Məhkəmə qərarları › İş №2(009)-913/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-913/2023

17.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-913/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Əzimova (Şankamilova) Kanşaim Lamkadırovna (Bakı şəhəri Dövlət Miqrasiya Xidməti maraqlı şəxs kimi qeyd edildiyi) “faktın tanınması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Ərizəçinin dəlilləri: Ərizəçi Əzimova (Şankamilova) Kanşaim Lamkadırovna (Bakı şəhəri Dövlət Miqrasiya Xidməti maraqlı şəxs kimi qeyd edildiyi) “faktın tanınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və xx.xx.1986-cı il tarixdən Azərbaycan Respublikasında daimi yaşama faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Qazaxıstan SSR-nin Kustanay vilayəti, Kamışnenskiy rayonu, Voroşilovskiy kəndində anadan olub. Milliyyəti kazaxdır. X7, anası Şankamilova Batandır. xx.xx.1986-cı il tarixdə Azərbaycan vətəndaşı X12 ilə rəsmi nikaha düşməklə ailə qurub. Ailə qurduqdan sonra soyadı “Əzimova” ya dəyişmişdir. xx.xx.1986-cı il tarixdə onunla birlikdə Azərbaycan Respublikasına köçüb daimi yaşamağa gəlib. Həmin vaxtdan qayınatasına məxsus olan Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən Şərifzadə küçəsi 134 saylı evin 79 nömrəli mənzilində yaşamışdıq. Ailə üzvləri o, yoldaşı, iki övladı, baldızı və qayınatası X6 ibarət olmuşdur. xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Bakı şəhəri Yasamal rayonunda yerləşən “Qızıl” zavodunda işləyib. Lakin mənzilin xx.xx.1997- ci il tarixdə satılması ilə əlaqədar ünvan 1 ünvanında yerləşən mənzili alaraq ora köçüblər. Bundan sonra mənzili alan mülkiyyətçi tərəfindən məhkəməyə müraciət edilib və qayınatası öz ailə üzvləri ilə birlikdə həmin mənzildən passport qeydiyyatından çıxarılması Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-364/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsi ilə iddia təmin edilib. Məhz həmin vaxtdan o qeydiyyata düşmək üçün problemlərlə qarşılaşıb. Lakin çoxsaylı şikayətləri sayəsində yoldaşı xx.xx.2003, qızı xx.xx.2005, oğlu isə xx.xx.2008-ci il tarixdə qeydiyyata alındı. Həyat yoldaşı X8 Bakı şəhəri Səbail RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisinə ünvanladığı xx.xx.2010-cu il tarixli ərizəsinin surətindən də görünür ki, onlar bu problemin həll edilməsinə illərlədir çalışırlar. Lakin mənzillərinin dövlət qeydiyyatına alınmadığından mənzilə də qeydiyyata düşə bilməyib. Beləliklə 2000-ci il tarixdən qeydiyyatdan çıxarıldıqdan sonra dəfələrlə müraciət etsə də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2006-cı ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədi olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycanda daimi yaşaması faktının məhkəmə tərəfindən müəyyən edilməsi barədə rəsmi və qeyri-rəsmi cavablar verərək onu qeydiyyata almaqdan imtina etmişdilər. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etməli oldu. SSR-nın vətəndaşlıq pasportunun surətindən də görünür ki, ailə qurmağı ilə əlaqədar Azərbaycan SSR-yə köçüb gəlib, daimi yaşayış yeri Bakı şəhərində olmuşdur. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2015-ci il tarixli arayışının surətindən görünür ki, o həmin ölkənin vətəndaşlığından çıxarılmışdır. Əvvəlki qeydiyyatda olduğu 32 sayl MKİS-dən aldığım Forma A-nın surətindən də görünür ki, o həmin ünvana xx.xx.1986-cı il tarixdə pasport qeydiyyatına alınmışam. X3 Bakı şəhərində xx.xx.1986-cı il tarixdə doğulmuş, 14 saylı ‘Bakı Peşə Liseyini xx.xx.2005-ci il tarixdə modelçi-dərzi peşəsi üzrə bitirmişdir. X4 Bakı şəhərində xx.xx.1990-cı il tarixdə doğulmuş, S.İbrahimova adına 167 saylı orta məktəbi 2007-ci il tarixdə bitirmiş və həqiqi hərbi xidmətini xx.xx.2009-xx.xx.2010- cu illərdə Azərbaycanda keçmişdir. Qeyd edir ki, övladları da qeydiyyata düşməsində problem yaranmışdır lakin onun birinin təhsili, digərinin isə hərbi xidmət məsələlərinə görə əlaqədar əlaqədar orqanların köməkliyi ilə qeydiyyata düşə bilmişdilər. Səhhətində yaranmış problemlərlə əlaqədar 33 saylı şəhər Poliklinikasında qeydiyyata alınıb. Bütün qeyd etdiklərinə əsasən hesab edir ki, o Azərbaycan SSR vətəndaşı olduğundan və həmin vaxtdan bu günə kimi daimi olaraq Azərbaycanda yaşadığına görə Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması və Azərbaycanda daimi yaşama faktının tanınması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin mövqeyi: Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəmənin 25 iyul 2023-cü il tarixli iclasında iştirak edərək ərizəçinin Azərbaycan Respublikasından dövlət sərhədindən kənara keçməməsi və doğulduğu ölkənin, yəni Qazaxstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin olmaması təsdiq edildiyi halda, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Sübutlar: İş materiallarına əlavə edilmiş 30 aprel 2013-cü il tarixli doğum haqqında şahədatnamədən görünür ki X2 xx xxxxxx 1963-cü il tarixdə Kustanay vilayəti, Kamışnenskiy rayonu, Voroşilovskiy kəndində anadan olmuş, X7, anası Şankadırova Batandır. Bu barədə 1963-cü ilin 3-cü ayının 18-də 13 N-li doğum haqqında akt qeydi ilə tərtib edilmişdir. - xx.xx.1986-cı il tarixli İV- FL 413265 nömrəli nikah haqqında şahadətnamədən görünür ki, X12 ilə X2 01 mart 1986-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin nikah 2 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əzimova” soyadı verilmişdir. - Forma A arayışından görünür ki, Şankamilova (Əzimova) X5 vilayəti, Kamışnenskiy rayonu, Voroşilovskiy kəndindən xx.xx.1986-cı il tarixdə ərinin yanına Azərbaycan Respublikasına gəlib və Bakı şəhəri, Şərifzadə küçəsi 134 saylı evin 79 N-li mənzil yaşayış yeri olaraq qeydə alınıb. - XN-JQ № 282785 nömrəli doğum haqqında şahadətnamədən görünür ki, X9 xx.xx.1986-ci il tarixdə anadan olmuşdur, ata qrafasına X12, ana qrafasına isə Ərizəçi Lamkadırovna qeyd edilmişdir. - AZE № 09142265 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X9 xx.xx.1986-cı ildə ünvan 3 ünvanında qeydiyyatdadır. - XN-JQ № 459336 nömrəli doğum haqqında şahadətnamədən görünür ki, X10 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur, ata qrafasına ata qrafasına X12, ana qrafasına isə Ərizəçi Lamkadırovna qeyd edilmişdir. - AZE № 08273157 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X10 26 dekabr 1990-cı ildə ünvan 4 ünvanında qeydiyyatdadır. - 266 nömrəli, xx.xx.2014-cü il tarixli Bakı şəhər Mənzil kommunal Təsərrüfatı Departamentinin arayışından görünür ki, X12 ailə üzvləri X9 və X10 ilə birlikdə ünvan 6 ünvanında qeydiyyatdadırlar. - AZE № 14425285 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X12 xx.xx.1964-cü il tarixdə doğulmuş və ünvan 7 ünvanında qeydiyyatdadır. - Əmək kitabçasının surətindən görünür ki, Əzimova (Şankamilova) Kanşaim Lamkadırovna xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Yasamal rayonu keçmiş Qızıl zavodunda işləmişdir. - 31 iyul 1986-cı il tarixli, İV-FL 628905 nömrəli pasportundan görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Qazaxıstan SSR-nin Kustanay vilayəti, Kamışnenskiy rayonu, Voroşilovskiy kəndində anadan olmuş, xx.xx.1987-ci ildə Bakı şəhəri, Şərifzadə küçəsi 134 saylı evin 79 No-li mənzilinə qeydiyyata alınmışdır. - xx.xx.2015-ci il tarixli 613 №-li arayışdan görünür ki, Əzimova (Şankamilova) Kanşaim Lamkadırovna xx.xx.1987-ci ildən xx.xx.2000-ci il tarixədək Şərifzadə küçəsi 134 ev 79 ünvanında qeydiyyatda olmuşdur. - xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, Əzimova (Şankamilova) Kanşaim Lamkadırovna poliklinikada qeydiyyatdan keçmişdir. - 2-364/2000 nömrəli, xx.xx.2000-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X11 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Şərifzadə küçəsi 134 saylı evin 79 No-li mənzilinə olan hüquqları itirilməsi qət edilmişdir. - Dövlət Miqrasiya Xidmətinin xx.xx.2018-cı il tarixli arayışından görünür ki, Əzimova (Şankamilova) Kanşaim Lamkadırovnanın “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı qeyd olunmuşdur. - Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2015ci il tarixli КБ-25 №-li arayışdan görünür ki, Qazaxıstan Respublikasının Kustayski vilayətində xx.xx.1963-cü ildə doğulmuş Ərizəçi Lamkadırovna Qazaxıstan Respublikasının “Qazaxıstan Respublikasının Vətəndaşlıq” haqqında Qanunun 21-ci maddəsinə əsasən vətəndaşlığını itirmişdir. - Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023cü il tarixli 30-1-30\292 №-li arayışından görünür ki, Kostanay vilayəti Polis İdarəsinin Miqrasiya Xidməti İdarəsinin məlumatına əsasən, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi Lamkadırovna (Lamkadır qızı) Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin sənədləşdirilmiş əhalisinin məlumat bazasına əsasən, Qazaxıstan Respublikası vətəndaşının pasportu, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş, qeydiyyata alınmış, qeydiyyatdan keçmiş, o cümlədən arxiv məlumatlarına görə görünmür. Beləliklə, xx.xx.1991-ci il tarixli "Qazaxıstan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 3, 4 maddələrinə əsasən Ərizəçi Lamkadırovna (Lamkadır-qızı) Qazaxıstan Respublikasının vətəndaşı olmadığı bildirilmişdir. - AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixi 3-38-33\2- 2527\23 saylı məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Dövlət Miqrasiya Xidməti öz məktubunda qeyd olunan məsələ ilə əlaqədar bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. - xx.xx.2022-ci il tarixli, K/Ş-2740 nömrəli Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən X1 ünvanladığı məkbudan görünür ki, xx.xx.2018-ci il tarixli 1832/rn nömrəii müraciətinizə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasın+n vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılmış və Sizin Azərbaycan Respublikasının vətəndaşı olmadığınız nəticəsinə gəlinmişdir. Bu barədə Sizə xx.xx.2018ci il tarixli ******* nömrəli arayış təqdim olunmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasınla daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1986-cı ildən hazırkı dövrədək burada daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müracəit etməsi tövsiyyə olunmuşdur. - Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli K\Ş – 2762 №-li məktubunda qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli 1832/m nömrəli müraciətə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılmış və Ərizəçi Lamkadırovnanın Azərbaycan Respublikasının vətəndaşı olmadığı nəticəsinə gəlinmişdir. Bu barədə xx.xx.2018-ci il tarixli ******* nömrəli arayış təqdim olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.10-1. Məhkəmə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair işlərə baxır. - 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. - 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. - 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. - “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1- dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, eləcə də maraqlı şəxsin mövqeyini dinləyib, ərizəni iş materialları əsasında araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həm məhkəmə araşdırması zamanı, həm də iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1963-cü il tarixdə Qazaxıstan SSR-nin Kustanay vilayəti, Kamışnenskiy rayonu, Voroşilovskiy kəndində anadan olub. Milliyyəti kazaxdır. X7, anası Şankamilova Batandır. xx.xx.1986-cı il tarixdə Azərbaycan vətəndaşı X12 ilə rəsmi nikaha daxil olmaqla ailə qurub. Ailə qurduqdan sonra ona “Əzimova” soyadı verilmişdir. xx.xx.1986-cı il tarixində əri ilə birlikdə Azərbaycan Respublikasına köçüb. Həmin vaxtdan qayınatasına məxsus olan Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən Şərifzadə küçəsi 134 saylı evin 79 nömrəli mənzilində yaşamışlar. Ailə üzvləri o, yoldaşı, iki övladı, baldızı və qayınatası X6 ibarət olmuşdur. xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Bakı şəhəri Yasamal rayonunda yerləşən “Qızıl” zavodunda işləyib. Lakin, mənzilin xx.xx.1997-ci il tarixində satılması ilə əlaqədar ünvan 1 ünvanında yerləşən mənzili alaraq ora köçərək yaşamışlar. Qeyd edilən xüsusatlar iş materiallarında olan sübutlarla və ərizəçiyə qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərdə əks olunmuş müvafiq məlumatlarla da öz təsdiqini tapır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli 1832/m nömrəli müraciətə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılmış və Ərizəçi Lamkadırovnanın Azərbaycan Respublikasının vətəndaşı olmadığı nəticəsinə gəlinmişdir. Bu barədə xx.xx.2018-ci il tarixli ******* nömrəli arayış təqdim olunmuşdur. AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixi 3-38-33\2- 2527\23 saylı məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023cü il tarixli 30-1-30\292 №-li arayışı ilə müəyyən edilmişdir ki, Kostanay vilayəti Polis İdarəsinin Miqrasiya Xidməti İdarəsinin məlumatına əsasən, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi Lamkadırovna (Lamkadır qızı) Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin sənədləşdirilmiş əhalisinin məlumat bazasına əsasən, Qazaxıstan Respublikası vətəndaşının pasportu, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş, qeydiyyata alınmış, qeydiyyatdan keçmiş, o cümlədən arxiv məlumatlarına görə görünmür. Beləliklə, xx.xx.1991-ci il tarixli "Qazaxıstan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 3, 4 maddələrinə əsasən Ərizəçi Lamkadırovna (Lamkadır-qızı) Qazaxıstan Respublikasının vətəndaşı olmadığı bildirilmişdir. Göründüyü kimi, ərizəçi 1986-cı ildə ailə qurmuş və əri ilə birlikdə 02 avqust 1986-cı ildə Azəbaycana gəlmişdir. Bu müddət ərzində Azərbaycan dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Ərizəçinin doğulduğu Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli 30-1- 30\292 №-li arayışı ilə müəyyən edilmişdir ki, Kostanay vilayəti Polis İdarəsinin Miqrasiya Xidməti İdarəsinin məlumatına əsasən, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi Lamkadırovna (Lamkadır qızı) Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin sənədləşdirilmiş əhalisinin məlumat bazasına əsasən, Qazaxıstan Respublikası vətəndaşının pasportu, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş, qeydiyyata alınmış, qeydiyyatdan keçmiş, o cümlədən arxiv məlumatlarına görə görünmür. Beləliklə, xx.xx.1991-ci il tarixli "Qazaxıstan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 3, 4 maddələrinə əsasən Ərizəçi Lamkadırovna (Lamkadır-qızı) Qazaxıstan Respublikasının vətəndaşı olmadığı bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması, doğulduğu ölkənin vətəndaşı hesab edilməməsi, həmçinin Azərbaycan Respublikasının ərazisində daimi yaşaması öz təsdiqini tapır. Məhkəmə vurğulamağı vacib sayır ki, iş üzrə maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək ərizəçinin Azərbaycan Respublikasından dövlət sərhədindən kənara keçməməsi və doğulduğu ölkənin, yəni Qazaxstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin olmaması təsdiq edildiyi halda, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə xüsusi ilə vurğulayır ki, Əzimova (Şankamilova) Kanşaim Lamkadırovnanın bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Əzimova (Şankamilova) Kanşaim Lamkadırovnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 02 avqust 1986-cı il tarixindən Azərbaycan Respublikasında daimi yaşaması faktı tanınmalıdır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 339, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Əzimova (Şankamilova) Kanşaim Lamkadırovnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 02 avqust 1986-cı il tarixindən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun qaydada Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar