Məhkəmə qərarları › İş №2(102)-4741/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4741/2023

19.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4741/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X5 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul vəsaitinin qaytarılması, iddia müddətinin kəsilməsi) 19.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar X5 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı “pul vəsaitinin qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4102/23 nömrəli, 23 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 MMC-nin kassasiya şikayə tinə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1068/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli hökmünə görə, məhkəmə apellyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh haqqındakı 8 may 2019-cu il tarixli hökmünün ləğv edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraətin verilməsi, X2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-90151441 seriyalı “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeh qaytarılması, Bakı şəhəri Nəsimi Polis İdarəsinin N övbətçi hissəsinə təhvil verilmiş “Əminəm” gözəllik salonunun giriş qapısının silindrik mexanizmi və üzərində “Kale və “Apeka” sözləri yazılmış açar nüsxələrinin ünvan 1 ünvanda yerləşən “Əminəm” gözəllik salonunun icarədarı X6 qaytarılması hökm edilmişdir.

2. Həmin hökmdə göstərilmişdir ki, Cavabdeh ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. O, Nazim Tanrıverdiyevi uşaqlıqdan tanıyır. Təxminən 2011-ci ildən Nazim Tanrıverdiyev və Asim Tanrıverdiyev qardaşları işlətdikləri şirkətin Goranboy rayonunda, Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtkü yağları təhvil alaraq aparıb, müştərilərə satmaqla dolanmışdır. O, rəsmi olaraq İddiaçı2 MMC-də işləməmişdir. 2015-ci ilin mart ayında şirkətdən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayına qədər onun şirkətə 230.756 manat məbləğdə borcu var. Həmin borcu onun qarşısına Nazim Tanrıverdiyevin qardaşları Asim və Rasim çıxarmışlar. O da borcu etiraf etmiş və razılaşmışdır ki, bunu qısa müddətdə ödəyəcək. Bununla bağlı müqavilə tərtib olunmuş, həmin müqavilənin şərtlərinə əsasən o, borcdan 160.766 manatı xx.xx.2015-ci il tarixədək, qalan 70.000 manatı isə noyabr ayının 30-na kimi ödəməlidir. 2015-ci ilin oktyabr ayına qədər o, şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı müvəqqəti təhvil verən vaxtı onun şirkətə artıq 190.000 manat məbləğdə borcu qalmışdır. 2014-cü ildə o, özünə təzə iki ədəd ABŞ istehsalı “Candella GentleLase Pro” markalı epilyasiya aparatı almışdır. O, Rasim Tanrıverdiyev ilə razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190.000 manat məblə ğdə borcunun əvəzinə müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus həmin aparatı versin. Rasim Tanrıverdiyev həmin aparata 85.000 manata qiymət qoyub dəyərləndirmişdir. Həmçinin, razılaşmaya əsasən həmin aparatdan gələn gəlir onun şirkətə olan borcundan çıxılmalı idi. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakıxanov qəsəbəsindəki filialına çağrılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. Həmin danışıq onunla Nazim Tanrıverdiyev arasında olmuşdur. O, Nazim Tanrıverdiyevə bildirmişdir ki, müştərilərdən pulunu ala bilmir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin 5 nömrəli Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli **********762700 nömrəli məktubuna görə, xx.xx.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən Cavabdeh (VÖEN **********) xx.xx.2015-ci il tarixdən vergi uçotunda olması müəyyən olunmuşdur. Cavabdeh “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” müraciətinin olması müəyyən olunmamışdır. Hazırda vergi ödəyicisinin fəaliyyəti aktiv vəziyyətdədir.

5. İddiaçı2 MMC-nin Nizamnaməsinə əsasən, Cəmiyyətin nizamnamə kapital ı 2 manat həcmindədir və hər biri bir manat olmaqla 2 paydan ibarətdir, İddiaçı1 cəmiyyətin nizamnamə kapitalında 2 payın, 100 faizin sahibidir.

6. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-32/2019 nömrəli cinayət işi üzrə materiallara əsasən, İddiaçı2 MMC ilə müştəri Cavabdeh arasında aparılmış mal-pul əməliyyatlarının auditinin nəticələri barədə xx.xx.2017-ci il tarixli auditor rəyinin surətindən görünür ki, audit nəticəsində aşağıdakılar müəyyən edilmişdir: İddiaçı2 MMC-nin Gəncə və Bakı ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək buraxılmış və ya ikincinin satış məqsədi ilə qəbul etdiyi müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış əməliyyatlar nəticəsində ilkin ola raq müəyyən edilmiş dəymiş ziyan və yaxud xx.xx.2017-ci il tarixədək Cəmiyyətə ikinci tərəfindən ödənilməmiş borcun məbləği, həqiqətən də, 181.859 manat təşkil edir və auditin gedişi zamanı toplanılmış sübutlar, eyni zamanda yerinə yetirilmiş prosedurlar bu barədə əsaslı və ədalətli təsəvvür yaradır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 3656 nömrəli rəyinə görə, ekspertiza nəticəsində İddiaçı2 MMC-nin Gəncə və Bakı ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış tədqiqat nəticəsində Cavabdeh hesabında 181.859 manat məbləğdə satış pulunun çatışmazlığı müəyyən edilmişdir.

8. Cavabdeh barəsində 1(006)-32/2019 nömrəli cinayət işi üzrə ma teriallarda xx.xx.2019-cu il tarixli “Təqsirləndirilən şəxsin dindirmə protokolu”ndan müəyyən olunur ki, (1(006)-32/2019 nömrəli cinayət işinin 6-cı cildi, i/v-10-11), cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılarkən məhkəmədə sərbəst ifadə verən zaman Cavabdeh göstərmişdir ki, o, Nazim Tanrıverdiyevi uşaqlıqdan tanıyır və onun uzaq qohumudur. Təxminən, 2011-ci ildən Nazim, Rasim və Asim Tanrıverdiyev qardaşlarının işlətdikləri şirkətin Goranboy rayonunun Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtkü yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdır. 2015-ci ilin mart ayında İddiaçı2 MMC şirkətindən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayında qədər şirkətə 230.756 manat məbləğdə borcu var. 2015-ci ilin oktyabr ayına qədər ş irkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı təhvil verən vaxtı onun şirkətə 190000,00 manat məbləğdə borcu olmuşdur. 2015-ci ilin oktyabr ayında o, Rasim Tanrıverdiyev ilə razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190.000 manat məbləğdə borcunun 85.000 manatlıq hissəsinin əvəzi olaraq müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus aparatı versin. Razılaşma əldə edildikdən sonra o, Rasim Tanrıverdiyev və Nazim Tanrıverdiyevin kürəkəni Cavid Abbasovla bərabər həmin aparatın yerləşdiyi “Əminəm” gözəllik salonuna gəldilər, və bu vaxt, Rasim Tanrıverdiyev aparatda işləyən Nərgiz Kərimovaya tapşırdı ki, bundan sonra aparatdan gələn gəlirləri Cavidə versin. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırıldı və ondan bo rcunun qalan hissəsinin ödənilməsi tələb olundu. Bu zaman onunla Nazim Tanrıverdiyev arasında mübahisə yarandı. O, aparatı təhvil verəndən sonra 2017-ci ilin fevral ayına qədər şirkətə olan 190.000 manat borcundan 10-13 min manat civarında mal və pul qaytarmışdır. xx.xx.2017-ci il tarixdə hamı salonu tərk edəndən sonra, o, lazer aparatını geri götürdü.

9. Cavabdeh barəsində olan 1(006)-32/2019 nömrəli cinayət işi üzrə materiallardan həmçinin məlum olur ki, "xxxx" MMC ilə Cavabdeh arasında "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə bağlanmışdır (1(006)- 32/2019 nömrəli cinayət işinin 2-ci cildi, i/v-127-128). Sözügedən müqavilənin 1.1-ci şərti ilə müəyyən olunur ki, 230.766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015-ci il tarixədək bir hissəsini (160.766 manat) və son olaraq 2015-ci ilin 30 noyabrınadək 70.000 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar X5 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC-nin xeyrinə cavabdehdən 181.859 manat məbləğdə pul vəsaitinin tutulması, mənəvi zərərin əvəzi olaraq N.Tanrıverdiyevin xeyrinə cavabdehdən 10.000 manat məbləğdə pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü ilin sonunadək birgə İddiaçı2 MMC-də satış meneceri kimi fəaliyyət göstərmişdir. Belə ki, cavabdehin fəaliyyəti müəyyən muzd müqabilində şirkətə məxsus müxtəlif növ malları şirkətin anbarından təhvil alı b şirkətin müəyyən etdiyi qiymətlərlə topdan və pərakəndə satış yerlərini təmin etmək, o cümlədən malların həmin yerlərdə satışından əldə edilən və yerlərdə ona təqdim edilən şirkətə məxsus pul vəsaitlərini şirkətin xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Beləliklə cavabdehin İddiaçı2 MMC-də fəaliyyət göstərdiyi dövrlər üzrə satış yerlərində şirkətə məxsus malların satışından əldə edilən, şirkətə məxsus pul vəsaitlərinin şirkətin xəzinəsinə ödəmələri kəskin şəkildə azalmışdır. Belə ki, müxtəlif vaxtlarda anbardan çıxan malın həcmi və dəyərinin müqabilində cavabdehin şirkətə qaytardığı pul vəsaitlərinin məbləği arasında balans uyğunsuzluğu yaranmışdır. Yəni balans uyğunsuzluğu dedikdə, malların nisyə satış səviyyəsindən asılı olaraq əldə edilən pul vəsaitləri ilə nisyə verilmiş malları n həcmi və dəyəri arasında olan mütənasiblik nəzərdə tutulur. Bununla da cavabdehin bu istiqamətdə fəaliyyəti təftiş edildikdən sonra müəyyən edilmişdir ki, cavabdeh satış yerlərində şirkətə məxsus malların satışından əldə edilən- pul vəsaitlərini qəbul etmiş, lakin həmin pul vəsaitlərini şirkətə təqdim etməmişdir. Şirkətin xəzinəsinə qaytarmalı olduğu pul vəsaiti 190000,00 (yüz doxsan min) manat məbləğində müəyyən edilmişdir. Məlum olmuşdur ki, cavabdeh şirkətə məxsus pul vəsaitləri hesabına özünün müəyyən xərclərini qarşılamış və bundan əlavə özü üçün bir neçə tibbi lazer epillyasiya avadanlığı almışdır. Beləliklə, şirkətin rəhbəri birgə iddiaçı X5 və şahidlərin iştirakı ilə olan görüşdə cavabdeh yuxarıda göstərilən xoşagəlməz hallar etmiş və əməlinin hüquqa zidd olması ilə yanaşı cinayə t xarakterli olduğunu dərk etmişdir: Həmin görüşdə sözügedən 190000,00 manat pul vəsaitinin 85000,00 manatlıq hissəsi kimi həmin pul vəsaitləri hesabına aldığı lazer epilyasiya aparatını birdəfəlik birgə iddiaçı Nazim Tanrıverdiyevə vermiş, qalan pulun isə hissə-hissə qaytarmasını öhdəsinə götürmüşdür. O cümlədən cavabdeh xahiş etmişdir ki, bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edilməsin. Sözügedən aparat 2015-ci ilin təxminən oktyabr ayında cavabdeh tərəfindən iddiaçı Nazim Tanrıverdiyevə birdəfəlik borcun müəyyən hissəsinin əvəzi kimi verilir. Lakin sonradan yəni 2017-ci ilin fevral ayının ortalarında cavabdeh həmin aparatı heç kimin xəbəri olmadan aparatın olduğu yerdən götürmüşdür. Bundan sonra birgə iddiaçı Nazim Tanrıverdiyev cavabdeh barəsində hüquq mühafizə orqanlarına ş ikayət etmiş və həmin şikayət əsasında da cavabdehin barəsində müvafiq maddələrlə cinayət işi başlanılmışdır. Cinayət işinin istintaqı zamanı sözügedən aparatın zərərçəkmiş şəxs qismində tanınmış birgə İddiaçı1 təhvil verilmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, cavabdehin qanuna zidd təqsirli hərəkətləri nəticəsində birgə iddiaçılar X3 və İddiaçı2 MMC-nin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.

12. İddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh “X12 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilasiya aparatının alınaraq İddiaçı1 təhvil verilməsi və həmin əşyanın İddiaçı1 mülkiyyəti hesab edilməsi, İddiaçı2 MMC-nin xeyrinə Cavabdeh 101859,00 manat məbləğində pul vəsaitinin tutu lması, mənəvi zərərin əvəzi olaraq İddiaçı1 xeyrinə Cavabdeh 10000,00 manat pul vəsaitinin tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçılar İddiaçı2 MMC və X1 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı2 MMC-nin xeyrinə Cavabdeh 181859,00 manat məbləğində pul vəsaitinin tutulması, mənəvi zərərin əvəzi olaraq X1 xeyrinə Cavabdeh 10000,00 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cavabdeh barəsində cinayət işinin istintaqı aparılarkən iş üzrə aparılan auditin nəticələri barədə auditor rəyinə və iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3656 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, hazırkı iş üzrə Cavabdeh hesabatında 181859,00 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilmişdir.

15. Birinci instansiya məhkəməsində cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-321/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia qismən təmin edilmiş, 181,859 məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı2 MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir Cavabdeh alıcılara paylamaq m əqsədi ilə İddiaçı2 MMC-yə məxsus mallara görə ödənilən pulları İddiaçı2 MMC-nin xəzinəsinə təhvil verməyərək İddiaçı2 MMC-yə qarşı mülki hüquq pozuntusunu törətmiş və cavabdehin bu təqsirli hərəkətləri nəticəsində İddiaçı2 MMC-yə 181859,00 manat məbləğdə maddi ziyan dəymişdir. Odur ki, iddia İddiaçı2 MMC-yə dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilərək, 181859,00 manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilməlidir.

18. Məhkəmə iddianın iddiaçı X3 vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000,00 manat məbləğdə pul vəsaitin Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir.

19. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən hazırkı iddia tələbinin tərəflə r arasında mövcud olmuş müqavilədən irəli gələn münasibətlərdən yarandığına görə iddiaya üç illik iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi ilə bağlı ərizəsinə qiymət verərək hesab etmişdir ki, ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərinin mövcud olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh ilə İddiaçı2 MMC və ya X5 arasında hər hansı müqavilənin bağlanıldığı öz təsdiqini tapmamışdır. Hazırkı iddia tələbi zərərin vurulması nəticəsində əmələ gəldiyinə görə, iddiaya ümumi iddia müddəti tətbiq edilməli və müddətin axımı cavabdeh tərəfindən dəymiş ziyana görə son ödənişin aparıldığı vaxtdan, yəni 2017-ci ilin fevral ayından hesablanmalıdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respu blikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 372.1, 373.1, 377.1, 380, 380.2, 1096.1, 1096.2, 1097.1, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin 181.859 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı2 MMC-yə ödənilməsi hissəsi ndə ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər işə baxan məhkəmə sübutlara obyektiv qiymət verib, işi hərtərəfli, qanuna müvafiq araşdırsaydı, iddia tam rədd edilməliydi. Belə ki, iddia ərizəsində cavabdehin iddiaçılara 190.000 manat əsas borcunun olduğu göstərilsə də, iş materiallarına bununla bağlı bir dənə belə olsun mötəbər sübut əlavə edilməmişdir. Sübut növü kimi yalnız iddiaçı tərəfin iddiası, izahatları və iddiaçı şirkətdə çalışan işçilərin qeyri-müəyyən, qeyri-mötəbər izahatlarına istinad olunmaqdadır. Halbuki, iş materiallarına əlavə edilmiş Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına əlavə edilmiş qərarlar və sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəf (Nazim Tanrıverdiyev) 2016-cı ildən etibarən hüquq mühafizə orqanlarına Cavabdeh tərəfindən 190.000 manat pulun mənimsənilməsi, dələduzluqla talan olması, “Candela GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının oğurlanması barədə çoxsaylı şikayətləri ilə müraciət etsə də, nəticə etibarı ilə Cavabdeh əməlində hər hansı cinayətin tərkibi olmadığı üçün, onun haqqında bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilmişdir. Hamıya bəllidir ki, madam dövlət, özünün təhqiqat və istintaq orqanlarının simasında bir şəxsin (konkret halda Cavabdeh) təqsirsizliyini, onun mənimsəmə və dələduzluq cinayətində təqsirsizliyini, hər hansı pul vəsaitinin talanmamasını bəyan edirsə, bunun əksinin iddia ed ilməsi əsassızdır (MPM-nin 82.4-cü maddəsi, CPM-nin 39.1.7-ci maddəsi). CPM-nin yuxarıda göstərilən normasının mənası ona dəlalət edir ki, əgər təhqiqatçı, müstəntiq konkret halda Cavabdeh təqsirsizliyi barədə qərar qəbul etmişsə, həmin şəxsi istərsə mənimsəmədə, istərsə dələduzluqda ittiham edilməsi tamamilə qanunsuzdur. Bundan başqa yuxarıda həmçinin qeyd olunmuşdur ki, Cavabdeh iddiaçı tərəf “Candela GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının oğurlanmasında da ittiham etmişlər. Bununla bağlı ilkin olaraq Cavabdeh haqqında CM-nin 177.3.2-ci maddəsi ilə cinayət işi qaldırsalar da, sonradan həmin iş CMnin 322.1-ci maddəsinə tövsif edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 8 may 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Həmin hökmlə məhkəmə cinayət işi üzrə maddi sübut kimi tanınmış “Candela GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının zərər çəkmiş şəxs X1 istifadəsində saxlanılmasını müəyyən etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmünə əsasən Cavabdeh apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin Cavabdeh haqqında çıxartdığı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə bəraət verilm işdir. Eyni zamanda yeni hökmlə X2 istifadəsində saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış olan “Candela GentleLase Pro” markalı, 9***-*******1 seriyalı lazer epilyasiya aparatının Cavabdeh qaytarılması qərara alınmışdır. X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmündən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-582/2020 saylı qərarına əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı tərəfin nəinki pul vəsaitinin talanması epizodu, həmçini n lazer aparatının ələ keçirilməsi, oğurlanması hissəsində də iddia və ittihamları öz təsdiqini tapmamışdır. Lakin çox təəssüf olsun ki, işə baxan məhkəmə iddianı təmin edərkən qanunsuz və qərəzli olaraq sonradan apellyasiya qaydasında ləğv olunaraq bəraət verilən cinayət işi ilə bağlı ittiham hökmünün əsasını təşkil edən sübutlara istinad etmişdir. İşə baxan məhkəmə sanki iddianın yalan və təhrif olunmuş dəlillər əsasında qurulduğuna görməməzlikdən yanaşmış, bu azmış kimi bu hallara hüquqi qiymət verməmişdir. Belə ki, iddia ərizəsində iddianın əsaslığını sübut etmək üçün faktlar təhrif olunmuş, həqiqəti əks etdirməyən hallar irəli sürülmüş, bir sözlə iddiada əsaslıq və qanunilik formalaşdırlmasına cəhd edilmişdir. Birinci təhrif və həqiqəti əks etdirməyən hal ondan ibarətdir ki, iddiaya g örə Cavabdeh guya İddiaçı2MMCdə satış meneceri kimi fəaliyyət göstərmiş, Cəmiyyətin işçisi olmuşdur ki, qənaətə görə bu müddəa Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən tamamilə əsassız və qanunsuz bir iddiadır. Bu halı iddia edən tərəf MPM-nin 77-ci maddəsinə görə qanunvericilikdə göstərilən sənədləri iş materiallarına əlavə etməlidir. Beləliklə, Cavabdeh İddiaçı2MMC-də satış meneceri işləməsini iddia etmək üçün iddiaçı ən azından MPM-nin 77-ci maddəsinə əsasən iddiaçı şirkətlə Cavabdeh arasında əgər olmuşsa əmək müqaviləsini təqdim etməlidir. Lakin iş materiallarından görünür ki, idiaçılar bu haqda nə iddia ərizəsinə, nə də iş materiallarına hər hansı əmək müqaviləsini (kontraktını) əlavə etməmişlər. Beləliklə, normaya görə iddiaçılar Cavabdeh İddiaçı2MMC-də satış meneceri işləməsini iddia etmək üçün yalnız və yalnız bu haqda əmək müqaviləsini təqdim etməlidirlər ki, bunu edə bilməmişlər. Odur ki, iddiaçı tərəfin guya işçiləri olan Cavabdeh külli miqdarda mal vermələri, Cavabdeh də öz növbəsində satılmış malların pullarının qaytarılmaması iddiası əsassızdır. Cavabdeh borcunun olması haqda etiraflarına gəldikdə isə bildirirlər ki, Cavabdeh heç bir vaxt iddiaçının qardaşı Rasim Tanrıverdiyevlə aralarında ticari əlaqələrinin olmasını, bu münasibətlərdən dolayı Rasim Tanrıverdiyevə borcunun olmasını inkar etməmiş. Lakin həmin borcun qaytarlıldığını və hal hazırda borcunun olmadığını qətiyyətlə bildirməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində birtərəfli mövqe nümayiş etdirmişdir (MPM-nin 88-ci maddəsinə zidd olaraq). Bütün göstərilə nlər bir kənara dursun, iddia tələbinin borcun olması hissəsində qəbul etsək belə, qənaətinə görə iddia tələbi təmin oluna bilməz. Belə ki, iddia ərizəsinə görə guya Cavabdeh artıq 2014-2015-ci ildən iddiaçı tərəfə 190.000 manat borcu yaranmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəf bu əsasla 2016-cı ildən hüquq mühafizə orqanlarına müraciətlər etmişlər, yəni dolayısı ilə hüquqlarının pozulmasını ehtimal etmişlər. İddiaçının iddiasından belə bəlli olur ki, X5, onun rəhbəri olduğu İddiaçı2MMC ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqı-satqısı) əməliyyatları baş vermişdir. Yəni iddiaçılarla Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Hesab edirl ər tələbkar olan iddiaçılar X5 və onun rəhbəri olduğu İddiaçı2MMC hüququnun pozulduğu 2015-ci ildən hazırkı iddia qaldırılana kimi məhkəməyə iddia ilə müraciət etməmişlər ki, qanunvericiliklə müəyyən olunmuş (Mülki Məcəllənin 372 və 373.2-ci maddələri) iddia müddətinin buraxılması hesab olunur. Nəzərə alaraq ki, iddiaçılarla Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur həmin münasibətlərə Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə baxmayaraq və tərəflərindən iddia müddətinin tətbiq edilərək, X1 və İddiaçı2MMC-nin “mülkiyyət hüququnun müəyyən edilməsi və pul tələbinə dair” iddiasının əsassız olduğu üçün və iddia müddəti buraxıldığına görə rədd edilməsi barədə ərizə verilsə də, işə baxan birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq ərizələrini təmin etməmişdir. Hesab edirlər ki, iddiaçılar qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmış, buna görə bu tələblə bağlı iddia qaldırmaq üçün hüquqi əsasını itirmişdir. İddia müdəti ilə bağlı məhkəmənin qənatinə gəldikdə işə baxan məhkəmənin birtərəfli mövqeyi və çəkişmə prinsipindən kənara çıxması özünü biruzə verir. Belə ki, məhkəmə öz qətnaməsinə görə “məhkəmə araşdırması zamanı Cavabdeh ilə İddiaçı2 MMC və ya X5 arasında hər hansı müqavilənin bağlanıldığı öz təsdiqini tapmamışdır. Hazırkı iddia tələbi zərərin vurulması nəticəsində əmələ gəldiyinə görə, iddiaya ümumi iddia müddəti tətbiq edilməli və müddətin axımı cavabdeh tərəfindən dəymiş ziyana görə son ödənişin aparıldığı vaxtdan, yəni 2017ci ilin fevral ayından hesablanmalıdır”. Bir tərəfdən məhkəmə etiraf edir ki, iddiaçılarla cavabdeh arasında hər hansı müqavilə olmamışdır, yəni hər hansı müqavilə (yazılı və ya şifahi) ilə cavabdehə mal verilməmişdir. Belə olan halda hansı borcdan söhbət gedir?! İkincisi, məhkəmə çəkişmə prinsipini kobudcasına pozaraq iddiaçılara vəkillik edərək göstərir ki, iddia tələbi zərərin vurulması nəticəsində əmələ gəlmişdir. Çox təəssüf olsun ki, məhkəmə iddianı təmin etmək üçün bəhanə axtarsa da, zərərlə bağlı bəhanəsinin heç bir əsası yoxdur. Belə ki, məhkəmə və ya iddiaçı göstərməmişlər ki, bu zərər cavabdehin hansı hərəkətləri (mülki hüquq pozuntusu, əsassız varlanma, yüksək təhlükə mənbəyi ilə vurulmuş zərər və s.) nəticəsində yaranmışdır. Əgər məhkəmə iddiaçılar kimi Cavabdeh guya işçi kimi Cəmiyyətdən götürdüyü mallarla bağlı fikrinə əsaslanırsa, təəssüf bu hal hər hansı qanun normasına əsaslanmır, Cavabdeh heç vaxt iddiaçıların işçisi olmamışdır, bu aksiomadır. Yox əgər məhkəmə Cavabdeh müstəqil kontraktor kimi İddiaçı2 MMC-dən nisyə alqı-satqı münasibətlərinə əsaslanaraq mal götürüb dəyərini ödəməməsinə əsaslanırsa, bu halda məhkəmə birmənalı bilməlidir ki, iddia müddəti bir neçə dəfə keçmişdir. Delkur Belçikaya qarşı məhkəmə işində (17 yanvar 1970, 25-ci bənd) Avropa Məhkəməsi bildirmişdir ki, ədalət mühakiməsinin ədalətlə həyata keçirilməsi hüququ Konvensiyanın mənası nöqteyi-nəzərindən demokratik cəmiyyətdə elə əhəmiyyətli yer tutur ki, 6-cı maddənin 1-ci bəndinin məhdud şərhi bu maddənin məqsəd və təyinatına uyğun olmazdı. Konvensiyanın mənasına görə hakim tərəflərin bərabərliyi prinsipinə riayət edilməsinə görə cavabdehlik daşıyır, bu prinsip o deməkdir ki, bütün tərəflərə onları əks tərəfin qarşısında əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətə salmayan şəraitdə dəlillərini irəli sürə bilmələri üçün ağlabatan imkan verilməlidir Kremar və başqaları Çex Respublikasına qarşı məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, prosesdəki tərəf məhkəməyə təqdim edilən sübutlarla tanış olmaq, eləcə də onların mövcudluğu, məzmunu və həqiq ətə uyğunluğu barədə lazımi formada və lazımi vaxt çərçivəsində, ehtiyac olduqda yazılı formada və qabaqcadan şərh vermək imkanına malik olmalıdır.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-5963/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 181.859 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı2 MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X5, onun rəhbəri olduğu İddiaçı2 MMC ilə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqı-satqısı) əməliyyatları baş vermişdir. Yəni tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mülki-hüquqi münasibətlər mövcud olmuşdur. Odur ki, tələb olunan pul məbləği mülki hüquqi pozuntusundan (delikt) deyil, müqavilə münasibətlərindən irəli gəlmişdir. Nəticə olaraq "xxxx" MMC ilə Cavabdeh arasında "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə imzalanmışdır. Sözügedən müqavilənin 1.1-ci şərtləri ilə müəyyən olunur ki, 230.766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015-ci il tarixədək bir hissəsini (160.766 manat) və son olaraq 2015-ci ilin 30 noyabrınadək 70.000 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, Cavabdeh alıcılara paylamaq məqsədi ilə İddiaçı2 MMC-yə məxsus mallara görə ödənilən pulları İddiaçı2 MMC-nin xəzinəsinə təhvil verməyərək İddiaçı2 MMC-yə qarşı mülki hüquq pozuntusunu törətmiş və cavabdehin bu təqsirli hərəkətləri nəticəsində İddiaçı2 MMC-yə 181859,00 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddia İddiaçı2 MMC-yə dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilərək, 181859,00 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilməlidir.

26. Göründüyü kimi, Cavabdeh borcu etiraf etmiş və raşılaşmışdır ki, bunu qısa müddətdə ödəyəcək. 2015-ci ilin oktyabr ayına qədər o, şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və özünə aldığı “Laser GentleLase Pro” lazer aparatını borcun ödənilməsi üçün iddiaçılara təhvil ve rən vaxtı onun şirkətə artıq 190.000,00 manat məbləğində borcu qalmışdır. O, razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun əvəzinə müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus həmin aparatı versin. Həmin aparata 85000,00 manat qiymət qoyulub dəyərləndirmişdir. Həmçinin razılaşmaya əsasən həmin aparatdan gələn gəlir onun şirkətə olan borcundan çıxılmalı idi. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. Bu zaman onunla Nazim Tanrıverdiyev arasında mübahisə yaranmışdır. Bundan sonra yəni, xx.xx.2017-ci il tarixində, hamı salonu tərk edəndən sonra, Cavabdeh lazer aparatını geri götürmüşdür. Cavabdeh lazer aparatını geri götürməsi əmə linin özbaşınalıq cinayət əməli kimi iddiaçı Nazim Tanrıverdiyev tərəfindən hüquq mühafizə orqanlarına şikayət olunmuş və bununla bağlı Cavabdeh barəsində cinayət işi başlanılmışdır (1(006)- 32/2019 nömrəli cinayət işi).

27. Odur ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən, o cümlədən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddəti ötürülməmişdir.

28. Belə ki, əgər cinayət işinə baxılaraq hökmlə “X12 Pro” markalı epilyasiya aparatının Nazim Tanrıverdiyevdə qalması nəticəsinə gəlinərdisə bu halda borcun ödənilməsinə dair iddia qaldırılmasına ehtiyac qalmayacaqdı. Yəni hazırkı iddia ona görə qaldırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)1068/2019 nömrəli hökmü ilə İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X13 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeha qaytarılması da hökm edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasındakı borc münasibətləri yarandığı vaxtdan sonra, yəni xx.xx.2015-ci il tarixdən Cavabdeh (VOEN **********) vergi uçotunda olması müəyyən olunduğundan hazırkı mübahisə kommersiya mübahisəsi deyildir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının x üsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10No-li Qərarındakı mövqeyə əsasən qanunsuz sahibkarlıqdan yaranan mübahisələr kommersiya mübahisələrinə aid edilmir.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372, 373, 377, 380, 385, 386-cı maddələrinin müddəalarına istinadla əsaslandırmışdır. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 181.859 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, N.Tanrıverdiyev, onun rəhbəri olduğu İ ddiaçı2 MMC ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqı-satqısı) əməliyyatları baş vermişdir. Yəni iddiaçılarla Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Alqı-satqı münasibətlərinin olmasını birinci instansiya məhkəməsi inkar etsə də, apellyasiya instansiyası məhkəməsi bu halı qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanğıcı ilə bağlı qənəati tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, tələbkar olan iddiaçılar N.Tanrıverdiyev və onun rəhbəri olduğu İddiaçı2 MMC hüququnun pozulduğu 2015-ci ildən hazırkı iddia qaldırılana kimi məhkəməyə iddia ilə müraciət etməmişlər ki, qanunvericiliklə müəyyən olunmuş (Mülki Məcəllənin 372 və 373.2-ci madd ələri) iddia müddətinin buraxılması hesab olunur. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmək üçün əsassız olaraq o qənaətə gəlir ki, iddiaçı tərəf hüquq-mühafizə orqanlarına müraciət etmiş, Cavabdeh haqqında cinayət işi başlanılaraq baxılması üçün məhkəməyə göndərilmiş, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli hökmü ilə məhkəmə Cavabdeh apellyasiya şikayətini qismən təmin edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün ləğv edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraətin verilməsini, N.Tanrıverdiyevin istifadəsində saxlanılan və cinayət işi üzrə mad di sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı “X13 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeh qaytarılmasını hökm etmişdir. Kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən, o cümlədən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddəti ötürülməmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsinin sözügedən qənaəti kökündən qanunsuz və aşağıdakılara görə əsassızdır: 1. iş materialları ilə müəyyən olunur ki, borcla bağlı tərəflər arasındakı son hərəkət (istərsə bu borcun etirafı olsun, istərsə hər hansı ödəniş) son ödənişin aparıldığı vaxt, yəni 2017-ci ilin fevral ayının 15-dir. Yəni bu tarixdən sonra Cavabdeh tərəfindən iddiaçılara heç bir ödəniş edilməmiş, heç bir etirafedici hərəkət baş verməmişdir; 2. iş mateialları ilə müəyyən olunur ki, iddiaçı N.Tanrıverdiyev və "xxxx" MMC xx.xx.2020-ci il tarixli qərardan sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, müəyyən olunur ki, son ödənişin (etirafın) 2017-ci ilin 15 fevralından xx.xx.2021-ci il tarixə kimi 4 il 7 ay keçmişdir. Bu isə qanunla müəyyən olunmuş 3 illik iddia müddəti keçdikdən sonra iddia ilə məhkəməyə müraciət edilməsini göstər ir ki, iddianın rədd edilməsi üçün əsasdır. İşin müəyyən edilmiş halları konkret olaraq təsdiq edir ki, artıq 2017-ci ilin 15 fevralından etibarən cavabdeh iddiaçılardan özünə məxsus lazer epilyasiya aparatını götürmüş, bundan sonra iddiaçılara heç bir ödəniş etməmişdir. Yəni iddiaçılar açıq-aydın bilirdilər ki, Cavabdeh onlara heç bir borcunun olmadığını bəyan edir, bu səbəbdən də öz aparatını onlardan geri almışdır. İddiaçılar tərəfindən hüquq-mühafizə orqanlarına müraciət etməsi, Cavabdeh haqqında cinayət işinə məhkəmələrdə baxılması, bu səbəbdən həmin iş bitdikdən sonra iddia müddətinin başlanması ilə bağlı məhkəmənin qənaətinə gəldikdə bu birbaşa qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsində qanunverici konkret olaraq göstərmişdir ki, müəyyən ləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin başlanğıcının müəyyənləşdirilməsi ilə bağlı qənaəti qanunsuz və əsassızdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2(102)-1440/2023 nömrəli qərarı ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və Z.Ə.Əliyevdən ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “İddia tələbi qismən təmin edilsin. Cavabdeh 181.859,0 (yüz səksən bir min səkkiz yüz əlli doqquz manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı2 MMC-yə ödənilməsi hissəsinin ləğv edilməsi, işin eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

34. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, hazırkı mübahisə tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərindən meydana gəlmişdir, borcla bağlı cavabdeh tərəfindən sonuncu hərəkət (ödəniş) xx.xx.2017-ci il tarixdə həyata keçirilmiş, bu tarixdən sonra cavabdeh iddiaçılara heç bir ödəniş və etirafedici hərəkət etməmiş, iddia xx.xx.2021-ci il tarixdə qaldırılmışdır. Cavabdeh hesab edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilən üç illik iddia müddəti iddiaçılar tərəfindən ötürülmüşdür, habelə, iş üzrə Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulan əsaslarla ( 1. müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; 2. borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi) iddia müddətinin axımının kəsilməsi baş verməmişdir. Cavabdeh bu arqumentlərini kassasiya şikayətində olduğu kimi, apellyasiya şikayətində də irəli sürmüşdür.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən, o cümlədən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddəti ötürülməmişdir. Belə ki, əgər cinayət işinə baxılaraq hökmlə “X12 Pro” markalı epilyasiya aparatının Nazim Tanrıverdiyevdə qalması nəticəsinə gəlinərdisə bu halda borcun ödənilməsinə dair iddia qaldırılmasına ehtiyac qalmayacaqdı. Yəni hazırkı iddia ona görə qaldırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmü ilə İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-90151441 seriyalı, “X13 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeha qaytarılması da hökm edilmişdir.”

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır.

37. Birincisi, apellyasiya instansiyası məhkəməsi bu mövqeyə gələrkən Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulan iki əsasdan hansının mübahisə üzrə mövcudluğunu qəbul etdiyini qətnaməsində göstərməmişdir.

38. İkincisi, fərz olunsa ki, həmin məhkəmə bu nəticə yə müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi əsasına istinad etməklə gəlmişdir, o halda belə bir əsas işdən müəyyən edilmir. Çünki, həmin əsasdan bəhs edə bilmək üçün iddiaçılar tərəfindən xx.xx.2017-ci il tarixdən sonra hazırkı mübahisəli borc məbləği ilə bağlı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edilməli idi ki, apellyasiya instansiyası məhkəməsi bu halın baş verdiyini qeyd etmir.

39. Üçüncüsü, yenidən güman edilsə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçılar tərəfindən xx.xx.2017-ci il tarixdən sonra hazırkı mübahisəli borc məbləği ilə bağlı cavabdehə qarşı iddia qaldırılması şərtinin Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1068/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə yerinə yetirildiyi qənaətindən çıxış etmişdir, bu halda adları çəkilən hökm və qərarda iddiaçılar (cinayət işi üzrə zərərçəkmiş şəxslər) tərəfindən verilməli olan mülki iddialara istinad etməli idi. Lakin bu da baş verməmişdir.

40. Dördüncüsü, “... əgər cinayət işinə baxılaraq hökmlə “X12 Pro” markalı epilyasiya aparatının Nazim Tanrıverdiyevdə qalması nəticəsinə gəlinərdisə bu halda borcun ödənilməsinə dair iddia qaldırılmasına ehtiyac qalmayacaqdı”sa, o halda iş üzrə dəyəri 80.000- 85.000 manat arasında dəyişdiyi bildirilən epilyasiya aparatının qiyməti iddia məbləği 181.859 manatdan çıxıldıqdan sonra qalan məbləğdə iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hansı nəticəyə gəl əcəyi də qətnamədən aydın olmur.

41. Məhkəmə kollegiyası bildirmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. S

42. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən bu Qərarın 30-38-ci bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. d. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Apellyasiya instansiyası məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və F.H.Qasımov) 23 avqust 2023-cü il tarixli, 2(103)-4102/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yəni qətnamə qəbul edilmiş, iddia həmin hissədə təmin edilməmişdir.

45. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə keçirilmiş xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokollarının surətindən görünür ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərilmişdir ki, o, Nazim Tanrıverdiyevi uşaqlıqdan tanıyır və onun uzaq qohumudur. Təxminən, 2011-ci ildən Nazim, Rasim və Asim Tanırverdiyev qardaşlarının işlətdikləri şirkətin Goranboy rayonunun Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtgü yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdı. 2015-ci ilin mart ayında İddiaçı2 MMC şirkətindən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayında qədər şirkətə 230756,00 manat məbləğində borcu var. 2015-ci ilin oktyabr ayına qədər şirkətə bor clu olduğu mallardan bəzilərini qaytarmış və aparatı təhvil verən vaxtı onun şirkətə 190000,00 manat məbləğində borcu olmuşdur. 2015-ci ilin oktyabr ayında o, Rasim Tanrıverdiyev ilə razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun 85000,00 manatlıq hissəsinin əvəzi olaraq müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus aparatı versin. Razılaşma əldə edildikdən sonra o, Rasim Tanırverdiyev və Nazim Tanrıverdiyev kürəkəni Cavid Abbasovla bərabər həmin aparatın yerləşdiyi “Əminəm” gözəllik salonuna gəldilər, və bu vaxt, Rasim Tanrıverdiyev aparatda işləyən Nargiz Kərimovaya tapşırdı ki, bundan sonra aparatdan gələn gəlirləri Cavidə versin. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakıxanov qəsəbəsindəki filialına çağırıldı və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olundu. Bu zaman onunla Nazim Tanrıverdiyev arasında mübahisə yarandı. O, aparatın təhvil verəndən sonra 2017-ci ilin fevral ayına qədər şirkətə olan 190000,00 manat borcundan 10-13 min manat civarında mal və pul qaytarmışdır. xx.xx.2017-ci il tarixində, hamı salonu tərk edəndən sonra, o, lazer aparatını geri götürdü.

46. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X7 verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən İddiaçı2 MMC-də işləyir, şirkətin təsisçisi və icraçı direktoru İddiaçı1 onun atasının dayısı oğlu və qayınatasıdır. Cavabdeh onun dayısı nəvəsidir. Cavabdehidə Nazim Tanrıverdiyevin vasitəsilə tanıyıb. Cavabdeh şirkətin satdığı malları depodan alıb mağazalara satırdı, satışdan əldə edilən pullu isə şirkətə ödəyirdi. 2014-cü ilin se ntyabr ayında məlum oldu ki, Cavabdeh şirkətə 280000 manat borcu yaranıb. Nazim Tanrıverdiyev bunu biləndə Asim Müsayevlə görüşərək borcunun ödənilməsini tələb etdi, Cavabdeh isə borcunu ilin sonunadək bağlayacağını bildirdi. 2014cü ilin sonunadək 30-40 min manat ödənişi etdi şirkətə. Daha sonra borcun bir hissəsini əvəzi kimi özünə aldığı “Laser GentleLase Pro” lazer aparatını Nazim Tanrıverdiyevə verdi. Sonuncu isə aparatı işlətmək üçün ona vermişdir. Həmin aparatdan əldə edilən gəlirləri onların ailəsi alırdı. Aparatı geri aldıqdan sonra, hazırda Asim Musyayevin şirkətə 180.000,00 manata yaxın borcu var.

47. Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işinin materiallarından surəti hazırki mülki işə əlavə edilmiş İddiaçı2 MMC ilə Cavabdeh arasında bağlanmış “Son haqq hesaba d air” 17 mart 2015-ci il tarixli müqavilənin 1.1-ci şərtindən müəyyən olunur ki, 230766 manat borcu Cavabdeh ən geci 01 iyul 2015-ci il tarixədək bir hissəsini (160766 manat) və son olaraq 2015-ci ilin 30 noyabırınadək 70000 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür.

48. Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə Nəsimi Rayon Məhkəməsində işə baxılarkən məhkəmədə sərbəst ifadə verən zaman xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolunda və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qüvvədə olan bəraət hökmündə (2-ci səhifə) cavabdehin məhkəmə kollegiyasına verdiyi sərbəst ifadəsində göstərilmişdir ki, Nazim Tanrıverdiyevi uşaqlıqdan tanıyır və onun uzaq qohumudur. Təxminən, 2011-ci ildən Nazim, Rasim və Asim Tanırverdiyev qardaşl arının işlətdikləri şirkətin Göranboy rayonunun Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtgü yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdı. 2015-ci ilin mart ayında İddiaçı2 MMC şirkətindən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayında qədər şirkətə 230756,00 manat məbləğində borcu var. 2015-ci ilin oktyabr ayına qədər şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı təhvil verən vaxtı onun şirkətə 190000,00 manat məbləğində borcu olmuşdur.

49. Kollegiya qeyd etmişdir ki, tələb olunan pul məbləği mülki hüquqi pozuntusundan (delikt) deyil, müqavilə münasibətlərindən irəli gəlmişdir. Nəticə olaraq "xxxx" MMC ilə Cavabdeh arasında "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə imzalanmışdır. Sözügedə n müqavilənin 1.1-ci şərtləri ilə müəyyən olunur ki, 230766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015-ci il tarixədək bir hissəsini (160766 manat) və son olaraq 2015-ci ilin 30 noyabrnadək 70.000,0 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdü.

50. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallardan müəyyən olunmuşdur ki, İddiaçı2 MMC ilə müştəri AR vətəndaşı Cavabdeh arasında aparılmış mal-pul əməliyyatlarının Auditinin nəticələri barədə xx.xx.2017-ci il tarixli auditor rəyinə əsasən: -İddiaçı2 MMC-nin Gəncə və Bakı Ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək buraxılmış və ya ikincinin satış məqsədi ilə qəbul etdiyi müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış əməliyyatlar nəticəsində ilkin olaraq müəyyən edilmiş dəymiş ziyan və yaxud xx.xx.2017-ci il tarixinədək Cəmiyyətə ikinci tərəfindən ödənilməmiş borcun məbləği, həqiqətən də, 181859,00 manat təşkil edir və auditin gedişi zamanı toplanılmış sübutlar, eyni zamanda yerinə yetirilmiş proseduralar bu barədə əsaslı və ədalətli təsəvvür yaradır.

51. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3656 nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində İddiaçı2 MMC-nin Gəncə və Bakı ofislərindən müştəri Cavabdeh xx.xx.2009cu il tarixindən xx.xx.2017-ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış tədqiqat nəticəsində Cavabdeh hesabında 181859, 00 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilmişdir.

52. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5, onun rəhbəri olduğu İddiaçı2 MMC ilə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alğı-satqısı (nisyə alğı-satqısı) əməmliyyatları baş vermişdir. Yəni tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn mülki hüquqi münasibətlər mövcud olmuşdur. Cavabdehin İddiaçı2 MMC-yə satılmış mallara görə 2015-ci ilin mart ayına 230766,00 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcunu etiraf etmiş və 2015-ci ilin mart ayında 2015-ci ilin iyul ayınadək 160766,00 manat, 2015-ci ilin noyabr ayında isə 70000,00 manat məbləğində pulu qaytarmalı idi. Lakin o, 2015-ci ilin oktyabr ayınadək cəmi 41000,00 manat məbləğində pulu cəmiy yətə geri ödədi. Daha sonra, o, özünə məxsus “Lazer GentleLase Pro” lazer aparatını borcuna görə İddiaçı1 kürəkəni Cavid Abbasoun istifadəsinə vermişdir. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin fevral ayınadək o, cəmiyyətə olan borcundan əlavə olaraq 10-13 min manat məbləğində pul ödəmişdir. 2017-ci ilin fevral ayında isə o, lazer aparatını İddiaçı1 qardaşı Rasim Tanırverdiyev ilə razılaşaraq geri götürdü. Cavabdeh barəsində cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə ekspertizası nəticəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 3656 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh, ona xx.xx.2009-cu il tarixindən xx.xx.2017- ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə 181.859,0 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İşin bu halları cavabdehin məh kəmə iclasında verdiyi ifadələr, Cavabdeh barəsində olan 1(006)-32/2019 saylı cinayət işi üzrə materiallarında, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmündə göstərilmiş özünə məxsus izahatlardan müəyyən edilir. Bununla da, cavabdehin iddiaçıya 181.859,0 manat məbləğində borcunun olması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapir.

53. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisənin mülki-hüquq pozuntusundan (delikt) yarandığını əsas götürərək mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci, 1096.2-ci,1097.1-ci və 21-ci maddələrini tətbiq etmişdir. Hazırkı halda isə tərəflər arasında müqavilə münasibətləri (nisyə alğı-satqı müqaviləsi) mövcud olması müəyyən olunmuşdur.

54. Məhkəmə kollegiyası hesa b etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir.

55. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Cavabdeh hesab edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilən üç illik iddia müddəti iddiaçılar tərəfindən ötürülmüşdür, habelə, iş üzrə Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulan əsaslarla (1. müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; 2. borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi) iddia müddətinin axımının kəsilməsi baş verməmişdir.

56. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər.

57. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlar ının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 58. “Son haqq hesaba dair” 17 mart 2015-ci il tarixli müqaviləyə əsasən nisyə alğı-satqı müqaviləsi üzrə öhdəlik son olaraq 2015-ci ilin 30 noyabrınadək icra edilməli idi. Cavabdeh tərəfindən sonuncu ödəniş 15 fevral 2017-ci ildə baş vermişdir. İddiaçı 15 fevral 2017-ci ildən sonra ödəniş olmadığından hüquqlarının pozulmasını bilirdi.

59. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, xx.xx.2017-ci ildən 3 illik iddia müddəti ötürülməklə xx.xx.2021-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmçinin, xx.xx.2017-ci il tarixdən sonra cavabdeh tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlər mövcud deyildir. Bundan əlavə iddiaçı tərəfindən cinayət işində mülki iddia verilməmiş, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir.

60. Hətta nəzərə alınsa ki, iddiaçı tərəf “cinayət işinə baxılaraq hökmlə “X12 Pro” markalı epilyasiya aparatının Nazim Tanrıv erdiyevdə qalması nəticəsinə gəlinərdisə, iddia verməyəcəyinə” münasibətdə kollegiya qeyd edir ki, dəyəri 80.000-85.000 manat arasında dəyişən epilyasiya aparatı iddiaçı tərəfindən tələb olunan 181.859 manat borcu bağlamır və qeyd olunan hal iddia müddətinin axımını dayandırmır.

61. Kollegiya hesab etmişdirr ki, iddiaçı cavabdehdən 181.859 manat borcun tələb edilməsi üçün subyektiv hüquqa malik olsa da, həmin borcun tutulması hissəsində iddia müddəti tətbiq olunmaqla, iddia təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

62. İddiaçı2 MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını x ahiş etmişdir.

63. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1, 373.2, 380.1, 380.2, Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli Qərarına və MPM-in 2.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin “Son haqq hesaba dair” 17 mart 2015-ci il tarixli müqaviləyə əsasən nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyin son olaraq 2015-ci ilin 30 noyabrınadək icra edilməli olduğunu, cavabdeh tərəfindən sonuncu ödənişin 15 fevral 2017-ci ildə baş verdiyini və İddiaçı 15 fevral 2017-ci ildən sonra ödəniş olmadığından hüquqlarının pozulmasını bildiyini qeyd edərək iddia müddətini xx.xx.2017-ci ildən 3 illik müddəti hesablamağı əsassı zdır. Belə ki, Cavabdeh izahatında qeyd etmişdir ki, 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağrılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. Həmin danışıq onunla Nazim Tanrıverdiyev arasında olmuşdur. O, Nazim Tanrıverdiyevə bildirmişdir ki, müştərilərdən pulunu ala bilmir. Buda o deməkdir ki, cavabdeh həmin tarixdə belə borcunu ödəməkdən yayınmadığını etiraf etmiş və müştərilərdən pulu alıb ödəmək niyyətində olmuşdur. Çünki cavabdehin elə həmin 2017-ci ilin fevral ayında niyyəti bunu ehtiva edir. Bundan sonra isə qanunla (və ya tərəflərin razılaşdığı) müddət daxilində müddətin axımının dayandırılması və ya onun axımının kəsilməsinin baş verib-vermədiyi müəyyən olunmalıdır. Yalnız qeyd edilən tələblərə əməl olunm aqla müddətin ötürüldüyü müəyyən edildikdə, bu əsasla iddiadan imtina barəsində qərar çıxarıla bilər. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasındakı münasibətlər mülki-hüquqi münasibətlərdir, lakin bu əsasla bu münasibətlərə 3 illik iddia müddəti şamil olunaraq iddia tələbinə münasibətdə iddia müddətinin hesablanaraq düzgün qiymət verilməsində haqlı olmamışdır. Belə ki, hesab edir ki, iddiaçı tərəf hüquq-mühafizə orqanlarına 2017-ci ildən müraciət etmiş, Cavabdeh haqqında cinayət işi başlanılaraq baxılması üçün məhkəməyə göndərilmiş, Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinmiş və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X13 Pro” markalı 99149015-1441 seriyalı, “X13 Pro” markalı lazer epilyasiya apar atının iddiaçıya verilməsi qərara alınmışdır. Bu da o demək olmuşdur ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X13 Pro” markalı lazer epilyasiya aparatı borcun 85.000 manatının əvəzi olaraq qiymətləndirilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1068/2019 nömrəli hökmü ilə məhkəmə Cavabdeh apellyasiya şikayətini qismən təmin edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh haqqındakı 8 may 2019-cu il tarixli hökmün ləğv edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraətin verilməsini, X2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X13 Pro” markalı lazer epilyasiy a aparatının ondan alınıb Cavabdeha qaytarılmasını hökm etmişdir. Kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayətinin təmin edilməməsi, Cavabdeh barəsində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bu səbəbdən hesab edir ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən, o cümlədən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddəti ötürülməmişdir. İş materialından da göründüyü kimi cavabdehin etirafı, borcun olması barədə 2019-202 0-ci illərdə olan cinayət işi üzrə cavabdeh tərəfindən borcun olması barədə sərbəst ifadəsi, aparatın iddiaçıya borcun əvəzi olaraq verilməsi anı cinayət işi üzrə məhkəmə dövründə müddət kəsilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-582/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından sonra müddət başlamışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən iddia müddəti tətbiq edilə bilməz. Bundan əlavə olaraq bildir ki, iddiaçının şikayətləri əsasında cavabdeh olan Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə xx.xx.2018-ci il tarixində ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb isə Cavabdeh İddiaçı2MMC-yə etibardan sui-istifadə edərək şirkətə 190.000 (yüz doxsan min) manat ziyan v urması olmuşdur. xx.xx.2018-ci il tarixində ********* saylı cinayət işi üzrə cinayət təqibinə hissəvi xitam verilmişdir. Hesab edir ki, cinayət işinə hissəvi xitam verilən andan yəni zərərçəkmiş şəxsə mülki qayada təqsirləndirilən şəxsə qarşı iddia qaldırmaq hüququ olduğu izah edildiyi andan iddiaçıya məlum olmuşdur ki, mülki qaydada iddia qaldırmalıdır. Hesab edir ki, ibtidai araşdırma dövrü zamanı cinayət işi açılması və xitam olunması dövrü iddia müddəti kəsimi baş vermişdir ki, yəni yeni iddia müddəti axımı cinayət işinə xitam verildiyi xx.xx.2018-ci il tarixdən başlanmış hesab edilməlidir. İddiaçı isə xx.xx.2021-ci il tarixdə, yəni xx.xx.2018-ci il tarixdən 3 (üç) il iddia müddəti keçməmiş iddia qaldırılmışdır ki, iddia müddətini ötürməmişdir və iddia müddəti tətbiq edilməməlidir. Bak ı Apellyasiya Məhkəməsinin “Son haqq hesaba dair” 17 mart 2015-ci il tarixli müqaviləyə əsasən nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyin son olaraq 2015-ci ilin 30 noyabrınadək icra edilməli olduğunu, cavabdeh tərəfindən sonuncu ödənişin 15 fevral 2017-ci ildə baş verdiyini və İddiaçı 15 fevral 2017-ci ildən sonra ödəniş olmadığından hüquqlarının pozulmasını bildiyini qeyd edərək iddia müddətini xx.xx.2017-ci ildən 3 illik müddəti hesablamağı əsassızdır. Belə ki, Nəsimi rayon Məhkəməsinin 8 may 2019-cu il tarixli hökmü ilə Cavabdeh təqsirli bilinmiş və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-90151441 seriyalı, “X13 Pro” markalı lazer epilyasiya aparatının iddiaçı Nazim Tanrıverdiyevə verilməsi qərara alınmışdır ki, nəticə etibarilə artıq ən azından 85.000 manatın hökm qüvvəsi ni alarsa borcundan çıxılacağı və buna dair iddia qaldırmayacağına şərait yaradacaqdı ki, iddiaçının yeni tələblə bağlı iddia qaldırması mənasız və nəticəsiz olacaqdı. Hazırkı işin halları baxımından tərəflərin münasibətlərində nə qeyrimüəyyənliklər, nə də ki, ümumiyyətlə hüquqi müəyyənliklə bağlı hər hansı sual ortaya çıxmır, çünki iddiaçı pulunun cavabdehdə olduğunu bildiyi vaxtdan davamlı olaraq, həm də müxtəlif üsullarla ondan pulunun qaytarılmasını tələb etmiş, buna nail olmaq məqsədi ilə praktiki baxımdan uğurlu ola biləcək ciddi cəhdlər göstərmişdir. Burada cavabdeh üçün gözlənilməz, sübutetmə baxımından isə çətin və qeyri-mümkün olan hal yoxdur. Demək ki, hazırkı halda tərəflər arasındakı hüquq münasibətlərində qeyri-müəyyən olan, eləcə də hüquqi müəyyənliyə xələl gətirən hər hansı hal mövcud deyildir. Qeyd olunanlar hazırkı mülki işin müəyyən olunmuş halları baxımından dəyərləndirildikdə, müəyyən olunur ki, həmin şərt hazırkı işə tətbiq oluna bilmir, çünki hazırkı işdə iddiaçının tələbinin əsaslığı, onun sübutlarının mötəbərliyi hər hansı şübhə doğurmur, ona görə ki, həmin hallar digər sübutlarla yanaşı, həm də Cinayət Kollegiyasının hökmü,cinayət işinin hissəvi xitam olunması barədə qərarı ilə təsdiq olunur. Demək ki, hazırkı mülki işdə iddiaçının tələbinə münasibətdə iddia müddətinin tətbiqini zəruri edən şərtlərin heç biri yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə

65. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

66. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

67. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

68. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

69. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

70. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

71. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

72. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

73. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

74. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Prosessual Məcəllə

75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

79. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdı r.

80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

82. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı2 MMC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarlarında irəli sürülən göstərişlərini icra edərək, cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticəni qanunvericiliyə uyğun əsaslandırmışdır.

87. Kassasiya şikayətinin əsas dəlilləri mübahisəyə iddia müddətinin tətbiqinin mümkünsüz olması ilə bağlıdır.

88. Bu dəlil lərlə bağlı apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışı zamanı kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq qeyd etmişdir ki, “Son haqq hesaba dair” 17 mart 2015-ci il tarixli müqaviləyə əsasən nisyə alğı-satqı müqaviləsi üzrə öhdəlik son olaraq 2015-ci ilin 30 noyabrınadək icra edilməli idi. Cavabdeh tərəfindən sonuncu ödəniş 15 fevral 2017-ci ildə baş vermişdir. İddiaçı 15 fevral 2017-ci ildən sonra ödəniş olmadığından hüquqlarının pozulmasını bilirdi. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, xx.xx.2017-ci ildən 3 illik iddia müddəti ötürülməklə xx.xx.2021-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmçinin, xx.xx.2017-ci il tarixdən sonra cavabdeh tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlər mövcud deyildir. Bundan əlavə iddiaçı tərəfindən cinayət işində mülki iddia verilməmiş, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Hətta nəzərə alınsa ki, iddiaçı tərəf “cinayət işinə baxılaraq hökmlə “X12 Pro” markalı epilyasiya aparatının Nazim Tanrıverdiyevdə qalması nəticəsinə gəlinərdisə, iddia verməyəcəyinə” münasibətdə kollegiya qeyd edir ki, dəyəri 80.00085.000 manat arasında dəyişən epilyasiya aparatı iddiaçı tərəfindən tələb olunan 181.859 manat borcu bağlamır və qeyd olunan hal iddia müddətinin axımını dayandırmır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır.

89. Kassasiya şikayətinin digər dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

90. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4102/23 nömrəli, 23 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar