağanın götürülməsi imkanı ilə maraqlanır. Bundan əlavə, cavabdehin qeyd edilən qadağanın götürülməsinin mümkünlüyü ilə bağlı BP şirkətinə etdiyi müraciəti BP şirkətinin məsul əməkdaşı Sadıqov Rasimin iddiaçı ilə əlaqədar BP şirkətinin digər əməkdaşına yazdığı 18 yanvar 2021-ci il tarixli elektron məktubu ilə də təsdiqlənir. Belə ki, həmin məktubda Sadıqov Rasim yazır ki, “... Onlar (cavabdeh) bilmək istəyir ki, İddiaçı buraxılış icazəsi blokdan çıxarıla bilərmi....” (hər iki elektron məktub əlavə edilir). Lakin iddiaçının dəniz buruğuna buraxılışına BP şirkəti tərəfindən qoyulmuş qadağa öz qüvvəsində qalır. Belə olan təqdirdə, cavabdeh əmək müqaviləsinin 1 saylı Əlavəsinin müvafiq bəndini rəhbər tutaraq iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə əsasən xitam verir. Bu məqsədlə cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 002-HCC/CC-2021 nömrəli 26 yanvar 2021-ci il tarixi əmr tərtib edərək, iddiaçının əmək müqaviləsinə 27 yanvar 2021-ci il tarixdə xitam verir. Bundan əlavə, cavabdeh iddiaçının əmək müqaviləsinin xitam verilməsi barədə bildirişi elektron qaydada qeydiyyata alır. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ona yalnız əmək müqaviləsinin əsas hissəsi təqdim edilib və əmək müqaviləsinə 1 saylı əlavə isə ona təqdim edilməmişdir və bu səbəbdən iddiaçı 1 saylı əlavədə göstərilmiş şərtlər barədə məlumatı olmamışdır. İddiaçının gətirdiyi bu dəlil aşağıdakı səbəblərə görə həqiqə uyğun deyildir. Birincisi, artıq yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında olan elektron yazışmadan məlum olur ki, əmək müqaviləsi (bütün əlavələr ilə birlikdə) iddiaçıya təqdim edilmişdir və iddiaçı da əmək müqaviləsinin (əlavələr ilə birlikdə) şərt və müddəaları ilə razı olduğunu cavabdehə bildirmişdir. İkincisi, əgər iddiaçı 1 saylı Əlavə barədə məlumatının olmadığını və ya 1 saylı Əlavə ilə razı olmadığını iddia edirsə, onda iddiaçı hansı şərtlər əsasında, yəni hansı əmək haqqı, hansı vəzifə, hansı iş vaxtı əsasında cavabdehin müəssisəsində işləməyə razı olmuşdur? Axı, əmək şəraitinin ən mühüm şərtləri olan - əmək haqqı, əmək vəzifəsi və iş vaxtı elə məhz 1 saylı Əlavədə əks edilibdir. 1 saylı Əlavədən başqa əmək müqaviləsinin heç bir digər yerində bu müddəalar öz əksini tapmayıbdır. Üçüncüsü, əmək müqaviləsinin əsas hissəsinin 1.2-ci maddəsində birbaşa olaraq göstərilir ki, 1 və 2 saylı Əlavələr əmək müqaviləsinin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir. Həmçinin, əmək müqaviləsinin əsas hissəsinin 9.2-ci maddəsində 1 saylı Əlavəyə istinad edilir və qeyd edilir ki, “Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar X1nin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir”. Buna görə də əgər iddiaçı əmək müqaviləsinin əsas hissəsini qəbul edirsə, demək ki, əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəni də qəbul edir. Beləliklə, əmək müqaviləsinin tam mətni (1 və 2 saylı Əlavələr ilə birlikdə) cavabdeh tərəfindən iddiaçıya təqdim edilmişdir və iddiaçı qeyd edilən sənədləri almış, həmin sənədlərlə tanış olmuşdur və həmin sənədlərin şərt və müddəaları ilə razı olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Cavabdeh2 şirkəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxs Cavabdeh2 şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, iş materiallarını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki,, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 08.12.2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsinin: - 1.2-ci bəndinə əsasən işçinin peşəsi və ya vəzifəsi, iş yeri, sınaq müddəti, əmək haqqı, iş və istirahət vaxtı, əmək məzuniyyəti, əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar 1 №-li Əlavədə və işçinin əmək funksiyası 2 №-li Əlavədə göstərilmişdir. 1 №-li və 2 №-li Əlavələr X1nin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir. - 2.1-ci bəndinə əsasən X1 Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 08.12.2020-ci il tarixindən 08.12.2021-ci il tarixinədək bağlanmışdır. İşçi 08.12.2020-ci il tarixindən işə başlayır. - 2.2-ci bəndində göstərilmişdir ki, sınaq müddəti X1nin ayrılmaz tərkib hissəsi olan 1 № Əlavədə göstərilmişdir. - 3.1-ci bəndinə əsasən işçi X1nin ayrılmaz tərkib hissəsi olan 2 №-li Əlavədə qeyd edilmiş əmək funksiyasının icrasını öz öhdəsinə götürür. - 3.3-ci bəndinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrin və vəzifə təlimatında (2 №-li Əlavə) qeyd edilmiş əmək funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. - 4.1-ci bəndində göstərilmişdir ki, işçiyə iş vaxtı norması çərçivəsində görülən işə görə hər ay X1nin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilən məbləğdə əmək haqqı (tərkibi göstərilməklə) ödənilir. - 4.9-cu bəndinə əsasən, İşçinin iş və istirahət vaxtı X1nin ayrılmaz tərkib hissəsi olan 1 No-li əlavədə göstərilən şərtlərlə təmin edilir. - 4.10-cu bəndinə əsasən, işçinin ili əhatə edən dövr üzrə əmək məzuniyyəti və məzuniyyətlərdən istifadə etmək hüququ X1nin ayrılmaz tərkib hissəsi olan 1 N-li Əlavədə göstərilmişdir. - 8.1-ci maddəsində də göstərilmişdir ki, X1nə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. - 9.1-ci bəndinə əsasən X1 Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 08.12.2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsinin 1 №-li əlavəsindən görünür ki, tərəflərindən razılaşdırılmış aşağıdakı şərtlər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir: - işçi materiallar üzrə mütəxəssis vəzifəsinə əsas iş yeri olmaqla qəbul edilir. - işçi əsas briqadaların üzrlü və üzrsüz səbəbdən işə çıxmayan işçisinin və ya boş olan analoji vəzifənin əmək funksiyasının icrasını işəgötürənin mülahizəsi ilə müəyyənləşdirilən neft-qaz əməliyyatları ilə bağlı Xəzər dənizində yerləşən aidiyyatı buruqlara göndərilməklə yerinə yetirir. - İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 iş günü əvvəl xəbərdar etməklə, Əmək müqaviləsini birtərəfli qaydada poza bilər. - İşçiyə hər ay 1354.55 manat məbləğində tarif (vəzifə) maaşı ödənilir. İşçi əmək funksiyasını sahildən 70 km-dən artıq məsafədəki Xəzər dənizində yerləşən buruqlarda yerinə yetirdikdə sahillə əlaqə şəraitindən asılı olaraq İşçiyə onun tarif (vəzifə) maaşının 75 faizi miqdarında 1015.91 manat məbləğində dəniz əmsalı müəyyən edilir və ödənilir. İş gününün hissələrə bölünməsini nəzərə alaraq gecə vaxtı (saat 22:00-dan səhər saat 06:00-dək olan müddət) yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilir və ödənilir. İşçiyə vaxt dövründə yataqdan növbə ilə istifadə etdiyi halda, hər istifadə etdiyi gün üçün Şirkətdə təsdiq edilən məbləğdə əlavə haqq ödənilir. İşçinin cari rüb ərzində faktiki işlədiyi iş saatlarının miqdarı həmin rüb üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normadan artıq olduğu halda artıq iş vaxtının hər saatı üçün işçiyə saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğində əlaqə haqq ödənilir. İşçinin əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi müəssisədaxili sənədlərlə rəsmiləşdirildikdə, iş vaxtından artıq vaxtda görülən iş saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğində ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə İşçiyə Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla əlavə haqq ödənilir. - İşçi əmək funksiyasını müəyyən səbəbdən işə çıxmayan analoji vəzifədə çalışan işçini tələb olunduğu vaxtda növbəli iş rejimi üzrə əvəz etməklə yerinə yetirir. Sutkadakı növbələrin sayı və iş vaxtının əsas briqadada növbədə normal davam etmə müddəti işəgötürənin müəyyən etdiyi cədvələ uyğun tənzimlənir. Gündəlik iş vaxtının müddəti 12 saat təşkil edir, bunun 1 saat 30 dəqiqəsi istirahət və nahar etmək üçün (verilmiş fasilə vaxtı hissələrə bölünməklə istifadə edilir) nəzərdə tutulub. İstirahət günləri həftənin istənilən gününə düşə bilər. İşlərin dənizdə vaxta üsulu ilə təşkili zamanı iş vaxtının rüblük cəmlənmiş uçotu tətbiq edilir. - İşçinin iş ili 08.12.2020-08.12.2021-ci illərdən ibarət dövrü əhatə edir. Əmək məzuniyyətinin ümumi müddəti əsas məzuniyyət, işin xarakterinə, əmək stajına və uşağa görə verilən əlavə məzuniyyətlərin cəmindən ibarətdir. Əsas məzuniyyətin müddəti 21 təqvim günüdür. Əlavə məzuniyyətin müddəti Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən əmək stajına uyğun olaraq 2 (4 və ya 4; 6) təqvim günü; Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətinə görə 6 təqvim günüdür. - Tərəflərin qarşılıqlı razılığı, səhhəti ilə əlaqədar olaraq, işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduqda, işçi X1 ilə və daxili intizam qaydaları ilə müəyyən edilən məxfiliyi pozduqda, işçinin vəzifəsinə (peşəsinə) aid olan təlim kursları üzrə imtahanları üçüncü dəfədən verə bilmədikdə, işçi sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmadıqda, işçi öz mənafeyi üçün hər hansı Şirkət sənədini saxtalaşdırdıqda və ya saxtalaşdırmağa cəhd etdikdə əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallarıdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 08.12.2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsinin ayrılmaz hissəsi olan «Vəzifə təlimatları» adlanan 2 №-li əlavəsinin “Vəzifənin xülasəsi” adlanan 1-ci hissəsindən görünür ki, qəbul, göndərmə, yükləmə/boşaltma, saxlama və kənarlaşdırma işlərini əhatə edərək qurğuda etibarlı və səmərəli Logistika və Anbar xidmətləri təmin etmək, layihələri, baza şöbələrini və s. dəstəkləmək material üzrə mütəxəssisin vəzifəsidir. Əmək müqaviləsinin ayrılmaz hissəsi olan «Vəzifə təlimatları» adlanan 2 №-li Əlavəsinin 2-ci hissəsində “Öhdəliklərin sahəsi”, 3-cü hissəsində “Başlıca vəzifələr”, 4-cü hissəsində “Planlaşdırma və təşkilat”, 5-ci hissəsində “Daxili və xarici münasibətlər”, 6-cı hissəsində“İşin ən mürəkkəb cəhətləri”, 7-ci hissəsində isə “Bacarıqlar/Kvalifikasiyalar və Təcrübə” ilə vəzifələr sadalanmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC-nin Dəniz Layihələri üçün İR Prosesləri üzrə adminstratoru Aynur Əyyubova tərəfindən İddiaçı elektron qaydada göndərilən yazışmadan görünür ki, Aynur Əyyubova 09 dekabr 2020-ci il tarixdə elektron qaydada əmək müqaviləsinin tam mətnini (1 saylı və 2 saylı əlavələr ilə birlikdə) Anar Abdullevə elekron qaydada göndərmiş və həmin məktubda “Hörmətli Anar, xahiş edirəm ki, qoşma kimi əlavə etdiyi iki dildə olan Əmək Müqaviləsi, Əlavə və Vəzifə Təlimatı ilə tanış olasınız. Xahiş edirəm ki, bütün sənədlərin şərt və müddəaları ilə razı olduğunuzu bu məktuba cavab verməklə təsdiq edəsiniz. Bizim ofisə qayıtmağımız mümkün olduqdan sonra biz Sizdən onları fiziki olaraq imzalamağı xahiş edəcəyik. Hörmətlə, Aynur” qeyd edilmiş, İddiaçı 09 dekabr 2020-ci il tarixli elektron məktubuna cavab olaraq göndərdiyi 11 dekabr 2020-ci il tarixli cavab məktubunda - “Hörmətli Aynur, mən təqdim edilmiş müqavilədə və vəzifə təlimatında göstərilmiş şərt və müddəalar ilə razıyam. Özünüzə baxın və özünüzü qoruyun. Hörmətlə Anar” qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abernet tərəfindən qəbul edilmiş 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrdən görünür ki, Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi və əmək müqaviləsinin 1 nömrəli əlavəsi rəhbər tutularaq, materiallar üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə 27.01.2020-ci il tarixindən xitam verilmişdir. Həmin əmrin təsviri hissəsindən görünür ki, “Turan Drilling and Engineering Company" MMC ilə İddiaçı arasında 08.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən işçi, materiallar üzrə mütəxəssis vəzifəsində əsas briqadaların üzrlü və üzrsüz səbəbdən işə çıxmayan işçisinin və ya boş olan analoji vəzifənin əmək funksiyasının icrasını işəgötürənin mülahizəsi ilə müəyyənləşdirilən neftqaz əməliyyatları ilə bağlı Xəzər dənizində yerləşən aidiyyatı buruqlara göndərilməklə yerinə yetirməlidir. İddiaçı əmək funksiyasının Cavabdeh2 şirkəti tərəfindən əməliyyatlar aparılan buruqlarda icrası ilə bağlı Cavabdeh1 MMC “BP" şirkətinə müraciət etdikdə, işçinin Xəzər dənizində yerləşən buruqlara getməsi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında məlumat alınmışdır. İddiaçı işə qəbul edilərkən bu haqda şirkəti məlumatlandırmamışdır. Belə ki, “Yeni İşçi forması”nı doldurarkan buruqda işləmək üçün tələb olunan buraxılış (Vantage card) hissəsində buraxılış kartı haqqda məlumat verməmişdir. Cavabdeh1 MMC ilə İddiaçı Çingiz oğlu arasında bağlanılmış əmək müqaviləsində tərəflər əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə hallarını müəyyən etmişlər. Bu hallardan biri də “işçi sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmadıqda” ilə əmək müqaviləsinə xitam verilməsidir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 27.01.2021-ci il tarixli, xxxxxxx0005X0 nömrəli məlumatdan görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı Çingiz oğlu arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “26.01.2021-ci il” tarixli, “xxxxxxx0005X0” nömrəli, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh2 Eksploreyşn Limited şirkəti ilə Cavabdeh1 MMC arasında bağlanmış ********** nömrəli, 15.03.2019-cu il tarixli Baş Xidmət Müqaviləsindən görünür ki, şirkətinin nümayəndəsinin ağlabatan fikrinə görə aşağıdakı hallar olduqda, şirkətin nümayəndəsi podratçının işçi heyətindən istənilən şəxsi iş sahəsindən uzaqlaşdırmaq barədə podratçıya şifahi (ardından mümkün qədər tez bir zamanda yazılı göstəriş də verilməlidir) və ya yazılı göstəriş verə bilər: - işçi heyəti səriştəsizdir, - müvafiq sertifikatlara, təlimlərə və ya təcrübəyə malik deyildir və yaxud öhdəliklərini ehtiyyatsız şəkildə yerinə yetirir; -şirkətin mararqlarma zidd olan və ya xələl gətirən fəaliyyəti həyata keçirdikdə və ya Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM) tələblərində göstərilən müvafiq təhlükəsizlik prosedurlarına riayət etmədikdə və ya təhlükəsizlik, sağlamlıq və ya ətraf mühitə zidd olan hərəkətlər etdikdə. Podratçı iş sahəsindən belə şəxsi dərhal uzaqlaşdırmalı və qanuni şəkildə uzaqlaşdırılmasmı təmin etməlidir. Podratçı tərəfindən sorğu edildikdə şirkət növbəti yazılı göstərişində uzaqlaşdırılmanın əsasını bildirməlidir. Podratçı öz hesabına 24 saat və ya şirkət ilə razılaşdırılmış daha uzun müddətdə belə bir şəxsin əvəzinə səriştəli işçi təqdim etməlidir. Əvəz edən işçi işi səmərəli və təhlükəsiz şəkildə yerinə yetirməyə qadir olmalıdır. Yuxarıda göstərilən səbəblərə görə uzaqlaşdmlmış şəxs şirkətin qabaqcadan razılığı olmadan işin yerinə yetirilməsinə və ya şirkətin hər hansı digər işlərin yerinə yetirilməsinə cəlb edilə bilməz. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış məktubdan görünür ki, İddiaçı əmək müqaviləsi üzrə şirkətdə fəaliyyətini davam etməyə şərait yaradılmasını (müqaviləyə xitam verilməyibsə), həmin müqaviləyə xitam verilibsə, buna dair əmrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMCnin Baş direktoru Fraser Abernet arasında qarşılıqlı razılıq ilə 08.12.2020-ci il tarixindən 08.12.2021-ci il tarixinədək T726 nömrəli, 08.12.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, sonuncunun 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri ilə sözügdən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi və əmək müqaviləsinin 1 nömrəli əlavəsi rəhbər tutularaq 27.01.2020-ci il tarixindən xitam verilmişdir. İddiaçı barəsində olan 26 yanvar 2021-ci il tarixli əmrin qanunsuz və əsassız olmasının əsasları kimi əmrdə istinad edilmiş əmək müqaviləsinin 1 nömrəli əlavəsinin T726 nömrəli əmək müqaviləsində şərt kimi göstərilməməsinə, əmək müqaviləsinə xitam verildikdən sonra, görüş zamanı ona göstərdikləri müqavilənin əlavəsində yazıldığının ona məlum olmasına, əmək müqaviləsi bağlanan zaman həmin əlavənin ona təqdim olunmamasına və onun tərəfindən imzalanmamasına, 1 nömrəli əlavədə qeyd olunan şərtlər barədə məlumatı olmadığından bu şərtin onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməməsinə, həm əmək müqaviləsinin əlavələrindən, həm də Cavabdeh2 əməliyyat şirkəti tərəfindən Xəzər dənizində yerləşən buruqlara getməyi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulmasından da məlumatı olmamasına istinad edərək, onunla bir il müddətində bağlanmış əmək müqaviləsinin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsinin qanunsuz olmasını iddia etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək iddiaçı ilə aralarında əmək müqaviləsinin (onun ayrılmaz tərkib hissəsi olan 1 və 2 saylı əlavələr ilə birlikdə) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmasını, 1 və 2 saylı Əlavələrin əmək müqaviləsinin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələri olmasını, iddiaçının 1 saylı Əlavədə göstərilmiş şərtlər barədə məlumatı olmasını, əmək müqaviləsinin 1 saylı Əlavəsinin müvafiq bəndinə də əsasən onun əmək müqaviləsinə xitam verilməsi barədə 002-HCC/CC-2021 nömrəli 26 yanvar 2021-ci il tarixi əmrin qanuni əsaslarla qəbul edilməsini göstərmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin ləğv olunmasına dair iddia tələbinə münasibət bildirərək mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu fəslində təsbit edilmişdir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 75-ci maddəsinin İ hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. - Həmin normanın İİ hissəsinə əsasən əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar nəzərdə tutula bilər. - Qeyd edilən maddənin İİ hissəsinin «d» bəndində bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar nəzərdə tutulmuşdur. - 76-cı maddəsinin İ hissəsində göstərilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göründüyü kimi, qanunverici əmək müqaviləsinin tərəflərin birinin təşəbbüsü ilə xitam verilməsini təsbit etməklə yanaşı onun əsaslarının və qaydalarının da konkret hallarını göstərmişdir. Hazırki işdən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin təşəbbüsu işəgötürən tərəfindən olmuşdur ki, iddiaçı da bu təşəbbüsün qanuniliyini mübahisələndirir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin araşdırılmış hallarından məlum olur ki, Cavabdeh1 MMC Cavabdeh2 Eksploreyşn Limited şirkətinin (bundan sonra BP) podratçı təşkilatı olmaqla aralarında BPnin nümayəndəsinin podratçının işçi heyətindən istənilən şəxsi iş sahəsindən uzaqlaşdırmaq barədə sonuncuya şifahi (ardından mümkün qədər tez bir zamanda yazılı göstəriş də verilməlidir) və ya yazılı göstəriş verə bilməsinə dair müəyyən halların razılaşdırılmasına və s. hallara dair ********** nömrəli, 15.03.2019-cu il tarixli Baş Xidmət Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 08.12.2020-ci il tarixli, T726 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən 1 il müddətinə (sınaq müddəti də daxil olmaqla) cavabdeh” MMC-yə materiallar üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Müəyyən edilmişdir ki, sözügedən müqavilə bağlanana qədər 12 il əvvəl iddiaçı BPdə çalışmış və həmin şirkət ilə müqaviləsinə onun müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən işçinin peşəsi və ya vəzifəsi, iş yeri, sınaq müddəti, əmək haqqı, iş və istirahət vaxtı, əmək məzuniyyəti, əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar 1 №-li Əlavədə, işçinin əmək funksiyası isə 2 №-li Əlavədə göstərilmişdir. 1 №-li və 2 №-li Əlavələr X1nin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir. İddiaçının tələbinin əsaslandığı hallardan biri cavabdehlə aralarında bağlanan əmək müqaviləsinin 1 nömrəli əlavəsinin onun tərəfindən imzalanmaması, onun məzmunundan xəbərsiz olması, bunlara dair sübutun olmamasıdır. Məhkəmə iddiaçının dəlilinin bu hissəsinə hüquqi qiymət verməzdən öncə qeyd etməyi zəruri sayır ki, işin materiallarından görünür ki, iddiaçı 20.12.2020-ci il tarixli əmək müqaviləsini də imzalamamış, həmin müqaviləni və onun hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələrindən biri olan və yenə də imzalamadığı, «Vəzifə təlimatları» adlanan 2 №li Əlavənin qanuniliyini, başqa sözlə onların məzmunları ilə tanış olmamasını mübahisələndirməmişdir. Məhkəmə işin bu halları baxımından iddiaçının əmək müqaviləsinin və 2 №li Əlavənin məzmunları ilə tam tanış olmasını mübahisəsiz hallar kimi qiymətləndirir. Belə ki, işin materiallarından görünür ki, iddiaçının barəsində olan əmrin qanusuzluğunun əsası əsasən 1 №li Əlavədən xəbərsiz olması ilə əlaqədardır. Məhkəmə sözügedən dəlilə qiymət verməkdə davam edərək qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.2-ci bəndinə əsasən həmin müqaviləyə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar X1nin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilmişdir. Sözügedən Əlavənin «əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar» adlanan bəndində qeyd edilən hallardan biri kimi işçinin sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmaması göstərilmişdir. Əmək müqaviləsinə 1 saylı Əlavədən daha sonra görünür ki, bu əlavə ilə əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallardan əlavə, işçinin vəzifəsi, iş yeri, əmək haqqının məbləği, iş və istirahət vaxtları, əmək məzuniyyətinin müddəti müəyyənləşdirilmişdir. 1 saylı Əlavədə həmçinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.2, 4.1, 4.9 və 9.2-ci, 2 saylı Əlavədə isə 3.1, 3.2, 3.3-cü maddələrinə istinad edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının cavabdeh MMC-yə işə qəbul edilməsi vaxtı respublikada mövcud olan karantin rejiminin tətbiqi dövrunə düşdüyü üçün sözügedən rejiminin tələbləri nəzərə alınmaqla cavabdehin müəssisəsində inzibati vəzifələrdə çalışan işçilər məhdud sayda və vaxtaşırı olaraq ofisə gəlmələri səbəbindən bir çox sənədləşmə işləri, o cümlədən kadr məsələləri üzrə sənədləşmə elektron informasiya texnologiyalarını geniş tətbiq etməklə mümkün qədər ofisə gəlmədən aparılmışdır. Bu hal cavabdeh MMC-nin əməkdaşı tərəfindən iddiaçıya əmək müqaviləsinin Azərbaycan və İngilis dillərində olan tam mətninin işçinin tanış olması üçün onun elektron poçt ünvanına elektron qaydada göndərilməsində özünü göstərir və iş materiallarında olan cavabdehin məsul əməkdaşı Aynur Əyyubovanın 09 dekabr 2020-ci il tarixdə elektron qaydada əmək müqaviləsinin tam mətnini (1 saylı və 2 saylı əlavələr ilə birlikdə) iddiaçıya elekron qaydada göndərməsi və iddiaçının da öz növbəsində Aynur Əyyyubovanın 09 dekabr 2020-ci il tarixli elektron məktubuna cavab olaraq göndərdiyi 11 dekabr 2020-ci il tarixli cavab məktubunun məzmunları ilə öz təsdiqini tapır. Məhkəmə cavabdeh tərəfin iddiaçıya elektron qaydada əmək müqaviləsinin mətnini göndərərək ona əmək müqaviləsi bağlamaq təklifini (oferta) etməsi və sonuncunun da həmin təklifi (ofertanı) qəbul etməsi barədə öz razılığını bildirməsinə dair iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla razılaşır və hesab edir ki, Mülki Məcəllənin müqavilənin bağlanmasını tənzimləyən müvafiq normalarının əmək münasibətlərinə də şamil edilməsi qanunvericilikdə öz əksini tapmışdır. Beləliklə, cavabdehin iddiaçıya elektron qaydada müqavilə bağlamaq təklifini göndərməsi və sonuncunun da həmin təklifi elektron qaydada qəbul etməsi halının mövcudluğu tərəflər arasında əmək müqaviləsi (onun ayrılmaz tərkib hissəsi olan əlavələr ilə birlikdə) Azərbaycan Respublikası qanunvericiliyinə görə bağlanmış hesab edilməsi kimi qiymətləndirilir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 405.2, 406.3, 407.1, 408.1, 409.1-ci maddələri) Belə ki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, iddiaçı elektron qaydada bağlanmış əmək müqaviləsi əsasında cavabdehlə əmək münasibətlərində olduğu halda, həqiqətən də həmin müqavilədə dəfələrlə istinad edilmiş 1 №li Əlavədən xəbərsiz olması və onun məzmunu ilə tanış olmadığı halda bununla əlaqədar işəgötürənə istənilən formada (yazılı ərizə, elektron qaydada ərizə və s.) müraciət etməməsinin səbəblərini izah edə bilməmişdir. Halbuki, məhkəmə hesab edir ki, iddiaçının 1 №li Əlavədən xəbəri və məlumatı olmaması qeyri-mümkün idi və məhkəmə iddiaçının tələbinin əsaslandığı bu hala tənqidi yanaşaraq bununla bağlı verdiyi izahatlarını inandırıcı saymır. Çünki, iddiaçıya münasibətdə əmək şəraitinin ən mühüm şərtləri olan - əmək haqqı, əmək vəzifəsi, iş və istirahət vaxtı və əmək məzuniyyəti məhz 1 saylı Əlavədə əks edilmiş, həmin Əlavədən başqa əmək müqaviləsinin heç bir digər hissələində bu müddəalar öz əksini tapmamışdır. İşin materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış Əmək Müqaviləsi tərtibat quruluşu baxımından üç hissədən - əmək müqaviləsinin əsas hissəsi, əmək müqaviləsinə 1 saylı əlavə və əmək müqaviləsinə 2 saylı əlavədən ibarət olmaqla, müqavilənin əsas hissəsində - əmək müqaviləsinin ümumi şərtləri əks edilmişdir. Əmək müqaviləsinin əsas hissəsinin 1.2-ci maddəsində konkret olaraq göstərilmişdir ki, 1 saylı və 2 saylı Əlavələr “X1nin hüquqi nəticələr yaradan ayrılmaz tərkib hissələridir”. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə bağladığı əmək müqaviləsinin məzmunu ilə tanış olması onun müqavilənin ayrılmaz hissələri olan və müqavilədə dəfələrlə istinad edilən 1 və 2 N-li Əlavələrin məzmunundan xəbərsiz olmamasını mübahisəsiz qaydada təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə cavabdehin hərəkətlərində əmək müqaviləsinin 8.1ci maddəsinin tələblərinin pozulması faktının olmaması qənaətinə gəlir və hesab edir ki, iddiaçı cavabdehlə imzalamasa da, bağlanmış sayılan əmək müqaviləsi ilə yanaşı, müqavilənin ayrılmaz hissələri olan və müqavilədə dəfələrlə istinad edilən 1 və 2 №li Əlavələrin məzmunundan tam xəbərdar olması işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçının barəsində olan əmrdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinin rəhbər tutulmasının qanunsuzluğuna dair dəlili ilə bağlı qeyd edir ki, əmək müqaviləsinin Əmək Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsasları və qaydalarına ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi həmçinin iş materiallarında olan tərəflərin arasında bağlanmış əmək müqaviləsinin əmək müqaviləsinə xitam verilməsi qaydaları bölümünün 9.1-ci hissəsində də öz əksini tapmışdır. Əmək müqaviləsinin 9.2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar X1nin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavədə göstərilmişdir. İşin materiallarından görünür ki, cavabdeh MMC-nin 002-HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmri onunla əsaslandırılmışdır ki, “İddiaçı əmək funksiyasının Cavabdeh2 şirkəti tərəfindən əməliyyatlar aparılan buruqlarda icrası ilə bağlı Cavabdeh1 MMC “BP" şirkətinə müraciət etdikdə, işçinin Xəzər dənizində yerləşən buruqlara getməsi ilə bağlı təhlükəsizlik səbəbindən qadağa qoyulduğu haqqında məlumat alınmışdır. İddiaçı işə qəbul edilərkən bu haqda şirkəti məlumatlandırmamışdır. Belə ki, “Yeni İşçi forması”nı doldurarkan buruqda işləmək üçün tələb olunan buraxılış (Vantage card) hissəsində buraxılış kartı haqqda məlumat verməmişdir. Cavabdeh1 MMC ilə İddiaçı Çingiz oğlu arasında bağlanılmış əmək müqaviləsində, eləcə də 1 N-li Əlavədə tərəflər əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə hallarını müəyyən etmişlər. Bu hallardan biri də “işçi sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmadıqda” şərti ilə əmək müqaviləsinə xitam verilməsidir. İşin materiallarında olan BP şirkətinin məsul əməkdaşı olan Anar Turabovun cavabdehin əməkdaşı olan Zakirbəy Əfəndiyeva göndərdiyi 15 yanvar 2021-ci il tarixli elektron məktubda göstərilmişdir ki, “İddiaçı son dəfə dənizə 10 ildən çox müddət əvvəl, daha dəqiq desək 28.01.2009-cu il tarixində (dənizdə Günəşlidən geri gəldi) səyahət edib. Bundan əlavə, onun buraxılış icazəsi 05.05.2009-cu il tarixindən etibarən təhlükəsizlik məsələsi ilə əlaqədar blok edilib və indiyə qədər blokdan çıxarılmayıb” Həmçinin müəyyən edilmişdir ki, cavabdehin məsul əməkdaşı Fariz Səlimov 15 yanvar 2021-ci il tarixli elektron məktubu ilə BP şirkətinin məsul əməkdaşından qeyd edilən qadağanın götürülməsi imkanı ilə maraqlanmış, həmçinin cavabdeh 15.01.2021-ci il tarixdə dəniz buruğuna buraxılış icazəsinə qoyulmuş qeyd edilən qadağanın götürülməsinin mümkünlüyü barədə BP şirkətinə müraciət etmişdir. İşin materiallarından görünür ki, cavabdehin qeyd edilən qadağanın götürülməsinin mümkünlüyü ilə bağlı BP şirkətinə etdiyi müraciəti BP şirkətinin məsul əməkdaşı Saqıqov Rasimin iddiaçı ilə əlaqədar həmin şirkətinin digər əməkdaşına yazdığı 18 yanvar 2021-ci il tarixli elektron məktubu ilə də təsdiqlənmişdir. Məhkəmə iddiaçının “onun Cavabdeh2 əməliyyat şirkəti tərəfindən üzərinə qoyulmuş qanunsuz qadağa barəsində məlumatı olsa idi, qadağanın olub-olmamasını rəsmi qaydada müəyyən etmək üçün və belə qanunsuz qadağanın olduğu təqdirdə vaxtında ləğv edilməsi üçün müvafiq müraciətlər etmək hüququndan da məhrum olmasına” dair dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində mübahisələndirilən əmrin verildiyi barədə məlumatlı olduğu andan həqiqətən də sözügedən qadağa barədə məlumatlı olmaması və ya onun götürülməsi ilə bağlı, məhkəmədə hazırki iddia qaldırılana kimi müəyyən addımlar atmaq imkanından istifadə etməmiş və bunu etməməyinin səbəblərini isə məhkəmə iclasında izah edə bilməmişdir. Məhkəmə iddiaçınının Cavabdeh1 MMC ilə onun arasında bağlanılmış əmək müqaviləsində tərəflərin əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan əlavə hallarını müəyyən etməsinə dair dəlili ilə bağlı qeyd edir ki, bu hal məhz əmək qanunvericiliyi ilə tənzimlənmişdir. Belə ki, əmək qanunvericiliyinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi digər hallar da əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi, 75-ci maddəsinin İ hissəsi, İİ hissəsinin «d» bəndi) Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq əmək müqaviləsinə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardan biri olan əmək müqaviləsinə 1 saylı Əlavədə qeyd edilən halın, -İşçi sifarişçi Cavabdeh2 əməliyyat şirkəti tərəfindən əməyin mühafizəsi, iş yerlərinin təhlükəsizliyi və əməyinin nəticələri ilə bağlı olan digər təhlükəsizlik amillərinə görə Xəzər dənizində yerləşən buruqlarda işə buraxılmadıqda - yəni, 15 yanvar 2021-ci il tarixədək Cavabdeh2 şirkətində qüvvədə olan 05 may 2009-cu il tarixdə Cavabdeh2 şirkəti tərəfindən təhlükəsizlik amillərinə görə iddiaçının dəniz buruğuna buraxılış icazəsinə blok (qadağa) qoyulması cavabdehə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “d” bəndini rəhbər turaraq mübahisələndirilən əmri verməsinə hüquqi əsas yaratmış və bununla da cavabdeh tərəfindən iddiaçıya münasibətdə əmək qanunvericiliyinin pozulması hallarına yol verilməmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, onun izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə də, məhkəmə Cavabdeh1 MMC-nin Baş direktoru Fraser Abernetin 002- HCC/CC-2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli əmrinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar iddiaçının iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsinə dair hissələrinə də hüquqi qiymət verilməsinə zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 şirkəti üçüncü şəxs kimi qeyd edilən) qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 şirkəti üçüncü şəxs kimi qeyd edilən) qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar