Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-898/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Ə.Ş.Bayraməliyevin, nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi V.İ.Cabbarovanın iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ARDNŞ-nin Cavabdeh X10nda SƏTƏMM və KN şöbəsində böyük mühəndis vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən yaşa görə tədaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşdən azad olunması ilə əlaqədar ARDNŞ və ANQSİHİR arasında bağlanmış 2020-2023-cü illər üçün sahə (tarif) Kollektiv sazişin 5.16-cı bəndində qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi qaydasından işdən azad edilmişdir. Ona işdən çıxmasına görə verilmiş müavinətdən 2230,14 manat gəlir vergisi tutulmuşdur. Qanunvericiliyin tələbinə görə müavinətdən vergi tutulmur. Həmin müavinətdən vergi tutulması qanunsuz və əsassızdır və müavinət də ödənilməlidir. Sonradan öyrənmişdir ki, ondan əvvəl də işdən çıxmış şəxslərdən tutulmuş müavinət məhkəmə qərarı əsasında geri qaytarılmışdır və ona ödənilmiş müavinətdən də vergi tutulmamalı idi. Onunla cavabdeh arasında olan əmək müqaviləsinə xitam verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Ona işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pulun verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ ona verilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli müqaviləsinin 1.3-cü bəndində tam əsassız olaraq qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən işdənçıxma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Göründüyü kimi, cavabdeh təşkilat özü də bilir ki, müavinətdən vergi tutulması tam əsassızdır. Bunu sığortalamaq üçün onunla bağladıqları xx.xx.2023-cü il tarixli sazişdə bunu qeyd etmişlər. Bununla da onun gələcəkdə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışlar. Bu isə Azərbaycan Respublikasının qanunlarına ziddir. Qanunvericiliyin tələbinə görə Mülki Məcəllənin tələblərinə zidd olaraq bağlanmış müqavilə etibarsızdır. İşdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.3-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan ona ödənilmiş əmək haqqı beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. xx.xx.2023-cü il tarixli müqavilədə ona ödənilmiş pulun işdən çıxma müavinəti olduğu qeyd edilmişdir. Göründüyü kimi, o, işdən çıxarılarkən ona ödənilmiş əmək haqqının 5 misli miqdarında müavinətdən əsassız olaraq vergi tutulmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı ona ödənilmiş birdəfəlik müavinətdən əsassız olaraq tutulmuş 2230,14 manat pulun, 55 manat mediasiya rüsumu, 50 manat dövlət rüsumu, ümumilikdə 2335,14 manat Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, analoji işlərlə bağlı məhkəmə qətnamələri mövcuddur ki, vergi tutulmuş pul vəsaiti işçilərə geri qaytarılmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək və iddiaya yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, İddiaçı ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə (yaşa görə təqaüdə çıxmaq) əsasən təqaüd yaşına çatdığı üçün ərizə ilə müraciət etmiş, tərəflər arasında xx.xx.2023-cü il tarixdə razılaşma imzalanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinə xitam verilərkən iradə istifadələri dəqiq əks edilmişdir. Yəni, işçinin əmək müqaviləsinə işçilərin və ya iş yerlərinin ixtisarı səbəb olmamışdır. Səbəb işçinin təqaüd yaşına çatması olmuşdur. Həmin razılaşmaya əsasən Arif Rəhimov ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona orta aylıq əmək haqqının 5 misli miqdarında 10020,00 manat, işdənçıxma müavinəti hesablanmış və həmin məbləğdən tərəflərin razılığı da nəzərə alınmaqla VM ilə müəyyən edilmiş həddə gəlir vergisi tutulmuşdur. VM-nin 2.4-1ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan məbləğlər VM-nin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada vergiyə cəlb edilməlidir. Hesab edir ki, cavabdeh iddiaçıya ödənilən məbləğlərdən gəlir vergisi tutmaqla hər hansı qanun pozuntusuna yol verməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək və iddiaya yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsləri ilə işdən azad olunmuşdur. “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli 14- 2-1-14/3-1K-2/2023 saylı əmri ilə İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQŞİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişinin 5.16cı bəndinə əsasən pensiya yaşına çatdıqda orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik və ya sosial dayanıqlığının təmin edilməsi məqsədilə qüvvədə olan proqram üzrə müavinət verilir. Həmin Sazişin 5.17-ci bəndinə əsasən saziş üzrə sərbəstləşən şəxslərə verilən müavinətin ödənişini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq bəndinə uyğun həyata keçirilir. İddiaçı ilə “Azneft” İB arasında xx.xx.2023-cü il tarixdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətindən vergi qanunvericiliyinə uyğun gəlir vergisi tutulacağından xəbəri olmuş, vergi tutulmasına razılıq vermiş, cavabdeh razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində əmək müqaviləsinə xitam verildiyi halda orta aylıq əmək haqqının beş mislindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz. ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. İddiaçı tələbində kompensasiyadan tutulan məbləğinin 2230,14 manat olmasını qeyd edir. Həmin məbləğ əmək haqqı və müavinətlə birlikdə verilmiş pul vəsaitindən vergi tutmasıdır. 10080 manat əmək haqqının beş misli miqdarında kompensasiya məbləğindən 1995 manat vergi tutulmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iddiaya yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ-nin Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsas ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək bildirmişdir ki, həmin əmr qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. Əmək Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. İddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırda halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X9 əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinə 15-ci dərəcəli böyük mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə həmin şöbəsinə 15-ci dərəcəli mühəndis peşəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə həmin şöbəsinə 15-ci dərəcəli böyük böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə həmin şöbəsinə əməyin mühafizəsi üzrə 15-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətdə nəzarət şöbəsinə əməyin mühafizəsi üzrə 15-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş, Azərbaycan Pespublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2021-ci il tarixli əmrinə əsasən SOCAR-ın X9 hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyəti dayandırılmış, onun maddi-texniki bazasında SOCAR-ın Cavabdeh tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “Qaz” Emalı Zavodu (Təşkilat) yaradılmışdır, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (işçinin təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə SOCAR-ın Cavabdeh X9 sağlamlıq, əməyin təhlükəsizliyi ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinə 13-cü dərəcəli böyük mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar işdən azad edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X8 Həmkarlar İttifaqı Respublikası Komitəsi arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sizişinin 5.16cı bəndinə əsasən pensiya yaşına çatdıqda AR ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik və ya sosial dayanıqlığının təmin edilməsi məqsədilə qüvvədə olan proqram üzrə müavinət verilir. Həmin Sazişin 5.17-ci bəndinə əsasən saziş üzrə sərbəstləşən şəxslərə verilən müavinətin ödənişini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq bəndinə uyğun həyata keçirilir. İş üzrə İddiaçı tərəfindən “Azneft” İB-nin X9 direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, yaşa görə təqaüdə çıxması ilə əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. İş üzrə “Azneft” İB-nin X10 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli Razılaşmadan görünür ki, tərəflər X10 və HİK arasında bağlanmış 2020-2023-cü illər üçün Kollektiv müqavilənin 5.16-cı bəndində “qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsi xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında ona aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət vermək” qaydası müəyyən edildiyini nəzərə alaraq aşağıdakılar barədə razılığa gəlmişlər: -İşçi Razılaşmanın şərtlərinə uyğun olaraq İşəgötürənlə bağlanmış 122 No-li, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçi yaşa görə əmək pensiyasına çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədi ilə müraciət edir (bənd 1.1); -İşçi əmək müqaviləsinə xitam verilikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir (bənd 1.3); - İşəgötürən Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə İşçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10080,00 manat işdənçıxarma müavinət hesablamağı və həmin işdənçıxarma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutulduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür (bənd 2.1); - Bu Razılaşma işçi tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində (İşçi yaşa görə əmək pensiyasına çıxdıqda) nəzərdə tutulmuş qaydada ləğv edildiyi halda və X10 və HİK arasında bağlanmış 2020-2023-cü illər üçün Kollektiv müqavilənin 5.16-cı bəndinin qüvvədə olduğu müddət ərzində tətbiq edilir. İş üzrə SOCAR Cavabdeh X9 xx.xx.2023-cü il tarixli 14-2-1-14/3-1K-2/2023 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsini rəhbər tutaraq və yaşa görə təqaüdə çıxması ilə əlaqədar Cavabdeh X9 Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin 13 dərəcəli böyük mühəndisi İddiaçı ilə xx.xx.2022-ci il tarixli, 122 nömrəli əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən ləğv edilmişəsi, SOCAR və ANQSİHİRK arasında 2022-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinətinin ödənilməsi əmr verilmişdir. Əsas: şəxsi ərizə, xx.xx.2023-cü il tarixli razılaşma. İş üzrə İddiaçı Cavabdeh X10nda işlədiyi müddət ərzində aldığı əmək haqqı hesablaşması barədə məlumatdan görünür ki, İddiaçı 442,06 manat (kompensasiya-cari il), 522,67 manat (vəzifə maaşı), 21,00 manat (ARDNŞ-nin əmr.əs.gün.y.xər.), 261,33 manat (peşəkarlıq), 10080,00 manat (müav.əm.müq. iş.təş. xitam), cəmi 11.327,06 manat hesablanmış, həmin məbləğdən 56,53 manat (işsizlik ödənişi-işçidən), 339,81 manat (3% ə/h-dan DSMF-a tutulma), 113,06 manat (Həmkarlar İttifaqı), 7,84 manat (YAP üzvlük haqqı), 2.230,14 manat (gəlir vergisi), 183.27 manat (icbari tibbi sığorta-işçi), 8.396,41 manat (növb.kənar–iş/azad.), cəmi 11.327,06 manat tutulmuşdur. İş üzrə Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək haqqının 5 misli miqdarında kompensasiyanın tam ödənilməsi mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Cavabdeh X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən SOCAR Cavabdeh X9 Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsində böyük mühəndis vəzifəsində işləmiş İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli 122 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İddiaçı ilə Razılaşma imzalanmış və həmin Razılaşmanın 2.1-ci bəndinə əsasən ona orta aylıq əmək haqqının 5 misli miqdarında 10080,00 manat məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 1995,00 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh X9 Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin 13 dərəcəli böyük mühəndisi vəzifəsində işləmiş və xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (yaşa görə təqaüdə çıxması ilə əlaqədar) onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda iddiaçıya ARDNŞ-nin və ANQSİHİRK-nn 2022-2023-cü il üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin müavinətdən 2230,14 manat vergi tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuşdur və onunla əmək müqaviləsinə xitam verilərək əmək haqqının 5 misli miqdarında müavinət ödənilmişdir. Lakin müavinət ödənilərkən ondan əsassız olaraq vergi çıxılmışdır. İddiaçı hesab edir ki, ona ödənilən müavinətdən verginin tutulması əsassız olmuşdur və bu səbəbdən iddiaçı müavinətin ödənilməyən hissəsinin (vergiyə çıxılmış hissəsinin) cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ARDNŞ-nin və ANQSİHİRK-nn 2022-2023-cü il üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən ödənilmişdir. Eyni zamanda iddiaçıya ödənilən 10080 manat müavinətdən 1995 manat gəlir vergisi tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində ona ödənilməli olan müavinətdən gəlir vergisi kimi 2230,14 manat pulun əsassız tutulmasını iddia etsə də, məhkəmə iclasında 1995 manatdan yuxarı həddəki məbləğ (235,14 manat) iddiaçıya verilən əmək haqqından gəlir vergisi tutulan məbləğdir. Bu səbəbdən 1995 manatdan yuxarı həddə gəlir vergisi kimi tutulan məbləğin əsassız tutulması ilə bağlı tələbi məhkəmə əsaslı hesab etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındadır. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci hissəsinə və 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işə işəgötürənin təminatı prinsipinə zidd olmamalıdır. Eyni Məcəllənin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur (hissə 2(a)). İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir (hissə 4). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4.1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Eyni Məcəllənin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Məhkəmə qeyd edir ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən yaşa görə təqaüdə çıxmaq (69-cu maddəsinin 3-cü hissəsi) istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmanın 1.3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona (işçiyə) ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyinə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10080 manat işdənçıxma müavinət hesablamağı və həmin işdənçıxma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında tədaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Cavabdeh tərəfindən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10.080 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. İddiaçı ona hesablanacaq işdənçıxma müavinətindən vergi tutulmasına razılıq ifadə etmiş və həmin razılaşmanı imzalanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, vergi qanunvericiliyində konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. Beləliklə məhkəmə iclasında iddia tələbinin əsaslı olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi müavinətdən gəlir vergisi kimi tutulan pul vəsaitinin (1995 manat) ona ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 55 manat mediasiya xərci və 50 manat ödənilmiş dövlət rüsumu tutulması hissədə də tələb təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı ona ödənilmiş birdəfəlik müavinətdən əsassız olaraq tutulmuş 2230,14 manat pulun, 55 manat mediasiya rüsumu, 50 manat dövlət rüsumu, ümumilikdə 2335,14 manat Cavabdehndən alınaraq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-898/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-898/2023
19.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver