Məhkəmə qərarları › İş №2(009)-926/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-926/2025

16.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-926/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X11 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh5 qarşı «əmlakdan çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 16 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh5 qarşı «əmlakdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi olan zirzəmisindən çıxarılması və həmin sahənin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli saylı Çıxarışından göründüyü kimi, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmən mənzil əvvəllər vətəndaş X1 qızına məxsus olmuş, daha sonra isə alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır və hal-hazırda xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mübahisə predmetinə çevrilən mənzil əsas yaşayış sahəsindən və zirzəmi hissəsindən ibarət olub, yaşayış sahəsi 46.2 kv metr, ümumi sahəsi isə 102 kv metrdir. Cavabdehlər Cavabdeh1 Əbdül oğlu digər ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan daimi yaşayış yerini məcburi tərk etmiş köçkündür və ailəsi ilə birlikdə 1993-cü ildən müvəqqəti olaraq Cəfərov Qardaşları küçəsindəki hazırda iddiaçının xüsusi mülkiyyətində olan 13 saylı evin zirzəmi hissəsində məskunlaşmışlar. Səbail rayon İcra hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1536 saylı sərəncamının surətindən müəyyən olunur ki, iddiaçının yaşadığı 13 saylı evin 6 saylı mənzilinin ümumi sahəsi 30,8 kv.m, yardımçı sahəsi 13,3 kv.m olan yarım zizəmidə yerləşən bir otaqlı mənzil təsərrüfat məqsədi ilə iddiaçıya verilməsi qərara alınmışdır və həmin sərəncama əsasən 58 saylı MKİS-nin rəhbərliyinə cavabdehlərin 13,3 kv.m olan yarım zirzəmidən çıxarılması tapşırılmışdır. xx.xx.2004-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh5, Cavabdeh6 Əvdil qızı, Cavabdeh7 Əvdil qızı və Cavabdeh8 Əvdil oğlu məcburi köçkün deyillər. Cavabdeh1 xx.xx.1972-ci il təvəllüdlüdür, məcburi köçkündür, rayonun işğalından əvvəl Cəbrayıl rayon HK tərəfindən Sovet Ordusunda xidmətə göndərilmiş, Qarabağ hadisələri ilə əlaqədar Azərbaycana qayıtmışdır. Hazırda ünvan 3 ünvanında müvəqqəti yaşayır. Cavabdehlərin 1993-cü ildən mübahisəli yarım zirzəmidə məskunlaşması, Cavabdeh1 Əvdül oğlunun məcburi köçkün statusunun olması, Cavabdeh5 və onun digər ailə üzvlərinin isə belə statusunun olmaması iş materialları ilə tam təsdiq olunur. Məlum olduğu kimi, hazırda vaxtilə işğal torpaqlar 2020-ci ilin axırlarına qədər işğaldan tam azad olunmuş və işğal nəticəsində məcburi köçkünlərin azad olunmuş torpaqlara qaytarılması və məskunlaşdırılması dövlət tərəfindən mərhələlərlə həyata keçirilir. Hazırda qaçqınlar və X5 üzrə dövlət komitəsi bu məsələnin həlli ilə məşğuldur. Bakı şəhərində və respublikanın digər ərazilərində məskunlaşmış məcburi köçkünlərin atababa torpaqlarına qaytarılması təmin edilir. Bu problem dövlətin və idarəçiliyi oraqanlarımn vəzifəsidir. Mübahisəli mənzil mənim şəxsi mülkiyyətindədir və bu hüququn pozulması yol verilməzdir. Təqdim etdiyi sənədlərdən göründüyü kimi məcburi köçkün olan cavabdehlər 30 ildən bəri iddiaçının mülkində yaşamaqla ondan əvvəli vətəndaşların və iddiaçının mülkiyyət hüququmu pozmuşlar. Yuxarıda qeyd etdiyi kimi, hazırda bu şəraitin yaranmasına əsas olmuş, torpaqlarımızın işğalına son qoyulmuşdur və məcburi köçkünlər daimi yaşadıqları ərazilərə köçürülməsi təmin edilməklə mülkiyyətçilərin pozulmuş hüquqları bərpa olunmalıdır. Məcburi köçkünlərə verilən möhlət bitmişdir. Onların məzillərlə təmin edilməsi dövlət hesabına həyata keçirilir. Elə bunu nəzərə alaraq, Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsini iş üzrə üçüncü şəxs qismində cəlb etməklə, iddiaçının mənzilini zəbt etmiş cavabdehlərin mənzildən çıxarılaraq onların başqa mənzillə təmin edilməsi vəzifəsinin Qaçqınlar Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfln izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən mənzilin texniki pasportunun surətindən görünür ki, ümumi sahəsi 33,5 kv.m təşkil edən zirzəmi mənzilin planına daxil edilmişdir 58 saylı MKİS-nin 12 fevral 2025-ci il tarixli arayışında qeyd edilir ki, Cavabdeh1 Əbdil oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzilin qeyriyaşayış sahəsi olan zirzəmisində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Cavabdeh1 2013-cü ildə nikaha daxil olduğu ikinci həyat yoldaşı X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Vidadi oğlu, X4 və anası Cavabdeh5 ilə birgə Səbail rayonu, Cəfərov Qardaşları ərazisində yerləşən 13 saylı evin 6 nömrəli mənzilinin alt hissəsində yerləşən qeyri-yaşayış sahəsində qeydiyyatsız məskunlaşmışdır. Cavabdeh1 və onun digər ailə üzvlərinin məcburi köçkün kimi vahid aylıq müavinəti almadıqları və onların məcburi köçkün statusunu təsdiq edən vəsiqələrinin olmadığı aşkar edilmişdir. Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli 282 nömrəli arayışa əsasən, Cəbrayıl şəhərində qeydiyyatda olan Cavabdeh1 məcburi köçkün statusu yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil və onun zirzəmisi İddiaçı xüsusi mülkiyyətidir. Cavabdehlər iddiaçıya məxsus əmlaka hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yerləşməklə, həmin əmlakdan istifadə edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə hesab edir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabehin ona məxsus əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi olan zirzəmisindən çıxarılsınlar və qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar