Məhkəmə qərarları › İş №2(009)-904/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-904/2024

01.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-904/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı – Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 01 may 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərpoçt” MMC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 29 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən Azərpoçt MMC-nin Göygöl rayon filialında müxtəlif vəzifələrdə, 2004-cü il tarixdən isə həmin filialın müdiri vəzifəsində işləməklə 27 il rabitə orqanlarında iş stajına malikdir. 2023-cü ilin dekabr ayının 27-də İnsan Resursları Departamentinin direktoru tərəfindən ona teleqram göndərilərək Gəncə RPF-də aparılan struktur islahatları ilə əlaqədar 1 saylı Göygöl poçt şöbəsində və Quşqara poçt şöbəsində müdir vəzifələrinin vakant olmasını, onun ştatının ixtisara düşdüyünü, ona görə də həmin vəzifələrin ona təklif edildiyi bildirilmişdir. Həmin gün o, teleqram göndərərək bildirmişdir ki, nədən Gəncə RPF-də islahatlar aparılmasından, eləcə də onun işlədiyi vəzifənin ixtisara düşməsindən məlumatlı olmadığını, Azərpoçt MMC-nin nomenklatura siyahısında filial və regional poçt filiallarında vakant olan və sistemdə göstərilməyən müavin, poçt əməliyyatlar mühəndisi, PMX, böyük məsləhətçi və s. ştatlar olduğu halda həmin ştatların heç biri ona təklif edilmir. Həmkarların qərarı ilə bağlı ona bildiriş göndərilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmr əsasında Cavabdeh MMC tərəfindən İddiaçı ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 9 təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi ilə əlaqədar 27 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq edildikdən sonrakı müddət ərzində iddiaçıya iddiaçının peşəsinə və ixtisasına uyğun vakant yer təklif olunmuşdur. Əlavə olaraq ştatların ixtisarı ilə bağlı məsələ cavabdehin müraciəti əsasında Həmkarlar İttifaqının iclasında müzakirə olunmuş və 12 may 2023-cü ildə 10 saylı protokolda bəzi ştatların ixtisar olunması ilə bağlı müsbət rəy verilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə peşəsinə və ixtisasına uyğun vakant yer təklif edilmişdir. Lakin iddiaçı təkliflə bağlı heç bir geridönüş etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də Göygöl Poçt filialının müdiri vəzifəsinə işə qəbul edilir. xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 08 yanvar 2024-cü il tarixdə ləğv ediləcəkdir. xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış teleqramda qeyd edilmişdir ki, Gəncə RPFdə aparılan struktur islahatları ilə əlaqədar 1 saylı Göygöl şəhər poçt şöbəsi-müdir və Quşqara poçt şöbəsi-müdir vəzifələri ştatın ixtisara düşməsi ilə əlaqədar təklif olunur. Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə RPF-də aparılan struktur islahatları ilə əlaqədar Göygöl RPF-nin Poçt əməliyyatları şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə etiraz etmir. xx.xx.2023-cü il tarixli GRPF-nın rəsi vəzifəsini icra edən X5, Gəncə RPF-nin Poçt əməliyyatları üzrə mühəndisi X3 və Göygöl MXŞ-nin müdiri X1 tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, Cavabdeh MMC-də aparılan struktur islahatlar ilə bağlı "Azərpoçt” MMC-dən ünvanlanmış xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə İddiaçın təqdim olundu və həmin məktubdan İddiaçı imtina etdi. Cavabdeh MMC-nin 08 yanvar 2024-cü il tarixli 29 №li əmrinin surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Göygül poçt filialının rəisi vəzifəsində çalışmışdır. İddiaçının Gəncə RPF-də aparılan struktur islahatları ilə əlaqədar vəzifə ştatının ixtisarı ilə bağlı cavabdeh tərəfindən Həmkarlar İttifaqına müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvləri keçirdikləri iclasda iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmiş və bu barədə cavabdeh qurumun rəhbərliyi məlumatlandırılmışdır. Bundan sonra iddiaçının özünün də təsdiqlədiyi kimi ona başqa bir vəzifə təklif edilsə də, iddiaçı həmin vəzifənin qəbulu ilə bağlı işəgötürənə heç bir cavab verməmişdir. İddiaçı işdən azad olunacağı ilə bağlı xx.xx.2023-cü il tarixdə məlumatlandırılmış və cavabdehin 08 yanvar 2024-cü il tarixli 29 №li sərəncamı ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “ə” bəndinə əsasən işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. İddiaçının əmək stajının 10 ildən artıq olmasını və 08 yanavr 2024cü il tarixdə işdən azad olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq doqquz təqvim həftəsi öncədən işdən azad olunacağı ilə bağlı məlumatlandırılmışdır. Bundan başqa cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq işçinin ştatının ixtisara düşəcəyi səbəbindən işdən azad olunacağı ilə bağlı Həmkarlar İttifaqına müraciət etmiş və komissiya Gəncə RPF-də aparılan struktur islahatları ilə əlaqədar Gəncə RPF-nin Poçt əməliyyatları şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə etriaz etməmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, şəxslərin işdə saxlanılma üstünlüyü hüququnu işəgötürənin seçim etmək imkanı və hüququ ilə əlaqələndirmişdir. Bununla yanaşı məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı – Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi» tələblərinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar