Məhkəmə qərarları › İş №2(009)-904/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-904/2021

08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-904/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxx 2006-cı il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş JN-513F, KOD 00500016 saylı Şəhadətnamənin atası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X6 xx xxx 1998-ci il tarixdə vəfat etmişdir. Atası mərhum X3 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi vardır. Bu barədə xx xxxxxx 2006-cı il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair mülkiyyət haqda JN-513F saylı Kod 61101004 şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə atasının adı və soyadı qeyd edilsə də onun ata adı (Vəli oğlu) qeyd edilməmişdir. Hazırda adıçəkilən torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi almaq istəyir. Lakin qeyd edilən şəhadətnamədə mərhum atasının adı qeyd edilmədiyindən bu mümkün deyil və mülki qanunvericiliyə əsasən, digər yolla əldə edə bilmədiyi üçün məhkəmə qaydasında həll olunması üçün müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs DƏDRX-nin 7 saylı Ərazi İdarəsi nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını öyrənərək və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx xxxxxx 2006-cı il tarixli, JN-513F saylı Kod 61101004 şəhadətnamədən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 2005-ci il tarixli 02 saylı qərarı ilə Tərtər şəhər sakini Abdullayev Cavanşirə 0,06 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Tərtər rayonu Tərtər Bələdiyyəsinin 37 saylı, xx xxxxxx 2021ci il tarixli arayışından görünür ki, X3 adına ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsi vardır. Torpağın mülkiyyətə verilməsinə dair 513F saylı şəhadətnamədə texniki səhv olmuşdur qeyd edilmişdir. İş materiallarında olan İV-ЖГ 442975 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1998-ci ildə vəfat etmişdir. İş materiallarında olan V-ЖГ 295235 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2000-ci ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İİİ 214558 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci, 307.2.5-ci və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, xx xxxxxx 2006-cı il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş JN-513F, KOD 00500016 saylı X1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: Ərizə təmin edilsin. xx xxxxxx 2006-cı il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş JN-513F, KOD 00500016 saylı X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar