Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-924/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, Ərizəçilər Ərizəçi1 (Ərizəçi3 qəyyumu) və Ərizəçi2 Bakı şəhəri 28 saylı Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 (Ərizəçi3 qəyyumu) və Ərizəçi2 Bakı şəhəri 28 saylı Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03565 ha torpaq sahəsindən ibarət mirasın tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə müvafiq olaraq, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd edir ki, ərizəçilər xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03565 ha torpaq sahəsindən ibarət mirasın tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Bununla bağlı qeyd edir ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılması barədə iddia ərizələrinə iddia icraatı qaydasında baxılır. Hazırda isə ərizəçilər xüsusi icraat qaydasında faktın müəyyən edilməsi ilə bağlı müraciət etmişlər. Beləliklə, ərizəçilər ərizənin müəyyən olunmuş forma və məzmununa dair tələblərə riayət etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizəçilər Ərizəçi1 (Ərizəçi3 qəyyumu) və Ərizəçi2 tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və onlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 (Ərizəçi3 qəyyumu) və Ərizəçi2 Bakı şəhəri 28 saylı Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-924/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-924/2025
01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver