Məhkəmə qərarları › İş №2(103)-5963/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5963/2022

02.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5963/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X1 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5963/2022 (Açar sözlər:” maddi və mənəvi zərərin ödənilməsi”) Bakı şəhəri 02 dekabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı X1 və İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmün surətindən görünür ki, məhkəmə apellyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh haqqındakı 8 may 2019-cu il tarixli hökmün ləğv edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraətin verilməsini, İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X12 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeha qaytarılmasını, Bakı şəhəri Nəsimi Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş “Əminəm” gözəllik salonunun giriş qapısının silindrik mexanizmi və üzərində “kale və “Apeka” sözləri yazılmış açar nüsxələri isə ünvan 1 ünvanında yerləşən “Əminəm” gözəllik salonunun icarədarı X6 qaytarılması hökm edilmişdir.

2. Həmin hökmdə göstərilmişdir ki, Cavabdeh ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. O, Nazim Tanrıverdiyevi uşaqlıqdan tanıyır. Təxminən 2011-ci ildən Nazim Tanrıverdiyev və Asim Tanrıverdiyev qardaşları işlətdikləri şirkətin Goranboy rayonunda, Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtük yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdır. O rəsmi olaraq İddiaçı2 MMC-də işləməmişdir. 2015-ci ilin mart ayında şirkətdən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayına qədər onun şirkətə 230756,00 manat məbləğində borcu var. Həmin borcu onun qarşısına İddiaçı1 qardaşları Asim və Rasim çıxarmışlar. O, da borcu etiraf etmiş və raşılaşmışdır ki, bunu qısa müddətdə ödəyəcək. Bununla bağlı müqavilə tərtib olunmuş, həmin müqavilənin şərtlərinə əsasən o, borcdan 160766,00 manatı xx.xx.2015-ci il tarixədək, qalan 70000,00 manatı isə noyabr ayının 30-na kimi ödəməlidir. 2015-ci ilin oktyabr ayına qədər o, şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı müvəqqəti təhvil verən vaxtı onun şirkətə artıq 190000,00 manat məbləğində borcu qalmışdır. 2014-cü ildə o, özünə təzə iki ədəd ABŞ istehsallı, “X11 Pro” markalı epilyasiya aparatı almışdır. Asim Tanrıverdiyev bunu biləndən sonra, o, Rasim Tanırverdiyev ilə razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun əvəzinə müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus həmin aparatı versin. Rasim Tanırverdiyev həmin aparata 85000,00 manata qiymət qoyub dəyərləndirmişdir. Həmçinin razılaşmaya əsasən həmin aparatdan gələn gəlir onun şirkətə olan borcundan çıxılmalı idi. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. Həmin danışıq onunla İddiaçı1 arasında olmuşdur. O, İddiaçı1 bildirmişdir ki, müştərilərdən pulunu ala bilmir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, kollegiya kasasiya şikayətinin təmin edilməməsi, Cavabdeh barəsində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli **********762700 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixinə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən Cavabdeh (VOEN **********) xx.xx.2015-ci il tarixdən vergi uçotunda olması müəyyən olunmuşdur. Cavabdeh “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” müraciətin olması müəyyən olunmamışdır. Hazırda vergi ödəyicisinin fəaliyyəti aktiv vəziyyətdədir.

5. İddiaçı2 MMC-nin Nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalı 2 manat həcmindədir və hər biri bir manat olmaqla 2 paydan ibarətdir. İddiaçı1 cəmiyyətin nizamnamə kapitalında 2 payın, 100 faizi sahibidir.

6. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallardan görünür ki, İddiaçı2 MMC ilə müştəri AR vətəndaşı Cavabdeh arasında aparılmış mal-pul əməliyyatlarının Auditinin nəticələri barədə xx.xx.2017-ci il tarixli auditor rəyinin surətindən görünür ki, audit nəticəsində aşağıdakılar müəyyən edilmişdir:

7. İddiaçı2 MMC-nin Gəncə və Bakı Ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək buraxılmış və ya ikincinin satış məqsədi ilə qəbul etdiyi müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış əməliyyatlar nəticəsində ilkin olaraq müəyyən edilmiş dəymiş ziyan və yaxud xx.xx.2017-ci il tarixinədək Cəmiyyətə ikinci tərəfindən ödənilməmiş borcun məbləği, həqiqətən də, 181859,00 manat təşkil edir və auditin gedişi zamanı toplanılmış sübutlar, eyni zamanda yerinə yetirilmiş proseduralar bu barədə əsaslı və ədalətli təsəvvür yaradır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3656 nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində İddiaçı2 MMC-nin Gəncə və Bakı ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış tədqiqat nəticəsində Cavabdeh hesabında 181859,00 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilmişdir.

9. Bakı Apellyasiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallarda xx.xx.2019-cu il tarixli “Təqsirləndirilən şəxsin dindirmə protokolu”ndan müəyyən olunur ki, (1(006)-32/2019 saylı cinayət işinin 6-cı cildi, i/v- 10-11), cinayət işinə Nəsimi rayon məhkəməsində baxılarkən məhkəmədə sərbəst ifadə verən zaman Cavabdeh göstərilmişdir ki, o, İddiaçı1 uşaqlıqdan tanıyır və onun uzaq qohumudur. Təxminən, 2011-ci ildən Nazim, Rasim və Asim Tanırverdiyev qardaşlarının işlətdikləri şirkətin Göranboy rayonunun Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtgü yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdı. 2015-ci ilin mart ayında İddiaçı2 MMC şirkətindən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayında qədər şirkətə 230756,00 manat məbləğində borcu var. 2015-ci ilin oktyabr ayına qədər şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı təhvil verən vaxtı onun şirkətə 190000,00 manat məbləğində borcu olmuşdur. 2015-ci ilin oktyabr ayında o, Rasim Tanırverdiyev ilə razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun 85000,00 manatlıq hissəsinin əvəzi olaraq müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus aparatı versin. Razılaşma əldə edildikdən sonra o, Rasim Tanırverdiyev və İddiaçı1 kürəkəni Cavid Abbasovla bərabər həmin aparatın yerləşdiyi “Əminəm” gözəllik salonuna gəldilər, və bu vaxt, Rasim Tanırverdiyev aparatda işləyən Nargiz Kərimovaya tapşırdı ki, bundan sonra aparatdan gələn gəlirləri Cavidə versin. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırıldı və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olundu. Bu zaman onunla İddiaçı1 arasında mübahisə yarandı. O, aparatın təhvil verəndən sonra 2017-ci ilin fevral ayına qədər şirkətə olan 190000,00 manat borcundan 10-13 min manat civarında mal və pul qaytarmışdır. xx.xx.2017-ci il tarixində, hamı salonu tərk edəndən sonra, o, lazer aparatını geri götürdü.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X7 verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən İddiaçı2 MMC-də işləyir, şirkətin təsisçisi və icraçı direktoru İddiaçı1 onun atasının dayısı oğlu və qayınatasıdır. Cavabdeh onun dayısı nəvəsidir. cavabdehidə Nazim Tanrıverdiyevin vasitəsilə tanıyıb. Cavabdeh şirkətin satdığı malları depodan alıb mağazalara satırdı, satışdan əldə edilən pullu isə şirkətə ödəyirdi. 2014-cü ilin sentyabr ayında məlum oldu ki, Cavabdeh şirkətə 280000 manat borcu yaranıb. Nazim Tanrıverdiyev bunu biləndə Asim Müsayevlə görüşərək borcunun ödənilməsini tələb etdi, Cavabdeh isə borcunu ilin sonunadək bağlayacağını bildirdi. 2014-cü ilin sonunadək 30-40 min manat ödənişi etdi şirkətə. Daha sonra borcun bir hissəsini əvəzi kimi özünə aldığı “Laser GentleLase Pro” lazer aparatını verdi Nazim Tanrıverdiyevə. Sonuncu isə aparatı işlətmək üçün vermişdir mənə. Həmin aparatdan əldə edilən gəlirləri bizim ailə alırdı. Aparatı geri aldıqdan sonra, hazırda Asim Musyayevin şirkətə 180000,00 manata yaxın borcu var.

11. Bakı Apellyasiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallardan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə bağlanmışdır.( 1(006)- 32/2019 saylı cinayət işinin 2-ci cildi, i/v-127-128) Sözügedən müqavilənin 1.1-ci şərtləri ilə müəyyən olunur ki, 230766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015ci il tarixədək bir hissəsini (160766 manat) və son olaraq 2015-ci ilin 30 noyabırınadək 70.000,0 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür.

12. Bakı Apellyasiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qüvvədə olan Bəraət Hökmündə (2-ci səhifə) cavadehin məhkəmə kollegiyasına verdiyi sərbəst ifadəsində göstərilmişdir ki, İddiaçı1 uşaqlıqdan tanıyır və onun uzaq qohumudur. Təxminən, 2011-ci ildən Nazim, Rasim və Asim Tanırverdiyev qardaşlarının işlətdikləri şirkətin Göranboy rayonunun Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtgü yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdı. 2015-ci ilin mart ayında İddiaçı2 MMC şirkətindən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayında qədər şirkətə 230756,00 manat məbləğində borcu vardır. 2015-ci ilin oktyabr ayına qədər şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı təhvil verən vaxtı onun şirkətə 190000,00 manat məbləğində borcu olmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar X5, İddiaçı2 MMC Cavabdeh qarşı cavabdeh tərəfindən iddiaçı X3 verilmiş “Candella GentleLase Pro” markalı, 991409015-1441 seriyalı epilyasiya aparatının birgə iddiaçı X1 mülkiyyəti hesab edilməsinə və birgə iddiaçılar X1 və İddiaçı2 MMCnin xeyrinə Cavabdeh 109766,00 manat pul vəsaitinin qaytarılması və mənəvi ziyan olaraq birgə iddiaçıların hər birinə 10000,00 manat zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2014-cü ilin sonunadək birgə İddiaçı2 MMC-də satış meneceri kimi fəaliyyət göstərmişdir. Belə ki, cavabdehin fəaliyyəti müəyyən muzd müqabilində şirkətə məxsus müxtəlif növ malları şirkətin anbarından təhvil alıb şirkətin müəyyən etdiyi qiymətlərlə topdan və pərakəndə satış yerlərini təmin etmək, o cümlədən malların həmin yerlərdə satışından əldə edilən və yerlərdə ona təqdim edilən şirkətə məxsus pul vəsaitlərini şirkətin xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Beləliklə cavabdehin İddiaçı2 MMC-də fəaliyyət göstərdiyi dövrlər üzrə satış yerlərində şirkətə məxsus malların satışından əldə edilən, şirkətə məxsus pul vəsaitlərinin şirkətin xəzinəsinə ödəmələri kəskin şəkildə azalmışdır. Belə ki, müxtəlif vaxtlarda anbardan çıxan malın həcmi və dəyərinin müqabilində cavabdehin şirkətə qaytardığı pul vəsaitlərinin məbləği arasında balans uyğunsuzluğu yaranmışdır. Yəni balans uyğunsuzluğu dedikdə, malların nisyə satış səviyyəsindən asılı olaraq əldə edilən pul vəsaitləri ilə nisyə verilmiş malların həcmi və dəyəri arasında olan mütənasiblik nəzərdə tutulur. Bununla da cavabdehin bu istiqamətdə fəaliyyəti təftiş edildikdən sonra müəyyən edilmişdir ki, cavabdeh satış yerlərində şirkətə məxsus malların satışından əldə edilən- pul vəsaitlərini qəbul etmiş, lakin həmin pul vəsaitlərini şirkətə təqdim etməmişdir. Şirkətin xəzinəsinə qaytarmalı olduğu pul vəsaiti 190000,00 (yüz doxsan min) manat məbləğində müəyyən edilmişdir. Məlum olmuşdur ki, cavabdeh şirkətə məxsus pul vəsaitləri hesabına özünün müəyyən xərclərini qarşılamış və bundan əlavə özü üçün bir neçə tibbi lazer epillyasiya avadanlığı almışdır. Beləliklə, şirkətin rəhbəri birgə İddiaçı1 və şahidlərin iştirakı ilə olan görüşdə cavabdeh yuxarıda göstərilən xoşagəlməz hallar etmiş və əməlinin hüquqa zidd olması ilə yanaşı cinayət xarakterli olduğunu dərk etmişdir: Həmin görüşdə sözügedən 190000,00 manat pul vəsaitinin 85000,00 manatlıq hissəsi kimi həmin pul vəsaitləri hesabına aldığı lazer epilyasiya aparatını birdəfəlik birgə İddiaçı1 vermiş, qalan pulun isə hissə-hissə qaytarmasını öhdəsinə götürmüşdür. O cümlədən cavabdeh xahiş etmişdir ki, bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edilməsin. Sözügedən aparat 2015-ci ilin təxminən oktyabr ayında cavabdeh tərəfindən İddiaçı1 birdəfəlik borcun müəyyən hissəsinin əvəzi kimi verilir. Lakin sonradan yəni 2017-ci ilin fevral ayının ortalarında cavabdeh həmin aparatı heç kimin xəbəri olmadan aparatın olduğu yerdən götürmüşdür. Bundan sonra birgə İddiaçı1 cavabdeh barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş və həmin şikayət əsasında da cavabdehin barəsində müvafiq maddələrlə cinayət işi başlanılmışdır. Cinayət işinin istintaqı zamanı sözügedən aparatın zərərçəkmiş şəxs qismində tanınmış birgə İddiaçı1 təhvil verilmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən, hesab edirik ki, cavabdehin qanuna zidd təqsirli hərəkətləri nəticəsində birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.

15. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh “Candella GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilasiya aparatının alınaraq İddiaçı1 təhvil verilməsi və həmin əşyanın İddiaçı1 mülkiyyəti hesab edilməsi, İddiaçı2 MMC-nin xeyrinə Cavabdeh 101859,00 manat məbləğində pul vəsaitinin tutulması, mənəvi zərərin əvəzi olaraq İddiaçı1 xeyrinə Cavabdeh 10000,00 manat pul vəsaitinin tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı2 MMCnin xeyrinə Cavabdeh 181859,00 manat məbləğində pul vəsaitinin tutulması, mənəvi zərərin əvəzi olaraq İddiaçı1 xeyrinə Cavabdeh 10000,00 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

17. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cavabdeh barəsində cinayət işinin istintaqı aparılarkən iş üzrə aparılan auditin nəticələri barədə auditor rəyinə və iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3656 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, hazırkı iş üzrə Cavabdeh hesabatında 181859,00 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilmişdir.

18. İddiaçıların nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O, həmçinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 181,859, (yüz səksən bir min səkkiz yüz əlli doqquz manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı2 MMCyə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbinin əsası araşdırılarkən, həmçinin ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh 2011-ci ildən 2015-ci ilədək, hər hansı müqavilə bağlamadan muzd qarşılığında İddiaçı2 MMC tərəfindən satışı həyata keçirilən malları, cəmiyyətin anbarlarında alaraq mağazalara paylaşdırır, mallara görə ödənilən pulları isə cəmiyyətin xəzinəsinə təhvil verməli idi. Cavabdehin İddiaçı2 MMC-də çalışdığı dövrdə, satılmış mallara görə ödənilmiş pulları cəmiyyətin xəzinəsinə təhvil verməmiş və, nəticədə onun cəmiyyətə 2015-ci ilin mart ayına 230766,00 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcunu etiraf etmiş və 2015-ci ilin mart ayında 2015-ci ilin iyul ayınadək 160766,00 manat, 2015-ci ilin noyabr ayında isə 70000,00 manat məbləğində pulu qaytarmalı idi. Lakin o, 2015-ci ilin oktyabr ayınadək cəmi 41000,00 manat məbləğində pulu cəmiyyətə geri ödəmişdir.Daha sonra, o, özünə məxsus “Lazer GentleLase Pro” lazer aparatını borcuna görə İddiaçı1 kürəkəni Cavid Abbasoun istifadəsinə vermişdir. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin fevral ayınadək o, cəmiyyətə olan borcundan əlavə olaraq 10-13 min manat məbləğində pul ödəmişdir. 2017-ci ilin fevral ayında isə o, lazer aparatını İddiaçı1 qardaşı Rasim Tanırverdiyev ilə razılaşaraq geri götürmüşdür. Cavabdeh barəsində cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə ekspertizası nəticəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 3656 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh, ona xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə 181,859,0 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir.

22. İşin bu halları cavabdehin məhkəmə iclasında verdiyi ifadələr, Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallarında, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)1068/2019 nömrəli hökmündə göstərilmiş özünə məxsus izahatlardan müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İddiaçı2 MMC-də heç bir vaxt işləmədiyini, onun İddiaçı2 MMC və İddiaçı1 ilə deyil, Rasim Tanırverdiyev ilə ticari əlaqələrinin olduğunu, Rasim Tanırverdiyeva borclu olduğunu və borcunu qaytardığını bildirsə də, cavabdehin bu dəlilləri Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallarında olan məhkəmə baxış iclaslarının protokolunda göstərilmiş izahatları və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmündə göstərilmiş özünə məxsus izahatları ilə ziddiyyət təşkil edir. Belə olan halda, məhkəmə cavabdehin Nazim 1001” MMC və İddiaçı1 ilə deyil, Rasim Tanırverdiyev ilə ticari əlaqələrinin olduğunu, Rasim Tanırverdiyevə borclu olduğu ilə bağlı dəlillərini qeyri-səmimi və həqiqətə uyğun olmayan hesab etmişdir.

23. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən hazırkı iddia tələbinin tərəflər arasında mövcud olmuş müqavilədən irəli gələn münasibətlərdən yarandığına görə iddiaya üç illik iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi ilə bağlı ərizəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, ərizə əsassız hesab edilərək təmin edilməməlidir.

24. Belə ki, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərinin mövcud olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh ilə İddiaçı2 MMC və ya İddiaçı1 arasında hər hansı müqavilənin bağlanıldığı öz təsdiqini tapmamışdır.

25. Hazırkı iddia tələbi zərərin vurulması nəticəsində əmələ gəldiyinə görə, iddiaya ümumi iddia müddəti tətbiq edilməli və müddətin axımı cavabdeh tərəfindən dəymiş ziyana görə son ödənişin aparıldığı vaxtdan, yəni 2017ci ilin fevral ayından hesablanmalıdır.

26. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı 2017-ci ilin fevral ayından hesablanmalı olduğundan, iddiaçı isə hazırkı iddia tələbi ilə 2021-ci ilin sentyabr ayında müraciət etdiyinə görə, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

27. Odur ki, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi məhkəmə tərəfindən nəzərə alınmamalıdır.

28. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də qismən iddia təmin edilməlidir.

29. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci, 1096.2-ci,1097.1-ci və 21-ci maddəsinə, 372.1-ci, 373.1-ci maddəsinə, 377.1-ci , 380-ci maddəsinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

30. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

31. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əgər işə baxan məhkəmə sübütlara obyektiv qiymət verib, işi hərtərəfli, qanuna müvafiq araşdırsaydı, iddia tam rədd edilməliydi. Belə ki, iddia ərizəsində cavabdehin iddiaçılara 190.000 manat əsas borcunun olduğu göstərilsə də, iş materiallarına bununla bağlı bir dənə belə olsun mötəbər sübut əlavə edilməmişdir. Sübut növü kimi yalnız iddiaçı tərəfin iddiası, izahatları və iddiaçı şirkətdə çalışan işçilərin qeyrimüəyyən, qeyri-mötəbər izahatlarına istinad olunmaqdadır. Halbuki, iş materiallarına əlavə edilmiş Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına əlavə edilmiş qərarlar və sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəf (Nazim Tanrıverdiyev) 2016cı ildən etibarən hüquq mühafizə orqanlarına Cavabdeh tərəfindən 190.000 manat pulun mənimsənilməsi, dələduzluqla talan olması, “Candela GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının oğurlanması barədə çoxsaylı şikayətləri ilə müraciət etsə də, nəticə etibarı ilə Cavabdeh əməlində hər hansı cinayətin tərkibi olmadığı üçün, onun haqqında bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilmişdir. Hamıya bəllidir ki, madam dövlət, özünün təhqiqat və istintaq orqanlarının simasında bir şəxsin (konkret halda Cavabdeh) təqsirsizliyini, onun mənimsəmə və dələduzluq cinayətində təqsirsizliyini, hər hansı pul vəsaitinin talanmamasını bəyan edirsə, bunun əksinin iddia edilməsi əsassızdır (MPM-nin 82.4-cü maddəsi, CPM-nin 39.1.7-ci maddəsi). CPM-nin yuxarıda göstərilən normasının mənası ona dəlalət edir ki, əgər təhqiqatçı, müstəntiq konkret halda Cavabdeh təqsirsizliyi barədə qərar qəbul etmişsə, həmin şəxsi istərsə mənimsəmədə, istərsə dələduzluqda ittiham edilməsi tamamilə qanunsuzdur. Bundan başqa yuxarıda həmçinin qeyd olunmuşdur ki, Cavabdeh iddiaçı tərəf “Candela GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının oğurlanmasında da ittiham etmişlər. Bununla bağlı ilkin olaraq Cavabdeh haqqında CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi qaldırsalar da, sonradan həmin iş CM-nin 322.1-ci maddəsinə tövsif edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 8 may 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Həmin hökmlə məhkəmə cinayət işi üzrə maddi sübut kimi tanınmış “Candela GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının zərər çəkmiş şəxs X1 istifadəsində saxlanılmasını müəyyən etmişdir.Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmünə əsasən Cavabdeh apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin Cavabdeh haqqında çıxartdığı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə bəraət verilmişdir. Eyni zamanda yeni hökmlə X2 istifadəsində saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış olan “Candela GentleLase Pro” markalı, 9***-*******1 seriyalı lazer epilyasiya aparatının Cavabdeh qaytarılması qərara alınmışdır. X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmündən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-582/2020 saylı qərarına əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı tərəfin nəinki pul vəsaitinin talanması epizodu, həmçinin lazer aparatının ələ keçirilməsi, oğurlanması hissəsində də iddia və ittihamları öz təsdiqini tapmamışdır. Lakin çox təəssüf olsun ki, işə baxan məhkəmə iddianı təmin edərkən qanunsuz və qərəzli olaraq sonradan apellyasiya qaydasında ləğv olunaraq bəraət verilən cinayət işi ilə bağlı ittiham hökmünün əsasını təşkil edən sübutlara istinad etmişdir.İşə baxan məhkəmə sanki iddianın yalan və təhrif olunmuş dəlillər əsasında qurulduğuna görməməzlikdən yanaşmış, bu azmış kimi bu hallara hüquqi qiymət verməmişdir. Belə ki, iddia ərizəsində iddianın əsaslığını sübut etmək üçün faktlar təhrif olunmuş, həqiqəti əks etdirməyən hallar irəli sürülmüş, bir sözlə iddiada əsaslıq və qanunilik formalaşdırlmasına cəhd edilmişdir. Birinci təhrif və həqiqəti əks etdirməyən hal ondan ibarətdir ki, iddiaya görə Cavabdeh guya İddiaçı2MMC-də satış meneceri kimi fəaliyyət göstərmiş, Cəmiyyətin işçisi olmuşdur ki, qənaətə görə bu müddəa Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən tamamilə əsassız və qanunsuz bir iddiadır. Bu halı iddia edən tərəf MPM-nin 77-ci maddəsinə görə qanunvericilikdə göstərilən sənədləri iş materiallarına əlavə etməlidir.Beləliklə, Cavabdeh İddiaçı2MMC-də satış meneceri işləməsini iddia etmək üçün iddiaçı ən azından MPM-nin 77-ci maddəsinə əsasən iddiaçı şirkətlə Cavabdeh arasında əgər olmuşsa əmək müqaviləsini təqdim etməlidir. Lakin iş materiallarından görünür ki, idiaçılar bu haqda nə iddia ərizəsinə, nə də iş materiallarına hər hansı əmək müqaviləsini (kontraktını) əlavə etməmişlər. Beləliklə, normaya görə iddiaçılar Cavabdeh İddiaçı2MMC-də satış meneceri işləməsini iddia etmək üçün yalnız və yalnız bu haqda əmək müqaviləsini təqdim etməlidirlər ki, bunu edə bilməmişlər. Odur ki, iddiaçı tərəfin guya işçiləri olan Cavabdeh külli miqdarda mal vermələri, Cavabdeh də öz növbəsində satılmış malların pullarının qaytarılmaması iddiası əsassızdır. Cavabdeh borcunun olması haqda etiraflarına gəldikdə isə bildirirlər ki, Cavabdeh heç bir vaxt iddiaçının qardaşı Rasim Tanrıverdiyevlə aralarında ticari əlaqələrinin olmasını, bu münasibətlərdən dolayı Rasim Tanrıverdiyevə borcunun olmasını inkar etməmiş. Lakin həmin borcun qaytarlıldığını və hal hazırda borcunun olmadığını qətiyyətlə bildirməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi sübüutlürın qiymətləndirilməsində birtərəfli mövqe nümayiş etdirmişdir (MPM-nin 88ci maddəsinə zidd olaraq). Bütün göstərilənlər bir kənara dursun, iddia tələbinin borcun olması hissəsində qəbul etsək belə, qənaətinə görə iddia tələbi təmin oluna bilməz. Belə ki, iddia ərizəsinə görə guya Cavabdeh artıq 2014-2015-ci ildən iddiaçı tərəfə 190.000 manat borcu yaranmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəf bu əsasla 2016-cı ildən hüquq mühafizə orqanlarına müraciətlər etmişlər, yəni dolayısı ilə hüquqlarının pozulmasını ehtimal etmişlər. İddiaçının iddiasından belə bəlli olur ki, X5, onun rəhbəri olduğu İddiaçı2MMC ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqı-satqısı) əməliyyatları baş vermişdir. Yəni iddiaçılarla Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Hesab edirlər tələbkar olan iddiaçılar X5 və onun rəhbəri olduğu İddiaçı2MMC hüququnun pozulduğu 2015-ci ildən hazırkı iddia qaldırılana kimi məhkəməyə iddia ilə müraciət etməmişlər ki, qanunvericiliklə müəyyən olunmuş (Mülki Məcəllənin 372 və 373.2-ci maddəsləri) iddia müddətinin buraxılması hesab olunur. Nəzərə alaraq ki, iddiaçılarla Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur həmin münasibətlərə Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Qanunvericiliyin göstərilən tələblərinə baxmayaraq və tərəflərindən iddia müddətinin tətbiq edilərək, X1 və İddiaçı2MMC-nin “mülkiyyət hüququnun müəyyən edilməsi və pul tələbinə dair” iddiasının əsassız olduğu üçün və iddia müddəti buraxıldığına görə rədd edilməsi barədə ərizə verilsə də, işə baxan birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq ərizələrini təmin etməmişdir. Hesab edirlər ki, iddiaçılar qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmış, buna görə bu tələblə bağlı iddia qaldırmaq üçün hüquqi əsasını itirmişdir. İddia müdəti ilə bağlı məhkəmənin qənatinə gəldikdə işə baxan məhkəmənin birtərəfli mövqeyi və çəkişmə prinsipindən kənara çıxması özünü biruzə verir. Belə ki, məhkəmə öz qətnaməsinə görə “məhkəmə araşdırması zamanı Cavabdeh ilə İddiaçı2 MMC və ya İddiaçı1 arasında hər hansı müqavilənin bağlanıldığı öz təsdiqini tapmamışdır. Hazırkı iddia tələbi zərərin vurulması nəticəsində əmələ gəldiyinə görə, iddiaya ümumi iddia müddəti tətbiq edilməli və müddətin axımı cavabdeh tərəfindən dəymiş ziyana görə son ödənişin aparıldığı vaxtdan, yəni 2017- ci ilin fevral ayından hesablanmalıdır”. Bir tərəfdən məhkəmə etiraf edir ki, iddiaçılarla cavabdeh arasında hər hansı müqavilə olmamışdır, yəni hər hansı müqavilə (yazılı və ya şifahi) ilə cavabdehə mal verilməmişdir. Belə olan halda hansı borcdan söhbət gedir?! İkincisi, məhkəmə çəkişmə prinsipini kobudcasına pozaraq iddiaçılara vəkillik edərək göstərir ki, iddia tələbi zərərin vurulması nəticəsində əmələ gəlmişdir. Çox təəsüf olsun ki, məhkəmə iddianı təmin etmək üçün bəhanə axtarsa da, zərərlə bağlı bəhanəsinin heç bir əsası yoxdur. Belə ki, məhkəmə və ya iddiaçı göstərməmişlər ki, bu zərər cavabdehin hansı hərəkətləri (mülki hüquq pozuntusu, əsassız varlanma, yüksək təhlükə mənbəyi ilə vurulmuş zərər və s.) nəticəsində yaranmışdır. Əgər məhkəmə iddiaçılar kimi Cavabdeh guya işçi kimi Cəmiyyətdən götürdüyü mallarla bağlı fikrinə əsaslanırsa, təəssüf bu hal hər hansı qanun normasına əsaslanmır, Cavabdeh heç vaxt iddiaçıların işçisi olmamışdır, bu aksiomadır. Yox əgər məhkəmə Cavabdeh müstəqil kontraktor kimi İddiaçı2 MMC-dən nisyə alqı-satqı münasibətlərinə əsaslanaraq mal götürüb dəyərini ödəməməsinə əsaslanırsa, bu halda məhkəmə birmənalı bilməlidir ki, iddia müddəti bir neçə dəfə keçmişdir. Delkur Belçikaya qarşı məhkəmə işində (17 yanvar 1970, 25-ci bənd) Avropa Məhkəməsi bildirmişdir ki, ədalət mühakiməsinin ədalətlə həyata keçirilməsi hüququ Konvensiyanın mənası nöqteyi-nəzərindən demokratik cəmiyyətdə elə əhəmiyyətli yer tutur ki, 6-cı maddənin 1-ci bəndinin məhdud şərhi bu maddənin məqsəd və təyinatına uyğun olmazdı. Konvensiyanın mənasına görə hakim tərəflərin bərabərliyi prinsipinə riayət edilməsinə görə cavabdehlik daşıyır, bu prinsip o deməkdir ki, bütün tərəflərə onları əks tərəfin qarşısında əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətə salmayan şəraitdə dəlillərini irəli sürə bilmələri üçün ağlabatan imkan verilməlidir Kremar və başqaları Çex Respublikasına qarşı məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, prosesdəki tərəf məhkəməyə təqdim edilən sübutlarla tanış olmaq, eləcə də onların mövcudluğu, məzmunu və həqiqətə uyğunluğu barədə lazımi formada və lazımi vaxt çərçivəsində, ehtiyac olduqda yazılı formada və qabaqcadan şərh vermək imkanına malik olmalıdır.

32. Apellyasiya baxışı zamanı Rasim Tanırverdiyev tərəfindən məhkəməyə Cavabdeh borcu olmaması barədə ərizə ünvanlansa da, məhkəmə Kollegiyası belə ərizəni sübut kimi qəbul etməmişdir.Belə ki, Rasim Tanrıvesiyev nə iş üzrə tərəf deyil, nə də onun şahid qismində dindirilməsi barədə vəsatət verilməmişdir.(Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.MPM 80-ci və 81-ci maddələr)

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

35. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə “Elektron Kabinet” vasitəsilə eyni məzmunlu ərizələr təqdim edərək qeyd etmişdir ki, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 1096 və 1097- ci maddələri əsas götürülmüşdür. Yəni absurd da olsa birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə görə Cavabdeh mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı2 MMC-nə 181859,0 manat ziyan dəymişdir, lakin belə bir hal yoxdur. Ümumiyyətlə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əvvəlindən axırına kimi ziddiyyətlidir. İddia ərizəsindən görünür ki, iddiaçı öz tələbini onunla əsaslandırır ki, Cavabdeh İddiaçı2MMC-də satış meneceri kimi fəaliyyət göstərmişdir, Cəmiyyətin işçisi olmuşdur və onlara ziyan vurub. İddianın hüquqi əsasını Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir. Qənaətə görə bu iddia tamamilə əsassız və qanunsuz bir iddiadır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsin 3-cü madəsinin 2-ci bəndinə görə işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Beləliklə, Cavabdeh İddiaçı2MMC-də satış meneceri işləməsini iddia etmək üçün iddiaçı ən azından MPM-nin 77-ci maddəsinə əsasən iddiaçı şirkətlə Cavabdeh arasında əgər olmuşsa əmək müqaviləsini, işçi ilə bağlanmış maddi məsuliyyət haqqında müqaviləni təqdim etməlidir. Lakin iş materiallarından görünür ki, idiaçılar bu haqda nə iddia ərizəsinə, nə də iş materiallarına hər hansı əmək müqaviləsini (kontraktını), maddi məsuliyyət haqqında müqaviləni əlavə etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, normaya görə iddiaçılar Cavabdeh İddiaçı2MMC-də satış meneceri işləməsini iddia etmək üçün yalnız və yalnız bu haqda əmək müqaviləsini təqdim etməlidirlər ki, bunu edə bilməmişlər. Odur ki, Cavabdeh İddiaçı2MMC-də satış meneceri kimi fəaliyyət göstərmişdir, Cəmiyyətin işçisi olmuşdur və onlara ziyan vurub iddiası əsassızdır. Bunun əsassızlığı həmçinin onunla təsdiq olunur ki, Cavabdeh 2016-cı ildən iddiaçı tərəfin ərizəsinə əsasən cinayət təqibinə məruz qalmış, onun haqqında müxtəlif maddələrlə cinayət işi olmuş (CM-nin 177, 178, 179-cu maddələri), lakin irəli sürülmüş ittiham öz təsdiqini tapmadığı üçün onun haqqında bəraətverici əsaslarla həmin ittihamlar üzrə cinayət işləri xitam olunmuş (rədd edilmiş) və sonda Cavabdeh CM-nin 322-ci maddəsi ilə ittiham irəli sürülərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmünə əsasən Cavabdeh apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin Cavabdeh haqqında çıxartdığı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni hüquq normasına görə cinayət təqibi üzrə qanuni qüvvədə olan hökm və ya qərar mülki işə baxılarkən yalnız hadisənin (konkret halda cinayət hadisəsinin) olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materialları (təhqiqat və istintaq orqanlarının qərarları, habelə məhkəmənin bəraət hökmü) isə göstərir ki, Cavabdeh ittiham olunduğu cinayət əməli (oğurluq, mənimsəmə və dələduzluq hadisəsinin olub-olmaması hissəsində) öz təsdiqini tapmamışdır. Beləliklə, Cavabdeh İddiaçı2 MMC-nin işçisi olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi nəyə əsaslanıb hesab etmişdir ki, Cavabdeh mülki hüquqi pozuntusu törətmişdir bizə məlum deyil. Əgər birinci instansiya məhkəməsi iddiaçı kimi Cavabdeh işçi olaraq qəbul etsıydi, bu halda Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə istinad edilməsini başa düşmək olardı. Lakin məhkəmə Cavabdeh haqlı olaraq işçi kimi qəbul etməsə də, hadisəni mülki hüquqi pozuntusu kimi qiymətləndirmədə səhvə yol açmışdır. Bu səhv isə öz növbəsində sonrakı səhvlərin ortaya çıxmasına rəvac vermişdir. Növbəti səhv isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmasının hüquqi əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri ilə əsaslandırmaqla istəristəməz tərəflərindən iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması ilə bağlı ərizələrinə düzgün qiymət verilməməsi ilə nəticələnmişdir. Belə ki, iddiaçının iddiasından və iş materiallarından göründüyü kimi X5, onun rəhbəri olduğu İddiaçı2MMC ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqı-satqısı) əməmliyyatları baş vermişdir. Yəni tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mülki-hüquqi münasibətlər mövcud olmuşdur. Madam ki, tələb olunan pul məbləği mülki hüquqi pozuntusundan deyil, müqavilə münasibətlərindən irəli gəlmişdir, hər hansı 10 illik iddia müddətindən söhbət gedə bilməz. Məlum olduğu kimi iddia müdətinin tətbiqi mülki qanunvericiliyin imperativ normalarından sayılır və cavabdeh olaraq tərəflərindən birinci instansiya məhkəməsi qarşısında iddia müddətinin tətbiq edilərək, iddianın rədd olunması xahiş olunmuşdur, bu mövqe apellyasiya instansiya məhkəməsi qarşısında da apellyasiya şikayətində ifadə olnumuşdur. Bu məsələyə başlamamışdan öncə müəyyən olunmalıdır ki, iddia müddətinin axımı hansı tarixdə başlanmalıdır. İddia ərizəsinə görə guya Cavabdeh artıq 2014-2015-ci ildən iddiaçı tərəfə 190.000 manat borcu yaranmışdır. Elektron Məhkəmə Sisteminə iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi bir neçə sənəd əlavə olunmuşdur, o cümlədən "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə. Sözügedən müqavilənin 1.1-ci şərtləri ilə müəyyən olunur ki, 230766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015-ci il tarixədək bir hissəsini (160766 manat) və son olaraq 2015-ci ilin 30 noyabırınadək 70000 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür. Beləliklə, sözügedən sənəd təsdiq edir ki, Cavabdeh borcu ödənilmədiyindən "xxxx" MMC artıq 30 noyabr 2015-ci il tarixdə hüququnun pozulduğunu bilirdi (ən azından bilməliydi). Yəni tərəflər öhdəliyin son icra müddətini xx.xx.2015-ci il olaraq müəyyən etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsində göstərilmişdir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Madam ki, 30 noyabr 2015-ci il tarixdə iddia müddətinin axımı başlamışdır və müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir, artıq 30 noyabr 2018-ci il tarixdə iddiaçının qanunla müəyyən olunmuş iddia müddəti bitmişdir. Nəzərə alsaq ki, birinci instansiya məhkəməsinin qətnaməsində Cavabdeh tərəfindən tələbkara 2017-ci ilin 11-12 fevral aylarında ödəniş olmuşdur və bunu borcun etirafını təsdiq edən hərəkət kimi qəbul olunur və yeni iddia müddətinin axımının başlanğıcı həmin tarixlə (12 fevral 2017-ci il) müəyyən olunsa, bu halda da iddia müddəti buraxılmış hesab olunur. (Mülki Məcəllənin 380-ci maddəsinə görə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir). Beləliklə tələb üzrə iddia müddətinin axımı 12 fevral 2017-ci il olaraq qəbul etsək belə artıq 13 fevral 2020-ci il tarixdə İddiaçı2 MMC qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür və müdətin bərpası ilə bağlı məhkəməyə ərizə ilə mürəciat etməmişdir. Cavabdeh tərəfi olaraq qanunvericiliyin tələblərini nəzərə alaraq tərəflərindən iddia müddətinin tətbiqi haqda ərizə verilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu səbəbdən hesab edirik ki, iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır.

36. Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 və İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

37. Əlavə olaraq qeyd etmişdir ki, iddianın əsaslılığını təsdiq edən cavabdeh tərəfin etirafı (ifadələri) həm cinayət işinin istintaq mərhələsində-sübutların qiymətlənditilməsinə dair qərarda; həm həmin cinayət işinə Nəsimi rayon məhkəməsində baxılarkən məhkəmədə sərbəst ifadə verən zaman xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolunda; həm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qüvvədə olan Bəraət Hökmündə (2-ci səhifə) cavadehin məhkəmə kollegiyasına verdiyi sərbəst ifadəsində, həm də həmin bəraət hökmünün qüvvədə saxlanmasına dair Ali Məhkəmənin xx.xx.2020-ci il taricli Qərarın əsaslandırıcı hissəsində, yəni Ali Məhkəmənin işin mübahisəsiz halı kimi müəyyən etdiyi hal kimi (səh 4, 4-5 abzaslar) həm Asim və Nazim 1001 MMC tərəfindən imzalanan xx.xx.2015-ci il tarixli müqavilə ilə təsdiq edilir. Qeyd edilən müqavilə cinayət işinin materiallarına əlavə edilməklə bütün məhkəmə və digər qərarlar da qeyd edilmişdir. Eyni zamanda həmin müqavilənin də surəti yenidən (birinci instansiya məhkəməsinə əlavə edilmişdir).

38. İddiaçı X1 və İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə isə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmün surətindən görünür ki, məhkəmə apellyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh haqqındakı 8 may 2019-cu il tarixli hökmün ləğv edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraətin verilməsini, İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X12 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeha qaytarılmasını, Bakı şəhəri Nəsimi Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş “Əminəm” gözəllik salonunun giriş qapısının silindrik mexanizmi və üzərində “kale və “Apeka” sözləri yazılmış açar nüsxələri isə ünvan 1 ünvanında yerləşən “Əminəm” gözəllik salonunun icarədarı X6 qaytarılması hökm edilmişdir.Həmin hökmdə göstərilmişdir ki, Cavabdeh ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. O, Nazim Tanrıverdiyevi uşaqlıqdan tanıyır. Təxminən 2011-ci ildən Nazim Tanrıverdiyev və Asim Tanrıverdiyev qardaşları işlətdikləri şirkətin Goranboy rayonunda, Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtük yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdır. O rəsmi olaraq İddiaçı2 MMC-də işləməmişdir. 2015-ci ilin mart ayında şirkətdən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayına qədər onun şirkətə 230756,00 manat məbləğində borcu var. Həmin borcu onun qarşısına İddiaçı1 qardaşları Asim və Rasim çıxarmışlar. O, da borcu etiraf etmiş və raşılaşmışdır ki, bunu qısa müddətdə ödəyəcək. Bununla bağlı müqavilə tərtib olunmuş, həmin müqavilənin şərtlərinə əsasən o, borcdan 160766,00 manatı xx.xx.2015-ci il tarixədək, qalan 70000,00 manatı isə noyabr ayının 30-na kimi ödəməlidir. 2015-ci ilin oktyabr ayına qədər o, şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı müvəqqəti təhvil verən vaxtı onun şirkətə artıq 190000,00 manat məbləğində borcu qalmışdır. 2014-cü ildə o, özünə təzə iki ədəd ABŞ istehsallı, “X11 Pro” markalı epilyasiya aparatı almışdır.O, razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun əvəzinə müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus həmin aparatı versin.Rasim Tanırverdiyev həmin aparata 85000,00 manata qiymət qoyub dəyərləndirmişdir. Həmçinin razılaşmaya əsasən həmin aparatdan gələn gəlir onun şirkətə olan borcundan çıxılmalı idi. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. O, bildirmişdir ki, müştərilərdən pulunu ala bilmir.Beləliklə, iş materialları ilə tam təsdiq olunur ki, X5, onun rəhbəri olduğu İddiaçı2MMC ilə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqı-satqısı) əməmliyyatları baş vermişdir. Yəni tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mülki-hüquqi münasibətlər mövcud olmuşdur.Odur ki, tələb olunan pul məbləği mülki hüquqi pozuntusundan (delikt) deyil, müqavilə münasibətlərindən irəli gəlmişdir.Nəticə olaraq "xxxx" MMC ilə Cavabdeh arasında "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə imzalanmışdır. Sözügedən müqavilənin 1.1-ci şərtləri ilə müəyyən olunur ki, 230766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015-ci il tarixədək bir hissəsini (160766 manat) və son olaraq 2015-ci ilin 30 noyabırınadək 70000 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür.Cavabdeh borcu etiraf etmiş və raşılaşmışdır ki, bunu qısa müddətdə ödəyəcək. 2015-ci ilin oktyabr ayına qədər o, şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və özünə aldığı “Laser GentleLase Pro” lazer aparatını borcun ödənilməsi üçün iddiaçılara təhvil verən vaxtı onun şirkətə artıq 190.000,00 manat məbləğində borcu qalmışdır. O, razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun əvəzinə müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus həmin aparatı versin.Həmin aparata 85000,00 manat qiymət qoyulub dəyərləndirmişdir.Həmçinin razılaşmaya əsasən həmin aparatdan gələn gəlir onun şirkətə olan borcundan çıxılmalı idi. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. Bu zaman onunla İddiaçı1 arasında mübahisə yaranmışdır.Bundan sonra yəni, xx.xx.2017-ci il tarixində, hamı salonu tərk edəndən sonra, Cavabdeh lazer aparatını geri götürmüşdür.Cavabdeh lazer aparatını geri götürməsi əməlinin özbaşınalıq cinayət əməli kimi iddiaçı Nazim Tanrıverdiyev tərəfindən hüquq mühafizə orqanlarına şikayət olunmuş və bununla bağlı Cavabdeh barəsində cinayət işi başlanılmışdır.(1(006)-32/2019 saylı cinayət işi). Həmin cinayət işinə yuxarı instansiya məhkəməli tərəfindən baxılmışdır.Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, kollegiya kasasiya şikayətinin təmin edilməməsi, Cavabdeh barəsində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qərara almışdır.Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından sonra hazırkı iddia ilə məhkəməyə müraciət etdiklərindən iddia müddəti ötürülməmişdir.Belə ki, əgər cinayət işinə baxılaraq hökmlə “X11 Pro” markalı epilyasiya aparatının Nazim Tanrıverdiyevdə qalması nəticəsinə gəlinərdisə bu halda borcun ödənilməsinə dair iddia qaldırılmasına ehtiyac qalmayacaqdı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

39. 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

40. 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

43. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

44. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

45. 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

46. 380.2-ci maddəsinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə+ müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

58. Birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.Belə ki, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. (Mülki Məcəllənin 372.6 və 372.7-ci maddələri).

59. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı qeyd edir ki, işin faktiki halları tam aydınlaşdırılmadığından, maddi və prosessual hüquq normaları pozulduğundan, (birinci instansiya məhkəməsi mübahisənin mülki-hüquq pozuntusundan (delikt) yarandığını əsas götürərək mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci, 1096.2-ci,1097.1-ci və 21-ci maddələrini tətbiq etmişdir, apellyasiya baxışı zamanı isə tərəflər arasında müqavilə münasibətləri mövcud olması müəyyən olunmuşdur, beləliklə, maddi hüquq norması ilə yanaşı həmçinin MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur) apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

61. Belə ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə “Elektron Kabinet” vasitəsilə eyni məzmunlu ərizələr təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddiasından və iş materiallarından göründüyü kimi X5, onun rəhbəri olduğu İddiaçı2MMC ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqı-satqısı) əməmliyyatları baş vermişdir. Yəni tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mülki-hüquqi münasibətlər mövcud olmuşdur.Odur ki, tələb olunan pul məbləği mülki hüquqi pozuntusundan deyil, müqavilə münasibətlərindən irəli gəlmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli müqavilənin 1.1-ci şərtləri ilə müəyyən olunur ki, 230766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015ci il tarixədək bir hissəsini (160.766,0 manat) və son olaraq 2015-ci ilin 30 noyabırınadək 70.000,0 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür.

62. Həmçinin, iddianın əsaslılığını təsdiq edən cavabdeh tərəfin etirafı (ifadələri) həm cinayət işinin istintaq mərhələsində-sübutların qiymətlənditilməsinə dair qərarda, həm həmin cinayət işinə Nəsimi rayon məhkəməsində baxılarkən məhkəmədə sərbəst ifadə verən zaman xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolunda, həm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qüvvədə olan Bəraət Hökmündə (2-ci səhifə) cavadehin məhkəmə kollegiyasına verdiyi sərbəst ifadəsində, həm də həmin bəraət hökmünün qüvvədə saxlanmasına dair Ali Məhkəmənin xx.xx.2020-ci il taricli Qərarın əsaslandırıcı hissəsində, yəni Ali Məhkəmənin işin mübahisəsiz halı kimi müəyyən etdiyi hal kimi (səh 4, 4-5-ci abzaslar) həm Cavabdeh və Nazim 1001 MMC tərəfindən imzalanan xx.xx.2015-ci il tarixli müqavilə ilə təsdiq edilir. Qeyd edilən müqavilə cinayət işinin materiallarına əlavə edilməklə bütün məhkəmə və digər orqanların qərarlarında da qeyd edilmişdir. Eyni zamanda həmin müqavilənin də surəti yenidən apellyasiya instansiya məhkəməsində əlavə edilmişdir.

63. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh barəsində olan 1(006)- 32/2019 saylı cinayət işi üzrə keçirilmiş xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokollarının surətindən görünür ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərilmişdir ki, o, İddiaçı1 uşaqlıqdan tanıyır və onun uzaq qohumudur. Təxminən, 2011-ci ildən Nazim, Rasim və Asim Tanırverdiyev qardaşlarının işlətdikləri şirkətin Göranboy rayonunun Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtgü yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdı. 2015-ci ilin mart ayında İddiaçı2 MMC şirkətindən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayında qədər şirkətə 230756,00 manat məbləğində borcu var. 2015-ci ilin oktyabr ayına qədər şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı təhvil verən vaxtı onun şirkətə 190000,00 manat məbləğində borcu olmuşdur. 2015-ci ilin oktyabr ayında o, Rasim Tanırverdiyev ilə razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun 85000,00 manatlıq hissəsinin əvəzi olaraq müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus aparatı versin. Razılaşma əldə edildikdən sonra o, Rasim Tanırverdiyev və İddiaçı1 kürəkəni Cavid Abbasovla bərabər həmin aparatın yerləşdiyi “Əminəm” gözəllik salonuna gəldilər, və bu vaxt, Rasim Tanırverdiyev aparatda işləyən Nargiz Kərimovaya tapşırdı ki, bundan sonra aparatdan gələn gəlirləri Cavidə versin. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırıldı və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olundu. Bu zaman onunla İddiaçı1 arasında mübahisə yarandı. O, aparatın təhvil verəndən sonra 2017-ci ilin fevral ayına qədər şirkətə olan 190000,00 manat borcundan 10-13 min manat civarında mal və pul qaytarmışdır. xx.xx.2017-ci il tarixində, hamı salonu tərk edəndən sonra, o, lazer aparatını geri götürdü.

64. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X7 verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən İddiaçı2 MMC-də işləyir, şirkətin təsisçisi və icraçı direktoru İddiaçı1 onun atasının dayısı oğlu və qayınatasıdır. Cavabdeh onun dayısı nəvəsidir. cavabdehidə Nazim Tanrıverdiyevin vasitəsilə tanıyıb. Cavabdeh şirkətin satdığı malları depodan alıb mağazalara satırdı, satışdan əldə edilən pullu isə şirkətə ödəyirdi. 2014-cü ilin sentyabr ayında məlum oldu ki, Cavabdeh şirkətə 280000 manat borcu yaranıb. Nazim Tanrıverdiyev bunu biləndə Asim Müsayevlə görüşərək borcunun ödənilməsini tələb etdi, Cavabdeh isə borcunu ilin sonunadək bağlayacağını bildirdi. 2014-cü ilin sonunadək 30-40 min manat ödənişi etdi şirkətə. Daha sonra borcun bir hissəsini əvəzi kimi özünə aldığı “Laser GentleLase Pro” lazer aparatını verdi Nazim Tanrıverdiyevə. Sonuncu isə aparatı işlətmək üçün vermişdir mənə. Həmin aparatdan əldə edilən gəlirləri bizim ailə alırdı. Aparatı geri aldıqdan sonra, hazırda Asim Musyayevin şirkətə 180.000,00 manata yaxın borcu var.

65. Bakı apellyasiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallardan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə bağlanmışdır.( 1(006)- 32/2019 saylı cinayət işinin 2-ci cildi, i/v-127-128) Sözügedən müqavilənin 1.1-ci şərtləri ilə müəyyən olunur ki, 230766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015ci il tarixədək bir hissəsini (160766 manat) və son olaraq 2015-ci ilin 30 noyabırınadək 70000 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür.

66. Bakı Apellyasiya məhkəməsinin sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallardan görünür ki, “Təqsirləndirilən şəxsin dindirmə protokolu”nda (1(006)-32/2019 saylı cinayət işinin 6-cı cildi, i/v-10-11), cinayət işinə Nəsimi rayon məhkəməsində baxılarkən məhkəmədə sərbəst ifadə verən zaman xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolunda və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qüvvədə olan Bəraət Hökmündə (2-ci səhifə) cavadehin məhkəmə kollegiyasına verdiyi sərbəst ifadəsində göstərilmişdir ki, İddiaçı1 uşaqlıqdan tanıyır və onun uzaq qohumudur. Təxminən, 2011-ci ildən Nazim, Rasim və Asim Tanırverdiyev qardaşlarının işlətdikləri şirkətin Göranboy rayonunun Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtgü yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdı. 2015-ci ilin mart ayında İddiaçı2 MMC şirkətindən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayında qədər şirkətə 230756,00 manat məbləğində borcu var. 2015-ci ilin oktyabr ayına qədər şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı təhvil verən vaxtı onun şirkətə 190000,00 manat məbləğində borcu olmuşdur.

67. Beləliklə, müəyyən olunmuşdur ki, X5, onun rəhbəri olduğu İddiaçı2MMC ilə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqı-satqısı) əməmliyyatları baş vermişdir. Yəni tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mülki-hüquqi münasibətlər mövcud olmuşdur.Odur ki, tələb olunan pul məbləği mülki hüquqi pozuntusundan (delikt) deyil, müqavilə münasibətlərindən irəli gəlmişdir.Nəticə olaraq "xxxx" MMC ilə Cavabdeh arasında "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə imzalanmışdır. Sözügedən müqavilənin 1.1-ci şərtləri ilə müəyyən olunur ki, 230766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015-ci il tarixədək bir hissəsini (160766 manat) və son olaraq 2015-ci ilin 30 noyabırınadək 70.000,0 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür.

68. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallardan görünür ki, İddiaçı2 MMC ilə müştəri AR vətəndaşı Cavabdeh arasında aparılmış mal-pul əməliyyatlarının Auditinin nəticələri barədə xx.xx.2017-ci il tarixli auditor rəyinin surətindən görünür ki, audit nəticəsində aşağıdakılar müəyyən edilmişdir:

69. İddiaçı2 MMC-nin Gəncə və Bakı Ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək buraxılmış və ya ikincinin satış məqsədi ilə qəbul etdiyi müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış əməliyyatlar nəticəsində ilkin olaraq müəyyən edilmiş dəymiş ziyan və yaxud xx.xx.2017-ci il tarixinədək Cəmiyyətə ikinci tərəfindən ödənilməmiş borcun məbləği, həqiqətən də, 181859,00 manat təşkil edir və auditin gedişi zamanı toplanılmış sübutlar, eyni zamanda yerinə yetirilmiş proseduralar bu barədə əsaslı və ədalətli təsəvvür yaradır.

70. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3656 nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində İddiaçı2 MMC-nin Gəncə və Bakı ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış tədqiqat nəticəsində Cavabdeh hesabında 181859,00 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilmişdir.

71. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh alıcılara paylamaq məqsədi ilə İddiaçı2 MMC-yə məxsus mallara görə ödənilən pulları İddiaçı2 MMC-nin xəzinəsinə təhvil verməyərək İddiaçı2 MMC-yə qarşı mülki hüquq pozuntusunu törətmiş və cavabdehin bu təqsirli hərəkətləri nəticəsində İddiaçı2 MMC-yə 181859,00 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddia İddiaçı2 MMC-yə dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilərək, 181859,00 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilməlidir.

72. Göründüyü kimi, Cavabdeh borcu etiraf etmiş və raşılaşmışdır ki, bunu qısa müddətdə ödəyəcək. 2015-ci ilin oktyabr ayına qədər o, şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və özünə aldığı “Laser GentleLase Pro” lazer aparatını borcun ödənilməsi üçün iddiaçılara təhvil verən vaxtı onun şirkətə artıq 190.000,00 manat məbləğində borcu qalmışdır. O, razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun əvəzinə müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus həmin aparatı versin.Həmin aparata 85000,00 manat qiymət qoyulub dəyərləndirmişdir.Həmçinin razılaşmaya əsasən həmin aparatdan gələn gəlir onun şirkətə olan borcundan çıxılmalı idi. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. Bu zaman onunla İddiaçı1 arasında mübahisə yaranmışdır.Bundan sonra yəni, xx.xx.2017-ci il tarixində, hamı salonu tərk edəndən sonra, Cavabdeh lazer aparatını geri götürmüşdür.Cavabdeh lazer aparatını geri götürməsi əməlinin özbaşınalıq cinayət əməli kimi iddiaçı Nazim Tanrıverdiyev tərəfindən hüquq mühafizə orqanlarına şikayət olunmuş və bununla bağlı Cavabdeh barəsində cinayət işi başlanılmışdır.(1(006)-32/2019 saylı cinayət işi .)

73. Məhkəmə Kollegiyası işin yuxarıda sadalanan hallarından çıxış edərək iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə isə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmün surətindən görünür ki, məhkəmə apellyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh haqqındakı 8 may 2019-cu il tarixli hökmün ləğv edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraətin verilməsini, İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X12 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeha qaytarılmasını, Bakı şəhəri Nəsimi Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş “Əminəm” gözəllik salonunun giriş qapısının silindrik mexanizmi və üzərində “kale və “Apeka” sözləri yazılmış açar nüsxələri isə ünvan 1 ünvanında yerləşən “Əminəm” gözəllik salonunun icarədarı X6 qaytarılması hökm edilmişdir.

74. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, kollegiya kasasiya şikayətinin təmin edilməməsi, Cavabdeh barəsində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

75. Odur ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən, o cümlədən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddəti ötürülməmişdir.

76. Belə ki, əgər cinayət işinə baxılaraq hökmlə “X11 Pro” markalı epilyasiya aparatının Nazim Tanrıverdiyevdə qalması nəticəsinə gəlinərdisə bu halda borcun ödənilməsinə dair iddia qaldırılmasına ehtiyac qalmayacaqdı.Yəni hazırkı iddia ona görə qaldırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmü ilə İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X12 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeha qaytarılması da hökm edilmişdir.

77. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.Fasilədən sonra iddia müddəti yenidən başlanır.Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, 373.2.-ci, 377.1-ci, 380-ci və 380.2-ci maddələri).

78. Məhkəmə iddianın iddiaçı X3 vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000,00 manat məbləğində pul vəsaitin Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir.

79. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

81. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən İddiaçı1 məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili və sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.

82. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli **********762700 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixinə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən Cavabdeh (VOEN **********) xx.xx.2015-ci il tarixdən vergi uçotunda olması müəyyən olunmuşdur. Cavabdeh “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” müraciətin olması müəyyən olunmamışdır. Hazırda vergi ödəyicisinin fəaliyyəti aktiv vəziyyətdədir.

83. İş materiallarında olan İddiaçı2 MMC-nin Nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalı 2 manat həcmindədir və hər biri bir manat olmaqla 2 paydan ibarətdir. İddiaçı1 cəmiyyətin nizamnamə kapitalında 2 payın, 100 faizi sahibidir.

84. Məhkəmə Kollegiyası qeyd edir ki, tərəflər arasındakı borc münasibətləri yarandığı vaxtdan sonra, yəni xx.xx.2015-ci il tarixdən Cavabdeh (VOEN **********) vergi uçotunda olması müəyyən olunduğundan hazırkı mübahisə kommersiya mübahisəsi deyildir.Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10N o-li Qərarındakı mövqeyə əsasən qanunsuz sahibkarlıqdan yaranan mübahisələr kommersiya mübahisələrinə aid edilmir.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 181.859, 0 (yüz səksən bir min səkkiz yüz əlli doqquz manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı2 MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar