Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-321/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı X3 və İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Gükaməddin oğlunun iştirakı ilə, İddiaçılar X3 və İddiaçı2 MMC Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X3, İddiaçı2 MMC Cavabdeh qarşı cavabdeh tərəfindən iddiaçı X2 verilmiş “Candella GentleLase Pro” markalı, 991409015-1441 seriyalı epilyasiya aparatının birgə iddiaçı X1 mülkiyyəti hesab edilməsinə və birgə iddiaçılar X1 və İddiaçı2 MMC-nin xeyrinə Cavabdeh 109766,00 manat pul vəsaitinin qaytarılması və mənəvi ziyan olaraq birgə iddiaçıların hər birinə 10000,00 manat zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2014-cü ilin sonunadək birgə İddiaçı2 MMC-də satış meneceri kimi fəaliyyət göstərmişdir. Belə ki, cavabdehin fəaliyyəti müəyyən muzd müqabilində şirkətə məxsus müxtəlif növ malları şirkətin anbarından təhvil alıb şirkətin müəyyən etdiyi qiymətlərlə topdan və pərakəndə satış yerlərini təmin etmək, o cümlədən malların həmin yerlərdə satışından əldə edilən və yerlərdə ona təqdim edilən şirkətə məxsus pul vəsaitlərini şirkətin xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Beləliklə cavabdehin İddiaçı2 MMC-də fəaliyyət göstərdiyi dövrlər üzrə satış yerlərində şirkətə məxsus malların satışından əldə edilən, şirkətə məxsus pul vəsaitlərinin şirkətin xəzinəsinə ödəmələri kəskin şəkildə azalmışdır. Belə ki, müxtəlif vaxtlarda anbardan çıxan malın həcmi və dəyərinin müqabilində cavabdehin şirkətə qaytardığı pul vəsaitlərinin məbləği arasında balans uyğunsuzluğu yaranmışdır. Yəni balans uyğunsuzluğu dedikdə, malların nisyə satış səviyyəsindən asılı olaraq əldə edilən pul vəsaitləri ilə nisyə verilmiş malların həcmi və dəyəri arasında olan mütənasiblik nəzərdə tutulur. Bununla da cavabdehin bu istiqamətdə fəaliyyəti təftiş edildikdən sonra müəyyən edilmişdir ki, cavabdeh satış yerlərində şirkətə məxsus malların satışından əldə edilən- pul vəsaitlərini qəbul etmiş, lakin həmin pul vəsaitlərini şirkətə təqdim etməmişdir. Şirkətin xəzinəsinə qaytarmalı olduğu pul vəsaiti 190000,00 (yüz doxsan min) manat məbləğində müəyyən edilmişdir. Məlum olmuşdur ki, cavabdeh şirkətə məxsus pul vəsaitləri hesabına özünün müəyyən xərclərini qarşılamış və bundan əlavə özü üçün bir neçə tibbi lazer epillyasiya avadanlığı almışdır. Beləliklə, şirkətin rəhbəri birgə İddiaçı1 və şahidlərin iştirakı ilə olan görüşdə cavabdeh yuxarıda göstərilən xoşagəlməz hallar etmiş və əməlinin hüquqa zidd olması ilə yanaşı cinayət xarakterli olduğunu dərk etmişdir: Həmin görüşdə sözügedən 190000,00 manat pul vəsaitinin 85000,00 manatlıq hissəsi kimi həmin pul vəsaitləri hesabına aldığı lazer epilyasiya aparatını birdəfəlik birgə İddiaçı1 vermiş, qalan pulun isə hissə-hissə qaytarmasını öhdəsinə götürmüşdür. O cümlədən cavabdeh xahiş etmişdir ki, bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edilməsin. Sözügedən aparat 2015-ci ilin təxminən oktyabr ayında cavabdeh tərəfindən İddiaçı1 birdəfəlik borcun müəyyən hissəsinin əvəzi kimi verilir. Lakin sonradan yəni 2017-ci ilin fevral ayının ortalarında cavabdeh həmin aparatı heç kimin xəbəri olmadan aparatın olduğu yerdən götürmüşdür. Bundan sonra birgə İddiaçı1 cavabdeh barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş və həmin şikayət əsasında da cavabdehin barəsində müvafiq maddələrlə cinayət işi başlanılmışdır. Cinayət işinin istintaqı zamanı sözügedən aparatın zərərçəkmiş şəxs qismində tanınmış birgə İddiaçı1 təhvil verilmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən, hesab edirik ki, cavabdehin qanuna zidd təqsirli hərəkətləri nəticəsində birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh “Candella GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilasiya aparatının alınaraq İddiaçı1 təhvil verilməsi və həmin əşyanın İddiaçı1 mülkiyyəti hesab edilməsi, İddiaçı2 MMC-nin xeyrinə Cavabdeh 101859,00 manat məbləğində pul vəsaitinin tutulması, mənəvi zərərin əvəzi olaraq İddiaçı1 xeyrinə Cavabdeh 10000,00 manat pul vəsaitinin tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı2 MMC-nin xeyrinə Cavabdeh 181859,00 manat məbləğində pul vəsaitinin tutulması, mənəvi zərərin əvəzi olaraq İddiaçı1 xeyrinə Cavabdeh 10000,00 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cavabdeh barəsində cinayət işinin istintaqı aparılarkən iş üzrə aparılan auditin nəticələri barədə auditor rəyinə və iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3656 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, hazırkı iş üzrə Cavabdeh hesabatında 181859,00 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, həmçinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə mülki iş üzrə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmün surətindən görünür ki, məhkəmə apellyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh haqqındakı 8 may 2019-cu il tarixli hökmün ləğv edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraətin verilməsini, İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X10 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeha qaytarılmasını, Bakı şəhəri Nəsimi Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş “Əminəm” gözəllik salonunun giriş qapısının silindrik mexanizmi və üzərində “kale və “Apeka” sözləri yazılmış açar nüsxələri isə ünvan 1 ünvanında yerləşən “Əminəm” gözəllik salonunun icarədarı X4 qaytarılması hökm edilmişdir. Həmin hökmdə göstərilmişdir ki, Cavabdeh ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. O, Nazim Tanrıverdiyevi uşaqlıqdan tanıyır. Təxminən 2011-ci ildən Nazim Tanrıverdiyev və Asim Tanrıverdiyev qardaşları işlətdikləri şirkətin Goranboy rayonunda, Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtük yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdır. O rəsmi olaraq İddiaçı2 MMC-də işləməmişdir. 2015-ci ilin mart ayında şirkətdən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayına qədər onun şirkətə 230756,00 manat məbləğində borcu var. Həmin borcu onun qarşısına İddiaçı1 qardaşları Asim və Rasim çıxarmışlar. O, da borcu etiraf etmiş və raşılaşmışdır ki, bunu qısa müddətdə ödəyəcək. Bununla bağlı müqavilə tərtib olunmuş, həmin müqavilənin şərtlərinə əsasən o, borcdan 160766,00 manatı xx.xx.2015-ci il tarixədək, qalan 70000,00 manatı isə noyabr ayının 30-na kimi ödəməlidir. 2015-ci ilin oktyabr ayına qədər o, şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı müvəqqəti təhvil verən vaxtı onun şirkətə artıq 190000,00 manat məbləğində borcu qalmışdır. 2014-cü ildə o, özünə təzə iki ədəd ABŞ istehsallı, “X9 Pro” markalı epilyasiya aparatı almışdır. Asim Tanrıverdiyev bunu biləndən sonra, o, Rasim Tanırverdiyev ilə razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun əvəzinə müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus həmin aparatı versin. Rasim Tanırverdiyev həmin aparata 85000,00 manata qiymət qoyub dəyərləndirmişdir. Həmçinin razılaşmaya əsasən həmin aparatdan gələn gəlir onun şirkətə olan borcundan çıxılmalı idi. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. Həmin danışıq onunla İddiaçı1 arasında olmuşdur. O, İddiaçı1a bildirmişdir ki, müştərilərdən pulunu ala bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, kollegiya kasasiya şikayətinin təmin edilməməsi, Cavabdeh barəsində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qərara almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli **********762700 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixinə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən Cavabdeh (VOEN **********) xx.xx.2015-ci il tarixdən vergi uçotunda olması müəyyən olunmuşdur. Cavabdeh “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” müraciətin olması müəyyən olunmamışdır. Hazırda vergi ödəyicisinin fəaliyyəti aktiv vəziyyətdədir. İş materiallarında olan İddiaçı2 MMC-nin Nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalı 2 manat həcmindədir və hər biri bir manat olmaqla 2 paydan ibarətdir. İddiaçı1 cəmiyyətin nizamnamə kapitalında 2 payın, 100 faizi sahibidir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallardan görünür ki, İddiaçı2 MMC ilə müştəri AR vətəndaşı Cavabdeh arasında aparılmış mal-pul əməliyyatlarının Auditinin nəticələri barədə xx.xx.2017-ci il tarixli auditor rəyinin surətindən görünür ki, audit nəticəsində aşağıdakılar müəyyən edilmişdir - İddiaçı2 MMC-nin Gəncə və Bakı Ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək buraxılmış və ya ikincinin satış məqsədi ilə qəbul etdiyi müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış əməliyyatlar nəticəsində ilkin olaraq müəyyən edilmiş dəymiş ziyan və yaxud xx.xx.2017-ci il tarixinədək Cəmiyyətə ikinci tərəfindən ödənilməmiş borcun məbləği, həqiqətən də, 181859,00 manat təşkil edir və auditin gedişi zamanı toplanılmış sübutlar, eyni zamanda yerinə yetirilmiş proseduralar bu barədə əsaslı və ədalətli təsəvvür yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3656 nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində İddiaçı2 MMC-nin Gəncə və Bakı ofislərindən müştəri Cavabdeh xx.xx.2009cu il tarixindən xx.xx.2017-ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış tədqiqat nəticəsində Cavabdeh hesabında 181859,00 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə keçirilmiş xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokollarının surətindən görünür ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərilmişdir ki, o, İddiaçı1 uşaqlıqdan tanıyır və onun uzaq qohumudur. Təxminən, 2011-ci ildən Nazim, Rasim və Asim Tanırverdiyev qardaşlarının işlətdikləri şirkətin Göranboy rayonunun Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtgü yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdı. 2015-ci ilin mart ayında İddiaçı2 MMC şirkətindən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayında qədər şirkətə 230756,00 manat məbləğində borcu var. 2015-ci ilin oktyabr ayına qədər şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı təhvil verən vaxtı onun şirkətə 190000,00 manat məbləğində borcu olmuşdur. 2015-ci ilin oktyabr ayında o, Rasim Tanırverdiyev ilə razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun 85000,00 manatlıq hissəsinin əvəzi olaraq müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus aparatı versin. Razılaşma əldə edildikdən sonra o, Rasim Tanırverdiyev və İddiaçı1 kürəkəni Cavid Abbasovla bərabər həmin aparatın yerləşdiyi “Əminəm” gözəllik salonuna gəldilər, və bu vaxt, Rasim Tanırverdiyev aparatda işləyən Nargiz Kərimovaya tapşırdı ki, bundan sonra aparatdan gələn gəlirləri Cavidə versin. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırıldı və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olundu. Bu zaman onunla İddiaçı1 arasında mübahisə yarandı. O, aparatın təhvil verəndən sonra 2017-ci ilin fevral ayına qədər şirkətə olan 190000,00 manat borcundan 10-13 min manat civarında mal və pul qaytarmışdır. xx.xx.2017-ci il tarixində, hamı salonu tərk edəndən sonra, o, lazer aparatını geri götürdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X5 verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən İddiaçı2 MMC-də işləyir, şirkətin təsisçisi və icraçı direktoru İddiaçı1 onun atasının dayısı oğlu və qayınatasıdır. Cavabdeh onun dayısı nəvəsidir. cavabdehidə Nazim Tanrıverdiyevin vasitəsilə tanıyıb. Cavabdeh şirkətin satdığı malları depodan alıb mağazalara satırdı, satışdan əldə edilən pullu isə şirkətə ödəyirdi. 2014-cü ilin sentyabr ayında məlum oldu ki, Cavabdeh şirkətə 280000 manat borcu yaranıb. Nazim Tanrıverdiyev bunu biləndə Asim Müsayevlə görüşərək borcunun ödənilməsini tələb etdi, Cavabdeh isə borcunu ilin sonunadək bağlayacağını bildirdi. 2014-cü ilin sonunadək 30-40 min manat ödənişi etdi şirkətə. Daha sonra borcun bir hissəsini əvəzi kimi özünə aldığı “Laser GentleLase Pro” lazer aparatını verdi Nazim Tanrıverdiyevə. Sonuncu isə aparatı işlətmək üçün vermişdir mənə. Həmin aparatdan əldə edilən gəlirləri bizim ailə alırdı. Aparatı geri aldıqdan sonra, hazırda Asim Musyayevin şirkətə 180000,00 manata yaxın borcu var. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2011-ci ildən 2015-ci ilədək, hər hansı müqavilə bağlamadan muzd qarşılığında İddiaçı2 MMC tərəfindən satışı həyata keçirilən malları, cəmiyyətin anbarlarında alaraq mağazalara paylaşdırır, mallara görə ödənilən pulları isə cəmiyyətin xəzinəsinə təhvil verməli idi. Cavabdehin İddiaçı2 MMCdə çalışdığı dövrdə, satılmış mallara görə ödənilmiş pulları cəmiyyətin xəzinəsinə təhvil verməmiş və, nəticədə onun cəmiyyətə 2015-ci ilin mart ayına 230766,00 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcunu etiraf etmiş və 2015-ci ilin mart ayında 2015-ci ilin iyul ayınadək 160766,00 manat, 2015-ci ilin noyabr ayında isə 70000,00 manat məbləğində pulu qaytarmalı idi. Lakin o, 2015-ci ilin oktyabr ayınadək cəmi 41000,00 manat məbləğində pulu cəmiyyətə geri ödədi. Daha sonra, o, özünə məxsus “Lazer GentleLase Pro” lazer aparatını borcuna görə İddiaçı1 kürəkəni Cavid Abbasoun istifadəsinə vermişdir. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin fevral ayınadək o, cəmiyyətə olan borcundan əlavə olaraq 10-13 min manat məbləğində pul ödəmişdir. 2017-ci ilin fevral ayında isə o, lazer aparatını İddiaçı1 qardaşı Rasim Tanırverdiyev ilə razılaşaraq geri götürdü. Cavabdeh barəsində cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə ekspertizası nəticəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 3656 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh, ona xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə 181,859,0 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İşin bu halları cavabdehin məhkəmə iclasında verdiyi ifadələr, Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallarında, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmündə göstərilmiş özünə məxsus izahatlardan müəyyən edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı2 MMC-də heç bir vaxt işləmədiyini, onun İddiaçı2 MMC və İddiaçı1 ilə deyil, Rasim Tanırverdiyev ilə ticari əlaqələrinin olduğunu, Rasim Tanırverdiyeva borclu olduğunu və borcunu qaytardığını bildirsə də, cavabdehin bu dəlilləri Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallarında olan məhkəmə baxış iclaslarının protokolunda göstərilmiş izahatları və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmündə göstərilmiş özünə məxsus izahatları ilə ziddiyyət təşkil edir. Belə olan halda, məhkəmə cavabdehin Nazim 1001” MMC və İddiaçı1 ilə deyil, Rasim Tanırverdiyev ilə ticari əlaqələrinin olduğunu, Rasim Tanırverdiyeva borclu olduğu ilə bağlı dəlillərini qeyrisəmimi və həqiqətə uyğun olmayan hesab edir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh alıcılara paylamaq məqsədi ilə İddiaçı2 MMC-yə məxsus mallara görə ödənilən pulları İddiaçı2 MMC-nin xəzinəsinə təhvil verməyərək İddiaçı2 MMC-yə qarşı mülki hüquq pozuntusunu törətmiş və cavabdehin bu təqsirli hərəkətləri nəticəsində İddiaçı2 MMC-yə 181859,00 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddia İddiaçı2 MMC-yə dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilərək, 181859,00 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilməlidir. Məhkəmə iddianın iddiaçı X2 vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000,00 manat məbləğində pul vəsaitin Cavabdeh tutularaq iddiaçı X2 ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı1 məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili və sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən hazırkı iddia tələbinin tərəflər arasında mövcud olmuş müqavilədən irəli gələn münasibətlərdən yarandığına görə iddiaya üç illik iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi ilə bağlı ərizəsinə qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərinin mövcud olduğunu iddia etsə də,məhkəmə araşdırması zamanı Cavabdeh ilə İddiaçı2 MMC və ya İddiaçı1 arasında hər hansı müqavilənin bağlanıldığı öz təsdiqini tapmamışdır. Hazırkı iddia tələbi zərərin vurulması nəticəsində əmələ gəldiyinə görə, iddiaya ümumi iddia müddəti tətbiq edilməli və müddətin axımı cavabdeh tərəfindən dəymiş ziyana görə son ödənişin aparıldığı vaxtdan, yəni 2017-ci ilin fevral ayından hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı 2017-ci ilin fevral ayından hesablanmalı olduğundan, iddiaçı isə hazırkı iddia tələbi ilə 2021-ci ilin sentyabr ayında müraciət etdiyinə görə, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Odur ki, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də qismən iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 181,859, (yüz səksən bir min səkkiz yüz əlli doqquz manat) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı2 MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-321/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-321/2022
21.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver