Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-901/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 32 il bundan əvvəl, 03 dekabr 1990-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X7nda işə qəbul olunmuşdur və həmişə ona göstərilən etimadı doğrultmuşdur. Lakin işçisi olduğu müəssisədə qanunla qadağan olunan ciddi qanun pozuntularına yol verilməsinə etiraz bildirdiyinə və bununla əlaqədar dövlət orqanlarına rəsmi məlumat verdiyinə görə artıq 20 ilə yaxın bir müddətdir ki, müəssisə rəhbərliyi tərəfindən davamlı olaraq əsassız təqiblərə məruz qalmışdır. Məhz bunun nəticəsidir ki, MƏA rəisinin xx.xx.2020-ci il tarixli 135 №-li əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir. xx.xx.2020ci il tarixdə isə MƏA rəisinin “işdən azad edilmiş İddiaçı ona təhkim olunmuş avtomobillərin birtərəfli qəbulu üçün komissiyanın yaradılması haqqında” xx.xx.2020-ci il tarixli 150 №-li əmrinə əsasən yaradılmış komissiya tərəfindən MAZ-544005 markalı P340QQ nömrə nişanlı və MAZ-630305 markalı P332QQ nömrə nişanlı avtomobillər onun iştirakı olmadan qəbul edilərək xx.xx.2020-ci il tarixli 944 №-li akt tərtib edilmiş və həmin avtomobillər işə sonralardan götürülmüş sürücülərə təhkim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(103)-2814/2021 saylı qətnaməsi ilə MƏA rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə borclu tələbi qanunvericiliyin tələblərinə uyğun şəkildə icra etmədiyinə görə xx.xx.2022-ci il tarixdə “əmrlərin ləğv edilməsi və qətnamənin düzgün icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin işin xx.xx.2022-ci tarixə təyin edilmiş baxış iclasında cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə izahat verərkən qeyri-iradi olaraq iddianı etiraf edərək bildirdi ki, İddiaçı işdən azad edilməsi haqqında X7 rəisinin xx.xx.2020-ci il tarixli 135 №-li əmrinin mətni çox böyük olduğundan onu iddiaçıya məxsus əmək kitabçasına yerləşdirməyin mümkün olmaması səbəbindən həmin əmrin əsasında xx.xx.2020-ci il tarixli 152 №-li ikinci bir əmr vermişlər. MƏA-nın rəisinin xx.xx.2020-ci il tarixli 135 №-li əmri Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir və həmin əmr artıq yoxdur. xx.xx.2020-ci il tarixli 152 №-li əmrin 5-ci paraqrafı isə MƏA rəisinin 28 dekabr 2021-ci il tarixli 314 №-li əmri ilə etibarsız edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 4699/21 №-li qərarı ilə İddiaçı əvvəlki vəzifəsinə bərpa edilmişdir. Lakin buna baxmayaraq iddiaçı bu günə qədər işə çıxmamışdır. Cavabdehin nümayəndəsi həmin prosesdən qayıtdıqdan dərhal sonra fürsətdən istifadə edərək tez-tələsik əvvəlki tarixlə sənədlər hazırlamışdır və guya MƏA rəisinin xx.xx.2022-ci il tarixli 63 saylı əmri əsasında verilmiş eyni tarixli 54 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış olan əmək müqaviləsinə xitam verilərək hələ məhkəmə icraatı başa çatmamış təkrarən işdən azad edilmişdir. 17 mart 2022-ci il tarixdə MƏA-dan poçt vasitəsi ilə alınmış xx.xx.2022-ci il tarixli 383 №-li məktubda göstərilmişdir ki, X7 rəisinin 5 mart 2022-ci il tarixli 54 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. “Sizin adınıza qeyd olunan (050) ***-**-** və (051) ***-**-** nömrəli telefonlarla əlaqə saxlamaq mümkün olmadığına görə əmək müqavilənizə xitam verilməsi barədə əmrdən çıxarışı poçt vasitəsi ilə ünvanınıza göndəririk”. Lakin həmin məktubda qeyd edilənlərin heç birinin həqiqətə uyğun olmadığı göz qabağındadır. Belə ki, əvvəla onu nəzərə almaq lazımdır ki, qarşı tərəfin nümüyəndəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi, İddiaçı Müdafiə Nazirliyinə qarşı iddiasına “ETİRAZ” da guya məhz 05 mart 2022-ci il tarixdə tərtib edilmişdir və orada qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X7 Rəisinin 314 №-li əmri ilə İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarının tələbinə əsasən əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil-sürücüsü ekspeditoru) bərpa edilmişdir. Lakin İddiaçı əsaslı hər-hansı səbəb olmadan işə bərpa olunduğunu bildiyi halda iş yerinə gəlməmiş və vəzifəsinin icrasına başlamamışdır. ” Göründüyü kimi, məhkəməyə təqdim edilən tarixdən 4 gün əvvəl hazırlanmış “ETİRAZ”-da onun məhz həmin sənədin tərtib edildiyi eyni vaxtda, yəni MƏA rəisinin xx.xx.2022-ci il tarixli 54 nömrəli əmri ilə işdən azad edilməyi barədə heç nə göstərilməmişdir. Bundan əlavə, əgər həqiqətən də xx.xx.2022-ci il tarixdən belə bir hal mövcud olmuş olsaydı, 4 gün sonra xx.xx.2022-ci il tarixdə və 9 gün sonra xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə ona və ya hakimə bu barədə məlumat vermiş olardı. Üstəlik onun telefonları da hər zaman açıqdır, lakin həmin tarixlərdə MƏAdan ona zəng edilməmişdir. Bütün bunlar belə bir nəticəyə gəlməyə əsas verir ki, MN-nin X7 rəisinin xx.xx.2022-ci il tarixli 54 nömrəli əmri və MƏA-dan poçt vasitəsi ilə ona göndərilən xx.xx.2022-ci il tarixli 383 №-li məktub sonradan hazırlanmışdır. İddiaçı MƏAnın daşıma bölməsində onun adına təhkim olunmuş “MAZ-630305” markalı, P 332 QQ nömrə nişanlı və “MAZ-544005” markalı, P 340 QQ nömrə nişanlı avtomobillərlə bölgələrdə yerləşən hərbi obyektlərə müxtəlif zəruri ərzaq məhsulları daşıyırdı. Lakin “MAZ 630305” markalı, P 332 QQ nömrə nişanlı avtomobil texniki cəhətdən nasaz olduğuna görə 2017-ci ilin noyabr ayından, “MAZ 544005” markalı, P 340 QQ hərbi qeydiyyat nişanlı avtomobil isə 2019-cu ilin sentyabr ayından istismara yararsız vəziyyətdə tam dayandırılmışdır. 05 mart 2018-ci il tarixdə daxili komissiya tərəfindən MAZ-630305 markalı, P332QQ dövlət nömə nişanlı avtomobilin texniki vəziyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, sürətlər qutusunda 4-cü və 8-ci ötürmələrdə səs gəlir, istismar zamanı vaxtıvaxtında texniki qulluqlarına riayət edilmişdir. Bu barədə 6 və 7 №-li aktlar tərtib etməklə komissiya qərara gəlmişdir ki, MAZ-630305 markalı, P332QQ hərbi qeydiyyat nişanlı avtomobilin sürətlər qutusu texniki vəziyyətinə görə İV dərəcəyə aiddir, əsaslı təmir olunması məqsədəuyğundur. 29 oktyabr 2019-cu il tarixdə isə daxili yoxlama komissiyası tərəfindən MAZ 544005 markalı, P 340 QQ dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və istismara yararsız olması barədə xx.xx.2019 tarixli 1699 №-li akt tərtib edilmişdir. Həmin avtomaşınların təmir etdirilməsi ilə əlaqədar daşıma bölməsinin, eləcə də MƏA-nın rəisinə dəfələrlə yazılı və şifahi müraciət etsə də, müvafiq tədbir görmək əvəzinə, ona əsassız böhtanlar atmaqla işdən azad etmək üçün bəhanə axtarırdılar. Əvvəllər də analoji problemlər zəminində MƏA-nın rəisi ilə aralarında mütəmadi olaraq əmək mübahisələri yarandığından, hüquqlarının qorunması üçün dəfələrlə məhkəməyə müraciət etmişdir, hər dəfə haqlı olduğu təsdiq olunmuşdur. Belə ki, hələ 19 il bundan əvvəl, 2003-cü ildə Binəqədi rayon məhkəməsinin icraatında olan, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X4rşı “işə bərpa və vurulmuş zərərin ödənilməsi” tələbi haqqında 2-3729/2003 saylı iş üzrə 09 dekabr 2003-cü il tarixli qətnaməsi ilə (sədrlik edən: hakim M.A.Bağırova) iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 1MK-2769/04 saylı 25 iyun 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı Müdafiə Nazirliyinin X4rşı işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi barədə iddiasına dair iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 dekabr 2003-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi işə bərpa hissəsində ləğv edilmiş,İddiaçı MN-nin X6 sürücü vəzifəsinə bərpa olunması qət edilmişdir. Lakin hazırda olduğu kimi, X7 tərəfindən həmin qətnamənin real icrası təmin edilməmiş, onun işdən azad edilməsi barədə xx.xx.2003-cü il tarixli 302 saylı əmr ləğv edilməmiş, ona əvvəl idarə etdiyi maşını qaytarmaqdan qəti imtina edilmiş, və xx.xx.2004cü il tarixli 79, 224 saylı, 25.082004-cü il tarixli 85 saylı əmrlərlə onun razılığı olmadan adına təhkim olunmuş 2 ədəd nasaz vəziyyətdə olan avtomaşınları qəbul etməkdən imtina etdiyinə görə xx.xx.2004-cü il tarixli 274 saylı əmrlə təkrar olaraq işdən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-132/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası MN-nin X4rşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” barədə iddiası təmin edilmiş, MN MƏA rəisinin xx.xx.2004-cü il tarixli 79, 224 saylı, xx.xx.2004-cü il tarixli 85 saylı, xx.xx.2004-cü il tarixli 274 saylı əmrlərinin ləğv edilməsi, İddiaçı öz əvvəlki işinə, Kamaz 54112 markalı 89-05-AO dövlət nömrə nişanlı avtomobilə sürücü vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün cavabdeh təşkilatdan ona əmək haqqı ödənilməsi qət edilmişdir. Yalnız bundan sonra MƏA rəissin xx.xx.2005-ci il tarixli 66, 101 №-li əmrləri ilə xx.xx.2003-cü il tarixli 302 №-li, xx.xx.2004-cü il tarixli əmrlər ləğv olunaraq, o əvvəlki işinə bərpa edilmişdir və eləcə də bu barədə onun adına olan əmək kitabçasına xx.xx.2005-ci il tarixli 13 saylı qeyd daxil edilmişdir. Eləcə də, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2-1132/2005 saylı 09 noyabr 2005-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 (X5 sabiq rəisi) qarşı “vurulmuş maddi zərərin ödənilməsinə dair” iddiası təmin edilmiş, X2 7.100,00 manat məbləğində maddi zərər və 99,00 manat dövlət rüsumu tutulub, İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-175/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul kompensasiyasının ödənilməsi” barədə iddiası təmin edilmiş, İddiaçı məzuniyyət hüququnun pozulduğu iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(103)-2814/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Müdafiə Nazirliyi X7 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Qətnamədə Məhkəmə Kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Mübahisələndirilən xx.xx.2020-ci il tarixli 135 saylı əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş halların həqiqiliyi təsdiq olunsa belə, bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Çünki həmin hallar qeyd olunan əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün birbaşa əsas ola bilməzdi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək (ƏM. M. 186.2). Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi şərtlərini müəyyən edən 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Cavabdehin xx.xx.2020-ci il tarixli 135 saylı əmrinin məzmunundan görünür ki, həmin əmrdə göstərilən intizam xətalarının hər birinə görə iddiaçıya ayrıca intizam tənbehi verilmişdir. Xüsusən də xx.xx.2020-ci il tarixli 132 saylı əmrdə iddiaçıya şiddətli töhmət verilməsinə əsas, sonuncunun 06 fevral 2020-ci ildə avtomobildə olan əlavə qurğuların sökülməsi və aşkar olunmuş artıq yanacağın anbara təhvil verilməsi barədə tapşırığı icra etməməsi və bu məqsədlə özünə xəsarət yetirməsi olmuşdur. Demək xx.xx.2020-ci il tarixli 132 saylı əmrdən sonra iddiaçıya xx.xx.2020-ci il tarixli 135 saylı əmrlə yenidən intizam tənbehi verilməsi üçün ən azından yeni bir əsas olmalı idi. Belə bir əsasın olması isə həmin əmrin məzmunundan görünmür. Yuxarıda qeyd edilənlər və həmçinin qanuni qüvvəyə minmiş Apellyasiya Məhkəməsi MİÜMK-nın 1MK-2769/04 saylı iş üzrə 25 iyun 2004-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin 6k-655/2004 saylı 15 aprel 2004-cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2814/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-132/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2- 1132/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-175/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2814/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar MN MƏA-nın rəhbərliyinin ona qarşı qərəzli mövqedə olduğu və iş yerində uzun müddət ərzində təqib edilərək dəfələrlə hüquqlarının pozulduğunu tam sübuta yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 19.1.7-ci maddəsinin tələbinə əsasən, onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakim tərəfindən işə baxilmasına yol verilmir. Odur ki, iddiçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı iş üzrə xx.xx.2022-ci tarixli qətnaməsindən apellyasiya şikayəti verəcək. Göstərilənləri nəzərə alaraq MƏA-nın rəisinin 05 mart 2022-ci il tarixli 54, 63 saylı əmrlərinin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2814/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı əvvəlki işinə MAZ 544005 markalı P340QQ nömrə nişanlı, MAZ-630305 markalı, P332QQ nömrə nişanlı avtomobillərə sürücü vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair 2(009)-901/2022 saylı mülki iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini kifayət qədər ətraflı yazmaqla məhkəməni cavabdeh tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edildiyinə inandırmağa cəhd edir. Qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində cavabdehə qarşı əvvəllər qaldırdığı iddiaları ilə bağlı qəbul edilmiş məhkəmə qərarlarını və həmin qərarların əsaslandırıcı hissəsində qeyd edilənləri sadalamaqla sanki hazırki iş üzrə “preyudisial” əhəmiyyət daşıyan faktları məhkəmənin nəzərinə çatdırmağa cəhd edir. Halbuki, əvvəlki məhkəmə qərarları iddiaçının əvvəl yol verdiyi intizam pozuntuları ilə bağlı cavabdeh tərəfindən vaxtilə görülmüş müvafiq tədbirlərin mübahisələndirilməsi ilə bağlı olmuşdur. Hazırda isə iddiaçı cavabdehin məhz xx.xx.2022-ci il tarixli 63 №-li Əmrini və 54 №-li Əmrdən çıxarışını mübahisələndirir. Cavabdehin xx.xx.2022-ci il tarixli 63 №-li Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Həmin Əmrdə “xx.xx.2021ci il tarixdən iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixədək işə çıxmadığı, işə çıxmamasının səbəbi barədə işə qəbul edən tərəfə heç bir məlumat vermədiyi” qeyd edilmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq məntəqələrinə ərzaq onun əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsidir. Belə ki, həmin işçinin işə çıxmaması ilə işin normal ahəngi pozulmuşdur. Nəzərə alınmalıdır ki, işə çıxmaması ilə bağlı iddiaçı cavabdehə hər hansı məlumat belə verməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilmiş “Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun...” şərti ödənilmişdir. Etirazın qoşma hissəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, cavabdeh tərəfindən dəfələrlə iddiaçıya onun əvvəlki vəzifəsinə bərpa olunması, işə çağırılması, o cümlədən lazımi sənədlərin təqdim edilməsi barədə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə məktublar göndərilmişdir. İddiaçının iş yerinə gəlməməsi barədə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə ərizə ilə müraciət edilərək əmək ahənginin nizama düşməsindən ötrü köməklik göstərilməsi, icra sənədinin qaytarılması xahiş edilmişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə iddiaçının işə çıxmamasının səbəblərinin aydınlaşdırılması məqsədilə komissiya heyəti iddiaçının yaşadığı ünvana getmiş, lakin iddiaçının özü ünvanda olmadığından məsələyə aydınlıq gətirilməmiş və 462 saylı Akt tərtib edilmişdir. İddiaçının işə gəlməməsi faktı həmçinin X1 da görünür. İddiaçı iddia ərizəsində qeyd etdiyi “cavabdehin Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)- 4699/2021 saylı Qərarı ilə qüvvədə qalmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)-2814/2021 saylı Qətnaməsini icra etməməsi” dəlili Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-269798/31 saylı məktubu ilə də təkzib edilir. Həmin məktubdan görünür ki, “Müdafiə Nazirliyi X5 xx.xx.2021-ci il tarixli məktubundan İddiaçı əvvəlki vəzifəsinə bərpa olunduğu, əvvəlki əmrin ləğv edilməsi qeyd edilmiş və müvafiq əmr məktuba əlavə olunmuşdur. Həmçinin iş üzrə tələbkarın işə bərpa olunmasına və ona bununla bağlı rəsmi məlumat verilməsinə baxmayaraq işə gəlməkdən imtina etdiyi qeyd edilmiş və bununla bağlı köməklik göstərilməsi xahiş olunmuşdur. Məlumat üçün qeyd edilir ki, məcburi işburaxma müddəti üçün hesablanmış 8955,76 manat pul Sizin müvafiq bank hesabınıza köçürülmüşdür. Qeyd edilənlər ilə bağlı Sizinlə dəfələrlə əlaqə saxlanılaraq icra sənədinin icrası ilə bağlı məlumat verilmiş və Yasamal rayon icra şöbəsinə dəvət edilmisiniz. Lakin buna baxmayaraq Siz icra sənədinin icrasının təmin olunmasına mane olursunuz”. Qanuni qüvvədə olan məhkəmə qərarının cavabdeh tərəfindən icra edilməməsi ilə bağlı iddiaçı bir müddət əvvəl də Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbi rədd edilmişdi. Qeyd edilməlidir ki, ümumiyyətlə məhkəmə qərarının icra edilməməsi hazırkı mülki iş üzrə iddia tələbinin predmeti ola bilməz. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, işə bərpa olunması barədə qətnamə və icra vərəqəsi ilə tanış olmuşdur. İcra haqqında qanunun 70.2-ci maddəsinə əsasən, qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Lakin həmin icra vərəqi icra məmurunun icraatındadır. Bu halda məhkəmə qətnaməsi icra olunmuş hesab olunmur. Onun işdən çıxarılması barədə əmr ləğv olunmayıb. Onu işə bərpa etmədən yenidən işdən çıxarmışlar. 1990-cı ildən həmin işə qəbul olunub və onunla əmək müqaviləsi bağlanılıb. Həmin zaman bağlanılan əmək müqaviləsi 2003-cü ildə ilk dəfə işə bərpa üçün məhkəməyə müraciə edəndə də təqdim olunmuşdur. O 2017-ci ildə birtərəfli qaydada dəyişiklik edilmiş əmək müqaviləsini imzalamaqdan imtina etmişdir. Əmək müqaviləsinin şərtlərini birtərəfli qaydada dəyişmək qadağandır. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə 135 saylı əmr ləğv edilmiş, onun əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Lakin cavabdeh tələbi qanunvericiliyə uyğun icra etmədiyinə görə qətnamənin düzgün icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisələri davam edən zaman cavabdeh yenidən onu işdən azad etmişdir. Bu zaman 135 nömrəli əmr deyil, 152 nömrəli əmri ləğv etdiklərini bildirmişlər. Lakin məhkəmə prosesləri zamanı 152 nömrəli əmrin varlığından bəhs etməmişlər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2020-ci il tarixli 135 nömrəli əmr qanunsuz hesab edilərək ləğv edilmişdir. Həmin əmr artıq qüvvədə olmadığı üçün 135 nömrəli əmrin əsasında həmin tarixdə verilmiş 152 nömrəli əmrin 5-ci paraqrafı da ləğv edilərək iddiaçı 28 dekabr 2021-ci il tarixdən işə bərpa olunmuşdur. Lakin buna baxmayaraq, iddiaçı bu günədək işə çıxmamımşdır. Dəfələrlə iddiaçıya onun əvvəlki vəzifəsinə bərpa olunması, işə çağırılması və lazımi sənədləri təqdim etməsi barədə müxtəlif tarixlərdə məktublar göndərilməsinə baxmayaraq iddiaçı tərəfindən heç bir hərəkət edilməmişdir. Onun işə gəlməməsi barədə akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixədək işə çıxmadığı, işə çıxmamasının səbəbi barədə məlumat vermədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. İddiaçı bu qədər müddətdir işə çıxmadığı üçün həmin vəzifəni icra etməsi üçün işçiyə ehtiyac var. Eyni zamanda, iddiaçının işləmədiyi bu qədər müddət üçün əmək haqqının ödənilməsi də ədalətsizdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qərardadından görünür ki, X5 ayrıca hüquqi şəxs olmayaraq Müdafiə Nazirliyinin tabeliyində olan struktur vahidi olduğundan X7 əsl cavabdeh Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-175/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul kompensasiyasının ödənilməsi” barədə iddiası təmin edilmiş, İddiaçı məzuniyyət hüququnun pozulduğu iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının ödənilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X7 rəisinin xx.xx.2020-ci il tarixli, 35 saylı, xx.xx.2020-ci il tarixli,74 saylı əmrlərinin ləğv edilməsi, əmək haqqından pul mükafatı kəsilmiş hər bir ay üçün 95 AZN, əmək qabiliyyətinin olmadığı dövr üçün ona ödənilmiş 11 AZN və dövlət rüsumuna görə 20 AZN məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(103)-2814/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Müdafiə Nazirliyi X7 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. İş üzrə X7 Rəisnin xx.xx.2021-ci il tarixli, 314 saylı Əmrindən görünür ki, X7 rəisinin 18 iyun 2020-ci il tarixli 152 nömrəli əmrin 5-ci paraqrafı etibarsız hesab olunması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4699/21 nömrəli qərarı ilə İddiaçı əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobilsürücüsü ekspeditoru) bərpa olunması və məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməsi əmr edilmişdir. İş üzrə X7 Rəisnin xx.xx.2022-ci il tarixli, 54 saylı Əmrindən görünür ki, İddiaçı, daşıma bölməsinin avtomobil sürücüsü ekspeditoru Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilimişdir. İş üzrə X7 Rəisnin xx.xx.2022-ci il tarixli, 63 saylı Əmrindən görünür ki, Məhkəmə qərarının icra olunması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli e269798/2021-53-31-002 nömrəli (X5 xx.xx.2021-ci il tarixli daxil olma nömrəsi 2127) bildirişinin tələbləri tərəfilərindən tam şəkildə icra olunmuş xx.xx.2021-ci il tarixdən vətəndaş İddiaçı öz əvvəlki vəzifəsinə (sürücü-ekspeditor) bərpa edilməsinə baxmayaraq bu günkü günə kimi (xx.xx.2022-ci il) işə çıxmamış, işə çxmamasının səbəbi barədə işə qəbul edən tərəfə heç bir məlumat verməmişdir. İddiaçı bu əməlləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin şərtlərini kobud şəkildə pozmuş hesab olunur və bu səbəbdən qeyd olunan məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilsin. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2014-cü ildən əmək mübahisələri olub. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(103)-2814/2021 saylı qətnaməsi ilə Müdafiə Nazirliyi X7 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmri ləğv edilmiş, İddiaçı əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4699/21 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(103)- 2814/2021 saylı qətnaməsi qüvvəsində saxlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X7 Rəisinin xx.xx.2021-ci il tarixli, 314 saylı Əmri əsasında X7 rəisinin 18 iyun 2020-ci il tarixli 152 nömrəli əmrin 5-ci paraqrafı etibarsız hesab olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4699/21 nömrəli qərarı ilə İddiaçı əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil-sürücüsü ekspeditoru) bərpa olunmuş və məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməsi əmr edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli 314 saylı əmrin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X7 Rəisinin xx.xx.2022-ci il tarixli, 63 saylı əmri ilə xx.xx.2021-ci il tarixdən vətəndaş İddiaçı öz əvvəlki vəzifəsinə (sürücü-ekspeditor) bərpa edilməsinə baxmayaraq bu günkü günə kimi (xx.xx.2022-ci il) işə çıxmamış, işə çxmamasının səbəbi barədə işə qəbul edən tərəfə heç bir məlumat verməmişdir. İddiaçı bu əməlləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin şərtlərini kobud şəkildə pozmuş hesab olunaraq 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilmişdir. İddiaçı irəli sürdüyü tələbləri onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 135 saylı əmr ləğv edilmiş olduğu halda X7 Rəisinin xx.xx.2021-ci il tarixli, 314 saylı Əmrində 152 nömrəli əmrin 5-ci paraqrafının etibarsız hesab edildiyini, məhkəmələrdə işə baxılarkən 152 saylı əmr barədə məlumat vermədiyini, bununla da məhkəmə qətnaməsinin tam icra olunmadığını və həmin əmr tərəfindən mübahisələndirilən zaman məhkəmə prosesi gedə-gedə yeni əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işəgötürənin əsas vəzifələsi əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək işə çıxmamasını işçinin qəsdən əmək funksiyasını, vəzifə borcunu, əmək və icra intizamının normal ahənginin pozulması kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli 314 saylı əmrin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir və cavabdeh artıq bundan məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, işçiyə işə çıxmadığına görə yazılı və ya şifah xəbərdarlıq edilə bilərdi və ya ƏM-nin 186-cı maddəsinin 2-ci bəndinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam tənbehi verilə bilərdi, lakin o daha ağır maddə olan 70-ci maddənin ”ç” bəndi ilə işdən çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi MƏA-nın rəisinin 05 mart 2022-ci il tarixli 54 və 63 saylı əmrləri Əmək Məcəlləsinin tələbləri pozulmaqla verildiyindən həmin əmr ləğv edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi MƏA-nın rəisinin 05 mart 2022-ci il tarixli 54 və 63 saylı əmrləri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi MƏA-nın rəisinin 05 mart 2022-ci il tarixli 54 və 63 saylı əmrləri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-901/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-901/2022
22.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver