Məhkəmə qərarları › İş №2(009)-889/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-889/2021

14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-889/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx xxxxxxx 2020-ci ıl tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçının cavabdeh ilə nikahları xx xxxxxxx 2020-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikahın qeydə alındığı vaxtdan iki ay müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh xəstəlikdən əziyyət çəkir və ailə qurulması barədə fikirləşmir. Cavabdehin ailə qurmaq məqsədi yoxdur. İddiaçı hesab edir ki, onların arasında olan nikah saxta nikah olduğundan etibarsız hesab edilməlidir. Məhkəmədə iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-T № 023672 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər xx xxxxxxx 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə 2 saylı Bakı “ASAN Xidmət Mərkəzi”nin Qeydiyyat Şöbəsində 1594 № akt qeydi ilə qeydiyyat aparılmışdır. Tərəflərin birgə nikahlarından uşaqları yoxdur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər ailə qurmaq niyyəti olmadan saxta nikah bağlamamışlar, nikah bağlandıqdan sonra birgə yaşamışlar, faktiki ər-arvad münasibətlərində olmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10- 12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılanadək faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Məhkəmə Cavabdeh nikaha daxil olarkən ailə qurmaq niyyətinin olmamasına dair iddiaçının dəlillərini araşdıraraq hesab edir ki, həmin hallar məhkəmədə təsdiq edilmədiyi üçün, həmçinin tərəflər arasında nikah bağlanarkən Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlərin pozulması halları müəyyən olunmadığından iddiaçının göstərilən dəlilləri əsassızdır. Ona görə də məhkəmə tərəflər arasında bağlanmış nikahın etibarsızlığı məsələsinə dair belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2020-ci ıl tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar