Məhkəmə qərarları › İş №2(102)-1440/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1440/2023

17.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1440/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar X2 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul vəsaitinin qaytarılması, iddia müddətinin kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar X2 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı pul vəsaitinin qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5963/2022 nömrəli iş üzrə 02 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-XXX/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli hökmünə görə, məhkəmə apellyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh haqqındakı 8 may 2019-cu il tarixli hökmünün ləğv edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin XXX2.1-ci maddəsi ilə bəraətin verilməsi, İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 99149015-1441 seriyalı “Candela GentleLase Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeh qaytarılması, Bakı şəhəri Nəsimi Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş “XXX” gözəll ik salonunun giriş qapısının silindrik mexanizmi və üzərində “Kale və “Apeka” sözləri yazılmış açar nüsxələrinin ünvan 1 ünvanda yerləşən “XXX” gözəllik salonunun icarədarı X3 qaytarılması hökm edilmişdir.

2. Həmin hökmdə göstərilmişdir ki, Cavabdeh ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. O, XXXi uşaqlıqdan tanıyır. Təxminən 2011-ci ildən XXX və Asim Tanrıverdiyev qardaşları işlətdikləri şirkətin Goranboy rayonunda, Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtkü yağları təhvil alaraq aparıb, müştərilərə satmaqla dolanmışdır. O, rəsmi olaraq İddiaçı2 MMC-də işləməmişdir. 2015-ci ilin mart ayında şirkətdən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayına qədər onun şirkətə 230.756 manat məbləğdə borcu var. Həmin borcu onun qarşısın a İddiaçı1 qardaşları XXX və XXX çıxarmışlar. O da borcu etiraf etmiş və razılaşmışdır ki, bunu qısa müddətdə ödəyəcək. Bununla bağlı müqavilə tərtib olunmuş, həmin müqavilənin şərtlərinə əsasən o, borcdan 160.766 manatı xx.xx.2015-ci il tarixədək, qalan 70.000 manatı isə noyabr ayının 30-na kimi ödəməlidir. 2015-ci ilin oktyabr ayına qədər o, şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı müvəqqəti təhvil verən vaxtı onun şirkətə artıq 190.000 manat məbləğdə borcu qalmışdır. 2014-cü ildə o, özünə təzə iki ədəd ABŞ istehsalı “Candella GentleLase Pro” markalı epilyasiya aparatı almışdır. O, XXX ilə razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190.000 manat məbləğdə borcunun əvəzinə müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus həmin aparatı versin. XXX həmin aparata 85.000 manata qiymət qoyub dəyərləndirmişdir. Həmçinin, razılaşmaya əsasən həmin aparatdan gələn gəlir onun şirkətə olan borcundan çıxılmalı idi. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağrılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. Həmin danışıq onunla İddiaçı1 arasında olmuşdur. O, İddiaçı1 bildirmişdir ki, müştərilərdən pulunu ala bilmir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-XXX/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin 5 nömrəli Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli **********762700 nömrəli məktubuna görə, xx.xx.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən Cavabdeh (VÖEN **********) xx.xx.2015-ci il tarixdən vergi uçotunda olması müəyyən olunmuşdur. Cavabdeh “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” müraciətinin olması müəyyən olunmamışdır. Hazırda vergi ödəyicisinin fəaliyyəti aktiv vəziyyətdədir.

5. İddiaçı2 MMC-nin Nizamnaməsinə əsasən, Cəmiyyətin nizamnamə kapitalı 2 manat həcmindədir və hər biri bir manat olmaqla 2 paydan ibarətdir, İddiaçı1 cəmiyyətin nizamnamə kapitalında 2 payın, 100 faizin sahibidir.

6. Məhkəmə s orğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş Cavabdeh barəsində olan 1(006)-XXX/2019 nömrəli cinayət işi üzrə materiallara əsasən, İddiaçı2 MMC ilə müştəri Cavabdeh arasında aparılmış mal-pul əməliyyatlarının auditinin nəticələri barədə xx.xx.2017-ci il tarixli auditor rəyinin surətindən görünür ki, audit nəticəsində aşağıdakılar müəyyən edilmişdir: İddiaçı2 MMC-nin Gəncə və Bakı ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək buraxılmış və ya ikincinin satış məqsədi ilə qəbul etdiyi müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış əməliyyatlar nəticəsində ilkin olaraq müəyyən edilmiş dəymiş ziyan və yaxud xx.xx.2017-ci il tarixədək Cəmiyyətə ikinci tərəfindən ödənilməmiş borcun məbləği, həqiqətən də, 181.859 manat t əşkil edir və auditin gedişi zamanı toplanılmış sübutlar, eyni zamanda yerinə yetirilmiş prosedurlar bu barədə əsaslı və ədalətli təsəvvür yaradır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli XXX nömrəli rəyinə görə, ekspertiza nəticəsində İddiaçı2 MMC-nin Gəncə və Bakı ofislərindən müştəri Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə aparılmış tədqiqat nəticəsində Cavabdeh hesabında 181.859 manat məbləğdə satış pulunun çatışmazlığı müəyyən edilmişdir.

8. Cavabdeh barəsində 1(006)-XXX/2019 nömrəli cinayət işi üzrə materiallarda xx.xx.2019-cu il tarixli “Təqsirləndirilən şəxsin dindirmə protokolu”ndan müəyyən olunur ki, (1(006)-XXX/2019 nömrəli cinayət işinin 6-cı cild i, i/v-10-11), cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılarkən məhkəmədə sərbəst ifadə verən zaman Cavabdeh göstərmişdir ki, o, İddiaçı1 uşaqlıqdan tanıyır və onun uzaq qohumudur. Təxminən, 2011ci ildən XXX, XXX və XXX qardaşlarının işlətdikləri şirkətin Göranboy rayonunun Dəliməmmədli şəhərində və Bakıda yerləşən anbarlardan müxtəlif akkumulyator, sürtkü yağları təhvil alaraq aparıb müştərilərə satmaqla dolanmışdır. 2015-ci ilin mart ayında İddiaçı2 MMC şirkətindən onu çağıraraq bildirmişdirlər ki, 2015-ci ilin mart ayında qədər şirkətə 230.756 manat məbləğdə borcu var. 2015-ci ilin oktyabr ayına qədər şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və aparatı təhvil verən vaxtı onun şirkətə 190000,00 manat məbləğdə borcu olmuşdur. 2015-ci ilin oktyabr ayında o, XXX ilə razılaşmış dır ki, həmin vaxta şirkətə olan 190.000 manat məbləğdə borcunun 85.000 manatlıq hissəsinin əvəzi olaraq müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus aparatı versin. Razılaşma əldə edildikdən sonra o, XXX və İddiaçı1 kürəkəni XXXla bərabər həmin aparatın yerləşdiyi “XXX” gözəllik salonuna gəldilər, və bu vaxt, XXX aparatda işləyən XXXya tapşırdı ki, bundan sonra aparatdan gələn gəlirləri XXXə versin. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırıldı və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olundu. Bu zaman onunla İddiaçı1 arasında mübahisə yarandı. O, aparatı təhvil verəndən sonra 2017-ci ilin fevral ayına qədər şirkətə olan 190.000 manat borcundan 10-13 min manat civarında mal və pul qaytarmışdır. xx.xx.2017-ci il tari xdə hamı salonu tərk edəndən sonra, o, lazer aparatını geri götürdü.

9. Cavabdeh barəsində olan 1(006)-XXX/2019 nömrəli cinayət işi üzrə materiallardan həmçinin məlum olur ki, "xxxx" MMC ilə Cavabdeh arasında "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə bağlanmışdır (1(006)-XXX/2019 nömrəli cinayət işinin 2-ci cildi, i/v-127-128). Sözügedən müqavilənin 1.1-ci şərti ilə müəyyən olunur ki, 230.766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015-ci il tarixədək bir hissəsini (160.766 manat) və son olaraq 2015-ci ilin 30 noyabrınadək 70.000 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür.

10. Birinci instansiya məhkəməsində cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir. İŞ Ü ZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC-nin xeyrinə cavabdehdən 181.859 manat məbləğdə pul vəsaitinin tutulması, mənəvi zərərin əvəzi olaraq İddiaçı1 xeyrinə cavabdehdən 10.000 manat məbləğdə pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-XXX1/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia qismən təmin edilmiş, 181,859 məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı2 MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... Cavabdeh alıcılara paylamaq məqsədi ilə İddiaçı2 MMC-yə məxsus mallara görə ödənilən pulları İddiaçı2 MMC-nin xəzinəsinə təhvil verməyərək İddiaçı2 MMC-yə qarşı mülki hüquq pozuntusunu törətmiş və cavabdehin bu təqsirli hərəkətləri nəticəsində İddiaçı2 MMC-yə 181859,00 manat məbləğdə maddi ziyan dəymişdir. Odur ki, iddia İddiaçı2 MMC-yə dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilərək, 181859,00 manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilməlidir. Məhkəmə iddianın iddiaçı X1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000,00 manat məbləğdə pul vəsaitin Cavabdeh tutularaq iddiaçı X1 ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir.... Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən hazırkı iddia tələbinin tərəflər arasında mövc ud olmuş müqavilədən irəli gələn münasibətlərdən yarandığına görə iddiaya üç illik iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi ilə bağlı ərizəsinə qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərinin mövcud olduğunu iddia etsə də,məhkəmə araşdırması zamanı Cavabdeh ilə İddiaçı2 MMC və ya İddiaçı1 arasında hər hansı müqavilənin bağlanıldığı öz təsdiqini tapmamışdır. Hazırkı iddia tələbi zərərin vurulması nəticəsində əmələ gəldiyinə görə, iddiaya ümumi iddia müddəti tətbiq edilməli və müddətin axımı cavabdeh tərəfindən dəymiş ziyana görə son ödənişin aparıldığı vaxtdan, yəni 2017- ci ilin fevral ayından hesablanmalıdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat 1

4. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin 181.859 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı2 MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5963/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 181.859 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı2 MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Beləliklə, müəyyən olunmuşdur ki, X2, onun rəhbəri olduğu İddiaçı2 MMC ilə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqısatqısı) əməliyyatları baş vermişdir. Yəni tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mülki-hüquqi münasibətlər mövcud olmuşdur. Odur ki, tələb olunan pul məbləği mülki hüquqi pozuntusundan (delikt) deyil, müqavilə münasibətlərindən irəli gəlmişdir. Nəticə olaraq "xxxx" MMC ilə Cavabdeh arasında "Son haqq hesaba dair" 17 mart 2015-ci il tarixli Müqavilə imzalanmışdır. Sözügedən müqavilənin 1.1-ci şərtləri ilə müəyyən olunur ki, 230.766 manat borcun Cavabdeh ən geci 01 iyul 2015-ci il tarixədək bir hissəsini (160.766 manat) və son olaraq 2015-c i ilin 30 noyabrınadək 70.000 manat hissəsini də ödəməklə bütün borcunu ödəmək öhdəliyi götürmüşdür.... Yuxarıda göstərilənlərə əsasən məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh alıcılara paylamaq məqsədi ilə İddiaçı2 MMC-yə məxsus mallara görə ödənilən pulları İddiaçı2 MMC-nin xəzinəsinə təhvil verməyərək İddiaçı2 MMC-yə qarşı mülki hüquq pozuntusunu törətmiş və cavabdehin bu təqsirli hərəkətləri nəticəsində İddiaçı2 MMC-yə 181859,00 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddia İddiaçı2 MMC-yə dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilərək, 181859,00 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilməlidir. Göründüyü kimi, Cavabdeh borcu etiraf etmiş və raşılaşmışdır ki, bunu qısa müddətdə ödəyəcək. 2015-ci ilin oktyabr ayına qədər o, şirkətə borclu olduğu mallardan bəzilərini qaytarmış və özünə aldığı “Laser GentleLase Pro” lazer aparatını borcun ödənilməsi üçün iddiaçılara təhvil verən vaxtı onun şirkətə artıq 190.000,00 manat məbləğində borcu qalmışdır. O, razılaşmışdır ki, həmin vaxta şirkətə olan 190000,00 manat məbləğində borcunun əvəzinə müvəqqəti olaraq istifadə edilməsi üçün özünə məxsus həmin aparatı versin. Həmin aparata 85000,00 manat qiymət qoyulub dəyərləndirmişdir. Həmçinin razılaşmaya əsasən həmin aparatdan gələn gəlir onun şirkətə olan borcundan çıxılmalı idi. 2017-ci ilin fevral ayının 11-12 tarixlərində o, şirkətin Bakixanov qəsəbəsindəki filialına çağırılmış və ondan borcunun qalan hissəsinin ödənilməsi tələb olunmuşdur. Bu zaman onunla İddiaçı1 arasında mübahisə yaranmışdır. Bundan sonra yəni, xx.xx.2017-c i il tarixində, hamı salonu tərk edəndən sonra, Cavabdeh lazer aparatını geri götürmüşdür. Cavabdeh lazer aparatını geri götürməsi əməlinin özbaşınalıq cinayət əməli kimi iddiaçı XXX tərəfindən hüquq mühafizə orqanlarına şikayət olunmuş və bununla bağlı Cavabdeh barəsində cinayət işi başlanılmışdır (1(006)XXX/2019 nömrəli cinayət işi).... Odur ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-XXX/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən, o cümlədən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddəti ötürülməmişdir. Belə ki, əgər cinayət işinə baxılaraq hökmlə “X11 Pro” markalı epilyasiya aparatının XXXdə qalması nəticəsinə gəlinərdisə bu halda borcun ödənilməsinə dair iddia qaldırılmasına ehtiyac qalmayacaqdı. Yəni hazırkı iddia ona görə qaldırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-XXX/2019 nömrəli hökmü ilə İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X12 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeha qaytarılması da hökm edilmişdir.... Məhkəmə Kollegiyası qeyd edir ki, tərəflər arasındakı borc münasibətləri yarandığı vaxtdan sonra, yəni xx.xx.2015-ci il tarixdən Cavabdeh (VOEN **********) vergi uçotunda olması müəyyən olunduğundan hazırkı mübahisə kommersiya mübahisəsi deyildir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiy yəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10No-li Qərarındakı mövqeyə əsasən qanunsuz sahibkarlıqdan yaranan mübahisələr kommersiya mübahisələrinə aid edilmir.”

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 377, 380, 385, 386-cı maddələrinin müddəalarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 181.859 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutul araq iddiaçıya ödənilməsi hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlillərinə görə, iddiadan belə bəlli olur ki, iddiaçı, onun rəhbəri olduğu İddiaçı2 MMC ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında müxtəlif malların alqı-satqısı (nisyə alqı-satqısı) əməliyyatları baş vermişdir. Yəni iddiaçılarla Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Alqı-satqı münasibətlərinin olmasını birinci instansiya məhkəməsi inkar etsə də, apellyasiya instansiyası məhkəməsi bu halı qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanğıcı ilə bağlı qənəati tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, tələbkar olan iddiaçılar i ddiaçı və onun rəhbəri olduğu İddiaçı2 MMC hüququnun pozulduğu 2015-ci ildən hazırkı iddia qaldırılana kimi məhkəməyə iddia ilə müraciət etməmişlər ki, qanunvericiliklə müəyyən olunmuş (Mülki Məcəllənin 372 və 373.2-ci maddələri) iddia müddətinin buraxılması hesab olunur. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmək üçün əsassız olaraq o qənaətə gəlir ki, iddiaçı tərəf hüquq-mühafizə orqanlarına müraciət etmiş, Cavabdeh haqqında cinayət işi başlanılaraq baxılması üçün məhkəməyə göndərilmiş, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli hökmü ilə məhkəmə Cavabdeh apellyasiya şikayətini qismən təmin edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmün ün ləğv edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin XXX2.1ci maddəsi ilə bəraətin verilməsini, İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı “X12 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeh qaytarılmasını hökm etmişdir. Kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-XXX/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət et diyindən, o cümlədən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddəti ötürülməmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsinin sözügedən qənaəti kökündən qanunsuz və aşağıdakılara görə əsassızdır: 1. iş materialları ilə müəyyən olunur ki, borcla bağlı tərəflər arasındakı son hərəkət (istərsə bu borcun etirafı olsun, istərsə hər hansı ödəniş) son ödənişin aparıldığı vaxt, yəni 2017-ci ilin fevral ayının 15-dir. Yəni bu tarixdən sonra Cavabdeh tərəfindən iddiaçılara heç bir ödəniş edilməmiş, heç bir etirafedici hərəkət baş verməmişdir; 2. iş mateialları ilə müəyyən olunur ki, iddiaçı iddiaçı və "xxxx" MMC xx.xx.2020-ci il tarixli qərardan sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, müəyyən olunur ki, son ödənişi n (etirafın) 2017-ci ilin 15 fevralından xx.xx.2021-ci il tarixə kimi 4 il 7 ay keçmişdir. Bu isə qanunla müəyyən olunmuş 3 illik iddia müddəti keçdikdən sonra iddia ilə məhkəməyə müraciət edilməsini göstərir ki, iddianın rədd edilməsi üçün əsasdır. İşin müəyyən edilmiş halları konkret olaraq təsdiq edir ki, artıq 2017-ci ilin 15 fevralından etibarən cavabdeh iddiaçılardan özünə məxsus lazer epilyasiya aparatını götürmüş, bundan sonra iddiaçılara heç bir ödəniş etməmişdir. Yəni iddiaçılar açıq-aydın bilirdilər ki, Cavabdeh onlara heç bir borcunun olmadığını bəyan edir, bu səbəbdən də öz aparatını onlardan geri almışdır. İddiaçılar tərəfindən hüquq-mühafizə orqanlarına müraciət etməsi, Cavabdeh haqqında cinayət işinə məhkəmələrdə baxılması, bu səbəbdən həmin iş bitdikdən sonra iddia müddəti nin başlanması ilə bağlı məhkəmənin qənaətinə gəldikdə bu birbaşa qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsində qanunverici konkret olaraq göstərmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin başlanğıcının müəyyənləşdirilməsi ilə bağlı qənaəti qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.2. Müqavilə tələblər i üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflə r üçün məcburi olur; Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf ol unmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin q ətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulm uş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesa b edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquq i mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018 -ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərar: “Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.”

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməs i haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; -

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -

17. Kassasiya və apellyasi ya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamənin iddia təmin edilən hissədə ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız həmin hssədə və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yoxlanılır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, hazırkı mübahisə tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərindən meydana gəlmişdir, borcla bağlı cavabdeh tərəfindən sonuncu hərəkət (ödəniş) xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir, bu tarixdən sonra cavabdeh iddiaçılara heç bir ödəniş və etirafedici hərəkət etməmişdir, iddia xx.xx.2021-ci il tarixdə qaldırılmışdır.

31. Cavabdeh hesab edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilən üç illik iddia müddəti iddiaçılar tərəfindən ötürülmüşdür, habelə, iş üzrə Mülki Məcəllənin 380.1 -ci maddəsində nəzərdə tutulan əsaslarla (1. müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; 2. borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi) iddia müddətinin axımının kəsilməsi baş verməmişdir.

32. Cavabdeh bu arqumentlərini kassasiya şikayətində olduğu kimi, apellyasiya şikayətində də irəli sürmüşdür.

33. Apellyasiya şikayətinin həmin dəlilinə qiymət verən apellyasiya instansiyası məhkəməsi iddiaçıların sözügedən dəlilə qarşı mülahizələri ilə razılaşaraq, belə bir qənaətə gəlmişdir ki, “... iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-XXX/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən, o cümlədən müqavilə tələbləri üzrə iddia müddəti üç i l olduğundan iddia müddəti ötürülməmişdir. Belə ki, əgər cinayət işinə baxılaraq hökmlə “X11 Pro” markalı epilyasiya aparatının XXXdə qalması nəticəsinə gəlinərdisə bu halda borcun ödənilməsinə dair iddia qaldırılmasına ehtiyac qalmayacaqdı. Yəni hazırkı iddia ona görə qaldırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-XXX/2019 nömrəli hökmü ilə İddiaçı1 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X12 Pro” markalı lazer epilyasiya aparatının ondan alınıb Cavabdeha qaytarılması da hökm edilmişdir.”

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır.

35. Birincisi, apellyasiya instansiyası məhkəməsi bu mövqeyə gələrkən Mülki Məcəllənin 3 80.1-ci maddəsində nəzərdə tutulan iki əsasdan hansının mübahisə üzrə mövcudluğunu qəbul etdiyini qətnaməsində göstərməmişdir.

36. İkincisi, fərz olunsa ki, həmin məhkəmə bu nəticəyə müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi əsasına istinad etməklə gəlmişdir, o halda belə bir əsas işdən müəyyən edilmir. Çünki, həmin əsasdan bəhs edə bilmək üçün iddiaçılar tərəfindən xx.xx.2017-ci il tarixdən sonra hazıkı mübahisəli borc məbləği ilə bağlı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edilməli idi ki, apellyasiya instansiyası məhkəməsi bu halın baş verdiyini qeyd etmir.

37. Üçüncüsü, yenidən güman edilsə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçılar tərəfindən xx.xx.2017-ci il tarixdən sonra hazıkı mübahisəli borc məbləği ilə bağlı cavabdehə qarşı iddia qaldırılması şərtinin Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-XXX/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-XXX/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə yerinə yetirildiyi qənaətindən çıxış etmişdir, bu halda adları çəkilən hökm və qərarda iddiaçılar (cinayət işi üzrə zərərçəkmiş şəxslər) tərəfindən verilməli olan mülki iddialara istinad etməli idi. Lakin bu da baş verməmişdir.

38. Dördüncüsü, “... əgər cinayət işinə baxılaraq hökmlə “X11 Pro” markalı epilyasiya aparatının XXXdə qalması nəticəsinə gəlinərdisə bu halda borcun ödənilməsinə dair iddia qaldırılmasına ehtiyac qalmayacaqdı”sa, o halda iş üzrə dəyəri 80.000-85.000 manat arasında dəyişdiyi bildirilən epilyasiya apar atının qiyməti iddia məbləği 181.859 manatdan çıxıldıqdan sonra qalan məbləğdə iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hansı nəticəyə gələcəyi də qətnamədən aydın olmur.

39. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini eht iva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə on a xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X6rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).

40. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

41. MPM-in 417.1.3 və 418.1-ci maddələrin in tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

42. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən bu Qərarın 3038-ci bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

43. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassa siya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5963/2022 nömrəli iş üzrə 02 dekabr 2022-ci il tarixli qətnaməsi “İddia tələbi qismən təmin edilsin. Cavabdeh 181.859,0 (yüz səksən bir min səkkiz yüz əlli doqquz manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı2 MMC-yə ödənilsin.” hissədə ləğv edilsin, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar