Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-901/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili İ.M.Qasımovun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı tikililərin sökülməsi və qeyri-yaşayış binasının bərpa edilməsi tələbinə dair ilk iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh2 MTK-nın cavabdeh İddiaçı qarşı cavabdehə məxsus qeyri-yaşayış sahəsinin əvəzinə yeni ünvanda tikilən binada yeni sahənin verilməsi və yeni sahə verilənədək hər ay kirayə haqqı ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı tikililərin sökülməsi və qeyri-yaşayış binasının bərpa edilməsinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 40 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 189,9 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi yerdə inşa edilmiş hazırki tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və ona məxsus olmuş qeyri-yaşayış binasının bərpa edilməsi (əvvəlki göstəricilərə, sahəyə uyğun olaraq) öhdəliyinin cavabdehlərin üzərinə qoyulması; vurulmuş mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada 200.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi və cavabdehlərin əməllərində AR CM-nın 186.2.1 və 308.2-ci maddələrinin tərkibi olduğundan onlar barəsində xüsusi qərardad çıxararaq AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 MTK cavabdeh İddiaçı qarşı cavabdehə məxsus qeyri-yaşayış sahəsinin əvəzinə yeni ünvanda tikilən binada yeni sahənin verilməsi və yeni sahə verilənədək hər ay kirayə haqqı ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər küçəsi, 40 ünvandakı binanın əvəzində həmin binanın ümumi sahəsini təşkil edən 189,9 kv.m-dən 20% artıq olmaqla ünvan 3 və 3 ünvanında tikilən yaşayış binasının müvafiq mərtəbələrində yeni sahə və məhkəmə qərarı icra olunanadək hər ay üzrə 500 manat hesablanmaqla kirayə haqqı məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər yazılı barışıq sazişini və ona əlavəni məhkəməyə təqdim etməklə onların təsdiq edilməsini və ərizə verərək mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı göstərmişdir ki, tərəflər barışıq əldə etmişlər və müvafiq olaraq barışıq sazişi və ona 1 saylı Əlavə imzalamışlar. Bu səbəbdən məhkəmədən barışıq sazişin və 1 saylı Əlavənin təsdiq edib işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili X1 göstərmişdir ki, tərəflər barışıq əldə etmişlər və müvafiq olaraq barışıq sazişi və ona 1 saylı Əlavə imzalamışlar. Bu səbəbdən məhkəmədən barışıq sazişin və ona 1 saylı Əlavənin təsdiq edib işin icraatına xitam verilməsini xahiş edir. Tərəflər arasında yazılı formada tərtib edilmiş və məhkəməyə təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişinə və barışıq sazişinə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavəyə əsasən:
1. Cavabdeh2 MTK öhdəsinə götürür ki, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli ümumi sahəsi 189.9 kv.m olan qeyri-yaşayış binasının (daşınmaz mlakın reyestr nömrəsi **********46-06301 ,qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan çıxarış) (bundan sonra mətn üzrə ismin müvafiq hallarında – əmlak adlanacaq) əvəzinə aşağıdakıları İddiaçı xeyrinə təmin edəcəkdir: 1.1. Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən xx xxxxxxxx 2020-ci il tarixdən gec olmayaraq 120.000 (bir yüz iyirmi min) manat, xx xxxxxxx 2020-ci il tarixdən gec olmayaraq isə 64000 (altmış dörd min) manat məbləğində pul vəsaitini İddiaçı təqdim etdiyi bank hesabına ödəyəcəkdir. 1.2. Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən xx xxxxxxxx 2020-ci il tarixdən gec olmayaraq 3000 (üç min) manat məbləğində birdəfəlik kirayə haqqı pulunu İddiaçı təqdim etdiyi bank hesabına ödəyəcəkdir. 1.3. Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən 10 (on) gündən gec olmayaraq ünvan 5 və 3 ünvanında inşa edilən yeni hündürmərtəbəli yaşayış binasında aşağıda qeyd edilən yaşayış və qeyri-yaşayış sahələrinin İddiaçı adına rəsmiləşdirilməsini təmin edəcəkdir və həmin yaşayış və qeyri-yaşayış sahələrinin xx xxxx 2021-ci il tarixə qədər ona təhvil veriləcəkdir: Müqavilənin 1.3 – cü bəndində qeyd olunan əmlakların İddiaçı adına rəsmiləşdirməsi üzrə bütün lazımi hərəkətlərin icrasını öz öhdəsinə götürür və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən bütün sənədlərin ( qeyd olunan daşınmaz əmlakın inşasına icazə verən sənədlərin surəti , daşınmaz əmlakın alqı – satqı müqavilələri, texniki pasportları, maliyyə arayışları , çıxarışların alınması üçün tələb olunan bütün sənədlərin və s.) etibarlılığına zəmanət verir. Yaşayış sahələri: - ünvan 3 və 3 ünvanında inşa edilən yaşayış binasının, “A” bloku, 5-ci mərtəbəsində, ümumi sahəsi 66.42 (altmış altı tam yüzdə qırx iki) m2 təşkil edən 1 (bir) otaqlı mənzil; - ünvan 3 və 3 ünvanında inşa edilən yaşayış binasının, “A” bloku, 16-cı mərtəbəsində, ümumi sahəsi 66.42 (altmış altı tam yüzdə qırx iki) m2 təşkil edən 1 (bir) otaqlı mənzil. Qeyri-yaşayış sahəsi: - ünvan 3 və 3 ünvanında inşa edilən yaşayış binasının “B” bloku, 1-ci mərtəbəsində ümumi sahəsi 89.89 (səksən doqquz tam yüzdə səksən doqquz) m2 təşkil edən qeyri-yaşayış sahəsi. 1.4. Müqavilənin 1.3 – cü bəndində qeyd olunan əmlaklara və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı üçüncü şəxslər (o cümlədən dövlət orqanları) tərəfindən iddia və sairə tələb irəli sürüldükdə, həmin iddia və tələbləri öz hesabına qarşılayacaq və bunun üçün tam məsuliyyət daşıyır. 1.5. Saziş imzalandığı tarixdən sonra müqavilənin 1.3 – cü bəndində qeyd olunan əmlaklarla bağlı İddiaçı qarşı heç bir iddiası, tələbi, pretenziya və şikayəti olmaycaqdır və gələcəkdə məhkəmə və hüquq mühafisə orqanlarına müraciət etməyəcəkdir.
2. İddiaçı öhdəsinə götürür: 2.1 Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən 3 (üç) gündən gec olmayaraq əmlaka dair hüquqlarının (o cümldən mülkiyyət, istifadə, sahiblik, sərəncam) Cavabdeh2 MTK-ya ötürülməsini təsdiq edən bütün sənədləri, müqavilələri imzalamağı, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, zəruri olduqda MTK-ya və ya MTK-nın müəyyən etdiyi əməkdaşına etibarnamə verməyi, həmin etibarnamənin notarial qaydada təsdiqi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı üçün bütün zəruri hərəkətləri etməyi, əmlaka dair bütün sənədləri, o cümlədən Çıxarışı , texniki pasportu və digərləri MTK-ya təhvil verməyi, MTK-nın adına rəsmiləşdirməsi üzrə bütün laızmi hərəkətlərin icrasını öz öhdəsinə götürür və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən bütün sənədlərin etibarlılığına zəmanət verir. 2.2. Əmlaka və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı üçüncü şəxslər (o cümlədən dövlət orqanları) tərəfindən iddia və sairə tələb irəli sürüldükdə, həmin iddia və tələbləri öz hesabına qarşılayacaq və bunun üçün tam məsuliyyət daşıyır. 2.3 Saziş imzalandığı tarixdən sonra əmlakla bağlı Cavabdeh2 MTK-ya qarşı heç bir iddiası, tələbi, pretenziya və şikayəti olmaycaqdır və gələcəkdə məhkəmə və hüquq mühafisə orqanlarına müraciət etməyəcəkdir.
3. Tərəflər bəyan edirlər ki, Sazişinin bağlanması ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin tələbləri onlara izah edilmişdir və bu tələblər onlara məlumdur.
4. Tərəflər öhdələrinə götürürlər ki, Sazişin tam və bütünlükdə icrası ilə bağlı gələcəkdə birbirlərinə maneə ola biləcək hər hansı hərəkət və davranışlara yol verməyəcəklər.
5. Saziş məhkəmə tərəfindən müvafiq qərarla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir.
6. Tərəflər bəyan edirlər ki, Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.
7. Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur. Barışıq Sazişinə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavəyə əsasən:
1. İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli ümumi sahəsi 189.9 kv.m olan əmlakın (Reyestr nömrəsi **********46-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018, Seriya RX №1396778 olan Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış) əvəzində Cavabdeh2 MTK tərəfindən Sazişlə müəyyən edilmiş pul öhdəliyi, eləcədə yaşayış və qeyriyaşayış sahələrinin İddiaçı adına rəsmiləşdirilməsi təmin edildikdən sonra İddiaçı məxsus həmin əmlak üzərində mülkiyyət, sərəncam və istifadə hüquqlarına qeyd-şərtsiz olaraq xitam verilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişi və barışıq sazişinə 1 saylı Əlavə təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata hakim tərəfindən xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin bağladıqları və təqdim etdikləri barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə tərəfindən qəbul edilməklə təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə…
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı tikililərin sökülməsi və qeyri-yaşayış binasının bərpa edilməsi tələbinə dair ilk iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh2 MTK-nın cavabdeh İddiaçı cavabdeh İddiaçı qarşı cavabdehə məxsus qeyri-yaşayış sahəsinin əvəzinə yeni ünvanda tikilən binada yeni sahənin verilməsi və yeni sahə verilənədək hər ay kirayə haqqı ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi və barışıq sazişinə 1 saylı Əlavə aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına xitam verilsin:
1. Cavabdeh2 MTK öhdəsinə götürür ki, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli ümumi sahəsi 189.9 kv.m olan qeyri-yaşayış binasının (daşınmaz mlakın reyestr nömrəsi **********46-06301 ,qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan çıxarış) (bundan sonra mətn üzrə ismin müvafiq hallarında – əmlak adlanacaq) əvəzinə aşağıdakıları İddiaçı xeyrinə təmin edəcəkdir: 1.1. Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən xx xxxxxxxx 2020-ci il tarixdən gec olmayaraq 120.000 (bir yüz iyirmi min) manat, xx xxxxxxx 2020-ci il tarixdən gec olmayaraq isə 64000 (altmış dörd min) manat məbləğində pul vəsaitini İddiaçı təqdim etdiyi bank hesabına ödəyəcəkdir. 1.2. Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən xx xxxxxxxx 2020-ci il tarixdən gec olmayaraq 3000 (üç min) manat məbləğində birdəfəlik kirayə haqqı pulunu İddiaçı təqdim etdiyi bank hesabına ödəyəcəkdir. 1.3. Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən 10 (on) gündən gec olmayaraq ünvan 5 və 3 ünvanında inşa edilən yeni hündürmərtəbəli yaşayış binasında aşağıda qeyd edilən yaşayış və qeyri-yaşayış sahələrinin İddiaçı adına rəsmiləşdirilməsini təmin edəcəkdir və həmin yaşayış və qeyri-yaşayış sahələrinin xx xxxx 2021-ci il tarixə qədər ona təhvil veriləcəkdir: Müqavilənin 1.3 – cü bəndində qeyd olunan əmlakların İddiaçı adına rəsmiləşdirməsi üzrə bütün lazımi hərəkətlərin icrasını öz öhdəsinə götürür və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən bütün sənədlərin ( qeyd olunan daşınmaz əmlakın inşasına icazə verən sənədlərin surəti , daşınmaz əmlakın alqı – satqı müqavilələri, texniki pasportları, maliyyə arayışları , çıxarışların alınması üçün tələb olunan bütün sənədlərin və s.) etibarlılığına zəmanət verir. Yaşayış sahələri: ünvan 3 və 3 ünvanında inşa edilən yaşayış binasının, “A” bloku, 5-ci mərtəbəsində, ümumi sahəsi 66.42 (altmış altı tam yüzdə qırx iki) m2 təşkil edən 1 (bir) otaqlı mənzil; ünvan 3 və 3 ünvanında inşa edilən yaşayış binasının, “A” bloku, 16-cı mərtəbəsində, ümumi sahəsi 66.42 (altmış altı tam yüzdə qırx iki) m2 təşkil edən 1 (bir) otaqlı mənzil. Qeyri-yaşayış sahəsi: ünvan 3 və 3 ünvanında inşa edilən yaşayış binasının “B” bloku, 1-ci mərtəbəsində ümumi sahəsi 89.89 (səksən doqquz tam yüzdə səksən doqquz) m2 təşkil edən qeyri-yaşayış sahəsi. 1.4. Müqavilənin 1.3 – cü bəndində qeyd olunan əmlaklara və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı üçüncü şəxslər (o cümlədən dövlət orqanları) tərəfindən iddia və sairə tələb irəli sürüldükdə, həmin iddia və tələbləri öz hesabına qarşılayacaq və bunun üçün tam məsuliyyət daşıyır. 1.5. Saziş imzalandığı tarixdən sonra müqavilənin 1.3 – cü bəndində qeyd olunan əmlaklarla bağlı İddiaçı qarşı heç bir iddiası, tələbi, pretenziya və şikayəti olmaycaqdır və gələcəkdə məhkəmə və hüquq mühafisə orqanlarına müraciət etməyəcəkdir.
2. İddiaçı öhdəsinə götürür: 2.1 Saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən 3 (üç) gündən gec olmayaraq əmlaka dair hüquqlarının (o cümldən mülkiyyət, istifadə, sahiblik, sərəncam) Cavabdeh2 MTK-ya ötürülməsini təsdiq edən bütün sənədləri, müqavilələri imzalamağı, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, zəruri olduqda MTK-ya və ya MTK-nın müəyyən etdiyi əməkdaşına etibarnamə verməyi, həmin etibarnamənin notarial qaydada təsdiqi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı üçün bütün zəruri hərəkətləri etməyi, əmlaka dair bütün sənədləri, o cümlədən Çıxarışı , texniki pasportu və digərləri MTK-ya təhvil verməyi, MTK-nın adına rəsmiləşdirməsi üzrə bütün laızmi hərəkətlərin icrasını öz öhdəsinə götürür və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən bütün sənədlərin etibarlılığına zəmanət verir. 2.2. Əmlaka və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı üçüncü şəxslər (o cümlədən dövlət orqanları) tərəfindən iddia və sairə tələb irəli sürüldükdə, həmin iddia və tələbləri öz hesabına qarşılayacaq və bunun üçün tam məsuliyyət daşıyır. 2.3 Saziş imzalandığı tarixdən sonra əmlakla bağlı Cavabdeh2 MTK-ya qarşı heç bir iddiası, tələbi, pretenziya və şikayəti olmaycaqdır və gələcəkdə məhkəmə və hüquq mühafisə orqanlarına müraciət etməyəcəkdir.
3. İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli ümumi sahəsi 189.9 kv.m olan əmlakın (Reyestr nömrəsi **********46-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018, Seriya RX №1396778 olan Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış) əvəzində Cavabdeh2 MTK tərəfindən Sazişlə müəyyən edilmiş pul öhdəliyi, eləcədə yaşayış və qeyriyaşayış sahələrinin İddiaçı adına rəsmiləşdirilməsi təmin edildikdən sonra İddiaçı məxsus həmin əmlak üzərində mülkiyyət, sərəncam və istifadə hüquqlarına qeyd-şərtsiz olaraq xitam verilir.
4. Tərəflər bəyan edirlər ki, Sazişinin bağlanması ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin tələbləri onlara izah edilmişdir və bu tələblər onlara məlumdur.
5. Tərəflər öhdələrinə götürürlər ki, Sazişin tam və bütünlükdə icrası ilə bağlı gələcəkdə birbirlərinə maneə ola biləcək hər hansı hərəkət və davranışlara yol verməyəcəklər.
6. Saziş məhkəmə tərəfindən müvafiq qərarla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir.
7. Tərəflər bəyan edirlər ki, Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.
8. Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Şahin Abdullayev