Məhkəmə qərarları › İş №2(009)-880/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-880/2021

02.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-880/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı 3-cü şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı miras əmlak olan qeyriyaşayış sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı 3-cü şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən mərhum anası X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Yaqubov küçəsi, 8 ünvanında yeləşən, ümumi sahəsi 73 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin miras əmlaka AR ƏMDK yanında DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən onun adına mülkiyyət hüququna dair çıxarışın verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 46 saylı Notariat Ofisinin X/178 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya miras qalmış qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin miras əmlaka AR ƏMDK yanında DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən onun adına mülkiyyət hüququna dair çıxarışın verilməsi ilə əlaqədar iddiaçı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı 3-cü şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı miras əmlak olan qeyri-yaşayış sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırkı tələblə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar