Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-892/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “əmək haqqından artıq aparılan tutquların geri qaytarılması” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “əmək haqqından artıq aparılan tutquların geri qaytarılması” barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərək hesab edilir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə uyğun olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsi qəbul edilməkdən imtina edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi inzibati orqandır. Maraqlı şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi inzibati orqan olduğundan, məhkəmə hesab edir ki, həmin cavabdehə qarşı qaldırılan iddiaya mülki prosessual qanunvericiliyin «tələbləri» qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-269-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “əmək haqqından artıq aparılan tutquların geri qaytarılması” barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-892/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-892/2022
30.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver