Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-918/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı «zaminliyin ləğvi» barədə iddia ərizəsi üzrə mülki işə 03 may 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı «zaminliyin ləğvi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə və xx.xx.2023-cü il tarixli əlavənin ləğv edilməsi və onun zaminliyinə xitam verilməsi, cavabdehdən 5.000 manat maddi və 10.000 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Respublikanın Yasamal rayon filialının işçiləri onun məlumatı olmadan ona heç bir rəsmi məlumat vermədən xx.xx.2021ci il tarixli kredit müqaviləsi başa çatdıqdan sonra qeyri-qanuni olaraq xx.xx.2023-cü il tarixdə X4 Zamin kimi qeyd edərək qanunsuz kredit razılaşması tərtib edilmiş 24 ay müddətinə uzatmışlar. İddiaçı bunu 4 ay sonra öyrənib həmin şəxslərdən ona məlumat verilməməsini və həmin şəxsin cinayətə meyilli və hazırda şərti cəzada və qolbağda olmasını, belə olan halda xüsusilə müqavilə bağlayarkən və ya ona hər hansı mövzuda dəyişiklik əlavə cədvəldə uzatma və yenidən pul məbləği veriləndə məlumat verilməli olduğu halda hansı əsasla bunu etməmələrini sual etdikdə bildirmişlər ki, müştəri belə istədi dedi ki ona məlumat verməyin bizdə elə etdik. Zaminlik müqaviləsinin 5-ci bəndində qeyd edilmişdir ki, bu müqaviləyə olan bütün dəyişiklik tərəflərin qarşılıqlı razılıqlarına əsasən yazılı surətdə aparılır, tərəflərin imzasından sonra qüvvəyə minir. Lakin iddiaçıya bu barədə heç bir şifahi və ya rəsmi məlumat verilməmişdir. Bundan başqa zamininrazılığı olmadan öhdəlik dəyişdirilmiş və belə dəyişdirilmə zaminin məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olan hallardandır. Eyni zamanda Xaçmaz rayon və Sumqayıt məhkəməsinin 2023-cü ilin iyun ayında şəxsin barəsində azadlığın məhdudlaşdırılması barədə hökmü olması və aldığı pul məbləğinin ödəməsinin təhlükə altında olması da əlverişsiz nəticələrə səbəb olan hallardandır. Bundan başqa iddiaçının əmək qabiliyyətini itirmə biləcəyi, həmin vaxt xaricə köçə biləcəyi, və .s. kimi hallar və Rəşid Əmirlinin pulu ödəmə qabiliyyəti və imkanı öyrənilməmişdir. Baş verənlərin qanunsuz olmasını və iddiaçının hüquqlarımı pozduqlarını, özlərinə məlum səbəbdən onu məcburi şəkildə çıxılmaz öhdəlik qarşısında qoyduqlarını və dərhal bu qanunsuz hərəkətlərinin qarşısının alınmasını və həmin kredit razılaşmasının və iddiaçının zaminlik məsələsinə xitam verilməsini tələb etsədə, hüquqları kobud şəkildə bankın xeyrinə pozulmuş, qanunsuzluğa yol vermələrinə haqq qazandırmışlar və ona şablon cavab verilmişdir. xx.xx.2021-vi il tarixli 40FİZAM128002701 saylı Bank Respublika ilə bağlana müqaviləyə xx.xx.2023-cü il tarixdə 40301***-*******01L saylı əlavə bağlanan vaxt iddiaçının yəni, zamin Ruhin İbrahmovun razılığı alınmamışdır. Həmin əlavədə kreditin müddəti 24 ay uzadılmış və yenidən 50.000 məbləğində pul verilmişdirki, buda zaminin məsuliyyətinin artmasına səbəb olmuşdur. Cavabdehin etiraz ərizəsində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli 40FİZAM128002701 saylı əsas kredit limiti razılaşmasının əsasən Cavabdeh ASC tərəfindən X5 300000.00 AZN məbləğində 120 ay müddətində, xx.xx.2031-ci il tarixinədək kredit limiti açılmış və bank kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 40FİZAM128002701 saylı əsas kredit limiti razılaşmasının 1.5.-ci maddəsinə əsasən, bu kredit limiti çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 30 faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2031-ci il tarixdən artıq olmayacaqdır. xx.xx.2021-ci il tarixli 40FİZAM128002701 saylı əsas kredit limiti razılaşmasından (məbləği- 300000 AZN, illik faiz dərəcəsi-30%-dən artıq olmamaq şərti ilə, müddəti 120 ay) irəli gələn öhdəliklərin təmin olunması üçün X6 ilə xx.xx.2021-ci il tarixli 40FİZAM128002701 zaminlik müqaviləsi bağlanılmışdır.Həmin müqavilənin 1.1.-ci maddəsinə əsasən, bu müqavilə borclu X2 kreditor Cavabdeh ASC qarşısında əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razlaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün zamin X1 kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən etmişdir. Bundan sonra Cavabdeh ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli 40FİZAM128002701 saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşması bağlanılmışdır. xx.xx.2023-cü il tarixli kredit razılaşmasının 2.-ci maddəsinə əsasən, Cavabdeh ASC xx.xx.2021-ci il tarixli 40FİZAM128002701 saylı əsas kredit limiti razılaşması çərçivəsində illik 18% dərcəsilə xx.xx.2025-ci il tarixinədək 50000 AZN məbləğində borc pul vəsaitini X5 verilmişdir. Göründüyü kim iddia ərizəsində deyilənlərin əksinə olaraq, xx.xx.2023-cü il tarixli kredit razılaşması bağlanan zaman xx.xx.2021-ci il tarixli 40FİZAM128002701 saylı əsas kredit limiti razılaşmasının kredit məbləğinin, müddətinin, faiz dərəcəsinin artırılması halı baş verməmişdir.Bu səbəbdən iddiaçı X1 zaminliyə xitam verilməsi barədə tələbi əsassız və qanunsuzdur. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2021-ci il tarixli müqavilə və xx.xx.2023-cü il tarixli Əlavə üzrə onun zaminliyinə xitam verilməsi, cavabdehdən 15.000 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini tam müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: Cavabdeh ASC (kreditverən) ilə X8 (borcalan) arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli Əsas Kredit Razılaşmasının 1.1-ci bəndinən görünür ki, kreditverən borcalana 300.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti açır. Həmin Razılaşmanın 1.5-ci bəndindən görünür ki, X4 veriləcək kreditlər illik faiz dərəcəsi 30 %-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2031-ci il tarixdən artıq olmayacaqdır. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Zaminlik Müqaviləsi»nin surətindən görünür ki, İddiaçı (zamin) bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu X8 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən zaminlik icrasını təmin etdiyi əsas kredit limiti razılaşmasının qüvvəyə indiyi andan qüvvəyə minir və onun qüvvədə olduğu müddət ərzində, o cümlədən əsas kredit limiti razılaşmasının müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və əsas kredit limiti razılaşmasından irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Cavabdeh ASC ilə X8 arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli Əsas Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasının surətindən görünür ki, bank borcalana xx.xx.2021-ci il tarixli razılaşma çərçivəsində illik 18 faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək 50.000 manat məbləğində borc verir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bank Respublika” ASC ilə X8 arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli Əsas Kredit Razılaşmasına əsasən bank borcluya 300.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti açır. Həmin tarixdə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu X8 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC ilə X8 arasında bağlanmış kredit razılaşmasına əsasən isə bank borcalana illik 18 faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək 50.000 manat məbləğində borc vermişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, zaminliyin ləğv edilməsini xahiş edir. AR Mülki Məcəlləsinin 477.0.-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində tələbin əsasları kimi zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və dəyişdirilmənin zaminin məsuliyyətinin artmasına səbəb olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, tələbin qeyd olunan əsasları məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, borclu X8 ilə bank arasında Əsas Kredit Limiti Razılaşması imzalanarkən tərəflər razılaşmışdırlar ki, kreditverən borcalana 300.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti açır. Həmin tarixdə bağlanmış zaminlik müqaviləsi ilə isə İddiaçı həmin razılaşma üzrə borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bu müqavilədən 2 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixli Kredit Razılaşması ilə bank borcalana əvvəlcədən razılaşdırdıqları xx.xx.2021-ci il tarixli Əsas Kredit Limiti Razılaşması çərçivəsində 50.000 manat məbləğində borc vermişdir. İddiaçı ərizəsində göstərir ki, xx.xx.2023-cü il tarixli Kredit razılaşması imzalanarkən zamin kimi onun razılığı olmadan öhdəlik dəyişdirilmişdir. Lakin sözügedən razılaşmanı nəzərdən keçirərkən məlum olur ki, həmin kredit razılaşması məhz xx.xx.2021-ci il tarixli Əsas Kredit Limiti Razılaşması ilə müəyyən edilən şərtlər daxilində bağlanmışdır. Belə ki, Əsas Kredit Limiti Razılaşmasında göstərilmişdir ki, kreditverən borcalana illik faiz dərəcəsi 30 faizdən artıq olmamaqla 300.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti açır. xx.xx.2023-cü il tarixli Kredit Razılaşması da məhz 50.000 manat məbləğində, 18 faiz dərəcəsi ilə və 24 ay müddətinə bağlanmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli Kredit Razılaşması imzalanarkən zaminin razılığı olmadan onun öhdəliyi dəyişdirilməmiş və razılaşma zaminlik müqaviləsi ilə təsbit olunmuş şərtlərə uyğun bağlanmışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, zaminliyin xitamına səbəb ola biləcək qanuni əsaslar hazırki işdə mövcud deyildir. Məhkəmə iddia tələbinin “cavabdehdən 5.000 manat maddi və 10.000 manat mənəvi zərərin tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi “zaminliyin ləğvi” hissəsində əsassız hesab olunduğundan və qeyd olunan tələbin təmini həmin tələbin əsaslılığından yarana biləcəyindən iddia tələbinin “zərər” hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı «zaminliyin ləğvi» barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-918/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-918/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver