Məhkəmə qərarları › İş №2(009)-90/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-90/2021

29.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-90/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh2, Cavabdeh Cavabdeh3 və onun nümayəndəsi və vəkilil N.N.Quliyevanın 3-cü şəxs A.B.Xasiyevin nümayəndəsi və vəkili V.Ə.Orucovun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələblərinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı əsasında ona Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa, İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-1309H saylı (kod 00400016) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi ona verilmişdir. Torpaq sahəsinin hüdudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış, cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “400” nömrəlidir. Həmin cizgi plana və hazırki yerləşməyə elə vizual baxanda da onun evinin yerləşməsi və yanındakı yoldan da görünür ki, əmlakın elə ona təqdim edilən 400 nömrəli torpaq sahəsində yerləşir. O, orada 1995-ci ildən ev inşa etmişdir, ailə üzvləri ilə birgə orada yaşayır. Həmin ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, onun istifadəsi və sahibliyindədir. Torpaq sahəsinin ətrafını bütövlükdə hasarlanmışdır. Daha sonra evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m. hissəsini satmaq qərarına gəlmişdir. xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən göstərilən torpaq sahəsinin 300 kv.m. hissəsini Cavabdeh6 satmışdır, alqı-satqıdan sonra Cavabdeh6 satdığı hissənin hasarını sökərək özünə saxladığı hissənin kənarı ilə çəkmişdir. Bundan sonra, Cavabdeh6 ondan aldğı və ya orada boş vəziyyətdə olan torpaq sahəsinin kimə, nə vaxt satması barədə məlumatı olmamışdır. Cavabdeh3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, İddiaçı, Cavabdeh6 və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh6 torpağı satmışdır. Cavabdeh6 xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əasınqda 0,03 ha torpaq sahəsini Cavabdeh3 satmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. O, da həmin torpaq sahəsini daşla hasara alınmış, giriş üçün darvaza qoyulmuş vəziyyətdə almışdır. O, 2004-cü ildə alqı-satqı edərkən torpaq sahəsinin evinin sağında yerləşən hissəsini satmış və satdığı hissəsini ayıraraq alıcıya vermişdir. Həmçinin torpaq sahəsinin bölgü planı da müqaviləyə əlavə edilmişdir. Lakin, Cavabdeh3 2005-ci ildə aldığı torpaq sahəsinə 2008-ci ildə çıxarış və plan və ölçü alarkən onun 300 kv.m. torpaq sahəsinin koordinatları onun özünə məxsus həyətinə, daha dəqiq, evinin pilləkənin, qabaq hissəsinin bir qisminin və zəruri istifadə sahəsinin yerləşdiyi yerə və ən əsası hasarının içində olan və 1994-cü ildən onun qanuni istifadəsində olan torpaq sahəsinə işlənilmişdir. Bunun nəticəsində hazırda elə bir görüntü yaranmışdır ki, sanki o, evinin pilləkənin, qabaq hissəsinin yerləşdiyi yeri satmışdır. Bu belə olmamış, o, torpaq sahəsinin sağ hissəsini bölərək satmışdır. Aidiyyəti orqanın əməkdaşı kadastr, ölçü işləri apararkən yüklü sahəyə heç bir zaman torpaq döngə nöqtələrini, koordinatlarını vura bilmədiyi halda, onun hasarının daxilində 26 illik istifadəsində olan sahəni koordinatlara vuraraq, sənədləşdirərək şəxsə təqdim etmişdir. Bunun nəticəsində onun əmlak hüquqları pozulmuşdur. Cavabdeh1 isə onun Cavabdeh3 satdığı torpaq sahəsinə son bir neçə ildə daş tökərək bildirmişdir ki, bura onundur. Bunu onunla əsaslandırır ki, torpağı Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə əldə etmişdir. Həmin sərəncamın əlavəsi olan cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “415” nömrəlidir. Arxiv sənədləri ilə maraqlananda məlum olub ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunmuş sənədlərin həqiqiliyinə şübhə vardır və Səbail RİHB-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli Sərəncamının məzmunu X9 torpaq sahəsinin ayrılmamasını ifadə edir. Belə ki, Milli Arxiv İdarəsi xx.xx.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail RİHB-nin xx.xx.1998ci il tarixli 1975 nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X9 da torpaq sahəsi ayrılması barədə, sərəncamların qeydiyyatı kitabında X3 torpaq sahəsi ayrılması kimi qeyd olunmuşdur. Bu fakt bir daha həmin sərəncamın həqiqiliyinə şübhə yaradır. Heç həmin torpaq sahəsinin ilkin cizgi sxemi ilə sonradan verilən plan və ölçüdə qeyd edilən koordinatları üst-üstə düşmür. X8 torpaq sahəsinin ayrılması barədə həmin sərəncam mövcud deyildirsə, hansı plan və ölçüdən, koordinatlardan söz gedə bilər. Bundan əlavə onun sərəncamında torpaq sahəsi 600 kv.m. göstərilsə də, plan və ölçüdə 300 kv.m. göstərilmişdir. Sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmazsa, torpaq sahəsi geri alınmalıdır. Əgər Cavabdeh1 1998-ci ildə torpaq sahəsini almışdısa, 2014-cü ildə tikintiyə başlamaq üçün daş tökürsə, bu o deməkdir ki, “ona ayrılmış torpaq sahəsi” artıq başqa vətəndaşa verilmişdir. Hansı yol ilə ona məxsus olmuş və sonradan satdığı torpaq sahəsinə koordinatları vuraraq nəticədə süni şəkildə torpaq sahələrinin koordinatlarının sürüşməsini yaratmışlar. Bundan sonra isə Cavabdeh1 300 kv.m. torpaq sahəsinin 200 kv.m. hissəsini Cavabdeh2, 100 kv.m. sahəsini Cavabdeh4 satmışdır. Nəticədə onun evinin qarşısı və hasarının içərisi olan 1994-cü ildən istifadəsində olan torpaq sahəsi digər şəxslərin torpaq sahəsinin koordinatları kimi müəyyən edilmişdir. Hadbuki, o, evinin altını şəxsə necə sata bilərdi. Bu absurddur. Yaranan vəziyyət olduqca acınacaqlıdır. Bu problem uzun illər zəncirvari şəkildə məhkəmə çəkişmələrinə gətirib çıxarır.Əslində problemin kökündə saxta əldə edilmiş sərəncam və səhlənkarlıq edib yerli baxış keçirmədən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarını elə kabinetindəcə müəyyən edən mütəxəssislərin hərəkətləri dayanır. Qeyd edilən şəxslərin məhkəmə çəkişmələri olmuşdur. Cavabdeh3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və ƏMKD yanında DƏDRX-nin Bakı şəhər Ərazil İdarəsinə, İddiaçı və Cavabdeh6 qarşı çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 isə Cavabdeh3, İddiaçı, X14, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 28 saylı dövlət notariat kontoruna, Bakı şəhəri 36 saylı dövlət notariat kontoruna və Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi Səbail rayon Məhkəməsinin icraatında olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin olunaraq Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı adına verilmiş JN-13094H nömrəli 00400016 kodlu şəhadətnamənin, İddiaçı ilə Cavabdeh6 arasında 36 saylı DNK-da bağlanmış AN-İ ******* nömrəli xx.xx.2004-cü il tarixli, reyestrdə 4Ə-03-561 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, habelə Cavabdeh6 ilə Cavabdeh3 arasında Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda bağlanmış AN-İ ******* nbmrəli xx.xx.2005-ci il tarixli, reyestrdə 4Ə/422 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, habelə xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışın Cavabdeh2 və Cavabdeh4 məxsus torpaaq sahələri ilə üst-üstə düşən 57 kv.m. hissəsində etibarsız hesab edilməsi qət olunmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh3 İddiaçı və Cavabdeh6 qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi” tələblərinə dair iddiası təmin olunmuş, İddiaçı öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı Cavabdeh3 mülkiyyətində olan 2,43 ha torpaq sahəsindən tikililərin İddiaçı öz vəsaiti hesabına sökülərək çıxarılması, Cavabdeh6 42.000 Abş dolları məbləğində pulun tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 136/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli, habelə 2(009)-2601/2019 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnamələri ləğv edilmiş və hər iki mülki iş bir icraatda birləşdirilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia tələbləri qismən təmin olunmuş, X6 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kv.m. hissədə, Cavabdeh1 və Cavabdeh4 arasında bağlanan xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqısatqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kv.m. hissədə; Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kv.m. hissədə etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuş, qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-6519/2018 saylı qərarı ilə iddiaçı Cavabdeh3 kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh İddiaçı kassasiya tam təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-128/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2601/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi “İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış həyət tikilisi onun öz vəsaiti hesabına sökülələrk adı çəkilən şəxs oradan çıxarılması qərara alınmışdır. Sonuncu qətnamədən o, kassasiya şikayəti verməyə hazırlanmışdır. Başqa sözlə qeyd edilən məhkəmə aktları qanuni qüvvəsini almamışdır. Göründüyü kimi, onan 26 illik hasarının daxilində olan qanuni sahibliyində olan torpaq sahəsi qanunsuz hərəkətlər nəticəsində zəbt kimi qiymətləndirilməsinə səbəb olmuşdur. Halbuki, zəbt anlayışı özündə “sonradan gəlib yiyələnmə” mənasını versə də, faktiki olaraq onun heç kəsin torpaq sahəsini tutma halı mövcud deyildir. Ona bu məhkəmə çəkişməsi nəticəsində məlum oldu ki, torpaq sahəsinin koordinatları daşınmaz əmlakın dövlət reyestrində düzgün qeyd edilməməsi və qanunsuz alınmış sənədlər onun mülkiyyət hüququnu pozur, qeyd həqiqi hüquqi vəziyyəti əks etdirmədiyinə görə həmin qeydlərə də düzəliş edilməlidir. Buna görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi zamanı yerində yoxlanmaqla verilməməsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində düzgün olmayan qeyd aparılmışdır. Həmin qeydlərə düzəlişin edilməsi zəruridir. Bundan başqa qeyd edilənlərə əsasən Cavabdeh1 adına verilmiş ilkin sənəd mövcud olmadığından onunla “mövcud olmayan sənəd” əsasında Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Onların “mövcud olmayan sənəd” əsasında plan və ölçüsünü aldıqları yerin koordinatlarını da səhv olaraq əslində ilkin olaraq ona məxsus olmuş, hada sonra Cavabdeh6 satdığı, sonuncunun da Cavabdeh3 satdığı 300 kv.m. torpaq sahəsinin koordinatlarının yerinə işlənmişdir. Nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrindəki həmin qeydlər də düzgün aparılmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2008-ci il tarixdə **********98 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə ilkin torpaq sahəsinin cizgisinə əsasən uyğunlaşdırılması, mövcud olmayan sərəncam əsasında alınmış X6 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, onun əsasında Cavabdeh1 və Cavabdeh4 arasında bağlanan xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış etibarsız hesab olunmaqla bunun əsasında aparılmış dügüz olmayan qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ona 1994-cü il tarixdə Səbail RİH tərəfindən ayrılmış ilkin cizgi sxemə uyğun torpaq sahəsində ev inşa etmişdir. Lakin ona ayrılmış 0,06 ha torpaq sahəsinin şəhadətnaməsi ilkin cizgi plana uyğun tərtib edilməmişdir. Nəticədə hazırda istifadəsində olan 0,03 ha torpaq sahəsi İddiaçı ilkin torpaqayırma sənədinə uyğun olduğu halda, satdığı 0,03 ha torpaq sahəsinin koordinatları ilkin torpaq ayrıma sənədlərinə uyğun olmamışdır. Daha sonra satdığı 0,03 ha torpaq sahəsinin koordinatlarının uyğunsuzluğu Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsündə koordinatlarının səhvinə səbəb olmuşdur. Bu da təsdiq edir ki, həmin qeydin düzəlişinə zərurət vardır. Həmçinin mütəxəssis rəyi ilə məlum oldu ki, Yeganə Quliyevanın adına verilmiş ilkin torpaq ayırma sənədlərində torpaq sahəsinin koordinatları qeyd edilməmişdir. 2013-cü ildə kadastr planını hazırlayan mütəxəssisin “koordinatları” necə müəyyən etməsi çox maraqlıdır. Çünki 400 və 415 nömrəli torpaq sahələrinin hər ikisinin ilkin torpaq ayırma sənədlərində “415” nömrəli torpaq sahəsinin yeri göstərilməmişdir. “400” nömrəli torpaq sahəsinin yeri sxemdə qeyd edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda 415 nömrəli torpaq sahəsinin qeyd edilməsi müəyyən olunmur. Bundan başqa Səbail RİH-nə verilmiş sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli 3/10-818 saylı məktubu ilə Cavabdeh1 adına torpaq sahəsinin ayrılmasına dair xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamın və sxemin Səbail RİH-nin arxivində aşkar edilmədiyi bildirilmişdir. Müəyyən olunur ki, həqiqətən də Cavabdeh1 adına hər hansı sərəncam verilməmiş, qeyri-qanuni sənəd əsasında torpaq sahəsi əldə etmişlər. Ən əsası İddiaçı ilkin sxem əsasında satdığı sahəsi hasarın içərisində olduğu halda yüklü yerə kadastr işlənmiş, torpaq sahəsinin plan və ölçüsü alınmışdır. İddiaçı hüquqlarının kobud şəkildə pozulması aşkardır. İşin faktoloji halları ilə təsdiq olunur ki, Cavabdeh1 adına verilmiş sənədlər qanunsuz verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri vəzifə səhlənkarlığına yol verərək torpaq sahəsinə plan və ölçü verərkən yerli baxış keçirməli olduğu halda yüklü yerə sənədlər vermiş, qeyri-dəqiq ölçmə işləri apararaq səhv koordinatlar müəyyən etmişlər. Sənədlər verilən zaman Google earth proqramı ilə baxanda da həmin yerlərin yüklü, hasara alınmış olduğu aydın görünür. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin yol verdiyi qanunsuzluq nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən Cavabdeh3nn mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğunlaşdırılması, mövcud olmayan sərəncam əsasında qeydə alınmış Cavabdeh1 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, onun əsasında Cavabdeh1 və Cavabdeh4 arasında bağlanan xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış etibarsız hesab olunmaqla bunun əsasında aparılmış düzgün olmayan qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını, X5 adına qanunsuz sənədsiz verilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin vəzifə öhdəliklərini icrası zamanı yol verdikləri hərəkətlərində cinayət əlamətləri olduğundan cavabdehlər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı uzun müddətdir ki, məhkəmə araşdırması getmiş və torpaq sahəsinin onlara məxsus olması sübut olunmuşdur. Bu işə təkrar baxılması yolverilməzdir. O torpağı vicdanlı əldə edəndir, qanuni əsaslarla almışdır. İddiaçıa ayrılmış torpaq sahəsi küçəyə paralel olaraq verilmişdir. Hazırda iddia edilən torpaq sahəsi isə digər küçənin ərazisinə aiddir. Məhkəmə qətnaməsi ilə İddiaçı satdığı yer onun həyətində apardığı tikilinin yerləşdiyi yerdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 öz izahatında göstərmişdir ki, o torpaq sahəsinin Ariz Xasiyevdən almışdır. Torpaq sahəsinin yerləşdiyi yer ekspertlə baxış zamanı hasara alınmış boş torpaq sahəsi kimi ona təqdim olunmuşdur. O həmin torpaq sahəsini almışdır və ona görə də həmin sahəyə cizgi planının düzgün işləməsini və mülkiyyətçi kimi hüquqlarının bərpasını istəyir. Bu səbəbdən iddiaçının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili X12 iddianı qəbul edərək öz izahatında göstərmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin cizgisi reyestrdə düzgün qeyd olunmadığı üçün ilkin A.Xasiyevə, onun tərəfindən isə Cavabdeh3 satılmış 0,03 ha torpaq sahəsinin cizgi planı da reyestrə düzgün işlənilməmiş və tərəflər arasında mübahisə yaranmış, hazırki vaxtadək davam edir. Ekspert rəyi ilə iddiaçıya cizgi planına uyğun ayrılmış torpaq sahəsinin koordinatları yerində müəyyən edilmiş və satılmış 0,03 ha torpaq sahəsinin yerinin həqiqətən hazırda mübahisələndirilən, daş hasara alınmış torpaq sahəsi olması təsdiqini tapmışdır. Bu səbəbdən hesab edir ki, qaldırılan iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında 3-cü şəxs X13 nümayəndəsi və vəkili X21 öz izahatında göstərmişdir ki, nümayəndəsi olduğu şəxsə İddiaçı tərəfindən satılan 0,03 ha torpaq sahəsi sonradan Cavabdeh3 satılmış və həmin sahə hazırda tərəflər arasında mübahisələndirilən daş hasara alınmış boş torpaq sahəsidir. Torpaq qanuni əsaslarla alınmış və satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verdikdən sonra məhkəmə hesab edir ki, iddia tələbləri təmin olunmalıdır. İş üzrə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışının kserosurətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 4147 saylı, xx.xx.1994-cü il tarixli sərəncamında 20 yanvar küçəsi vətəndaş İddiaçı yaşayış ünvanı kimi göstərilmiş, belə bir küçə Badamdar qəsəbəsində mövcud olmamış və həmin ünvanın sözügedən sərəncamla Badamdar qəsəbəsi, 9-cu döngədə ayrılmış torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Hazırda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN- 17225D, KOD 00400016, xx.xx.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi ilə mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi evin ünvanı 1-ci yaşayış massivi (9-cu döngə) Həbib bəy Mahmudbəyov küçəsi 400-dür. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamın kserosurətindən görünür ki, Badamdar qəsəbəsində 600 kv.m. fərdi ev tikmək üçün İddiaçı (20 yanvar küçəsi, ev 13) ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş tipləşdirilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncamın qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinin başlanmazsa və ya layihədən ölçülərə əməl olunmazsa, verilmiş torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qərara alınmışdır. İş üzrə Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin kserosurətindən görünür ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi, 400 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır. İş üzrə JN-13094H KOD 00400016 nömrəli, xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin kserosurətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. İş üzrə JN-17225D KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin kserosurətindən görünür ki, Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-03-561 saylı alqı-satqı müqaviləsi ilə 0,03 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin kserosurətindən görünür ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1975 No-li sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi Cavabdeh1 ayrılmışdır. İş üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən vəkil Kamandar Nəsibova ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubunun kserosurətindən görünür ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin qeyd olunan bu sərəncamın həqiqiliyinə şübhə vardır. Belə ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X9 da torpaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X3 torpaq sahəsi ayrılması kimi qeyd edildiyindən xahişlərini müsbət həll etmək mümkün deyildir. İş üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən X6 ünvanlanmış arxiv çıxarışının kserosurətinə əsasən Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 1975 №-li sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi evin tikintisi üçün X9 ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş tipləşdirilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncam qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihidəki ölçülərə əməl olunmazsa verilmiş torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1975 saylı Sərəncamı ilə Cavabdeh1 Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 415 saylı fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 36581 nömrə ilə uçota alınmışdır. İş üzrə Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 0,03 ha olan torpaq sahəsini Cavabdeh3 satmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X10 ona məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı 0,03 ha torpaq sahəsindən 0,02 ha hissəni 4Ə/-01-62 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, 0,01 ha hissəni 4Ə/-01-63 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qediyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri 28 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X5 adından etibarnamə əsasında çıxış edən X17 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahə ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsindən 0,01 ha torpaq sahəsini Cavabdeh4 satmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahənin bir hissəsində yerləşən 0,01 ha torpaq sahəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qediyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri 28 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X5 adından etibarnamə əsasında çıxış edən X17 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahə ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsindən 0,02 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qediyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-128/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələblərinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin olunaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı adına verilmiş JN- 13094H nömrəli 00400016 kodlu şəhadətnamənin, İddiaçı ilə X18 arasında 36 saylı DNK-da bağlanmış AN-İ ******* nömrəli xx.xx.2004-cü il tarixli, reyestrdə 4Ə-03-561 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, habelə X18 ilə Cavabdeh3 arasında Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda bağlanmış AN-İ ******* nömrəli xx.xx.2005-ci il tarixli, reyestrdə 4Ə/522 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, habelə xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışın Cavabdeh2 və Cavabdeh4 məxsus torpaq sahələri ilə üst-üstə düşən 57 kv.m. hissəsində etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin olunmaması qət olunmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə isə Cavabdeh3 İddiaçı və X15 qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi” tələblərinə dair iddiası təmin olunmuş, İddiaçı öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı Cavabdeh3 mülkiyyətində olan 2,43 ha torpaq sahəsindən tikililərin İddiaçı öz vəsaiti hesabına sökülərək çıxarılması, Cavabdeh6 42.000 ABŞ dolları məbləğində pulunu tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)- 2601/2016 saylı,xx.xx.2016-cı il tarixli qətnaməsinin “İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış həyət tikilisi onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 10/2035 №-li rəyinə əsasən 1-ci sual üzrə: - İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin JN-13094H (kod 00400016) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş cizgisi həmin “400” nömrəli torpaq sahəsinin ayrılmasına dair Sərəncama əlavə edilmiş ilkin torpaq ayırma sxeminə (cizgisinə) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, İddiaçı ilkin torpaq ayırma sxemində 0,06 ha torpaq sahəsi hal-hazıırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 20 metr, yola perpendikulyar 30 metr ölçülərdə qeyd edilmişdir. JN-13094H (kod 00400016) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən isə ilkin torpaq ayırma sxemində qeyd edilmiş ölçülər dəyişdirilərək hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 30 metr, yola perpendikulyar 19,35 metr ölçülərdə qeyd edilmişdir. Şəhadətnamədə qeyd edilən cizgi trapesiya formasında qeyd edildiyi üçün 30 metrlik hissəsinin qarşı tərəfi 32 metr göstərilmişdir. İddiaçı inşa etdiyi fərdi yaşayış evi ilkin torpaq ayırma sxeminə əsasən satdığı torpaq sahəsində deyil, öz mülkiyyətində qalmış 0,03 ha torpaq sahəsində yerləşir. 2-ci sual üzrə: - İddiaçı ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsi xx.xx.2004-cü ildə satılarkən həmin 0,06 ha torpaq sahəsinin cənub hissəsi satılmışdır. Həmin 0,03 ha torpaq sahəsi satılarkən hazırlanmış bölgü cizgisi naturaya (torpaqdan faktiki istifadə vəziyyətinə uyğun) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, alqı-satqı yuxarıda da qeyd edildiyi kimi, ilkin torpaq ayırma sxeminə uyğun hazırlanmamış JN-13094H (kod 00400016) saylı şəhadətnaməyə əsasən aparılmışdır. 3-cü sual üzrə: - xx.xx.2004-cü ildə İddiaçı satdığı 0,03 ha torpaq sahəsi hal-hazırda faktiki daş hasara alınıb istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində deyil, cənub hissədə İddiaçı daş hasarına bitişik boş sahədir. 4-cü sual üzrə: - X7 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə ayrılmış “415” nömrəli 0,06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin İddiaçı məxsus olmuş 0,06 ha torpaq sahəsinə nisbətdə harada yerləşməsini müəyyən etmək mümkün olmadı. “400” nömrəli torpaq sahəsinin yeri müəyyən olunub, həmin torpaq sahəsinin 0,03 hektarlıq hissəsindən halhazırda İddiaçı daş hasara alaraq fərdi yaşayış evi tikərək istifadə edir, digər 0,03 hektarı isə boşdur. “415” nömrəli torpaq sahəsinin harada yerləşməsini isə müəyyən etmək mümkün olmadı. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iddiaçının irəli sürdüyü iddia tələblərinə hüquqi qiymət verməmişdən əvvəl tərəflər arasında mübahisənin yaranmasına əsas olmuş hallara hüquqi qiymət verilməsini zəruri hesab edir. Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi ev tikmək üçün İddiaçı (20 yanvar küçəsi, ev 13) 600 kv.m. (0,06 ha) torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin yerləşmə cizgisinə əsasən Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi, 400 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən X6 ünvanlanmış arxiv çıxarışına əsasən Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 1975 №-li sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi evin tikintisi üçün X9 ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin kserosurətindən görünür ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1975 No-li sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi Cavabdeh1 ayrılmışdır. Göründüyü kimi hüquqmüəyyənedici hesab edilən ilkin torpaq ayırma sənədlərinə (sərəncamlara) əsasən həm İddiaçı, həm Cavabdeh1 600 kv.m torpaq sahəsi ayrılmış. İddiaçı torpaq sahəsinin ayrılması barədə sərəncamda həmin torpağın Badamdar qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı ünvanda 400 saylı nömrəli sahədə, Cavabdeh1 isə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngədə 415 saylı sahədə 600 kv.m torpaq sahəsinin ayrılması göstərilmişdir. Hər iki sərəncam üzrə tərtib edilmiş cizgilərlə vətəndaşlara torpaq sahələrinin ayrılması məyyən olunmuşdur. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən vəkil Kamandar Nəsibova ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail RİHnin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin qeyd olunan bu sərəncamın həqiqiliyinə şübhə vardır. Belə ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X9 da torpaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X3 torpaq sahəsi ayrılması kimi qeyd edilmişdir. Göründüyü kimi arxiv sənədlərində Cavabdeh1 adına torpaq sahəsinin ayrılması barədə sərəncam olsa da, sərəncamların qeydiyyat kitabında ayrılmış torpaq sahəsi Kəmalə Məhərrəmovanın adına ayrılmış torpaq kimi qeyd edilmişdir. xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və xx.xx.2001-ci il tarixli qanunla qüvvədən düşmüş AR Torpaq Məcəlləsinin 23-cü maddəsinin 1-ci bəndinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Göründüyü kimi mübahisəli torpaq sahələri ayrılan vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həm İddiaçı, həm Cavabdeh1 torpaq sahələri rayon icra hakimiyyətinin müvafiq sərəncamı əsasında və qanuni əsaslarda ayrılmışdır. Lakin Cavabdeh1 torpaq sahəsi müvafiq sərəncamla ayrılsa da, arxivdə olan sərəncamların qeydiyyatı kitabında ona ayrılmış sərəncamda uyğunsuzluq müəyyən edilmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, qanunun yuxarıda göstərilən tələblərinə əsasən torpaq sahəsinin müvafiq sərəncam əsasında vətəndaşların istifadəsinə verilməsi yer quruluşu sənədlərinə əsasən torpaqayırma qaydasında həyata keçirilir. Yəni torpaq sahəsi sərəncam əsasında vətəndaşın istifadəsinə verildikdən sonra onun yerində ayrılması tələb olunur. İş materiallarında olan torpaq sahəsinin yerləşmə cizgilərindən görünür ki, həm İddiaçıa, həm Cavabdeh1 verilmiş torpaq sahələri yerində ayrılmışdır. Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinə dair JN-13094H KOD 00400016 nömrəli şəhadətnamə tərtib edilmiş və torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1975 saylı Sərəncamı ilə Cavabdeh1 Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 415 saylı fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 36581 nömrə ilə uçota alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsini xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh6 satmış, sonuncu isə həmin sahəni xx.xx.2005-ci ildə Cavabdeh3 satmışdır. xx.xx.2004-cü il tarixdə İddiaçı adına 0,03 ha torpaq mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və hazırda həmin hissə daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyətindədir. Cavabdeh3 aldığı 0,03 ha torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixdə çıxarış verilmiş və həmin torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1975 saylı Sərəncamı əsasında torpaq sahəsinin plan və ölçüsü tərtib olunsa da, həmin torpaq sahəsinin yalnız 0,03 ha hissəsinin xx.xx.2014-cü il tarixdə mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması müəyyən edilmişdir. Həmin 0,03 ha torpaq sahəsinin 0,02 ha hissəsi isə Cavabdeh1 xx.xx.2014-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh2, 0,01 ha hissəsini isə xx.xx.2014-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmışdır. Həmin satılmış torpaq sahələri müvafiq olaraq Cavabdeh2 və Cavabdeh4 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerdə qalan 0,03 torpaq sahəsinin isə Cavabdeh1 adına rəsmiləşdirilməsi iş materiallarında olan sənədlərlə müəyyən olunmur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, yuxarıda göstərilən alğı-satqı müqavilələri bağlandıqdan sonra və torpaq sahələrinə dair həm iddiaçı, həm cavabdehlərin adlarına mülkiyyətə dair sənədlər verildikdən sonra Cavabdeh1 Cavabdeh3 hesab etdiyinə görə mülkiyyətində olan torpaq sahəsinə daş tökərək oradan tikinti aparmaq istəmişdir. Lakin Cavabdeh3 həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etdikdən sonra tərəflər arasında mübahisə başlamışdır. Bu mübahisə ilə bağlı hər iki tərəf məhkəməyə müraciət etmiş və bununla bağlı məhkəmə qətnamələri və qərarları qəbul edilmişdir. Sonuncu məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi olmuş və həmin qətnamə hazırda qüvvəyə minməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)128/2020 saylı qətnaməsindən görünür ki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsinə yuxarı instansiya məhkəməsi, yəni Ali Məhkəmə tərəfindən göstərişlər verilmişdir. Həmin göstərişlər ondan ibarət olmuşdur ki, ərazidən keçən yüksək gərginlik elektrik xətlərinin balans sahibi müəyyən edilməli və Badamdar Bələdiyyəsi işə cəlb olunmalı, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına aid 300 kv.m torpaq sahəsi çıxıldıqdan sonra İddiaçı mülkiyyətində olan 300 kv.m torpaq sahəsi və xəbt etdiyi 243 kv.m sahənin sərhədləri mütəxəssis rəyi ilə ayrılıqda müəyyən edilməli, bundan sonra araşdırılan sübutlarla düzgün hüquqi qiymət verilməlidir. Bakı Apellyasi Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə Ali Məhkəməsinin göstərişlərini icra edərək mütəxəssis rəyinin alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestri Xidmətinə müraciət etmişdir. Sonuncu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə qeyd olunmuşdur ki:

1. İddiaçı İsabal oğlunun JN-13094 saylı şəhadətnamə əsasında 0,06 ha torpağı olub. Bu torpaq sahəsinin 0,03 ha hissəsini X2 (əslində satan Ariz Xasiyev olmuşdur) satıb. İddiaçı yaşadığı evi öz hissəsində inşa edib. Lakin faktiki vəziyyətdə Zakariyayeva Cəmilənin sənəd üzrə sahəsi İddiaçı əlavə olaraq istifadəsindədir və üzərində həyət tikilisi vardır (faktiki istifadəsində 0,0521 ha).

2. Sxemdə göstərildiyi kimi Zakariyayeva Cəmilə sənəd üzrə olan sahəni deyil, yüksək gərginlik elektrik xəttinin mühafizə zonası olan digər sahəni iddia edir. Lakin bu sahə mühafizə zonası olması ilə yanaşı digər sahələrin yoludur.

3. İddiaçı hasarı daxilində olan sənəd üzrə 0,03 ha və əlavə olaraq istifadə etdiyi 0,021 ha (bu sahə X1 sənədlə qanuni yeridir) nəzərə almadan cənub tərəfdəki sahələrin bölünmə mümkünlüyü texinki baxımdan mümkünsüz görünür. Qeyd edirik ki, cənub tərəfdəki sahənin çox hissəsi YGEXnin mühafizə yeridir. Bundan əlavə olaraq digər sahələrin yolları bu hissədəndir. Bölünmə YGEX ilə bağlı müvafiq qurumun rəyi və tərəflərin notarial təsdiqli bölgü razılığı əsasında formalaşa bilər.

4. X1 sənədlə və faktiki iddia etdiyi sahələr sxemdə aydın göstərilmişdir. Beləliklə Bakı Apellyasiya Məhkəməsi sözügedən qətnamə yuxarıda göstərilən rəy əsasında müəyyən etmişdir ki, Cəmilə Zakariyayevanın torpaq sahəsi reyetsrdə faktiki olaraq İddiaçı evinin qarşısında yerləşən torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsində İddiaçı bir ədəd həyət tikilisi inşa etmişdir. Bu halda C.Zakariyayevaya məxsus torpaq sahəsinin 243 kv.m hissəsinin İddiaçı tərəfindən zəbt olunması aşkardır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Z.Zakariyayeva və İddiaçı hesab edirsə reyestrdə aparılmış qeydiyyatlar torpaq sahəsinin faktiki yerləşmə yerinə görə düzgün həyata keçirilməmişdir. Onlar yalnız reyestr qeydiyyatının özünü mübahisələndirməklə (və ya mübahisə tərəfləri bölgü sxemi tərtib edərək notariat qaydasında təsdiq etməklə) koordinatların düzgün müəyyən edilməsini həmin orqandan tələb edə bilərlər. Həmin məsələ isə mövcud iddia tələbindən kənarda olduğundan məhkəmə aidiyyəti ilə bağlı prosessual qanunvericiliyin tələbləri baxımından hazırki icraatın daxilində həll oluna bilməz. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Zakariyayeva Cəmilənin hazırda adına faktiki hüquqmüəyyənedici sənədlər əsasında olan torpaq sahəsinin koordinatları İddiaçı hazırda adına və istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Yəni faktiki olaraq onların mülkiyyətində olan torpaqların faktiki yerləşmə yerləri reyestr xidməti tərəfindən tərtib edilmiş sənədlərə əsasən eyni yerdə yerləşir. Bakı Apellyasiya Məhkməsinin qətnaməsindən eyni zamanda görünür ki, həmin məsələ (torpaq sahələrinin yerləşmə yerinə görə aparılmış qeydiyyat) işə baxılarkən İddiaçı və Cəmilə Zakariyayeva tərəfindən qaldırılmışdır. Lakin apellyasiya instansiya məhkəməsi sözügedən mübahisənin baxılan işdə mübahisə predmeti olmadığını və iddia tələbindən kənarda olduğunu qeyd edərək bununla bağlı ayrıca məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Beləliklə hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələblər Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli iş üzrə məhkəmə baxışının predmeti olmadığı üçün, eyni zamanda həmin iş üzrə alğı-satqı müqavilələri və verilmiş çıxarışlar yalnız üst-üstü düşən hissədə qismən etibarsız hesab edildiyi üçün, indiki iş üzrə irəli sürülmüş tələbin əsaslılığı, mübahisə predmeti olmuş alğı-satqı müqavilələrinin kökündən etibarsız hesab edilməsi üçün əsas hesab olunacaq. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəmsinin xx.xx.2018-ci il tarixli qətnaməsi Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılsa da, həmin qətnamə hazırki işə baxılarkən preyudisial əhəmiyyətə malik deyil. Yəni hazırki mübahisənin predmeti Bakı Apellyasiya Məhkəmsinin baxış predmeti olmuş alğı-satqı müqavilələrinin etibarsızlığı və çıxarışların ləğvi olsa da, həmin tələblərdə iddianın əsası hazırki iddiadan fərqlidir. Digər tərəfdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə tələb Cəmi Zakaryayeva tərəfindən qaldırılmışdır. Hazırki iddia tələbi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı alğı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı tələb İddiaçı tərəfindən qaldırılmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən qüvvədə saxlanılması barədə AR Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-6519/2018 saylı qərarı hazırki işə baxılarkən preyudisial əhəmiyyətə malik olmadığı üçün, İddiaçı tərəfindən irəli sürülmüş tələblərə baxılması qanun pozuntusu hesab edilmir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o hazırda mülkiyyətində olan 0,03 torpaq sahəsinin və Ariz Xasiyevə satılmış, sonuncu tərəfindən isə Cavabdeh3 satlmış 0,03 ha torpaq sahəsinin koordinatlarının ilkin torpaq ayırma sənəd olan Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğunlaşdırılması; həmçinin mövcud olmayan sərəncam əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2014-cü il tarixdə verilmiş RX0353430 seriyalı çıxarışın və həmin çıxarış əsasında cavabdehlərlə bağlanmış alğı-satqı müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının birinci tələbinə hüquqi qiymət verilməsi üçün tikinti-texniki ekspertiza təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-nin mütəxəssisləri cəlb edilməklə aparılması Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2035 saylı rəyi ilə müəyyən edilmişdir ki,

1. İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin JN-13094H (kod 00400016) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş cizgisi həmin “400” nömrəli torpaq sahəsinin ayrılmasına dair Sərəncama əlavə edilmiş ilkin torpaq ayırma sxeminə (cizgisinə) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, İddiaçı ilkin torpaq ayırma sxemində 0,06 ha torpaq sahəsi hal-hazıırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 20 metr, yola perpendikulyar 30 metr ölçülərdə qeyd edilmişdir. JN-13094H (kod 00400016) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən isə ilkin torpaq ayırma sxemində qeyd edilmiş ölçülər dəyişdirilərək hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 30 metr, yola perpendikulyar 19,35 metr ölçülərdə qeyd edilmişdir. Şəhadətnamədə qeyd edilən cizgi trapesiya formasında qeyd edildiyi üçün 30 metrlik hissəsinin qarşı tərəfi 32 metr göstərilmişdir. İddiaçı inşa etdiyi fərdi yaşayış evi ilkin torpaq ayırma sxeminə əsasən satdığı torpaq sahəsində deyil, öz mülkiyyətində qalmış 0,03 ha torpaq sahəsində yerləşir.

2. İddiaçı ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsi xx.xx.2004-cü ildə satılarkən həmin 0,06 ha torpaq sahəsinin cənub hissəsi satılmışdır. Həmin 0,03 ha torpaq sahəsi satılarkən hazırlanmış bölgü cizgisi naturaya (torpaqdan faktiki istifadə vəziyyətinə uyğun) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, alqı-satqı yuxarıda da qeyd edildiyi kimi, ilkin torpaq ayırma sxeminə uyğun hazırlanmamış JN-13094H (kod 00400016) saylı şəhadətnaməyə əsasən aparılmışdır.

3. xx.xx.2004-cü ildə İddiaçı satdığı 0,03 ha torpaq sahəsi hal-hazırda faktiki daş hasara alınıb istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində deyil, cənub hissədə İddiaçı daş hasarına bitişik boş sahədir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X16rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçıya müvafiq sərəncam əsasında torpaq sahəsi verilsə də və həmin torpaq sahəsi ilkin torpaq ayırma sxeminə (cizgisinə) əsasən iddiaçının istifadəsinə verilsə də, sonradan həmin torpaq sahəsinə dair tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə düzgün hazırlanmamışdır. Nəticədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə (0,03 ha) və alğı-satqı müqaviləsi əsasında Cavabdeh6, sonuncu tərəfindən isə Cavabdeh3 satılmış hissəsinə (0,03 ha) dair tərtib edilmşi şəhadətnamələr və daşınmaz əmlakın dövlət reyestrində aparılmış düzgün qeydiyyat olmamışdır. Bu qeydiyyatın düzgün aparılmaması səbəbindən Cavabdeh3 satılmış 0,03 ha torpaq sahəsinin yerləşmə yeri iddiaçı tərəfindən fatiki satılmayan və mülkiyyətində saxlanılmış torpaq sahəsinin yeri üzərində qeydiyyata alınmışdır. Yəni iddiaçının həm mülkiyyətində saxlanılmış və hazırda mülkiyyətində olan, həm onun tərəfindən satılmış sahənin yerləşmə yeri faktiki olaraq bir sahə üzrə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmçinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, X7 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə ayrılmış “415” nömrəli 0,06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin İddiaçı məxsus olmuş 0,06 ha torpaq sahəsinə nisbətdə harada yerləşməsini müəyyən etmək mümkün olmadı. “400” nömrəli torpaq sahəsinin yeri müəyyən olunub, həmin torpaq sahəsinin 0,03 hektarlıq hissəsindən hal-hazırda İddiaçı daş hasara alaraq fərdi yaşayış evi tikərək istifadə edir, digər 0,03 hektarı isə boşdur. “415” nömrəli torpaq sahəsinin harada yerləşməsini isə müəyyən etmək mümkün olmadı. Məhkəmə qeyd edir ki, hazırki ekspert rəyindən müəyyən olunan hallar işin faktiki halları ilə də üst-üstə düşdüyü üçün, onun sübut növü kimi mötəbərliyinə hər hansı şübhə yoxdur. Belə ki, arxiv sənədlərində Cavabdeh1 Arzuman qızına Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı “415” nömrəli 0,06 ha torpaq sahəsinin ayrılması təsdiq olunsa da, sərəncamların qeydiyyatı kitabında torpaq sahəsinin X4 adlı şəxsə ayrılması kimi qeyd edilmişdir. Yəni arxiv idarəsinin sorğuya verilmiş cavabda da göstərilir ki, Cavabdeh1 adına verilmiş sərəncamın həqiqiliyinə şübhə vardır. Digər tərəfdən torpaq ayırma sərəncamlarında qeyd olunur ki, ayrılan torpaq sahəsində 2 il ərzində ev tikilməlidir. Əks halda həmin torpaq sahəsi geri alınacaqdır. Cavabdeh1 sərəncam əsasında torpaq sahəsi 1998-ci ildə ayrılsa da, həmin torpaq sahəsində 2014-cü ilədək hər hansı tikinti işləri aparmamış, kadastr planı isə 2013-cü ildə tərtib edilmişdir. Ümumiyyətlə Cavabdeh1 sərəncam ona verilən vaxtdan 2013-cü ilədək (15 il ərzində ) torpağı faktiki istifadə İddiaçılə və Cavabdeh3 ilə torpağa dair hər hansı mübahisəsinin olması müəyyən edilməmişdir. Yəni Cavabdeh1 sərəncam ona verilən və torpağın ayrılmasına dair sxem (cizgi) tərtib edilən vaxtı mübahisəli torpaq sahəsində olsa idi, həmin mübahisə məhz o vaxtı yaranmış olardı. Bu isə onu göstərir ki, torpaq sahəsinin ayrılması sxeminə əsasən Cavabdeh1 torpaq sahəsi yerində ayrılsa da, həmin torpaq sahəsi hazırda mübahisələndirilən ərazidə yerləşməmişdir. Çünki Cavabdeh1 ayrılan torpaq sahəsi həmin ərazidə yerləşsə idi, tərəflər arasında mübahisə məhz o vaxtı yaranardı. Bu fakt isə (ekspertin müəyyən etdiyi hal) – “Cavabdeh1 Arxuman qızına Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə ayrılmış “415” nömrəli 0,06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən harada yerləşməsinin müəyyən olunmadığını” bir daha düzgün müəyyən olunmasını təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair şəhadətnamə hazırlanarkən, torpağın yerləşməsinə dair koordinatları düzgün qeydə alınmadığından, bu hal isə həm mülkiyyətçi İddiaçı, sonradan isə mülkiyyətçi Cavabdeh3 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyindən, iddiaçının birinci tələbi – onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, onun tərəfindən satılmış və hazırda Cavabdeh3 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının ilkin torpaq ayırma sənədi olan Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-gizci sxemə ayğunlaşdırılması hissəsində tam əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə mövcud olmayan sərəncam əsasında Cavabdeh1 qeydə alınmış hüquqlarına dair çıxarışın və onun əsasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi hissəsində iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, həmin tələblər də əsaslıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 adına torpaq sahəsinin ayrılması ilə bağlı verilmiş sərəncamın mövcud olmaması ilə bağlı iddiaçının dəlilləri hazırki mübahisənin predmeti deyil və həmin sərəncamın mövcud olub-olmaması ilə bağlı tələbə hazırki iş üzrə məhkəmə hər hansı hüquqi qiymət verilməsində səlahiyyətli deyil. Yəni Cavabdeh1 adına verilmiş sərəncamın etibarsız hesab edilməsi ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığı üçün, onun adına verilmiş çıxarış bu əsasa görə ləğv edilə bilməz. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin yerləşmə koordinatları, İddiaçı tərəfindən Cavabdeh3 satılmış 0,03 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Yəni İddiaçı tərəfindən satılmış 0,03 ha (hazırda Cavabdeh3 mülkiyyətində olan) torpaq sahəsinin koordinatları səhv və düzgün olmayan yerə qeydiyyata alındığı üçün, Cavabdeh1 sərəncam əsasında ayrılmış torpaq sahəsinin 0,03 ha hissəsi məhz həmin mübahisəli yer (İddiaçı mülkiyyətində olan və onun tərəfindən satılmış) üzrə qeydiyyata alınmışdır. Nəzərə alsaq ki, ekspert rəyi ilə Cavabdeh1 sərəncam əsasında ayrılmış 415 nömrəli torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır, Cavabdeh1 adına mübahisəli 0,03 ha torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüquqları əsaslı hesab edilə bilməz. Yəni faktiki olaraq Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmış 0,03 ha torpaq sahəsi Cavabdeh3 satılmış torpaq sahəsinin yeridir. Belə olan halda bir torpaq sahəsi üzərində iki şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması ziddiyət təşkil etdiyi üçün, düzgün olmayan qeydiyyat ləğv edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 ayrılmış torpaq sahəsinin yerini ekspert rəyinə əsasən müəyyən etmək mümkün olmadığı üçün, onun hazırki qeydiyyatı əsassız hesab edilməli və ləğv edilməlidir. Həmin qeydiyyatın ləğv edilməsi həm də ondan irəli gəlir ki, iddiaçının birinci iddia tələbi təmin olunaraq ona Səbail rayon İcra Hakimiyətinin sərəncamı və plan-cizgi sxeminə uyğun olaraq ayrılmış torpaq sahəsinin koordinatları uyğunlaşdırıldıqdan sonra Cavabdeh3 satılmış torpaq sahəsinin 0,03 ha hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşəcək. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 müvafiq sərəncam əsasında ayrılmış 0,03 ha torpaq sahəsi üzərində qeydiyyata alınmış hüquqları əsassız hesab edilməli və onun adına verilmiş RX0353430 seriyalı çıxarış ləğv edilməlidir. AR Torpaq Məcəlləsinin 65-ci madədsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. AR Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, bu qeydin ləğv edilməsi Cavabdeh1 Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı əsasında ayrılmış torpaq sahəsinin yeri müəyyən edildikdən sonra həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün mane deyil və hər hansı hüquqlarının məhdudlaşdırmasına səbəb ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 torpaq sahəsi üzərində olan qeydiyyatı əsassız hesab edilərək ləğv edildiyi üçün, bununla da onun mübahisəli torpaq sahəsinə dair sərəncam vermək hüququ olmadığı üçün, həmin torpaq sahəsinin 0,02 ha və 0,01 ha hissələrinin müvafiq olaraq alğı-satqısına dair cavabdehlər Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış müqavilələr də etibarlı əqd hesab edilə bilməz. AR Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir( maddə 337.2). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır(maddə 337.4). Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqavilələrinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair bağlandığı üçün, həmin müqavilələr bağlandığı andan etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, həmin alğı-satqı müqavilələri etibarsız hesab olunduqları üçün, onların əsasında Cavabdeh4 və Cavabdeh2 adlarına verilmiş çıxarışlar və daşınmaz əmlakın dövlət reyetsrində aparılmış qeydlər ləğv də edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapdığından, həmin tələblər tmin olunmalıdır. Məhkəmə xüsusi qərardad çıxarılması ilə bağlı iddiaçının tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə... QƏT ETDİ

İddia təmin edilsin. Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən Cavabdeh3nn mülkiyyətində olan 0,03 ha torpaq sahəsi koordinatları ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plancizgi sxeminə uyğunlaşdırılsın. Cavabdeh1 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, onun əsasında Cavabdeh1 və Cavabdeh4 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış; Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış etibarsız hesab olunsun və bunun əsasında aparılmış düzgün olmayan qeydlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar